Məhkəmə qərarları › İş №2-1(102)-1198/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1198/2017

06.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1198/2017 06.06.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçıcavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1198/2017) Bakı şəhəri 06 iyun 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı və tərcüməçi X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra cavabdeh) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi kollegiyasının 2-1(103)-176/17 saylı, 12 yanvar 2017-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06 iyun 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 12 dekabr 2014-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin 1997-ci ildən təmir edilmədiyinə görə cavabdehdən 250.000 manat maddi, 250.000 manat mənəvi ziyana görə, cəmi, 500.000 manat məbləğində kompensasiyanın xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə 17.05.1997-ci il tarixdə iddiaçının mənzilinin damı qəzalı vəziyyətdə və əsaslı təmirə ehtiyacı olması barədə akt tərtib edilmişdir. Mənzil özəlləşdirilmiş, cari (damın kosmetik) təmiri aparılmış və bu əsaslı təmir kimi titul siyahısına daxil edilmişdir. Həmin vaxtdan bir dəfə də olsun əsaslı təmirə dair smeta tərtib edilməmişdir. İcra orqanlarının ona cavabı belə olmuşdur ki, pul yoxdur. Halbuki, Bakı şəhəri İcra Hakimiyyətinin Maliyyə şöbəsi təsdiq edir ki, pul müntəzəm olaraq köçürülür. Qonşuların kanalizasiya xəttindən 4 il axıntı nəticəsində onun vanna otağı və mətbəxi yararsız hala düşmüşdür. Qonşular kanalizasiya borularını dəyişdirmiş, 46 saylı mənzil kommunal təsərrüfatının işçiləri isə bildirmişlər ki, təmir onlar tərəfindən edilmişdir. 2003-cü ildə iddiaçı, 46 saylı MKİS-in əməkdaşlarının təhqirinə məruz qalmasına baxmayaraq, küçədən yığdığı lövhələrlə evin damını özü təmi r etmişdir. 2005-ci ildə isə MKİS-in işçiləri məhkəmə qərarı olmadan bağçanın hasarını uçurmuş və orada evin damını dağılmadan qarşısını alan boçkaları və lövhələri də çıxarmışlar ki, zibil yığılır və yolu kəsir. Bununla da evin damının uçub-tökülməməsi üçün edə biləcəyi imkanlardan onu məhrum etmişlər. 2012-ci ildə evin otaqlarından birinin damı bütünlüklə uçub tökülmüş, bu günədək də qəzalı vəziyyətin aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. Üç ovladı var, asma, revmatizm, allergiya xəstəliyinə tutulmuşlar. Bundan başqa onun və həyat yoldaşının sağlamlığına ziyan dəymişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-1402/2016 saylıiş)29 fevral 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymama sını onunla əsaslandırmışdır ki, məcburetmə və öhdəliyin icrası növündə iddia tələbinin mümkünlüyü şərtlərindən əsası bu barədə iddiaçının məhkəmədə iddia qaldırmazdan əvvəl inzibati orqana müraciət etməsidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xeyrinə kompensasiya tutulması barədə məhkəmədə iddia verməmişdən əvvəl cavabdehə yazılı müraciət etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 fevral 2016-cı il tarixli qərardadı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi, X4 və X5, 2-1(103)-176/17 saylı iş) 12 yanvar 2017-ci il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərardadı dəyişdirmədən saxlamışdır. İddiaçı 18 aprel 2017-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddi anın mümkün hesab olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1, 31.3, 38.1, 39.1-ci maddələrinə istinad edərək 12 yanvar 2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətini təmin etməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1402/2016 saylı, 29 fevral 2016-cı il tarixli qərardadını dəyişdirilmədən qüvvədə saxlanılması barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. İddiaçı hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qərardadında İnzibati Prosessual Məcəllənin 35.1-ci, 35.3-cü, 38.1-ci, 39.1-ci və 85.3-cü maddələri düzgün tətbiq edilməmişdir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsаslаndırmа hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsindən görünür ki, o, mülkiyyətində olan mənzili təmir edilmədiyinə görə cavabdehdən 250.000 manat maddi, 250.000 manat mənəvi ziyan, cəmi 500.000 manat məbləğində kompensasiya tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərardadı ilə dəqiqləşdirilmiş ərizə icraat qəbul edilmişdir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Qanunun müvafiq olaraq 20.1 və 20.2-ci maddələrinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyə tlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun müvafiq olaraq 21.1 və 21.2-ci maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktl arı) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd olunan normalara əsasən bu qism iddia onunla səciyyələnir ki, iddiaçı ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni təmin etməsin. Yəni iddiaçı inzibati orqandan müəyyən bir hərəkətlə, hazırkı halda ona 500.000 manat ödənilməsini tələb etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, iddiaçı bunun üçün ilk növbədə inzibati orqana müraciət etməlidir. İnzibati o rqanın imtinası isə iddianın məhkəmə müstəvisində qaldırılması üçün əsasdır. Digər hal isə, inzibati orqanın hərəkətsizliyi ilə bağlıdır. Yəni bu halda, iddiaçı ziyan ödənilməsi ilə bağlı inzibati orqana müraciət etmiş olur, lakin müraciətinə heç bir cavab almır, inzibati orqan iddiaçının müraciətinə reaksiya vermir. “İnzibati icraat haqqında” Qanunun 66-cı maddəsinə görə maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, iddiaçının əvvəllər cavabdehə müraciət etməsi barədə “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qaydada ərizəsi olmamışdır İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdı rsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Hazırkı halda iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqlarının bərpası barədə ilk öncə iddiaya cavab verməli olan inzibati orqana müraciət etməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlü yünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının müvafiq olaraq 8.6 və 9-cu bəndlərində qeyd edilir ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçının ona dəyən ziyanla bağlı məhkəməyə qədər əvvəllər cava bdehə müraciət etməsi işdə olan sübutlarla təsdiq olunmadığından apellyasiya instansiya məhkəməsi iddianı mümkün saymamaqla haqlı olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz və şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-176/ 17 saylı, 12 yanvar 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar