Məhkəmə qərarları › İş №2-1(102)-1198/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1198/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1198/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya; arxiv arayışı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət S osial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2-1(103)574/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxx xxxx ildə doğulmuş, NZ seriyalı ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletə əsasən 16 may 1981-ci ildən 10 iyun 1983-cü ilədək hərbi xidmətdə olmuşdur.

2. Astara rayon Dövlət Arxivinin 66/1 nömrəli 29 iyun 2021-ci il tarixli arayışınd an görünür ki, iddiaçı Astara rayon sabiq Şiyəkəran “26 Bakı komissarı” sovxozunun əmək haqqı kitablarına əsasən 1979-cu ilin may ayından 1980-ci ilin iyul ayına kimi sovxozda əmək haqqı almışdır. O, Astara rayon Kakalos kəndi sabiq Partiyanın XXİİ qurultayı adına sovxozun əmr kitablarına əsasən 1981-ci ilin fevral ayının 5-də 18 nömrəli əmrlə sovxoza 15 yanvar 1981-ci il tarixindən fəhlə qəbul olunmuş, 1981-ci ilin may ayının 11-də 76 nömrəli əmrlə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. Həmin arayışa əsasən iddiaçı 1978-1979-cu illərdə 1 il 7 ay, 1980-ci ildə 3 ay, 1981-ci ildə 4 ay sovxozda əmək haqqı almışdır. 3. "xxxx" QSC-nin 26 avqust 2020-ci il tarixli arxiv arayışına əsasən iddiaçı 13 sentyabr 1983-cü ildə Cənub Rayon Dəniz Neft Donanmasının t/x “PSK-29” gəmisinə şag ird matros peşəsinə işə qəbul edilmiş, 28 noyabr 1983-cü ildə “PSK-29” gəmisinə 2-ci dərəcəli matros peşəsinə keçirilmiş, 4 avqust 1987-ci ildə “Orion-15” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə, 18 aprel 1988-ci ildə b/b “Zərdab-5” gəmisinə kapitanın böyük köməkçisi, 27 fevral 1989-cu ildə t/x “Hövsan” gəmisinə kapitanın böyük köməkçisi, 1 dekabr 1992-ci ildə t/x “Hövsan” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmişdir. 10 oktyabr 1996-cı ildə X1 Donanmasına keçirildiyi üçün işdən azad edilmişdir. 27 sentyabr 1998-ci ildə “İsrafil Hüseynov) gəmisinə kapitanın 2-ci böyük köməkçisi kimi işə qəbul edilmişdir. 9 oktyabr 2000-ci ildə “İsrafil Hüseynov” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmişdir. 1 fevral 2002-ci ildə icarədə olan gəmilərə göndərilməsi ilə əla qədar öz xahişi ilə işdən azad edilmişdir. 2 iyun 2008-ci ildə “İsrafil Hüseynov” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə işə qəbul edilmiş, 1 avqust 2008-ci ildə icarədə olan gəmilərə göndərilməsi ilə əlaqədar öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. 15 avqust 2009-cu ildə “İ.Hüseynov” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. 1 iyun 2011-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 16 mart 2012-ci ildə “BMP-701” gəmisinə şkiper vəzifəsinə işə qəbul edilmişdir. Hal-hazırda “Üzən kapyor-315” gəmisində kapitan vəzifəsində çalışır.

4. İddiaçı 5 noyabr 2020-ci il tarixində ona güzəştli şərtlərlə pensiya təyin olunması məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 6 may 2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi 2 fevral 1984-cü il tarixli əmək kitabçasında qeyd olunanlara əsasən onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 3 ay 11 gün) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 15 aprel 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, uzun illər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın təsiri altına düşən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır. İddiaçı Milli Arxiv İdarəsinin Astara rayon Dövlət arxivindən verilmiş arxiv arayışının cavabdeh tərəfindən nəzərə alınmış olduğu təqdirdə tələb olunan 25 il əmək stajının tamam olduğunu əsas gətirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Mərkə zi Filiala təqdim edilmiş İT-İ seriyalı ******* saylı 2 fevral 1984-cü il tarixli əmək kitabçasında qeyd olunanlara əsasən onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 3 ay 11 gün) təşkil edir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi barədə qeyd edilmişdir ki, əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7285/2021 nömrəli 22 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim S.İ.Salahova) iddia tələbi qismən təmin edilərək, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 15 aprel 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa g örə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə iddiaçının 1 yanvar 2006-cı ilədək 25 il 8 ay 23 gün ümumi, 22 il 2 ay 21 gün güzəştli iş stajının olması sübut olunur. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunmayan 1979-cu ilin may ayından 1980-ci ilin iyul ayına kimi Astara rayon sabiq Şiyəkəran “26 Bakı komissarı” sovxozunda, 5 fevral 1981-ci ildən 11 may 1981-ci ilədək Astara rayon sabiq Kalakos kənd Partiyasının XXİİ qurultayı adına sovxozda fəhlə kimi işlədiyi dövrü sığorta stajı kimi qəbul etməsə də, həmin dövrlərdə iddiaçının iş stajı arxiv arayışı ilə öz təsdiqini tapmışdır.

10. Cav abdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli 21(103)-574/2022 nömrəli qərarına əsasən (sədrlik edən X.A.Cəmilova, hakimlər M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7285/2021 nömrəli 22 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli 2-1(103)-574/2022 nömrəli qərarın ləğv edilməsini, iddian ın təmin edilməməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubu və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq iş in mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normalarına əsasən məsələyə qiymət verməlidirlər. b) Etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, cavabdehin kassasiya şikayəti əsassız mülahizələr üzərində qurulmaqla formal xarakter daşıyır. Kassasiya şikayətində qeyd olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi öz qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün si yahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olduğunu dəqiq göstərmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

17. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşı na çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinin 1 avqust 1997-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən ası lı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

20. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

21. Azərbaycan Respublikası Naz irlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 22. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəli llərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissə sində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrin in şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Məhkəmələr tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı 25 il 9 ay 27 gün təşkil edir. Onun işlədiyi “kapitanın 2-ci köməkçisi və kapitanın baş köməkçisi” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ bölməsinin “Nəqliyyat” bölməsinin 23003010 koduna (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yo l gəmiləri istisna olunmaqla)) uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 22 il 2 ay 21 gün təşkil edir.

30. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı ilədək 25 ildən artıq ümumi iş stajı, 12 il 6 aydan artıq güzəştli iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından cavabdehin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2-1(103)574/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 21(103)-574/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar