Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1199/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı güzəştli şərtl ərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair 26 yanvar 2021-ci il tarixli, 2-1(84)-1605/2018 nömrəli inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-172/2021 nömrəli iş üzrə 05.04.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı 1979-1998-ci illərdə Şəki rayonu Baş Layısqı kəndi "Fəhlə kəndli birliyi" kolxoz unda işlədiyi illərin sosial sığorta və güzəştli iş stajı kimi hesablanması və 01.01.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
2. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2018-ci il tarixli 2-1(84)1605/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Şəki rayonu Baş Layısqı kəndi "Fəhlə kəndli birliyi" kolxozunda 1981-1988, 1993, 1996, 1997-ci illər işlədiyi illər tam iş stajı kimi, 1979, 1980, 1989, 1990, 1991, 1994-cü illərdə işlədiyi iş stajı kimi bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktik müddət nəzərə alınmaqla sosial sığorta stajı na daxil edilməsi, 1981-1988, 1993 və 1996-cı illərdə tütünçü işlədiyi müddət tam, 1979-1980, 1990 və 1994-cü illərdə kolxozda tütünçü işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktik müddət nəzərə alınmaqla güzəştli iş stajı kimi hesablanması və 01.01.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin üzərinə qoyulmuşdur.
3. Şəki İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.03.2019-cu il tarixli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2018-ci il tarixli 2-1(84)-1605/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi həmin qərardan kasasiya şikayəti də vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.07.2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.03.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
5. X5-İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin 14.08.2019-cu il tarixli məktubu ilə qərardan çıxarış icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun əmrinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatları 10.05.2019-cu ildən yalnız Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirildiyinə görə 03.09.2019-cu ildə məhkəmə qərarından çıxarış və iddiaçının sənədləri cavabdeh tərəfindən həmin İdarəyə göndərilmişdir.
7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2018-ci il tarixli 2-1(84)1605/2018 nömrəli qərarı könüllü qaydada icra edilmədiyinə görə Şəki İnzibati Məhkəməsinin 06.02.2020-ci il tarixli, 2-1(84)-1605/2018 nömrəli qərardadına əsasən, həmin qərarın icrası icra sənədi verilməklə Bakı Şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə tapşı rılmışdır. Bundan sonra ötən müddət ərzində də məhkəmənin qərarı icra edilməmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X2 İnzibati Məhkəməsinə 21.10.2020-ci il tarixli **********1 nömrəli ərizə göndərərək, qeyd olunan inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
9. Birinci instansiya məhkəməsinin 26.01.2021-ci il tarixli, 2-1(84)1605/2018 nömrəli (sədrlik edən hakim Vidadi Qasımov) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 78, 100, 106.1, 106.2, 106.3-cü maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsaslanmışdır.
11. Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardaddan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.01.2021-ci il tarixli, 2-1(84)-1605/2018 nömrəli qərardadının ləğv edilməsini, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli, 2-1(107)-172/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmamverdi Şükürov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 26.01.2021-ci il tarixli, 2-1(84)-1605/2018 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
14. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının vermiş olduğu iddia ərizəsi və bununla əlaqədar məhkəmələr tərəfindən verilmiş qərarlardan onun məlumatı ancaq qeyd edilən məhkəmə qərarının icrası prosesində, yani qərarın icrası icra sənədi verilməklə Bakı Şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə daxil olması ilə əlaqədar sonuncunun ona müraciəti zamanı məlum olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019-cu il tarixli **********2 nömrəli əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) yaradılmış və İdarənin Əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə görə, "Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 20-ci maddələrinə əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi İdarənin səlahiyyətlərinə aid edilmişdir. Eyni zamanda, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli məktubuna əsasən, 2019-cu ilin 10 may t arixinədək Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun qeyd olunan maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarəyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Sözügedən iş üzrə Şəki Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarının verildiyi tarixlərdə iş üzrə cavabdeh əslində Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı adı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) olmasına baxmayaraq, cavabdeh qismində Fondun Şəki şəhər şöbəsi cəlb edilmişdir. Halbuki məhkəmələr həmin tarixdə iş üzrə cavabdehin qismində əsl cavabdeh olan Mərkəzi Filial məhkəməyə tərəf qismində cəlb etməli idilər. Həmçinin, onu da xüsusilə qeyd etmək istər ki, məhkəmələrin keçirilməsi barədə Mərkəzi filialın heç bir məlumatı olmamışdır. Bu səbəbdən də Mərkəzi Filial onun sə lahiyyətlərinə aid olan məsələ üzrə məhkəmə qərarının qəbul edilməsində iştirak etməmiş, öz maraqlarının təmsil olunması imkanından məhrum olmuşdur.
15. Bundan başqa "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik deyildir. Belə ki, hazırda iddiaçıya əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 33600 manat təşkil edir, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 20013,86 manatdır. Bu səbəbdən də ona əmək pensiyasının təyin olunması mümkün deyildir. İddia üzrə hər üç məhkəmə instansiyasının qərarlarına baxarkən məlum olur ki, işə mahiyyəti üzrə baxılarkən, məhkəmələr İPM-nin 12-ci maddəsini pozaraq, iddiaçının tələ b olunan pensiya kapitalına malik olub-olmaması ümumiyyətlə araşdırılmamış, nə cavabdeh qismində cəlb olunmuş inzibati orqan, nə də məhkəmələr tərəfindən sözügedən məsələyə heç bir münasibət bildirilməmişdir. Bununla da iş üzrə bütün hallar araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Bu səbəbdən də iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərar qanuni qüvvəyə minməsinə baxmayaraq, həmin qərarın icrası mümkün deyil.
16. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 05.04.2021-ci il tarixli, 2-1(107)-172/2021 nömrəli qərardadının ləğv edilməsini və iddiaçının iddia ərizəsi ilə əlaqədar məhkəmə icraatın təzənməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikay ətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddiaçının iddia ərizəsi ilə əlaqədar məhkəmə icraatın təzənməsi barədə qərardadın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
19. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barəd ə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
20. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
22. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.
26. Belə ki, cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, Əsasnaməyə görə, "Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 20-ci maddələrinə əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi İdarənin səlahiyyətlərinə aid edilmişdir. Eyni zamanda, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli məktubuna əsasən, 2019-cu ilin 10 may tarixinədək Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun qeyd olunan maddə lərinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarəyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Sözügedən iş üzrə Şəki Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarının verildiyi tarixlərdə iş üzrə cavabdeh əslində Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı adı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) olmasına baxmayaraq, cavabdeh qismində Fondun Şəki şəhər şöbəsi cəlb edilmişdir.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq müəyyən etmişdir ki, işə Şəki Apelyasiya Məhkəməsində 06.03.2019-cu ildə baxıldığı zaman cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin nümayəndəsi X1 məhkəmə iclasında iştirak etmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin yaradılması haqqında Nazirliyin 08.02.2019cu il tarixli əmrinin mövcudluğu barədə məhkəməyə məlumat verməmişdir. Bundan sonra işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılarkən də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh qeyd olunan əmrin mövcudluğu barədə məhkəməyə yenə də məlumat verməmişdir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisl əri üçün məcburidir.
29. Göründüyü kimi Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 21.11.2018-ci il tarixli, 2-1(84)-1605/2018 nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün məcburi xarakter daşıyır və həmin Filialın istinad etdiyi xüsusat icraatın yeni açılmış hallarla bağlı təzələnməsi üçün əsas hesab edilə bilməz.
30. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı yeni açılmış hallarla bağlı o halda təzələnə bilər ki, sonradan yeni sübutlar və ya hallar aşkar edilmiş olsun və həmin sübutların və ya halların təqdim olunmamasının səbəbləri ərizəçidən asılı olma mış olsun.
31. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
32. Həmin Məcəllənin 106.1-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır.
33. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və y eni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.
34. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
35. Cavabdehin kasasiya şikayətində göstərdiyi ikinci və sonuncu dəlil ondan ibarətdir ki, cavabdeh "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə istinad edərək, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik deyildir.
36. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apelyasiya məhkəməsi öz qərarında doğru olaraq qeyd etmişdir ki, “iş üzrə hər üç məhkəmə qərarında iddia tələbinin maddi hüquqi əsası kimi "Əmək pensiyaları haqqında" Qanunun məhz 9.1-ci maddəsinin iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş redaksiyasına istinad edilmişdir. Həmin redaksiyada hazırda qüvvədə olan redaksiyadan fərqli olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb edilmirdi. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının pensiya kapitalı ilə bağlı məsələnin məhkəmə qərarlarında əks olunmamasını irad tutmaqda haqlı deyil. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Mərkəzi Filial tərəfindən göstərilmiş həmin xüsusat da icraatına yeni açılmış hallarla bağlı təzələnməsi üçün əsas hesab edilə bilməz. ”
37. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli, 21(107)-172/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.