Məhkəmə qərarları › İş №2-1(102)-1198/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1198/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1198/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin geri götürülməsi səbəbi ilə kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3737/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********171975 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın 271745.43 manat hesablanmış mənfəət vergisi və hesablanmış mənfəət vergisinə görə tətbiq edilmiş 135.872,72 manat maliyyə sanksiyası, 230.135,2 manat hesablanmış ƏDV və hesablanmış ƏDV-yə görə tətbiq edilmiş 115.067,61 manat maliyyə sanksiyası, 657.988,81 manat ödəmə mənbəyində vergi və hesablanmış ödəmə mənbəyində vergiyə görə tətbiq edilmiş 328.994,41 manat maliyyə s anksiyası hissəsində ləğv olunması barədə qərar çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçının məhkəməyə ünvanladığı ərizəsinə əsasən iddia tələbi xx.xx.2023-cü il tarixli qərardad ilə “Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********171975 nömrəli qərarın ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10414/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********171975 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı 271.745, 43 manat hesablanmış mənfəət vergisi və hesablanmış mənfəət vergisinə görə tətbiq edilmiş 135.872,72 manat maliyyə sanksiyası, 230.135,2 manat hesablanmış ƏDV və hesablanmış ƏDV-yə görə tətbiq edilmiş 115.067,61 manat maliyyə sanksiyası, 657.988,81 manat ödəmə mənbəyində vergi və hesablanmış ödəmə mənbəyində vergiyə görə tətbiq edilmiş 328.994,41 manat maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3737/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10414/2023 n ömrəli, xx.xx.2023-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya icraatı zamanı cavabdeh Ali Məhkəməyə ərizə təqdim edərək kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin ger i götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə

111. Prosessual xərclərin bölüşdürülməsi... 111.3. Şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Şikayətdən imtina barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

10. İPM-in 97.1-ci maddəsinin tələbindən göründüyü kimi, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.

11. Şikayətdən imtina həmin normanın, həmçinin İPM-in 97.2-ci maddəsinin tələblə rinə uyğundur.

12. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 111.3-cü maddəsinə uyğun olaraq həll edilir.

13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətinin qaytarılması barədə ərizə təmin edilir. İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə kassasiya icraatına xitam verilir. İzah edilir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İcraat üzrə prosessual xərclər cavabdehə aid edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar