Məhkəmə qərarları › İş №2-1(102)-1197/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1197/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1197/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının İddiaçı Cavabdeh-yə (hazırkı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətdə olan əmlakın yolun mühafizə zolağına düşməsi, kompensasiya ödənilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vəkili X9 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehdən iddiaçının xeyrinə mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1245548.4 manat (249109.68 manat illik gəlir 5 il) əldən çıxmış gəlirin tutulması barədə” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-122/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinin 29.06.2013-cü il tarixli çıxarışına əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesi, 272-ci km-nin sol tərəfində yerləşən 0.1173 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən Yanacaqdoldurma və X36 Məntəqəsinin mülkiyyətçisidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətində olan Yanacaqdoldurma və X36 Məntəqəsinin texniki pasportu tərtib edilmişdir.

2. Cavabdehdən iddiaçıya verilmiş 01.03.2017-ci il tarixli məktubda Yanacaqdoldurma və X27 yolun tikintisi altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat məbləğində kompensasiyanın hesablandığı göstərilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini n 2(001)-201/2017 nömrəli, 06.02.2017-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “zəbt edilmiş torpaq sahəsinin qaytarılması və ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə (məhkəmə aidiyyəti) icraata xitam verilmişdir. İddiaçı tərəfindən verilən apelyasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)4368/2017 nömrəli 06.04.2017-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-201/2017 nömrəli, 06.02.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)6038/2016 nömrəli 15.07.2016-cı il tarixli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Aparılan tikinti-texniki tədqiqatın nəticəsi aşağıdakı k imi olmuşdur: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X20rşısında yerləşən 1520 kv.m torpaq sahəsinin 260 kv.m (********) hissəsinin yol tikintisi ilə əlaqədar istifadə olunduğu müəyyən edilir; - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X27 başqa sahəyə köçürülməsi ilə əlaqədar görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 417492,0 manat məbləğində olduğu müəyyən edilir; - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesi, 272-ci km-nin sol tərəfində y erləşən Yanacaq Doldurma və X27 binasının hazırkı bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı.

5. Aparılan mühasibatlıq tədqiqatının nəticəsinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənlərə görə Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X27 fəaliyyəti, analoji olaraq “T.E.K.O” firması ilə eyni götürüldükdə 2015-ci il üzrə 69.105,7 manat həcmində gəlir əldə edə bilər.

6. Cavabdeh orqan tərəfindən təqdim edilən vəsatət və ona əlavə edilmiş iddia ərizəsinin surətindən müəyyən edilir ki, cavabdeh orqan Yevlax Rayon Məhkəməsində DƏDRX tərəfindən İddiaçı verilmiş Çıxarış və Texniki pasportun etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırmışdır. Cavabdeh orqan verdiyi Vəsatətlə icraatda ola n inzibati işin icraatının dayandırılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11.07.2019cu il tarixli 2-1(84)-8/2019 nömrəli Qərardadı ilə inzibati işin icraatı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Yevlax Rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli 2(039)-1545/2019 nömrəli Qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh orqan tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.12.2019-cu il tarixli 2(107)3187/19 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.07.2020-ci il tarixli 2(102)3482/2020 nömrəli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 11 may 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “cavabdehdən onun xeyrinə mülkiyyətində olan Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi üçün 417.492,0 manat, 83.498,4 manat əlavə haqqın, 207.317,1 manat əldən çıxmış gəlirin tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Yanacaqdoldurma və X36 Məntəqəsi keçmiş sovetlər dövründə, 70-80-cı illərdə inşa edilmiş, Bakı-Qazax şosesindən ayrılan xüsusi yol vasitəsi ilə oraya daxil olmaq və çıxmaq mümkün olmuşdur. Məntəqənin fəaliyyəti normal ahəngdə davam etdiyi dövrdə, 2009-2013-cü illərdə regionların sosialiqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Kürdəmir-Ucar-Yevlax Tərtər avtomobil yolunun yenidən qurulması layihəsi, y əni "xxxx" ASC tərəfindən Kürdəmir-Ucar-YevlaxTərtər avtomobil yolunun yenidən bərpası, genişləndirilməsi və 4 zolaqlı yola təkmilləşdirilməsi layihəsi həyata keçirilirdi. Ona xəbərdarlıq edilmişdi ki, genişlənmə nəticəsində yolun bir hissəsi Yanacaqdoldurma və X36 Məntəqəsinin ərazisini tam əhatə edəcək və bu səbəbdən məntəqə başqa əraziyə köçürüləcək, ona kompensasiya veriləcəkdir. Buna baxmayaraq tikinti işlərinin getdiyi ərəfədə "xxxx" ASC heç bir kompensasiya vermədən Bakı-Qazax şosesindən ayrılan məntəqənin xüsusi yolunu dağıdaraq uçurmuş, beləliklə də oraya nəqliyyat vasitələri tərəfindən girib-çıxmaq mümkün olmamışdır. Bununla bağlı iddiaçı "xxxx" ASC-yə öz pretenziyalarını bildirəndə onlar cavab vermişlər ki, bu dövlət layihəsidir, Yanacaqdoldurma və X36 Məntəqəsi başqa əraziyə kö çürüləcək və ona kompensasiya veriləcəkdir. Belə olan halda iddiaçı məcburiyyət qarşısında fəaliyyətini dayandırmış və düşünmüş ki, dövlət layihəsidir, kompensasiyanın verilməsini gözləməlidir. İllər ötmüş, yol çəkilişi başa çatmış, məntəqə fəaliyyət göstərə bilməmiş və müştərilərini itirmiş, lakin vəd edilmiş kompensasiya verilməmişdir. Cavabdehdən iddiaçıya verilmiş 01.03.2017-ci il tarixli məktubda Yanacaqdoldurma və X27 yolun tikintisi altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat məbləğində kompensasiyanın hesablandığı göstərilmişdir. İddiaçı bu məbləğlə bağlı etirazını bildirmişdir. O hesab edir ki, yuxarıda göstərilənlər Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi ilə əlaqədar görülməli təmir-bərpa işləri ilə bağlı Cavabdeh-dən onun xeyrinə bazar qiyməti ilə hesablanmı ş 417492,0 manat xərcin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanında nəzərdə tutulan 83498,4 manat kompensasiyanın, son 3 il ərzində (ötən müddət 5 ildən artıq olsa da, iddiaçı humanistlik göstərərək son 3 ili iddia edir) əldən çıxmış 207317,1 manat (69105,7 manat*3 il) gəlirin tutulması üçün əsasdır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi işi baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdir. Həmin iş üzrə cavabdeh orqan tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq məhkəmələr tərəfindən təmin edilməmişdir. X35-İqtisadi Məhkəməsinin dəftərxanasına 16.02.2018-ci il tarixdə daxil olmuş və həmin gündən icraata qəbul edilmişdir.

10. İddiaçı tərəfindən “iddia ərizəsinə əlavə”yə dair məhkəmənin dəftərxanasına 15.05.2019-cu il tarixdə daxil olan cavabdehə qarşı ərizədə iddiaçı cavabdehdən onun xeyrinə mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi üçün 436.620,0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1245548.4 manat (249109.68 manat illik gəlir*5 il) əldən çıxmış gəlirin tutulması barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 24.05.2019-cu il tarixli iclasında ərizə protokol qərarı ilə icraata qəbul edilmişdir.

11. İş materiallarında olan “Qarşılıqlı iddia ərizəsi”ndən müəyyən edilir ki, ərizə üzrə iddiaçı (hazırkı i ş üzrə cavabdeh) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi və ərizə üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı qarşı “çıxarışın etibarsız edilməsi” tələbi ilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-492/2018 nömrəli 30.03.2018-ci il tarixli Qərardadı ilə qarşılıqlı iddia mümkün sayılmamışdır. Qərardaddan ərizə üzrə iddiaçı tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.05.2018-ci il tarixli 2-1(107)-246/2018 nömrəli Qərardadı və Azərbaycan Respublikası Ali Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1726/2018 nömrəli 17.10.2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

12. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-492/2018 nömrəli 06.12.2018-ci il tarixli Qərardadı ilə iş üzrə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 13. 21.02.2019-cu il tarixdə aparılan məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində qeyd edilmişdir: - Azərbaycan Respublikası Nəqliyyat nazirliyi «Azəryolservis açıq səhmdar Cəmiyyəti» tərəfindən verilən məktuba əsasən X17nin reklam lövhəsi və 2,57 sot torpaq sahəsi yolun tikintisinin atına düşərək istifadə olunduğu müəyyən olunur; - Bakı-Qazax magistral yolunun 272-ci kilometrliyinin sol tərəfində yerləşən iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsi A tiki lisi (talvar və ya kalonka) yeni salınmış yolun oxundan 20,0 metr kənarda yerləşdiyini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtomobil yollarında təhkim və mühafizə zolağından istifadəsinin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” 28 fevral 2004-cü il tarixli 18 nömrəli qərarına əsasən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun qorunma (mühafizə) zolağının eni yolun orta hissəsindən hər iki tərəfə 30 m olmaqla torpaq sahəsinin bir hissəsi və A tikilisi (talvar və ya kalonka) avtomobil yolunun qorunma (mühafizə) hissəsinə düşdüyü müəyyən olunur; - Bakı-Qazax magistral yolunun 272-ci kilometrliyinin sol tərəfində yerləşən və iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsinin torpaq sahəsinin çox hissəsinin (2.57 sot) yol tikintisinin altında qaldığını, talvar və çənlərin yolun mühafizə zolağına düşdüyünü və yanacaq-maye qaz çənlərin yolun kənarına yaxın ərazidə (təqribən 5/6m) yerləşdiyini nəzərə alaraq, iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsinin təyinatı üzrə istifadəsinin mümkünsüz olduğu, inşa olunmuş yeni magistral yolun yanacaqdoldurma və maye qaz məntəqəsinin giriş-çıxışına maneə yaratdığı müəyyən olunur. Yanacaq və qaz doldurma talvarı ilə yolun arasında az məsafə olduğu və yolun mühafizə zolağına düşdüyü və Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunun 14-cü və 33-cü maddələrinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında tikililərin yerləşdirilməsi qadağan olduğu üçün yanacaq-maye qaz doldurma məntəqəsinə nəqliyyat vasitəsinin sərbəst girişçıxışı məhdudlaşır və təyinatı üzrə istifadəsi mümkün deyil; - Yanacaqdoldurma və maye qaz məntəqəsindən təyinatı üzrə istifadəyə mövcud olan maneənin aradan qaldırılması üçün həmin yanacaqdoldurma və maye qaz məntəqəsi başqa əraziyə köçürülməlidir. İstifadəyə yaranmış maneəni aradan qaldırmaq üçün görülməli tikinti- təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 436607.0 manat məbləğində olduğu müəyyən edilmişdir; -Yanacaqdoldurma və maye qaz məntəqəsinə xidmət edən yanacaq çənləri Bakı Qazax yolunun mühafizə zolağında yerləşdiyi üçün həmin çənlər yolun istifadəsi üçün təhlükə törədir. Yuxarıda göstərilənlərə yanacaqdoldurma və maye qaz məntəqəsinin (çənlərlə birlikdə) başqa əraziyə köçürülməsi zəruri olduğu və başqa sahəyə köçürülməsi nəticəsində tikinti-təmir işlərinin dəyəri smetada ətraflı göstərilmişdir.

13. İlkin ekspertiza ilə hazırkı ekspertizanın nəticələri arasında yaranmış fərq tikinti materiallarının qalxması ilə izah olunur. 01.04.2019-cu il tarixdə aparılan məhkəmə-mühasibat ekspertizasının nəticə hissəsində qeyd edilir: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X27 fəaliyyəti, analoji olaraq “Atilla” müəssisəsi ilə eyni götürüldükdə 2018-ci il üzrə 249.109,68 manat (20.759,14 x 12 ay) həcmində gəlir əldə edə bilər.

14. DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 20.12.2018-ci il tarixli məktuba ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Mə ktuba əlavə edilən 22.05.2001-ci il tarixli “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, qeyd olunan YDM X10 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Həmin YDM 15.03.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X25 adından etibarnamə əsasında səlahiyyətli nümayəndə (satıcı) X11 tərəfindən alıcı (iş üzrə iddiaçı) İddiaçı satılmışdır. Alıcı qeyd olunan daşınmaz əmlakı 25.000 manata satın almışdır. Bunun əsasında iddiaçının adına 16.04.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Məktuba əlavə edilmiş 17.05.2013-cü il tarixli 4326 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı Müqaviləsi”nin 1.1-ci bəndində qeyd edilir ki, müqavilənin predmeti ni 16.04.2013-cü il tarixli, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən “Alıcı”nın adına qeydiyyata alınmış Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax yolunun 272-ci km-nin sol tərəfi ünvanındakı Yanacaqdoldurma Stansiyasının istifadəsində olan 1172.95 kv.m torpaq sahəsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən Yanacaqdoldurma məntəqəsinin istifadəsində olan 1172.95 kv.m torpaq sahəsini alıcı 152 (bir yüz əlli iki) manata satın almışdır. Müqaviləyə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X22, alıcı hazırkı iş üzrə İddiaçıdur. Qeyd olunan müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən YDM və onun yerləşdiyi 0.1173 ha torpaq sahəsinə dair 29.06.2013- cü il tarixli çıxarış və 02.07.2013cü il tarixdə tərtib olunmuş “Texniki pasport” verilmişdir. 15. 11 saylı Ərazi Vergilər Departamentinin dekabr 2018-ci il tarixli **********429800 nömrəli məktubunda qeyd edilir ki, məlumat-uçot bazasına əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi ərazisində Bakı-Qazax şossesinin 272-ci kilometrliyində yolun sol tərəfində yerləşən yanacaqdoldurma və X36 məntəqəsi "xxxx" Firmasının (VÖEN:**********) təsərrüfat subyekti (obyekt) kimi 20.11.2007-ci il tarixdə **********-22001 kodla vergi uçotuna alınmışdır. Həmin obyekt "xxxx" Firmasının 27.12.2012-ci il tarixli ərizəsinə əsasən 28.12.2012-ci il tarixdən bağlanmışdır. Qeydiyyat qovluğundakı məlumatlara əsasən "xxxx" X1 tərəfindən özəlləşdirilmiş Yevlax rayonu 1 saylı ağ neft satışı məntəqəsinin əmlakının baza sında yaradılmışdır. "xxxx" Firmasının təsisçisi iştirak payı 21 may 2001-ci il tarixli notarial alqı-satqı müqaviləsinə əsasən X3 və bu fakt 09 iyul 2004-cü il tarixdə 10/87 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Firmasının qeydiyyat qovluğundakı məlumatlara əsasən hazırda həmin firmanın təsisçisi X25, direktoru (qanuni təmsilçi) isə (iş üzrə iddiaçı) İddiaçıdur. "xxxx" Firması şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən fəaliyyət göstərdiyi müddətdə (uçot-məlumat bazasına əsasən şəxsi hesab vərəqəsinə vergi hesablamaları və ödənişlər üzrə yazılış 31.01.2006cı il tarixdən başlanmışdır) büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə cəmi 14032.76 (on dörd min otuz iki manat yetmiş altı qəpik) vəsait ödəmişdir.

16. Cavabdeh orqan tərəfindən verilmiş vəsatətdə qeyd edilir ki, iddiaçının iddia tələbinə cavab verilməli olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdeh qismində olmamalıdır. Belə ki, 15 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" ASC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Sifarişçinin dəstəyi ilə müqavilə üzrə Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolu, Hissə 1C (km 130 +940) magistral avtomobil yolu üzrə tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması və qüsurların aradan qaldırılması üçün podratçının təklif etdiyi tender təklifini qəbul etmiş müqavilənin müvafiq bəndinə əsasən sifarişçinin podratçıya həyata keçirəcəyi ödəmələr əsasında Podratçı, işlərin yerinə yetirilməsi və meydana çıxacaq hər hansı nöqsa nların aradan qaldırılmasını bu müqavilənin şərtlərinə müvafiq şəkildə həyata keçirəcəyinə dair sifarişçi ilə razılaşmışdır.

17. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.05.2019-cu il tarixli 21(84)-8/2019 nömrəli qərardadı ilə iş üzrə Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına qəbul edilmişdir.

18. Cavabdeh orqanın 07.06.2019-cu il tarixli məktubunda qeyd edilir ki, BakıQazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 272-ci kilometr hissəsi “Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidənqurulması” layihəsinin tərkibinə daxil olmaqla, inşası 07.11.2012-ci il tarixdə başlanmış və 22.12.2016-cı il tarixdə başa çatdırılaraq istifadəyə verilmişdir.

19. Şəki İnzibati Məhkəməsinin (hakim X12, 2-1(116)-6/2020 saylı iş) 18 noyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

20. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, müəyyən edilmiş hallara əsasən 15 sentyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası KürdəmirUcar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolu, hissə 1C (km 130 +940) magistral avtomobil yolu üzrə tikinti işlərinin yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması və qüsurların aradan qaldırılması üçün işlərə başlanılmışdır. Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax yolunun 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma X2 mülkiyyətində olmuş və sonuncu Kürdəmir-Ucar-X8 yolunun tikildiyi dövrdə 15.03.2013-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən məntəqəni iddiaçıya satmışdır. Bundan sonra iddiaçı 17.05.2013-cü il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax yolunun 272-ci km-nin sol tərəfi ünvanında yerləşən Yanacaqdoldurma Stansiyasının istifadəsində olan 1172.95 kv.m torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 152 (yüz əlli iki) manata satın almışdır. İşin mübahisəsiz və ekspert rəyləri ilə müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçıya məxsus Yanacaqdoldurma Stansiyasının istifadəsində olan 1172.95 kv.m torpaq sahəsinin 257 kv.m hissəsi Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunun tikintisi zamanı yolun tikintisində istifadə olunmuş və bunun müqabilində iddiaçıya 3.500 manat kompensasiya hesablanmışdır. İddiaçı mülkiyyətində olan Yanacaqdoldurma Stansiyasından istifadə edə bilmədiyini bildirərək iddianın birinci hissəsini irəli sürmüş və məntəqənin köçürülməsi və müas ir avadanlıqlarla yeni məntəqənin tikilməsi üçün dövlət tərəfindən vəsaitin verilməli olmasını iddia edir ki, onun iddiası əsassız və qanunsuzdur. Belə ki, iş materiallarında olan fotoşəkillərdən və mülkiyyət sənədlərindən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan məntəqə 1992-1995-ci illərdə tikilmiş və məntəqənin avadanlıqları həmin dövrə uyğundur. Yəni, məntəqə və onun ləvazimatı köhnədir və istismara yararlı olub-olmaması bəlli deyildir. Bundan başqa iş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, məntəqəyə giriş və çıxış hər hansı formada məhdudlaşdırılmayıb və ekspertin rəyi ilə razılaşmayan məhkəmə qeyd edir ki, rəyin bu hissədə məzmunu işin faktiki hallarına uyğun deyildir. Eyni zamanda ekspert rəyində məntəqənin təyinatı üzrə fəaliyyət göstərməsinə maneə kimi yan acaq doldurma çənlərinin yolun təsir zonasına düşdüyü qeyd olunur ki, bununla əlaqədar X17nin deyil çənlərinin yerinin dəyişdirilməsi kifayətdir ki, iddiaçı çənlərin yerini dəyişdirməli və məntəqəni hazırki standartlara uyğun təchiz etdikdən sonra məntəqənin təyinatı üzrə istifadəsinə nail ola bilər. Bu zaman iddiaçı cavabdehdən yalnız çənlərin yerinin dəyişdirilməsi ilə bağlı çəkdiyi xərcləri görülmüş işlərə dair smeta təqdim etməklə tələb edə bilər ki, bu da hazırki məhkəmə araşdırmasının predmetini təşkil etmir.

21. İddiaçı Şəki İnzibati Məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

22. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X21 və X6, 2-1(107)-122/2021 saylı iş) 16 aprel 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, Şəki İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

23. İddiaçı 28 aprel 2021-ci il tarixdə qərarın surətini almış, 21 may 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

24. İddiaçının iddiasında cavabdeh tərəfindən yol çəkilərkən əlindən çıxmasına səbəb olmuş, yəni dövlət ehtiyatları üçün götürülmüş iddiaçıya məxsus torpaq sahəsinin əvəzinin ödənilməsinə dair tələbi yoxdur. İddiaçının tələb i magistral yolun layihələndirilməsi zamanı zərər görmüş mülkiyyətində olan Yanacaq Doldurma və X36 Stansiyasının yenidən bərpası üçün lazım olan vəsaitin ödənilməsindən ibarətdir. Həmçinin cavabdeh inzibati orqanın onun haqlı tələbinin vaxtında yerinə yetirməməsi üzündən, zamana görə əldə çıxmış mənfəətin əvəzində kompensasiya verilməsini tələb etmişdir.

25. İddiaçı əmlakın dəyərindən deyil, Yanacaq Doldurma və X36 Stansiyasının başqa ünvana köçürülməklə, yenidən inşası üçün lazım olan vəsaitin tələbindədir. Cavabdeh tərəfin isə belə bir məntəqənin inşası üçün alternativ tələbi və təklifi yoxdur. Tələb və təkliflə bağlı çıxış etmək məhkəmənin səlahiyyətinə aid deyildir. Bununla da məhkəmə qarşısında bərabərlik prinsipini pozmuşdur.

26. Həmçinin nə qədər ki, məhkəmə adı keçən məntəqənin is tismara yararlı olub- olmadığını müəyyən edə bilməmişdir, bununla bağlı hala əsas kimi istinad edə və ya qərar qəbul edə bilməzdi. Məntəqənin istismarına yol çəkilişi ilə bağlı son qoyulduğuna dair işdə yetərincə dəlillər olduğu halda və bu hal tərəflər arasında mübahisə edilmədiyi təqdirdə, məhkəmənin iddianın rəddi ilə bağlı əsaslardan biri kimi qərarda “məntəqəyə giriş-çıxışın məhdudlaşdırılmadığı”na istinad edilməsi, kobud prosessual pozuntu kimi qiymətləndirilməlidir. Çünki bununla bağlı ekspertin rəyi və tərəflərin təqdim etdiyi sübutlarla razılaşmırdısa, əlavə sübutlar tələb edə, ən azından gedib yerində baxış keçirə bilərdi.

27. Şikayət olunan qərar qəbul edilərkən İnzibati Prosessual Məcəllənin 11.1, 58.2, 68.2-ci maddələrinin tələblərinə riayət edilməmişdir.

28. İş üzrə alınmış tikinti-mühəndis ekspertizasının 21 fevral 2019-cu il tarixli rəyinə əsasən iddiaçıya məxsus adı çəkilən Yanacaq Doldurma və X36 Məntəqəsinin 2,57 sot. hissəsi yol tikintisinin altına, digər hissəsi isə yolun mühafizə zolağına düşür. Bu səbəbdən də yanacaq-maye doldurma məntəqəsinə nəqliyyat vasitələrin sərbəst girişçıxışı məhdudlaşır və təyinatı üzrə işlədilməsi mümkün deyildir.

29. Həmin rəylə adı çəkilən yanacaqdoldurma və X36 məntəqəsinin başqa yerə köçürülməsinin mütləq olduğu müəyyən edilməsi ilə yanaşı, həm də köçürülməsi və yenidən inşası üçün tələb olunan xərc smetası 436.607 manat məbləğində təyin edilmişdir.

30. Bundan başqa adı çəkilən Yanacaq Doldurma və X36 Məntəqəsinin məhz layihələndirilmiş və inşası cavabdeh tərəfindən həyata keçirilmiş yolun zolağına düşdüyünün müəyyən e dildiyi barədə, hazırkı iş üzrə tərəflərə aid qanuni qüvvəsində olan məhkəmə aktı mövcuddur.

31. Belə ki, Yevlax rayon məhkəməsinin 2(039)-1545/2019 nömrəli, 6 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə cavabdeh, İddiaçı qarşı məhkəmədə iddia qaldırıb, ona məxsus hazırkı işdə adı keçən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı- Qazax şossesinin 272-ci km. ünvanında yerləşən Yanacaq Doldurma və X36 Stansiyasına DƏDRX tərəfindən İddiaçı adına verilmiş mülkiyyət hüququnun qeydə alındığı barədə çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir.

32. Yevlax rayon məhkəməsinin istinad edilən 6 avqust 2019-cu il tarixli qətnaməsində müəyyən edilmiş hallara əsasən adı çəkilən iddiaçıya məxsus Yanacaq Doldurma və X36 Məntəqəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi yolun altına, digər hissəsi isə yolun mühafizə zolağına düşmüşdür.

33. Həmin qətnamənin aid olduğu iş üzrə təqdim edilmiş iddia ərizəsinin məzmununda iddiaçı (hazırkı iş üzrə cavabdeh) X26 Agentliyi tərəfindən qeyd edilir ki, avtomobil yolunun hər iki hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr eninə yolun mühafizə zolağıdır. İddiaçı məxsus X17 yolun mühafizə zolağına düşür.

34. Cavabdehin iddiaçıya ünvanladığı 18.06.2015-ci il tarixli cavab məktubunda, iddiaçıya məxsus YDM-nin 2,57 sotunun yolun tikintisi altına düşdüyünü qeyd etmişdir.

35. Həmçinin cavabdehin iddiaçıya ünvanladığı 1 mart 2017-ci il tarixli digər məktubunda, iddiaçıya məxsus YDM-nin yolun tikintisi altına düşən hissəsinə dəymiş ziyana görə 3.500 manat kompensasiya hesabland ığını bildirmişdir.

36. Göründüyü kimi, cavabdeh tərəfindən layihələndirilən yolun tikintisi səbəbindən adı çəkilən YDM-nin bir hissəsi yol tikintisinin altına, digər hissəsinin isə yolun mühafizə zolağına düşməklə, giriş-çıxışı məhdudlaşdırılmış vəziyyətə düşməklə, istismarı yol verilməz hala salındığı barədə iş üzrə yuxarıda sadalanan yetərincə hallar mövcuddur.

37. İddiaçının əmlaka görə tələb etdiyi pul şəklində kompensasiya məbləği iş üzrə müəyyən edilmiş hallara görə tam əsaslı və ədalətlidir.

38. İddiaçı mülkiyyətçi olaraq, cavabdeh tərəfindən ona məxsus əmlaka, razılığı alınmadan, iradəsinə zidd müdaxilə edilmişdir. Nəticədə iddiaçı həm əmlakından və həm də ondan həyata keçirdiyi fəaliyyətindən əldə edən gəlirdən mərhum olunmuşdur. Kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehin hə rəkətsizliyi illərlə davam etdiyindən, ziyan məbləğinin artmaqda davam etməsinə yol açmışdır.

39. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İİ bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c) məhkəmə icraatı iştirakçılarının izahatları

41. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin mətninə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir

42. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir.

43. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 44. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

45. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə

157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azər baycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqa nı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərə r üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülk i Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 46. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğ uların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri top layır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-).

47. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdır mağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənm əsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə

52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. S übutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

87. Apelyasiya instansiyası məhkəməsində icraat (-). 87.8. Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasını n hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qəra r qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

48. Mülki Prosessual Məcəllə Maddə

101. Ekspert rəyi (-). 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. (-). Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığı na görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya bax ışının hədləri

49. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

50. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

52. Kasasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

53. İddiaçı mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesinin 272-ci kilometrinin sol tərəfində yerləşən Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi üçün 436.620 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə 87.332 manat əlavə haqqın və hər ilə 249.109 manat olmaqla 5 il üçün 1.245.548 manat əldən çıxmış gəlirin cavabdehdən tutulmasını xahiş etmişdir.

54. İddiaçı hesab edir ki, Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunda magistral avtomobil yolu üzrə tikinti işlərinin yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması üçün işlərə başlan ılmış, bu zaman mülkiyyətində olan X17nin bir hissəsi yeni salınacaq yola, bir hissəsi də mühafizə zolağına düşdüyündən mülkiyyətindən istifadə edə bilməmiş, nəticədə ona dəyən ziyanın məbləği ekspertiza rəyi ilə müəyyən edilmişdir.

55. İPM-in 13 və 48.1-ci maddələrinin tələbinə görə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, natamam faktiki məlumatların tamamlanmasında qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, prosesin sonrakı mərhələsində işin hallarının tam müəyyənləşdirilməsi üçün proses iştirakçılarına yardım etməlidir.

56. İPM-in 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir.

57. Apelyasiya instansiyası məhkəməsi İPM-in 13, 48.1 və 52-ci maddələrinin tələbləri təmin edilməmişdir.

58. İddiaçı tələbində Yanacaqdoldurma və X27 başq a əraziyə köçürülməsi üçün kompensasiya ödənilməsini xahiş etmişdir.

59. Apelyasiya məhkəməsi iddiaçı ilə tələbi dəqiqləşdirməmiş, Yanacaqdoldurma və X27 konkret olaraq hansı əraziyə, o cümlədən qonşu əraziyə, yaxud başqa ünvana (hansı ünvana) köçürülməli olmasını müəyyən etməmiş, iddiaçı ilə bu barədə dəqiqləşdirmə aparmamış, həmçinin yanacaqdoldurma məntəqəsi (onun bir hissəsi) yolun tikinti altına və mühafizə zolağına düşdüyündən fəaliyyət göstərmədiyinə görə, yoxsa məntəqənin başqa əraziyə köçürülməsi ilə bağlı xərclər də nəzərə alınmaqla dəyən ziyan üçün kompensasiya ödənilməli olması ilə bağlı iddia tələbini dəqiqləşdirməmişdir.

60. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesi, 272-ci km-nin sol tərəfi ümumi sahəsi 15,2 kv.m ti kili, 0,1173 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Lakin çıxarışda qeyri-yaşayış sahəsinin tərkibi kimi operator binası 43,85 kv.m, talvar 58,10 kv.m, ayaqyolu 2,56 kv.m, cəmi 104,51 kv.m olduğu göstərilmiş, qeyd edilən tikililərin (hansının) yolun tikinti altına və mühafizə zolağına düşməsi araşdırılmamışdır.

61. Cavabdeh iddiaçıya göndərdiyi ayrı-ayrı məktublarında yanacaqdoldurma məntəqəsinə aid torpaq sahəsindən yalnız 2,57 sot torpaq sahəsinin və reklam lövhəsinin yolun tikinti altına düşdüyünü bildirmişdir.

62. Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2019-cu il tarixli rəyində 2,57 sot torpaq sahəsinin və reklam lövhəsinin yolun tikinti altına, A tikilisinin və çənin yolun mühafizə zolağına düşdüyü, həmçinin yanacaq-maye qaz doldurma məntəqəsinə nəqliyyat vasitəsinin sərbəst giriş-çıxışı məhdudlaşdığı və təyinatı üzrə istifadəsinin mümkün olmadığı qeyd edilmişdir.

63. Apelyasiya məhkəməsi bəhs olunan hallarla bağlı araşdırma aparmamış, iddiaçının yolun tikinti altına və mühafizə zolağına düşməyən əmlakından təyinatı üzrə istifadə etməsinin mümkünlüyünü tərəflərin və ekspertin iştirakı ilə yoxlamamış, yanacaqmaye qaz doldurma məntəqəsinə nəqliyyat vasitəsinin sərbəst giriş-çıxışın məhdudlaşmasının hansı həddə olduğunu müəyyən etməmiş, bundan asılı olaraq bütövlükdə əmlakın hamısı və yolun tikinti altına və mühafizə zolağına düşən hissəsi üçün dəyən ziyanın məbləğini müəyyən etməmişdir. 64. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyəti ndən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə bağlı öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyrimütənasib yük qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55-ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyə t hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd; X34 və başqaları Portuqaliyaya qarşı, 76- cı bənd). 66. “X13rşı” işi üzrə isə Məhkəmənin qərarında göstərilmişdir ki, kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır. 67. “Axverdiyev Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkil də müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır.

68. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X14rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir.

69. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konven siyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982)

70. Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalаrsa”, ədalətli tarazlıq pozulmuş olur.

71. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmə rəsiz” hüquq olaraq qalardı.

72. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).

73. İddiaçının əmlakının ən azından bir hissəsinin dövlət əhəmiyyətli yolun çəkilməsi üçün istifadə edilməsi işin mübahisə olunmayan halıdır.

74. Cavabdeh əmlakın (torpaq sahəsini n) bazar qiyməti ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələb etdiyi qaydada məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir.

75. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinə istinad edərək bildirir ki, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 7

6. İddiaçının əmlakı alınarkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə əməl olunması araşdırılmamış, əmlakın dəyəri həmin Qanuna uyğun qiymətləndirilməmişdir.

77. Apelyasiya instansiyası məhkəməsi fotoşəkillərə və iddiaçının mülkiyyət sənədlərinə istinad edərək məntəqənin 1992-1995-ci illərdə tikildiyini və avadanlıqların həmin dövrə aid olduğunu, bu səbəbdən məntəqə və onun ləvazimatının köhnə olduğunu bildirmiş, lakin fotoşəkillərin çəkilmə vaxtını, həqiqətən iddiaçıya aid yanacaqdoldurma məntəqəsi olduğunu, yol çəkilərkən məntəqənin fəaliyyət göstərib-göstərməməsini araşdırmamış, 1992-1995-ci ildə tikilmiş məntəqənin 2011-2013-cü illərdə köhnə olmasını əsaslandırmamış, yolun çəkilişi zamanı istismara yararlı olub-olmamasını müəyyən etməmiş, daşınmaz ə mlakın dövlət reyestrindən verilmiş 29 iyun 2013-cü il tarixli çıxarışda qeyri-yaşayış binasının tərkibi kimi ayrı-ayrı tikililərin qeyd edilməsini, texniki pasportda əsas tikililərin texniki təsviri və vəziyyəti səhifəsində köhnəlmə faizinin 20 faiz göstərilməsini və s. nəzərə almamışdır.

78. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

79. Apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qaydada iddiaçının əmlakının (ziyan dəyən həddə) bazar qiymətini müəyyən etməməklə yanaşı, hesablanmalı bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymət inə əlavə haqq ödənilməsi hissəsində düzgün nəticəyə gəlməmiş, iddiaçıya ödənilməli olan kompensasiyanın 20 faizi miqdarında əlavə haqqı bazar qiymətinə uyğun hesablamamışdır.

80. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin məhkəməyə ünvanladığı məktubunda bildirmişdir ki, Yevlax rayonu, Aşağı Qarxun kəndi ərazisində Bakı-Qazax şosesinin 272-ci km-də yolun sol tərəfində yerləşən yanacaqdoldurma və X36 məntəqəsi "xxxx" Firmasının (VÖEN:**********) təsərrüfat subyekti (obyekt) kimi 20.11.2007-ci il tarixdə **********-22001 kodla vergi uçotuna alınmışdır. Həmin obyekt "xxxx" Firmasının 27.12.2012-ci il tarixli ərizəsinə əsasən 28.12.2012-ci il tarixdən bağlanmışdır.

81. Apelyasiya məhkəməsi hesab etmişdir ki, yanacaqdoldurma və X36 məntəqəsi 28 dekabr 2012-ci il tarixdən bağlandığından Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən əldən çıxmış fayda tələb etməkdə iddiaçı haqlı olmamışdır.

82. Məktubda vurğulandığı kimi, "xxxx" Firmasının təsərrüfat subyekti (obyekt) kimi 20.11.2007-ci il tarixdə **********-22001 kodla vergi uçotuna alınmış və həmin obyekt 28.12.2012-ci il tarixdən bağlanmışdır.

83. Lakin adı çəkilən obyekti iddiaçı aldıqdan və iddiaçının mülkiyyət hüququ yarandıqdan sonra təsərrüfat subyekti kimi fəaliyyət göstərməsi araşdırılmamış, bununla bağlı vergi orqanına, statistika idarəsinə və s., həmçinin kommunal xərclər ödənilməsi ilə bağlı sorğular edilməmişdir.

84. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.

85. İşin hallarının tam və hərtərəfli araşdırılmaması, bununla da İPM-in yuxarıda istinad ed ilən normalarının tələblərinin tam təmin olunmaması ilə bağlı şikayətin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası həmin normaların tələblərinin tam təmin olunmaması ilə bağlı qənaətini yuxarıda ifadə etmişdir.

86. Məhz yuxarıda qeyd edilən prosessual normaların tələblərinin tam təmin olunmaması səbəbindən, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə tələbi əsaslı hesab edir.

87. Odur ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.

88. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəh bər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin qismən edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-122/2021 saylı 16 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar