Məhkəmə qərarları › İş №2-1(102)-1199/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1199/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1199/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasının tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-621/2022 nömrəli qərarından cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X4 Universiteti tərəfindən verilmiş STU 000380 saylı xx.xx.2016-cı il tarixli diploma əsasən, iddiaçıya xx.xx.2016-cı il tarixdə əczaçılıq bakalavr akademik dərəcəsi verilmişdir.

2. İddiaçı STU 000380 saylı diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 22 dekabr 2020-ci il tarixində ona imtina cavabı verərək müraciəti təmin etməmişdir. Cavabdeh imtinanın səbəbi kimi iddiaçının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Gürcüstan Respublikası ərazisində qısa müddətdə olmaqla diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyin qeyri mümkün olduğ unu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Gürcüstan Respublikasının Qori şəhərində yerləşən Suxişvili Tədris Universitetində aldığı ali təhsil haqqında STU 000380 saylı xx.xx.2016-cı il tarixli diplom üzrə ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və bu barədə cavabdehin imtinasının qanunsuz hesab edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2-ci kursu tam bitirdikdən sonra 2014-cü ilin payızında ailə həyatı qurmuşdur. Bu səbəbdən təhsil müəssisəndə 3-cü kursun birinci semestrində cəmi 38 gün iştirak etmişdir. Daha sonra 2014-cü ilin noya br və dekabr aylarında əri ilə onun yaşadığı Rusiya Federasiyasının Maxaçkala şəhərində yaşamışdır. Lakin Mahaçqala şəhərində qaldıqları müddətdə 3-cü kursun 1-ci semestrinin tədris proqramını mənimsəmiş və 2015-ci ilin yanvar ayında imtahanlarını verərək növbəti semestrə buraxılmışdır. 2015-ci ilin yanvar ayının ikinci yarısından aprel ayına kimi yenə də əri ilə Maxaçkala şəhərində yaşamışdır. Həmin dövr ərzində keçirilmiş tədris kursunu mənimsəyərək 2015-ci ilin aprel, may, iyun və iyul aylarında qısa müddətlərlə Universitetdə olmuş və akademik borclarını ödəmişdir. 2015-ci ilin iyul ayının 26-da onun qız övladı doğulmuşdur. Uşaq doğulan zaman aldığı xəsarətdən və ixtioz xəstəliyinə tutulduğundan onun müalicəsinə və qayğısına qalmaq üçün 4-cü kursun 1-ci semestrində dərslərini məcburi ol araq 2 ay buraxmalı olmuşdur. Lakin 25 oktyabr 2015-ci ildə Universitetə gələrək, 6 gün ərzində, keçirilmiş proqramı mənimsəyərək qızının yanına qayıtmalı olmuşdur. Yenidən 3 yanvar 2016-cı ildən 9 yanvar 2016-cı ilə kimi dərslərdə iştirak edərək kursun qalan hissəsini də mənimsəmişdir. 4-cü kursun 1-ci semestrini bitirmək üçün 14 yanvar 2016-cı il tarixdə Universitetə gələrək akademik borclarını ödəmişdir. Lakin sonuncu semestrdə qızının xəstəliyi şiddətləndiyindən dərslərdə mütəmadi olaraq iştirak edə bilməmişdir. Buna baxmayaraq, kursu mənimsəmək üçün 2016-cı ilin 31 mart, 14 aprel, 21-22 aprel, 18 iyun, 23 iyun, 4 iyul və 11 iyul tarixlərində Universitetdə olmuş və bütün akademik borclarını vermiş, tələb olunan sayda krediti ödəyərək ali təhsilini bitirmiş və ona bu barədə STU 000380 s aylı bakalavr diplomu verilmişdir. Bütün təhsil müddətində o, yalnız 3-cü və 4-cü kursların dərslərinin bir hissəsində iştirak etməsə də, həmin dövr ərzində keçirilmiş bütün fənləri mənimsədiyi üçün Suxaşvili Tədris Universiteti bütün fənlər üzrə onun kreditlərini verdiyini diplomun əlavəsində qeyd etmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh təşkilat yalnız onun xaricdə kifayət qədər olmadığını əsas gətirərək xarici ali təhsil ixtisasını tanımır.

5. Cavabdeh məhkəməyə iddiaya dair yazılı etiraz və etiraza əlavə təqdim edərək bildirmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplomun AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin mü əyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il – 4 ay 18 gün, İİ il – 7 ay, İİİ il – 19 gün, İV il – 20 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür.

6. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-3864/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, cavabdehin imtinası qanunsuz sayılmış, iddiaçının X2 Universitetinin “əczaçılıq” ixtisası üzrə STU 000380 nömrəli diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Məhkə mə hesab etmişdir ki, Gürcüstanın səlahiyyətli orqanı iddiaçıya X2 Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini “əczaçılıq” ixtisası üzrə bitirməsi barədə verilmiş STU 000380 nömrəli diploma (təhsil sənədinə) apostil verməklə, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Həmçinin, «Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə münasibət bildirmə li idi. İşin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı isə, cavabdeh tutarlı dəlillər gətirməmişdir. Cavabdehin dəlili (iddiaçının təhsil müəssisəsi olan ölkədə qısa müddətdə olması) imtina əsası kimi AR Nazirlər Kabinetinin 64 nömrəli 13 may 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 21(103)-621/2022 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, A.Oruczadə və M.Tağıza də) apellyasiya şikayəti təmin edilməmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayəti iddiaya dair etiraz və etiraza əlavəyə uyğun tərtib olunmuşdur. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Azərbaycan Respublikası N azirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: - 1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhs il Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.6-cı bənd. Ekvivalentlik haqqın da Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə on ların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

15. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündə n, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq n ormalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfində n hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

21. Oxşar işlər üzrə Ali Məhkəmənin əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyində qeyd edilir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü-özlüyündə bir qədər qeyri müəyyəndir. Sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekv ivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən, xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur.

22. Göründüyü kimi, cavabdeh orqan iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu iddia etsə də, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir.

23. Bundan başqa, 2004-cü il martın 4-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 may tarixli, 217 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in 8-ci maddəsinə əsasən, Tərəflər bu Saziş imzalandığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövr də hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcələrin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər.

24. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından müəyyən olunur ki, cavabdeh iddiaçıya verilmiş diplomu tanımaqdan imtina edərkən iddiaçının Gürcüstan Respublikası Suxişvili Tədris Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında İİİ və İV kursda həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkün olduğuna əsaslanmışdır. 25. 08.04.2022-ci il tarixdə Təhsildə Keyfiyyət Agentliyi tərəfindən məhk əməyə daxil olmuş xx.xx.2017-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçı əyani formada təhsil almışdır. Ona xx.xx.2019-cu il tarixdə verilmiş 123/0005872 saylı diplom əlavəsinin 3.2-ci bəndində əks olunmuş məlumatdan müəyyən olunur ki, ərizəçinin tədris aldığı təhsil proqramı üzrə tədris yükü 240 AKTTS (Avropa Kredit Transferi və Toplanması Sistemi) kreditindən və 6000 akademik saatdan ibarətdir. İddiaçının təhsil aldığı ölkədə olması müddətləri İ ildə – 4 ay 18 gün, İİ ildə- 7 ay, İİİ ildə- 19 gün, İV ildə 20 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 348 saylı xx.xx.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistra tura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən, ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestri 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər) kredit müəyyənləşdirilir.

26. İddiaçıya məxsus xarici pasportda olan sərhədkeçmə məlumatlarına nəzər yetirildikdə müəyyən olunur ki, iddiaçı əyani təhsil aldığı 5 illik təhsil müddətində İ ildə – 4 ay 18 gün, İİ ildə 7 ay ölkə xaricində olmaqla, həmin müddət cavabdeh inzibati orqanı qane edəcək dərəcədə yetərli olsa da, cavabdeh inzibati orqanın iddiaçının tələb inin təmin olunmasından imtina etməsinin əsası kimi çıxış etdiyi dəlil əsasən iddiaçının təhsil aldığı müddətdə İİİ və İV kursda 19 və 20 gün təhsil aldığı ölkədə olması ilə bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, iddiaçı İİİ kursda təhsil alarkən, yəni 2014-cü ilin payızında ailə həyatı qurmuş, İİİ kursun birinci semestrində dərslərdə müəyyən müddət iştirak etmiş, daha sonra 2014-cü ilin noyabr və dekabr aylarında əri ilə onun yaşadığı Rusiya Federasiyasının Mahaçqala şəhərinə yaşamaq üçün getmiş, orada yaşamağa başlamış və bundan sonra ali məktəbdə təhsilini davam etdirmək üçün Rusiyanın Mahaçqala şəhərindən getmiş, 2015-ci ilin yanvar ayının ikinci yarısından aprel ayına kimi yenə də əri ilə Mahaçqala şəhərində yaşamış, həmin dövr ərzində keçirilmiş tədris kursunu mənimsəyərək 2015-ci ilin aprel, may, iyun və iyul aylarında qısa müddətlərlə Universitetdə olmuş və akademik borclarını ödəmişdir. 2015-ci ilin iyul ayının 26-da onun qız övladı doğulmuş, uşaq doğulan zaman aldığı xəsarətdən (bud sümüyü çıxığı) onun müalicəsi ilə bağlı dərslərdə üzrlü səbəbdən tam iştirak edə bilməmiş, buna baxmayaraq keçirilmiş proqramı mənimsəyərək akademik borclarını ödəmiş və ali təhsilini bitirdiyi üçün ona bu barədə STU 000380 saylı bakalavr diplomu verilmişdir.

27. Göründüyü kimi, iddiaçı təhsil aldığı Gürcüstan Respublikası ərazisində olan Universitetə təkcə, Azərbaycan ərazisinin sərhədkeçməsindən deyil, həm də ailə həyatı qurduqdan sonra (İİİ və İV kursda) həyat yoldaşı ilə yaşadığı Rusiyanın Mahaçqala şəhərindən gedib-gəldiyi üçün (bu barədə məlumat iddiaçının xarici pasportunda qeyd olunmuşdur), bu halın isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən edilməsinin qeyri-mümkünlüyü cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamış, buna görə də iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər (İİİ və İV kurslar üzrə) düzgün hesablanmamış və nəticədə cavabdeh inzibati orqan tərəfindən mənfi rəy verilmişdir.

28. Digər tərəfdən, iddiaçı İİİ və İV kurslarda təhsil aldığı dövlətə gedib bütün dərslərdə mütəmadi olaraq iştirak edə bilmədiyini övladının xəstəliyi ilə əlaqələndirir ki, bu hal da iş materiallarında olan iddiaçının övladı ilə bağlı verilmiş tibbi arayışlarla öz təsdiqini tapır. Belə ki, Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli tibbi arayışınlarından görünür ki, iddiaçının xx.xx.2015-ci il təvəllüdlü qızı X3 anadangəlmə budun birtərəfli çıxığı diaqnozu ilə MRX-da Həkim Travmatoloqun dispanser qeydiyyatındadır və ona əlillik təyin olunmuşdur. Belə ki, iddiaçı 04.2015-ci il tarixdə müraciət etmiş, yoxlama zamanı 24 həftəlik hamiləlik qeydə alınmış, müayinələr nəticəsində döldə anadangəlmə anemiya aşkarlanaraq müalicə təyin edilmişdir.

29. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib -gəlmiş, həmin ölkədə olmadığı dövrün üzrlü səbəbi barədə isə məhkəməyə sübut təqdim etmiş, bundan əlavə, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia çı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 21(103)-621/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar