Məhkəmə qərarları › İş №2-1(102)-1197/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1197/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1197/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1959, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-217/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxx 1959-cu il tarixdə anadan olmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən olunur ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1987-ci il tarixədək operator, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək əməliyyatçı, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək operator, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək kadrlar şöbəsinin rəisi, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək mühasib, xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək mühasib, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək mühasib, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək baş mühasib, xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək mühasib-maliyyə meneceri vəzifəsində çalışmışdır.

3. BOKT "xxxx" MMC tərəfindən verilmiş 07 iyun 2019-cu il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı 01 aprel 2013-cü il tarixdən etibarən BOKT "Qafqaz Kredit” MMCdə daxili auditor vəzifəsində işləyir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 4 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş arayışa əsasən 1985-ci il təvəllüdlü X7 (iddiaçının oğlu) 21 iyun 1991-ci ildən 30 iyul 1995-ci ilədək ds.bronxial astma, qarışıq forma, ağır gedişli, İİ tənəffüs çatmamazlığı diaqnozu ilə əlillik müavinəti almışdır.

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 18 dekabr 2020-ci il tarixli məktubuna əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Nazirliyin arxivində saxlanılmış Azərbaycan SSR Rabitə Nazirliyi Bakı Şəhərlərarası Telefon Stansiyasının 19 sentyabr 1991-ci il tarixli, kş/141 saylı əmrə əsasən abunə sahəsinin əməliyyatçısı İddiaçı 06 sentyabr 1991-ci il tarixdən AR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə, uşağının 2-ci qrup əlil olması ilə əlaqədar) işdən azad edilmişdir.

6. İddiaçının müraciəti ilə əlaqədar cavabdehin 28 yanvar 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, respublikamızda vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının ə sasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşına kimi tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə (yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri) uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

7. Cavabdehin 05 oktyabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı və oğlu X1 bazasına əsasən heç bir növ əmək pensiyası almır.

8. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il ta rixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 1991-1995-ci illərdə poçt şöbələrində pensiya və müavinətlərin ödənişi kağız daşıyıcılar vasitəsilə həyata keçirilirdi. Poçt şöbələri tərəfindən göstərilən xidmətlər üçün yazılan ciddi hesabat blanklarının (qəbzlərin) saxlama müddəti və məhv edilmə qaydası Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2004-cü il tarixli 28 saylı əmri ilə təsdiqlənmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2004- cü il tarixdə 3104 nömrə ilə qeydiyyata alınmış sənədə əsasən ödəniş qəbzlərinin və alıcının imzası olan bildirişlərin saxlama müddəti 5 il təyin edilmişdir. Bununla əlaqədar olaraq, X6 görə iddiaçıya ödənilən əlillik müavinəti barədə məlumat verilməsi qeyrimümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birin ci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona aprel 2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiа onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, Bakı Maliyyə Kredit Texnikumunu 1978-ci ildə bitirərək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna 1978-ci ildə qəbul olunmuş və 1984-cü ildə institutu bitirmişdir. 1978ci ilin may ayından etibarən əmək fəaliyyətinə başlamış və hal-hazıra kimi işləyir. Mərhum həyat yoldaşı X3 ilə sentyabr 1978-ci ildə rəsmi nikaha daxil olmuşdur, birgə nikahdan üç övladı vardır. Böyük övladı 16 oktyabr 1985-ci il təvəllüdlü X7 astma xəstəsi olduğu üçün əlilli k pensiyasını mərhum atası X2 pensiyasına əlavə edilmişdir. X3 1992-ci ildə vəfat etdiyi üçün uşağın pensiyası onun adına keçirilmişdir. İddiaçı 2019-cu ilin sentyabr ayında cavabdeh orqana "Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsaslanaraq iddiaçıya yaşa görə əmək pensiyasının müraciət olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, X4 pensiya alması barədə məlumatın olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin imtinasının əsassız olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, 2017-ci il iyul ayının 1-ə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınların 10 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Üstəlik qeyd olunmalıdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi halda, astma xəstəsi olduğunu iddia etdiyi oğlu ilə bağlı DTSRX-a sorğu göndərilmiş, sorğuya cavab olaraq iddiaçının oğlu X6 dair Əlillik altsistemində heç bir qiymətləndirmə aşkar edilmədiyi müəyyən edilmişdir. Buna görə də 8-ci maddəyə əsaslanaraq pensiyasının təyin edi lməsi mümkünsüzdür.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3904/2020 nömrəli, 28 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim A.P.Oruczadə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-787/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim A.P.Oruczadə) Bakı şəhəri, Xətai rayon 4 saylı Uşaq Poliklinikası hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-787/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddia tələbinin təmin edilərək iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tar ixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının tərbiyə etmiş olduğu oğlu X5 əlillik dərəcəsi olması müəyyən edilməsə belə, bu hal iddiaçının "Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələblərinin ona şamil olunmaması üçün əsas vermir. Həmçinin iddiaçı, həqiqətən də, sağlamlıq imkanları məhdud olan övladına baxmış, onun övladında olan xəstəlik (bronxial astma) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.1.31 -ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən, o cümlədən də, uşağın sağlamlıq imkanlarının məhdud olması təqdim olunmuş ambulator kitabçası nda və poliklinikanın arayışında öz əksini tapdığından, "Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” müddəası iddiaçıya münasibətdə tətbiq edilərkən 1985-cı ildə doğulmuş və 1989-cu ildən sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş X6 qulluq müddəti əllik qrupundan asılı olmayaraq sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1( 103)-217/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-787/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti işin faktiki hallarına və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.1, 3.1, 3.3-cü maddələrinə, Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.6, 4.26-cı bəndlərinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanun da göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 a y artırılır. 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.3. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək f əaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti;... Maddə

31. Əmək pensiyasını n təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir.... Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.... 23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə

1. Əsas anlayı şlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs... 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək mə qsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi "əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur.

25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növü ndən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”

26. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı

27. İnzibati Prosessual Məcəllə (İPM): a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbin ə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qayda sında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamenta l vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

33. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğundan onun 57 yaşı xx.xx.2016 -cı il tarixdə tamam olmuşdur.

34. Həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu müddəa 01 iyul 2017-ci ilədək qüvvədə olmuşdur.

35. İddiaçının 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olduğundan və tələb olunan 12 il sığorta stajının mövcudluğu işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunduğundan, həm də iş materialları ilə təsdiq edildiyindən (əmək kitabçası), iddiaçının 57 yaşdan yaşa görə pensiya almaq hüququnun olmaması ilə bağlı cavabdehin dəlilləri əsassızdır.

36. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəm əsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-217/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar