Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1198/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Zaqatala rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, İddiaçı və vəkili Ruslan Mustafayevin, cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Zaqatala rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-105/2021 nömrəli iş üzrə 02.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 iyun 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Zaqatala rayon filialına qarşı “1993-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Arıçılıq” sovx ozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçı sənədlərini cavabdeh orqana təqdim edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan iddiaçının işlədiyi “Arıçılıq” sovxozunda onun 01.01.1993-cü il tarixdən sonra əməkhaqqı almamasını əsas gətirərək pensiyanın təyin edilməsindən imtina etmişdir. İddiaçı isə bildirir ki, sovxoz 09.03.1999-cu il tarixədək fəaliyyət göstərmiş və həmin tarixdə islahata getmişdir. 19931999-cu ill ər üzrə toplanmış əmək haqqlarını sovxoz ödəyə bilmədiyi üçün islahat aparılan zaman sovxozun əmlakı hesabına əməkhaqqı və əmlak payı iddiaçıya ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(116)1195/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1, 3-cü bəndlərinə istinad etməkl ə belə hesab etmişdir ki, iddia tələbi əsassızdır.
5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(116)-1195/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.04.2021-ci il tarixli, 2-1(107)-105/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Mahir Əsədli və İmanverdi Şükürov) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməsi, iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(116)-1195/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı 199 3-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Arıçılıq” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Zaqatala rayon filialının üzərinə qoyulması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1, 3-cü bəndlərinə istinadən belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 13.07.1976-cı il tarixdən 01.01.1993-cü il tarixədək X1 işlədiyi 16 il 5 ay 18 gün və hərbi xidmət dövrü 2 il, ümumilikdə 18 il 5 ay 18 gün təşkil edir. Apelyasiya instansiyası məhkəməsi X2 həqiqətən də 01.01.1993-cü il tarixindən sonra iddiaçının həqiqətən də sözügedən sovxozda işləyib-işləməsi, nədən əmək haqqı barədə məlumatın olmaması məsələni araşdırmaq əvəzinə 1993-cü ildən sonra sovxozların işləyə bilməməsinin “hamıya məlum olan hal” olduğunu qeyd edir. Halbuki bu belə deyil. X2 01.01.1993-cü il tarixindən 29.12.1998-ci il tarixinədək fəaliyyət göstərməmiş, 29.12.1998-ci il tarixind ən fəaliyyəti dayandırılmışdır. İkincisi, iddiaçının yetəri qədər sosial sığorta stajı mövcud deyilsə, onun pensiya kapitalı hesablanır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ 29.02.2020-ci il tarixində yaranmışdır. Həmin tarix üçün 28.800 manat minimum pensiya kapitalı tələb olunurdu. Lakin iddiaçının 15500 manat pensiya kapitalı mövcuddur. Odur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərtlərdən yalnız birinə cavab verir. İddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nə kifayət qədər sosial sığorta stajı, nə də ki kifayət qədər pensiya kapitalı mövcuddur.
9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 02.04.2021-ci il tarixli, 2-1(107)-105/2021 nömrəli qərarın ləğv edilmə si və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.04.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili R.Müstafayev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 02.04.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.04.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı də vəkili R.Müstafayevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.04.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tət biq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
19. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nə kifayət qədər sosial sığorta stajı, nə də ki kifayət qədər pensiya kapitalı mövcuddur.
20. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.
21. Belə ki, cavabdeh orqanın 25.08.2020-ci il tarixli **********0 nömrəli məktubunda qeyd olunur ki, iddiaçının pensiya almaq hüququ 01.03.2020-ci il tarixdən yaranmışdır.
22. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən sığorta stajı əmək kitabçasında qeyd edilən 13.07.1976-cı il tarixdən 01.01.1993-cü il tarixədək Zaqatala r ayonu keçmiş “Arıçılıq” sovxozunda 16 il 5 ay 18 gün və 2 il hərbi xidmət dövrü ilə birlikdə cəmi 18 il 5 ay 18 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı isə 1973-cü ildə “Şəfəq” kolxozunda qaynaqçı işlədiyi 1 il və 01.01.1993-cü il tarixdən 09.03.1999-cu il tarixədək keçmiş “Arıçılıq” sovxozunda işlədiyi 6 il 3 ay 9 gün olmaqla cəmi 7 il 3 ay 9 gün təşkil edir.
23. Göründüyü kimi, iddiaçının tələbində qeyd etdiyi və “Şəfəq” kolxozundakı iş müddəti onun sosial sığorta stajına daxil edilərsə, tələb olunan 25 il sığorta stajı tamamlanmış olacaqdır (18 il 5 ay 18 gün mübahisələndirilməyən staj + mübahisəli 7 il 3 ay 9 gün = 25 il 8 ay 27 gün).
24. Cavabdeh orqan öz etirazında qeyd etmişdir ki, aparılan yoxlama zamanı məlum olmuşdur ki, İddiaçı 13 iyul 1976-cı il ildə sovxoz da sürücü təyin edilmişdir. Onun əmək haqqı cədvəllərində 1992-ci ildə əmək haqqı alması barədə qeydlər vardır.
25. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının 13.07.1976-cı ildən - 1992-cı ilə kimi X1 işləməsi halı da iş materialları ilə sübuta yetirilir.
26. Eyni zamanda Zaqatala rayon Aqrar Komissiyasının 29.12.1998-ci il tarixli qərarının və X2 əmək kollektivinin 11.12.1998-ci il tarixli protokolunda qeyd edilmişdir ki, X2 fəaliyyətinin həmin tarixdən dayandırılması qərara alınmışdır.
27. İddiaçının əmək kitabçasında onun 13 iyul 1976-cı il tarixdə X1 işə götürülməsi, 09 mart 1999-cu ildə aqrar islahatların və özəlləşdirmənin aparılması məqsədi ilə işdən azad edilməsi barədə qeydlər vardır. Həmin qeydlər sovxozun möhürü ilə təsdiq edilmişdir.
28. Göründüyü kimi, idd iaçının Zaqatala Arıçılıq sovxozu həqiqətən də 1999-cu ilə kimi fəaliyyət göstərmiş, o da həmin tarixə kimi orada işləməsi halı da iş materialları ilə öz təsdiqini tapır.
29. Həmçinin iddiaçı apelyasiya şikayətində Ali Məhkəmənin 25.06.2019-cu il tarixli, 2-1(1022)-1823/2019 nömrəli qərarına istinad edib və onu əlavə etmişdir. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd edilir ki, “... kollegiya həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır...”
30. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyas ı məhkəməsi X2 həqiqətən də 01.01.1993-cü il tarixindən sonra iddiaçının həqiqətən də sözügedən sovxozda işləyib-işləməsi, nədən əmək haqqı barədə məlumatın olmaması məsələni araşdırılmadığına dair dəlilinə gəldikdə isə Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi hesab edir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasını n hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır.
32. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın n əticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqları nın bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər.
34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.04.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-n in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.04.2021-ci il tarixli, 21(107)-105/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.