Məhkəmə qərarları › İş №2-1(102)-1196/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1196/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1196/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əziz oğlunun cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatlı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin T əyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-936/2022 saylı, 11 mart 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan SSR Sənayə Tikinti Nazirliyinin Mərkəzi Tədris-Kurs Kombinatı tərəfindən verilmiş 13 aprel 1973-cü il tarixli şəhadətnamənin surətinə əsasən İddiaçı 18 dekabr 1972-ci ildən 3 aprel 1973-cü ilədək (3 ay 16 gün) dülgər kurslarında oxumuş və ona 2-ci dərəcəli dülgər ixtisası verilmişdir.

2. İddiaçıya məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı 7 may 1973-cü ildən 18 mart 1974-cü ilə qədər (1 il 2 ay 11 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.

3. İddiaçıya məxsus əmək kitabçasının əsasən, 25 iyul 1974-cü ildən 26 yanvar 1976-cı ilə qədər Avtonəqliyyat Baş Material Texniki Təchizat İdarəsində 2-ci və 3-cü dərəcəli elektrik (1 il 06 ay 2 gün), 1 mart 1976-cı ildən 3 oktyabr 1976-cı ilə qədər 65 saylı DTPM-də təhsil almışdır. 3 noyabr 1976-cı il tarixli, 944 №-li attestat (7 ay 3 gün), 17 noyabr 1976-cı ildən 2 fevral 1992-cı ilə qədər Bakı şəhəri Minik avtomobillərin xidməti mərkəzi stansiyasında 2-ci dərəcəli, 3-cü dərəcəli avtoçilingər (15 il 01 ay 16 gün), 2 fevral 1992-ci ildən 2 oktyabr 1995-ci ilə qədər "xxxx" Kiçik Müəssisəsində 3-cü dərəcəli çilingər (3 il 9 ay 1 gün), 2 oktyabr 1995-ci ildən 1 yanvar 1998-ci il ə qədər “Avtoservis və Ticarət” Bakı kirayə müəssisələr birliyində 4-cü dərəcəli çilingər (2 il 3 ay 0 gün), 1 yanvar 1998-ci ildən 24 iyul 2002-ci il tarixədək “Avtoservis və Ticarət” ATS-də çilingər və 5-ci dərəcəli çilingər (04 il 06 ay 24 gün) vəzifələrində işləmişdir.

4. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, şöbənin 15 yanvar 2021-ci il tarixli **********0 nömrəli məktubu ilə cavab olaraq bildirilmişdir ki, əmək kitabçasında qeyd olunmuş 2 yanvar 1992-ci ildən 24 iyul 2002-ci ilədək işləmiş olduğu "xxxx" ASC”də Filialın Monitorinq və araşdırma şöbəsi tərəfındən tərtib edilmiş 28 dekabr 2020-ci il tarixli akta əsasən 1 yanvar 1995-ci il tarixdən sonrakı əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrləri araşdırmaq mümkün ol mamışdır. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq 2 oktyabr 1995-ci il tarixindən 24 iyul 2002-ci il tarixinədək olan müddət sığorta stajı daxil edilməmişdir. Həmçinin onun təqdim etdiyi sənədlərə və yuxarıda göstərilənlərə əsasən sığorta stajı 21 il 2 ay 27 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixədək olan sığorta stajına uyğun sığorta kapitalı 20795,22 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir, 1 yanvar 2006-cı il tarixdən etibarən isə fərdi hesabı sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona yaşa görə əmək pensiyası təyinatı qanunver iciliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün Fondun Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyinə müraciət etməyi tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 64 yaşı tamam olduğuna görə 6 mart 2019-cu il tarixindən hesablanaraq əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişi hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Filiala 17 dekabr 2020-ci il tarixində müraciət edərək 64 yaşı tamam olduğuna görə 06 mart 2019-cu il tarixindən hesablanar aq əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişi hesablanaraq birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir. Cavahdeh onun ərizəsinə 35 gün müddətində cavablandırmalı idi, lakin bu günə kimi cavab verilməmişdir. O əmək stajından əvvəl, lakin əmək stajı kimi qeyd olunan 7 yanvar 1973-cü il tarixindən 18 mart 1974-cü il tarixədək (1 il 2 ay 11 gün) hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 25 iyul 1074-cü il tarixdən 26 yanvar 1976-ci il tarixədək (1 il 6 ay 1 gün) elektrik vəzifəsində çalışmışdır. 1 mart 1976-ci il tarixindən 23 oktyabr 1976-cı il tarixədək (7 ay 22 gün) texnikumda elektrik vəzifəsi üzrə təhsil almışdır və bu fakt əmək kitabçasında öz əksini tapır və əmək stajı kimi hesablanmalıdır. Peşə məktəbindən sonra o, 17 noyabr 1976-ci il tarixdən 24 iyul 2002-ci il tarixədək (25 il 8 ay 7 gün) “Mərkəzi Avtotexniki Xidmət Stansiyasında" avtoçilingər vəzifəsində işləmişdir. Bundan əlavə işəgötürən tərəfindən 30 noyabr 2020-ci il tarixli, 67/20 saylı arayışla həmin fakt təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən 24 iyul 2002-ci il tarixədək onun 29 il 11 gün ümumi stajı vardır. Həmin əmək stajının 1 yanvar 2006-cı il tarixədək hesablanması nəzərə alınmalıdır. Qeyd olunan əmək stajı ərizəyə əlavə edilmiş sənədlərlə sübut olunur.

7. Cavabdehin iddiaya dair etirazı ərizəsi imtina məktubunun əsasını təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4355/2021 saylı 27 oktyabr 2021-ci il tarixli (hakim Ş.Həsənova) qərarı ilə iddia təmin edilmiş, İddiaçı 06 mart 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq öd ənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının vaxtı ilə işlədiyi müəssisələr müəyyən struktur dəyişikliyi ilə əlaqədar müvafiq adlarla fəaliyyət göstərmiş, hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti adı ilə fəaliyyət göstərir və həmin müəssisənin 67/20 №-li, xx.xx.2020-ci il tarixli arayışında X1 xx.xx.1976cı ildən xx.xx.2002-ci il tarixinədək Mərkəzi Avtotexniki Xidmət Stansiyasında avtoçilingər vəzifəsində işləməsini təsdiq etmişdir. Bundan başqa İddiaçı hərbi xidmət, təhsil müddətləri, işlədiyi müddətlər, eləcə də xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi müddətlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək artıq 28 il 11 ay 8 gün ümumi iş stajı mövcuddur.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Hüseynov -sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) 2-1(103)-936/2022 saylı 11 mart 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayə tinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, İddiaçı məxsus əmək kitabçasında onun “Mərkəzi Avtotexniki Xidmət Stansiyasrıda işlədiyi qeyd edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli, 67/20 nömrəli arayışa müvafiq olaraq iddiaçı R.Əvvubovun “Mərkəzi Avtotexniki Xidmət Stansiyasrıda 17 noyabr 1976 – 24 iyul 2002-ci illər ərzində işlədiyi, sözügedən müəssisənin hal-hazırda "xxxx" ASC adı ilə fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "xxxx" ASC-nin keçmiş Dövlət Əmlak Komitəsinin 22 dekabr 1997-ci il tarixli 1240 nömrəli sərəncamı ilə "xxxx" İcarə Müəssisəsinin bazasında yaradıldığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı R.Əvvubov un sözügedən müəssisədə işləməsi faktı öz təsdiqini tapmır. Həmçinin tərəfimizdən "xxxx" ASC-yə sorğu ilə müraciət edilərək, "xxxx" ASC-nin arxiv sənədlərinin şəxsi vərəqlərində olan 17 noyabr 1976-cı il tarixdən 24 iyul 2002-ci il tarixədək olan dövrdə iddiaçı R.Əvvubovun işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəllərində əmək haqqı hesablanıb-hesablanmaması barədə məlumatların təqdim edilməsi xahiş edilmişdir. Lakin hal-hazırda müəssisənin fəaliyyət göstərməsinə baxmayaraq, ünvanlanmış sorğuya cavab verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 1.0.2 Sosial sığorta s tajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 1.0.8 Fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Maddə1.0.10 Pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 6-1. Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr t arixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisn a olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə» Bənd 3 Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar gös tərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bənd 25 Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqın da sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Maddə 3.1 Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Maddə 3.2 Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Maddə 3.2.1 Qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam form ada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inz ibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli ara şdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının hərbi xidmətini, təhsil müddətini, əmək kitabçasında qeyd edilmiş xx.xx.1974-xx.xx.1976, xx.xx.1976-xx.xx.1995-ci il tarixlərdə işlədiyi dövrü qəbul edərək iddiaçının sosial sığorta stajının 21 il 05 ay 03 gün təşkil etdiyini qəbul edir.

26. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçının "xxxx" ASC-də işlədiyi xx.xx.1995-xx.xx.2002-ci illər ərzində əmək haqqı cədvəlləri aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq de yildir.

27. Bu dəlillə bağlı məhkəmə kollegiyası aşağıdakıların qedy edilməsini zəruri hesab edir.

28. Belə ki, iddiaçının işlədiyi müəssisələr müəyyən struktur dəyişikliyi ilə əlaqədar müvafiq adlarla fəaliyyət göstərmiş, hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 67/20 №-li, xx.xx.2020-ci il tarixli arayışında iddiaçının xx.xx.1976-cı ildən xx.xx.2002-ci il tarixinədək Mərkəzi Avtotexniki Xidmət Stansiyasında avtoçilingər vəzifəsində işləməsini təsdiq edilmişdir.

29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, “Avtomotoservis" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2021-ci il tarixə olan məlumatlarına əsasən qeydiyyata alındığı tarixdən bu günədək fəəaliyyəti dayandırılmamışdır və hal-hazırda fəaliyyəti aktivdir

30. Göründüyü kimi, iddiaçının hərbi xidmət, təhsil müddətləri, işlədiyi müddətlər, eləcə də xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi müddətlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 64 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişd ir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-936/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar