Məhkəmə qərarları › İş №2-1(102)-1197/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1197/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1197/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Açar söz: torpaq sahəsinə dair plan ölçünün tərtib edilməsi; çıxarışın verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək çıxarışın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1444/2019 nömrəli, 04.12.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 02.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: Səbail rayon İcra Hakimiyyəti Başçısının **** saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün Iddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti Başçısının **** saylı, 30 dekabr 1998-ci il tarixli Sərəncamı ilə vətəndaş Iddiaçı Badamdar qəsəbəsində, fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin situasiya planı 30.07.2018-ci il tarixdə Səbail rayon İcra Hakimiyyəti tərəfind ən təsdiq edilmişdir. İddiaçı, cavabdeh inzibati orqana müraciət edərək həmin torpaq sahəsinin planölçüsünün tərtib edilərək reyestrdən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşir. Bundan başqa ****** nömrəli, 15.03.2017-ci il tarixli ərizəyə əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin 30.12.1998-ci il tarixli, **** saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hal-hazırda təqdim edilmiş yerləşmə cizgisi (Səbail rayon İcra Hakimiyyətinin 30.12.1998-ci il tarixli, **** saylı sərəncamı ilə) fərqlidir. Bununla razılaşmayan iddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ünvan onun adına fərdi yaşayı ş evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşir. Bu səbəbdən torpaq sahəsinin dövlət torpağı olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri Ərazi Şöbəsinə sorğu göndərilmiş və ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. Əlavə araşdırma zamanı müəyyən olunmuşdur ki, ****** nömrəli, 15.03.2017-ci il tarixli ərizəyə əlavə edilmiş Səbail rayon İcra Hakimiyyəti nin 30.12.1998-ci il tarixli, **** saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi (Səbail rayon İcra Hakimiyyətinin 30.12.1998-ci il tarixli, **** saylı sərəncamı ilə) fərqlidir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.03.2019-cu il tarixli, 2-1(81)786/2019 nömrəli qərarına əsasən iddia təmin edilmiş, Səbail Rayon İcra Hakimiyyəti Başçısının **** saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamına əsasən ayrılmış Ünvan yerləşən 600 kv.m torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək Iddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.03.2019-cu il tarixli, 2-1(81)786/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1444/2019 nömrəli, 04.12.2019-cu il tarixli qərarına əsasən, apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-786/2019 saylı, 06 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qanunvericliklə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları müəyyən edilmiş, lakin cavabdeh qeyd edilən əsasların heç birinə istinad etmədən iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1444/2019 nömrəli, 04.12.2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı 15.03.2017-ci il tarixində İdarəyə müraciət edərkən göstərdiyi torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən digər fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Bundan əlavə, iddiaçının İdarəyə 31.07.2018-ci il tarixli müraciəti zamanı isə göstərdiyi torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən daş karxanasının ərazisində yerləşir və dövlətin mülkiyyətində olan torpaqlara aiddir. Kassator, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 55, 67, 68, 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci, İnzibati Prosessual Məcəllənin 90-96-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1444/2019 nömrəli, 04.12.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDIRIC I HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1444/2019 nömrəli, 04.12.2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçının torpaq ayrılmasına dair hüquqmüəyyənedici sənədi Səbail rayon İcra Hakimiyyəti Başçısının **** saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamıdır. Həmçinin, Səbail RİH tərəfindən təsdiq edilmiş iddiaçıya məxsus torpaq sahəsinin yerləşmə planının surətindən görünür ki, Səbail RİH-nin **** saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamına istinad edilməklə iddiaçının adına Ünvan sahəsinə dair cizgi tərtib edilmiş və Səbail rayon İcra Hakimiyyəti tərəfindən həmin situasiya planı təsdiq edilmişdir. Cavabdeh kassasiya şikayətinin dəlillərində apellyasiya instansiya məhkəməsinin işi hərtərəfli araşdırmadığını bildirsə də, cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının **** saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamına əsasən Iddiaçı ayrılmış Ünvan yerləşən 600 kv.metr torpaq sahəsi iş mat eriallarına əlavə edilmiş № **** saylı və № ****** saylı çıxarışlar əsasında X1 və X2 məxsus torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini, iddiaçı Iddiaçı məxsus torpaq sahəsi hansı kateqoriyalı torpaq sahəsinə aid olmasını və dövlət mülkiyyətində olan daş karxanası ərazisində yerləşməsinin müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyasının 17 iyul 2019-cu il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin № ***** saylı, 21 oktyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, X MMC-nin mütəxəssis rəyinə əsasən, № **** saylı və № ****** saylı çıxarışlar əsasında X1 və X2 məxsus torpaq sahələrinin plan-ölçü sənədlərinə iki plan-ölçü sənədi əlavə edilmişdir ki, bunlardan da birində ko ordinatlar, digərində isə ad və soyad qeyd edilməmişdir. Koordinatları olan torpaq sahəsinin yerini dəqiqləşdirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi iddiaçı Şamil Əmrahova Səbail Rayon İcra Hakimiyyəti başçısının **** saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamına əsasən ayrılmış torpaq sahəsi üst-üstə düşmür, 180 metr qərb hissədə yerləşdiyi müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, № **** saylı və № ****** saylı çıxarışlar əsasında X1 və X2 məxsus torpaq sahələri Iddiaçı məxsus torpaq sahəsi ilə eyni massivdə yerləşdiyindən həmin massiv yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla dövlət mülkiyyətidir və faktiki olaraq Iddiaçı ayrılmış (mübahisələndirilən) torpaq sahəsi daş karxanasından kənarda yerləşir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsində iş hərtərəfli ara şdırılmış, cavabdeh öz imtinasında mübahisəli torpaq sahəsinin daş karxanası ərazisində yerləşdiyini bildirsə də, ekspertiza tədqiqatı zamanı iddiaçıya məxsus torpaq sahəsinin daş karxanasının ərazisində yerləşmədiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasının əsası kimi göstərilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkilə şdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsə rrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeyd ə alındığı andan yaranır. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün bütün qanuni əsaslar mövcuddur. Apellyasiya instansiya məhkəməsi də göstərilən normaları işin faktiki hallarına tətbiq etməklə haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübut larla əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1444/2019 nömrəli, 04.12.2019-cu il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar