Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1196/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial sığorta haqqının fərdi hesabda əks etdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına qarşı “1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının **********877 nömrəli fərdi hesabında əks etdirilməsi ö hdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2023-cü il tarixli, 2-1(107)-110/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)502/2016 nömrəli qətnaməsindən görünür ki, "xxxx" ASC-dən ödənilməmiş əmək haqqı ayları üzrə 9787 manat, işdənçıxarma müavinətinə görə 200 manat və istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi 986,80 manat məbləğində pulun İddiaçı (iddiaçının) xeyrinə tutulması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)10216/2016 nömrəli qətnaməsi ilə Bakı ş əhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(008)-502/2016 nömrəli qətnaməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-2528/17 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 4. xx.xx.2021-ci il tarixli (OD4) ödəniş tapşırığına əsasən, iddiaçının əmək haqqından 22 faiz (1146,86 manat) 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabından cavabdehin AZ89CTRE******************** nömrəli hesabına köçürülmüşdür. 5. xx.xx.2021-ci il tarixli (OD5) ödəniş tapşırığına əsasən, idd iaçının əmək haqqından 3 faiz (156,39 manat) 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin AZ91AİİB******************** nömrəli hesabından cavabdehin AZ89CTRE******************** nömrəli hesabına köçürülmüşdür.
6. İddiaçı cavabdehə müraciət edərək, 1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının **********877 nömrəli fərdi hesabında əks etdirilməsini xahiş etmiş, lakin cavabdeh 26 may 2022-ci il tarixli, **********8 nömrəli imtina məktubu ilə onun müraciətini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının **********877 nömrəli fərdi hesabında əks etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə "xxxx" ASC arasında bağlanmış 05 iyul 2010-cu il tarixli, 313 saylı əmək müqaviləsinə, 193tk nömrəli əmrə əsasən təsərrüfat hesablı Ucar rayon "xxxx" filialına aparıcı mexanik vəzifəsinə qəbul edilmiş, bir müddət müdir vəzifəsini icra etmiş, 01 iyul 2015-ci il tarixdə, 276/k saylı əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-502/2016 saylı iş üzrə 05 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair iddiası qismən təmin edilmiş, əmək haqqının, işdənçıxarma müavinətinin və istifadə edilməmiş məzuniyyət pulunun onun xeyrinə tutulm ası qət edilmiş, qətnamə icra edilmişdir. Qətnamə icra edildiyindən "xxxx" ASC tərəfindən 1303 manat 25 qəp dövlət sosial sığorta haqqı onun xeyrinə Dövlət Sosial Müdafiə Fonduna köçürülmüş, köçürmə sənədlərinin surətləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli məktubla ona göndərilmişdir. Lakin cavabdeh həmin məbləği heç bir əsaslı səbəb olmadan onun fərdi şəxsi hesabına daxil etməkdən imtina etmiş, əsas olaraq 26 may 2022-ci il tarixli, **********8 saylı məktubla sığortaedən "xxxx" ASC-nin 2017-ci ilin 4-cü rübü üçün məcburi dövlət sosial sığortaya cəlb edilən gəlirin, eləcə də ödənilmiş məcburi sosial sığorta haqqının Məcburi dövlət sosial sığortası üzrə hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiy ini göstərmişdir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) 24 oktyabr 2022-ci il tarixli, 21(116)-1638/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə 1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının iddiaçının **********877 nömrəli fərdi hesabında əks etdirilməsi öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələb etdiyi vəsait məhkəmə qətnaməsinin icrası qaydasında xx.xx.2021-ci ildə cavabdehin hesabına köçürüldüyündən, 2017-ci ilin 4-cü rübü üzrə təqdim olunmuş hesabatlarda öz əksini tapması ümumiyyətlə mümkün ola bilməzdi.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və yeni qərar qəbul edilməklə, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Rəfiyev – sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) 01 fevral 2023-cü il tarixli, 2-1(107)110/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və yeni qərar qəbul edlməklə, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətinində qeyd etmişdir ki, sığortaedən, "xxxx" ASC tərəfindən 20 17-ci ilin 4-cü rübü üzrə hesabatlar həmin dövrdə Fonda təqdim edilsə də, İddiaçı hesablanmış əmək haqqı və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatlar həmin hesabatlarda əks olunmamışdır. Hal-hazırda iddia tələbində göstərilən 1303,25 manat məcburi dövlət sosial sığorta haqqının iddiaçının **********877 nömrəli fərdi hesabında əks etdirilməsi üçün "xxxx" ASC tərəfindən Dövlət Vergi Xidmətinə 2017-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim edilməlidir. Hesabatlar qəbul edildikdən sonra ödənilmiş 1303,25 manat məcburi dövlət sosial sığorta haqqının müvafiq fərdi hesabda əks etdirilməsi məsələsinə Fond tərəfindən baxıla bilər. İddiaçı "xxxx" ASC tərəfindən Dövlət Vergi Xidmətinə 2017-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş hesabat təqdim edilmədən (inzibati orqanın bununla bağlı hər hansı imtinası olmadan) bu iş üzrə Filialın cavabdeh qismində cəlb edilməsi barədə əsassız olaraq Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Sosial sığorta haqqında" Qanun: 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövl ət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün mü ddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (q ərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİ YA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəmə sinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum q almır. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
25. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)502/2016 nömrəli qətnaməsi ilə "xxxx" ASC-dən ödənilməmiş əmək haqqı ayları üzrə 9787 manat, işdənçıxarma müavinətına görə 200 manat və istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi 986,80 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-502/2016 nömrəli qətnaməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli (OD4) ödəniş tapşırığına əsasən, iddiaçının əmək haqqında n 22 faiz (1146,86 manat) 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin hesabından cavabdehin hesabına köçürülmüşdür. Eləcə də, xx.xx.2021-ci il tarixli (OD5) ödəniş tapşırığına əsasən, iddiaçının əmək haqqından 3 faiz (156,39 manat) 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin hesabından cavabdehin hesabına köçürülmüşdür.
26. İddiaçının fərdi hesabında əks etdirilməsini tələb etdiyi 1303,25 manat pul məbləği xx.xx.2021-ci il tarixli (OD4 və OD5) ödəniş tapşırıqlarında qeyd edilmiş, 20102015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin hesabından cavabdehin hesabına köçürülmüş pul məbləğidir (1146,86 + 156,39 manat). Odur ki, iddiaçı tələbində haqlıdır.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları p ozulmadığından kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2023-cü il tarixli, 21(107)-110/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.