Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1198/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısının itirilməsinə görə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzib ati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 14 fevral tarixli 2-1(103)485/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 15 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının mərhum həyat yoldaşının tələb olunan sığorta stajı olmadığı üçün ərizəsini təmin etmək mümkün deyildir. Belə ki, A.Bayramovun xx xxxxxxxx 1997-ci il tarixdən xx xxxxxx 2001-ci il tarixədək “x” kiçik müəssisəsində işləməsi faktı öz təsdiqini tapmamış, xx xxxxxxx 20 04-cü il tarixdən xx xxxxxx 2006-cı il tarixədək olan dövrlərin əmək (sığorta) stajını yoxlamaq mümkün olmamışdır. İddiaçı 2019-cu il 17 sentyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək övladları X7 və X6 ailə başçısını itirməyinə görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, mərhum əri X2 1997-ci 9 sentyabr tarixdən 2001-ci il 7 fevral tarixədək və 2004-cü il 11 oktyabr tarixdən 2006-cı il 31 avqust tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və övladları X7 və X6 2019-cu il 12 fevral tarixdən ailə başçısını itirməyinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, mərhum X5 ilə xx xxxx 2001-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan 2002-ci il tarixdə X7 və 2008-ci il tarixdə isə X8 doğulmuşdur. X5 xx xxxx 1975-ci il tarixdə doğulmuş, xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. O, 1992-1997-ci illərdə Xarici Dillər Universitetində təhsil almışdır. Onun əmək qabiliyyətli olduğu illər 1997-ci ildən 2019-cu il tarixədək 21 il (18 yaşı 1993-cü ildə tamam olmuş, 1993-1997-ci illərdə isə universitetdə təhsil almışdır) təşkil edir. X5 xx xxxxxxxx 1997-ci il tarixdən xx xxxxxx 2001-ci il tarixədək “x” nəşriyyat poliqrafiya mərkəzində korrektor (3 il 5 ay), xx xxxx 2001-ci il tarixdən xx xxxxxxxx 2001-ci il tarixədək “CHF” X4 Təşkilatında təchizat işləri üzrə mütəxəssis (6 a y), xx xxxxxxx 2004-cü il tarixdən xx xxxxxx 2006-cı il tarixədək “Beynəlxalq Xilasetmə Komitəsində” müxtəlif vəzifələrdə (1 il 10 ay), xx xxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2016-cı il tarixədək “xxxx” QSC-də tərcüməçi-redaktor (2 il 6 ay), xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixədək “xxxx” MMC-də layihə meneceri vəzifələrində (2 il 4 ay), sonuncu iş yerində xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək (1 ay 20 gün) işləmişdir. İddiaçının mərhum ərinin əmək kitabçasına əsasən 10 il 08 ay iş stajı vardır. Onun işlədiyi bəzi iş yerləri əmək kitabçasına qeyd olunmamışdır. İddiaçının mərhum ərinin ümumi sığorta stajı 10 ildən, yəni tələb olunan 5 ildən çox olduğu üçün pensiya almağı üçün staj qanunun bu şərtinə tam cavab verir. Qeyd edildiyi kimi əmək qabiliy yətli yaş dövrü cəmi 21 ildir. Hər il üçün 4 ay sığorta stajının tələb olunduğu nəzərə alınsa o zaman cəmi 84 ay staj tələb olunur. X2 isə 10 il 08 ay stajı mövcuddur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 noyabr tarixli 2-1(82)3509/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının mərhum əri X2 1997-ci il 9 sentyabr tarixdən 2001-ci il 7 fevral tarixədək və 2004-cü il 11 oktyabr tarixdən 2006-cı il 31 avqust tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və övladları X7 və X6 2019-cu il 12 fevral tarixdən ailə başçısını itirməyinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərar alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 14 fevral tarixli 21(103)-485/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nü mayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə-İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, və fat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış;.... 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 12.1-ci maddəsində isə göstərilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İşin materiallarına görə, iddiaçının əri 2019-cu il fevralın 10-da vəfat etmişdir. İddiaçının mərhum ərindən 2002-ci və 2008-ci illərdə doğulmuş uşaqlarının olması faktı onu “Əmək pensiyaları haqqında” 14.1.1.1 və 14.1.3-cü maddələrinə əsasən ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan subyekt kimi qəbul etməyə əsas verir. İddiaçı, həmçinin qanuni təmsilçi olaraq uşaqların həmin subyektiv hüququndan çıxış edərək hazırkı məzmunda iddianı irəli sürmüşdür. İddiaçının ərinin 1975-ci il təvəllüdlü olmaqla 2019-cu ildə vəfat etməsi nəzərə alındıqda, onun öhdəsində olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya hüququnun yaranması üçün 9 il 6 ay sığorta stajı (ölən günədək olan 44 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 29 il) x 4 ay = 116 ay: 12 = 9 il 6 ay) olmalıdır. X10 aid əmək kitabçasının məlumatlarına görə, o, xx xxxxxxxx 1997-ci il tarixdə “x” nəşriyyat poliqrafiya mərkəzinə korrektor vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2001-ci il t arixdə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx xxxx 2001-ci il tarixdə “CHF” X4 Təşkilatında təchizat işləri üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxxxx 2001ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx xxxxxxx 2004-cü il tarixdə “Beynəlxalq Xilasetmə Komitəsi”nə işə qəbul edilmiş, xx xxxxxx 2006-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx xxxx 2014-cü il tarixdə “xxxx” QSC-də Televiziyanın ingilis dilində proqramlar baş redaksiyasına tərcüməçi-redaktor vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxxxx 2016-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx xxxxxx 2016-cı il tarixdə “xxxx” MMC-də layihə meneceri vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2018-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx xxxxxx 2018-ci il tarix də “xxxx” MMC-də İnzibati şöbəyə layihə meneceri vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən əmək münasibətlərinə xitam verilmişdir. Bundan başqa, iddiaçının 1992-1997-ci illərdə ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Dillər Universitetində) təhsil müddəti də nəzərə alındıqda, iddiaçının ümumilikdə 15 ildən artıq əmək stajının olduğu qəbul edilməlidir. 1992-ci ildə qəbul edilmiş və iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın ve rdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Göründüyü kimi, inzibati orqanın əmək kitabçasında göstərilən məlumatları yoxlanılmasının mümkünsüzlüyü əsası ilə pensiya təyin olunmasından imtina etməsi “İnzibati icraat haqqında” Qanunla inzibati orqanlar üçün müəyyən olunmuş vəzifələrlə tam uzlaşmır. Belə ki, inzibati orqan əmək kitabçasında əksini tapmış məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. İddiaçının mərhum ərinin 1992-1997-ci illərdə əyani təhsil müddətinin sığorta stajına daxil edilməli olduğuna dair qənaət də 1992-ci il sentyabrın 23-də qəbul edilmiş və iddiaçının ali təhsili başa vurduğu vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsindən irəli gəlir. Həmin normaya əsasən, qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və tə sdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 14 fevral tarixli 21(103)-485/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-1198/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1198/2020
03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver