Məhkəmə qərarları › İş №2-1(102)-1197/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1197/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1197/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial sığorta stajını müəyyən etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial sığorta stajını müəyyən etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-102/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X1 № 007141 diplomuna əsasən müəyyən edilir ki, iddiaçı 1972-ci ildə Texnikuma daxil olmuş, xx.xx.1977-ci il tarixdə tam kursu bitirmişdir. İddiaçının təhsil müddəti üzrə stajı 4 il 5 ay 26 gündür.(İddiaçının hərbi xidmət dövrü-xx.xx.1973-xx.xx.1975-ci illərdə olmaqla təhsil dövrü ilə tam əhatə olunur.) 2. xx.xx.1978-ci il tari xdə tərtib edilmiş “Kolxozçunun əmək kitabçası”, Qax Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 59/H nömrəli məktubu, xx.xx.2022-ci il tarixli 59/H-1 nömrəli arxiv arayışı və həmin arayışların verilməsinə əsas olmuş hesablaşma kitablarından çıxarışlarla müəyyən edilir ki: Qax rayon “Lenin yolu” kolxozda kişilər üçün adam günü norması 1977-1986-ci illərdə 250 gün, 1987-1990-cı illərdə 300 gün, 1991-ci ildə 200 gün, 1992-1996-cı illərdə 240 gün müəyyən edilmişdir. İddiaçı 1979-1987,19891990,1992-1994-cü illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 14 ilə bərabərdir.

3. Həmin kolxozda iddiaçı 1977-ci ildə - 190, 1978-ci ildə - 123,1988-ci ildə - 286, 1991- ci ildə 52, 1995-ci ildə 217 gün, 1996-cı ildə 6 gün işləmişdir. Həmin illər üzrə iddiaçının mi nimum adam günü normasından az işlədiyi müəyyən olunur. Əmək stajı faktiki müddətə uyğun hesablanaraq: 1977-ci il (190*365):250=277 gün (09 ay 7 gün) 1978-ci il (123*365):250=180 gün (6 ay) 1988-ci il (286*365):300=348 gün (11 ay 18 gün) 1991-ci il (52*365):200=95 gün (03 ay 05 gün) 1995-ci il (217*365):240=330 gün (11 ay) 1996-ci il (6*365):240=9 gün.

4. X2 xx.xx.2022-ci il tarixli 189 nömrəli məktubuna əlavə edilmiş əmək haqqı cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1978-ci ilin iyun, iyul, avqust, noyabr aylarında Şəki rayon 5 nömrəli mexanikləşdirilmiş dəstədə işləmiş, həmin müəssisədə sosial sığorta stajı 4 aydır.

5. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi 10 ay 15 gün, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi isə 9 ay olm aqla, cəmi 1 il 7 ay 15 gün Muxax geoloji-kəşfiyyat dəstəsində gözətçi işləmişdir.

6. İddiaçı xx.xx.2021-ci il tarixdən fiziki şəxs kimi (VÖEN **********) 10 ay müddətində pensiya kapitalına ödəniş etmişdir.

7. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının inzibati orqana ilkin müraciəti təmin edilməmişdir.

8. İddiaçı müddətsiz İİİ qrup əlillik verilmişdir.

9. Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, əmək günlərin və ya adam günlərin müəyyən edilmiş minimum kolxoz üzrə 1977-1986-cı illərdə 250, 1987-1990-cı illərdə 300, 1991-ci ildə 200, 1992-1996-ci illərdə 240 gün müəyyən edilmişdir.

10. Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1977-1995-ci il tarixlərdə “Lenin yolu” kolxozunda iş ləmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1955-ci ildə anadan olmuşdur. 25 fevral 2019-cu ildə ona 3-cü qrup əlillik təyin edilmişdir. 65 yaşı tamam olduqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. 30 yanvar 2021-ci il tarixli məktubla ona 24 il 5 ay iş stajının olduğu bildirilmişdir. O, kəsir olan stajını ödəmək üçün 2021-ci il fevral ayından sahibkarlıq fəaliyyətinə başlamışdır. Təkrar əmək pensiyasının təyin olunması üçün c avabdeh orqana müraciət etmiş, cavab məktubunda stajının əskik olduğu üçün pensiyanın təyin olunmasından imtina edilmişdir.

13. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək qeyd edilmişdir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə tərəfimizdən X3 rayon filialına 19 avqust 2022-ci il tarixli sorğu göndərilmişdir. İddiaçının işlədiyini iddia etdiyi dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən əmək kitabçası olmadığından iddia olunan illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ qanunla nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 64 yaşla xx.xx.2019-cu il tarixdə yaranır. Məlumat üçün bildirilmişdir ki, iddiaçıya xx.xx. 2021-ci il tarixdən İİİ dərəcə əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmişdir. Beləliklə, İddiaçı ümumi sosial sığorta stajı 24 il 5 ay 5 gündür. Eyni zamanda pensiya kapitalı fərdi sığorta stajına uyğun olaraq 17641,52 manat təşkil edir.

14. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1728/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərarı ilə (hаkim F.H.Hacızadə) iddia rədd edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cəmi 24 il 8 ay 20 gün sığorta stajına malik olmuşdur ki, tələb olunan 25 il sığorta stajına malik olmadığından ona sosial sığorta stajına görə pensiya təyin edilməli deyildir. Həmçinin məhkəmə qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsind ə 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-102/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və inzibati işin b axılması üçün yenidən həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 30 yanvar 2021-ci il tarixdə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı cavabdeh orqana müraciət etdikdən sonra cavabdeh orqan tərəfindən imtina verilmiş, imtina məktubunda iddiaçının 24 il 5 ay iş stajının olduğu bildirilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdən iddiaçı pensiya kapitalına 10 ay ödəniş etmişdir. 10 ay ödəniş olunduqdan sonra iddiaçının ümumi iş stajı 25 il 3 ay edir.

21. Ümumi iş stajının 24 il 5 aydan artıq olması cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş aşağıdakı imtina məktublarında və cavabdeh tərəfindən iddi açının məhkəməyə təqdim olunmuş apellyasiyaya etiraz ərizəsində öz təsdiqini tapır.

22. Görünür ki, işə baxan məhkəmələr cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 24 il 5 ay 5 gün iş stajına nəzərdə almamışlar.

23. İddiaçı cavabdeh orqanın imtina cavabını aldıqdan sonra xx.xx.2021-ci il tarixdən hesablanmaqla 10 ay ərzində mütəmadi olaraq pensiya kapitalına ödəniş etmişdir. 10 ay ərzində pensiya kapitalına ödənişi hesabladıqda 25 il 3 aydan artıq ümumi iş stajı yaranır ki, buda yaşa görə əmək pensiyasının təyin olunması üçün 25 il ümumi iş stajından artıq edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. A zərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 26. “Əmək pensiyaları haqqında Qanun: Maddə 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- d ək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İ nsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İlk öncə qeyd edilməlidir ki, iddiaçı 1972-ci ildə Texnikuma daxil olmuş, xx.xx.1977-ci il tarixdə tam kursu bitirmişdir. İddiaçının təhsil müddəti üzrə stajı 4 il 5 ay 26 gündür. (İddiaçının hərbi xidmət dövrü - xx.xx.1973- xx.xx.1975-ci illərdə olmaqla təhsil dövrü ilə tam əha tə olunur.) xx.xx.1978-ci il tarixdə tərtib edilmiş “Kolxozçunun əmək kitabçası”, Qax Rayon Dövlət Arxivinin məktubu, arxiv arayışı və həmin arayışların verilməsinə əsas olmuş hesablaşma kitablarından çıxarışlarla müəyyən edilir ki: Qax rayon “Lenin yolu” kolxozda kişilər üçün adam günü norması 1977-1986-cı illərdə 250 gün, 19871990-cı illərdə 300 gün, 1991-ci ildə 200 gün, 1992-1996-cı illərdə 240 gün müəyyən edilmişdir. İddiaçı 1979-1987,1989-1990,1992-1994-cü illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 14 ilə bərabərdir. Həmin kolxozda iddiaçı 1977-ci ildə - 190, 1978-ci ildə - 123,1988-ci ildə - 286, 1991-ci ildə 52, 1995-ci ildə 217 gün, 1996-cı ildə 6 gün işləmişdir. Həmin illər üzrə iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur. X2 məktubuna əlavə edilmiş əmək haqqı cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1978-ci ilin iyun, iyul, avqust, noyabr aylarında Şəki rayon 5 nömrəli mexanikləşdirilmiş dəstədə işləmiş, həmin müəssisədə sosial sığorta stajı 4 aydır. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi 10 ay 15 gün, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi isə 9 ay olmaqla, cəmi 1 il 7 ay 15 gün Muxax geoloji-kəşfiyyat dəstəsində gözətçi işləmişdir. Verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən fiziki şəxs kimi (VÖEN **********) 10 ay müddətində pensiya kapitalına ödəniş etmişdir. Qeyd olunanları yekunlaşdıraraq müəyyən olunur ki, İddiaçı ümumi sosial sığorta stajı 24 il 8 ay 20 günə bərabərdir.

35. Nəzərə alınmalıd ır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.

36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona sosial sığorta stajına görə pensiya təyin edilməli deyildir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığort aolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır.

37. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sosial sığorta stajını müəyyən etməklə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

38. Eyni zamanda məhkəmə kollegiyası iddiaçıya bildirir ki, pensiya təyini üçün 25 il stajına çatışmayan ayları işləyərək topladığı halda, yenidən məhkəməyə müraciət etmək hüququ vardır.

39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, iddiaçının kassasiya şikayət i təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının nömrəli, 1 fevral 2023-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. 2-1(107)-102/2023

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar