Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-12/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Azərbaycan” Nəşriyyatının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “Azərbaycan” Nəşriyyatının (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonr a cavabdeh) qarşı (üçüncü şəxslər X oğlu, X21, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyi) “torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-711/2020 saylı, 18 mart 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının mübahisə açdığı torpaq sahəsinin birinci plan və ölçüsü P.Ə.Abbasovun adına 6 avqust 2014-cü ildə tərtib edilmişdir.
2. İşdə olan sənədlərə əsasən 6 avqust 2014-cü ildə tərtib edilmiş plan və ölçü Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qərarının icr ası əsasında verilmişdir.
3. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qərarından görünür ki, iddia təmin olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsi üzərində P.Ə.Abbasovun mülkiyyət hüququnun mövcud vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.
4. M.X.Cəfərlinin adına 21 avqust 2014-cü ildə tərtib edilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, P.Ə.Abbasovla M.X.Cəfərli arasında olan 13 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında M.X.Cəfərlinin adına 21 avqust 2014-cü il tarixli plan və ölçü tərtib edilmişdir.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək X oğluna verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X13 verilmiş **********07 nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab olunmasını xahiş etmişdir.
6. Cavabdeh 9 aprel 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qanunvericiliyə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 27 iyun 2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X oğluna verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X13 verilmiş **********07 nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab olunmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə iddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 1980-ci il 6 may tarixli, 195 saylı Qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı X1 Sovetinin İcraiyyə Komitəsinin tərəfindən 1981-ci il 20 fevral tarixli “X7 X34” verilmişdir. Həmin akt 1981-ci il 20 fevral tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ə razisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2016-cı il 20 dekabr tarixli, 2(102)-6123/2016 nömrəli qərarı ilə də müəyyən edilmişdir. Həmçinin, “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X oğlunun X8 aldığı 0,66 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona **********07 reyestr nömrəli çıxarış və həmin reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü verilm işdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********07 reyestr nömrəli çıxarışda 0,66 ha torpaq sahəsinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə bağ sahəsi kimi göstərilməklə xüsusi mülkiyyətə verildiyi qeyd edilmişdir. Lakin, X oğluna və həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X14 verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Halbuki, iddiaçıya verilmiş 1981ci il 20 fevral tarixli “X7 X34”nda 15 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfa tı təyinatlı torpaq kimi göstərilmişdir. Bundan başqa, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir və hasara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində əvvəllər 0,66 ha torpaq sahəsinin mülkiyyətçisi X14, satıldıqdan sonra isə X oğluna verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Bu da öz növbəsində “Azərbaycan” Nəşriyyatının nümayəndələri ilə vətəndaşlar arasınd a lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Cavabdeh müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmişdir..
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsində göstərilən tələb ilə əlaqədar iddiaçının cavabdehə müraciəti daxil olmamışdır. Həmçinin, X oğlu və X21 arasında bağlanmış 2014-cü il 13 avqust tarixli, 4Ə-499 saylı alğı-satqı müqaviləsinə əsasən X oğluna ********** nömrəli, 2014-cü il 1 sentyabr tarixli çıxarış və **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir.
10. Üçüncü şəxs M.X.Cəfərlinin iddia tələbinə qarşı etirazının əsaslarına görə iddiaçının iddia etdiyi 15 ha torpaq sahəsinin tə rkib hissəsi kimi göstərilən və hal-hazırda X oğlunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,66 ha torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətı yoxdur. İddiaçı məhkəməyə müraciət edərək Nardaran qəsəbə sakini X3 Sabunçu rayon, Nardaran qəsəbəsində Abşeron rayon X2 İcraiyyə Komitəsi tərəfindən “Kommunist” nəşriyyatına dövlət aktı verilmiş və 1981-ci il 20 fevral tarixli “X7 aid Dövlət Aktı”nda göstərilən sərhədlər daxilində olan 15 hektar torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililərin onun hesabına sökülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəmənin qərarı ilə iddia qismən təmin edilmiş və icraya yönəlmişdir. Qeyd edilən icra vərəqəsinin verilməsindən bir ildən artıq mü ddət keçməsinə baxmayaraq, onun icrası mümkün olmayıb. Belə ki, məhkəmə icraatı zamanı iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin koordinatları naturada müəyyən olunmadığından və qətnamənin nəticə hissəsində torpağın konkret sahəsi, habelə koordinatları göstərilmədiyindən tələbkarın tələb etdiyi torpaq sahəsini ona vermək mümkün olmamışdır. Bu barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra işinin təxirə salınmasına dair 2017-ci il 5 oktyabr tarixli aktı var. Həmin akta əsasən icraya dəvət olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin Sabunçu şöbəsinin müdiri Vüqar Bəşirov və Bakı şəhər Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi İmran Bahadov bildirmişlər ki, icra sənədində qeyd olunan 1981-ci il 20 fevral tarixli “X7 aid Dövlət aktı”nda gö stərilən 15 hektar torpaq sahəsinin istinad nöqtələrinin göstərilmədiyinə və həmin nöqtələri müəyyən etmək mümkün olmadığına görə mübahisəli torpaq sahəsini müəyyən etmək mümkün olmamışdır. İcra işinin icrası mümkün olmadığından icra məmuru icra sənədini məhkəməyə geri qaytarmalı olduğu halda, 2017ci il 19 oktyabr tarixdə Azər Qasımov tərəfindən İcra Şöbəsinə təqdim olunmuş “Azərbaycan SSR Abşeron rayonu Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsi”nin Abşeron rayon Dövlət Arxivindən əldə edilmiş xəritəsini əsas gətirərək “Azərbaycan” Nəşriyyatına aid olmayan 15 hektar torpaq sahəsinin ona təhvil verilməsi barədə akt tərtib edərək icra işinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Lakin həmin xəritədə də 15 hektar torpaq sahəsinin koor dinatları müəyyən olunmamışdır. İcra məmuru icra vərəqəsi üzrə tələbkara aid 15 hektar torpaq sahəsindən borclunu çıxartmadan, həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililər sökülmədən, habelə torpaq sahəsinin koordinatları naturada müəyyən olunmadan tələbkara aid olmayan torpaq sahəsini ona təhvil verməklə icra işinə xitam vermişdir və bununla da “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi və Bakı şəhəri Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi “Azərbaycan” Nəşriyyatına aid torpaq sahəsinin söküntü aparılan əraziyə heç bir aidiyyətı olmadığını bildirərək, Sabunçu rayon İcra Şöbəsinin məhkəmə icra sənədi üzrə torpağın tələbkara təhvil verilməsi barədə aktı imzalamaqdan imtina etmişlər. Həmçinin, İcra Şöbəsinin əməkdaşları icra yerinə gəlməkdən imtina etmişlər və icra vərəqəsinin icra olunmasında iştirak etmədən 2017-ci il 26 dekabr tarixdə Azər Qasımov polis əməkdaşlarının müşahidəsi ilə sakinlərin yaşadığı ərazinin “Azərbaycan” Nəşriyyatına məxsus olduğunu bildirərək və X9 məxsus qanunsuz tikililərin sökülməsi barədə Ali Məhkəmənin qərarını göstərərək, heç vaxt məhkəmədə mübahisələndirilməyən və sakinlərin qanunla qorunan mülkiyyət hüququnu pozaraq sakinlərə məxsus torpaq sahələrinin hasarlarını texnika ilə uçurmuşdur və sakinlərə xeyli miqdarda ziyan vurmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,66 ha torpaq sahəsi 2014-cü il 7 avqust tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 515 nömrəli reyestr kitabının 48746 nömrəli vərəqində X1 0 adına qeydiyyata alınmışdır. X oğlu həmin torpaq sahəsini 2014-cü il 13 avqust tarixli 4Ə-499 nömrəli alğı-satqı müqaviləsi əsasında X8 almış və həmin torpaq sahəsi 2014-cü il 1 sentyabr tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində X oğlunun adına qeydiyyata alınmışdır. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X17, 2-1(82)-3196/2018 saylı iş) 1 oktyabr 2018-ci il tarixli nömrəli qərarı ilə iddia təmin edilərək X oğluna verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X13 verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüləri etibarsız hesab edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X13 ayrılmış, hazırda isə X oğlunun mülkiyyətində olan torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının olmadığı aşkar edilmişdir. Buna görə də X13 ayrılmış, hazırda isə X oğlunun mülkiyyətində olan torpaq sahəsi Nardaran qəsəbəsi ərazisində yerləşən “Kommunist” Nəşriyyatına (hazırkı “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış 15 ha torpaq sahəsi ilə üst-üstə düşə bilməz və bu hal həmin torpaq sahəsinin plan-ölçüləri tərtib olunarkən yol verilmiş texniki səhv və səhlənkarlıq nəticəsində yaranmışdır.
13. Üçüncü şəxs M.X.Cəfərli həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakim lər X4-məruzəçi, X11 və X18, 2-1(103)795/2019 saylı iş) 18 aprel 2019-cu il tarixli qərarla üçüncü şəxs M.X.Cəfərlinin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 1 oktyabr 2018-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
15. Üçüncü şəxs M.X.Cəfərli həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X15-məruzəçi, X5 və Quliyev Zakir Müslüm oğlu, 2-1(102)-3206/2019 saylı iş) 27 noyabr 2019-cu il tarixli qərarı ilə üçüncü şəxs X oğlunun kasasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiya məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarı ləğv edil miş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan torpaq sahələrinin yerləşmə vəziyyətinə dair üçüncü şəxsin irəli sürdüyü dəlillər üzrə tam və hərtərəfli araşdırmanın aparılmasından imtina etməkdə haqlı olmamışdır. İşin həmin hallarının araşdırılması isə iddiaçının cavabdehə qarşı məhz hazırkı məzmunda tələb irəli sürməyə subyektiv hüququnun olub-olmadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X16məruzəçi, X22 və X12, 2-1(103)-711/2020 saylı iş) 18 mart 2020-ci il tarixli qərardadı ilə üçüncü şəxs M.X.Cəfərlinin apelyasiya şikayəti qismə n təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisəli əmlaka mülkiyyət hüququ üzrə qeydiyyat Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2014-cü il tarixli qərarı əsasında aparılaraq daşınmaz əmlakların ilkin qeydiyyatı həyata keçirilmiş, plan-ölçü sənədləri və reyestrdən çıxarış verilmişdir. Belə olan halda, həmin məhkəmə qərarı qüvvədə ola-ola, həmin qərar əsasında verilmiş plan ölçülərin etibarsız hesab edilməsi barədə iddiaçının iddiasının məhkəmə icraatı mümkün sayıla bilməz. İddiaçı uğurlu nəticəyə nail olmaq istədiyi və müvafiq subyektiv hüquqa malik olduğu halda məhz həmin məhkəmə aktının özünü mübahisələndi rmək imkanına malik olmuşdur. Lakin hazırkı işin halları baxımından belə mübahisələndirmə ilə bağlı hərəkətlərin edilməsi müəyyən olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən sənədlərin verilməsinə əsas olan məhkəmə aktının ləğv edilməsi halından həmin aktın icrası ilə bağlı edilmiş hərəkətlərə geriyə dönüş edilə bilər. Həmin aktın özünün qüvvədə olduğu halda isə onun icrası ilə bağlı edilmiş hərəkətlərin müstəqil iddia qaydasında etibarsızlığının tələb edilməsi yolverilməzdir.
20. İddiaçı kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
21. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Sumqayıt İn zibatiİqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qərarı üzrə tərəf X21 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi olmuş, hazırkı iş üzrə iddiaçı “Azərbaycan” Nəşriyyatı həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz.
22. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsində nəzərdə tutulmuşdur ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
23. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qərarı ilə X14 torpaq sahəsinin plan və ölçüsünü əks etdirən koordinatların verilməsi nəzərdə tutulmamışdır. Həmin qərarda torpaq sahəsinin mövcud vəziyyətdə qeydə alınması və çıxarışın verilməsi qəra ra alınmışdır.
24. Qeyd edilən torpaq sahələrinin mövcud vəziyyətdə qeydə alınması məsələsinə gəldikdə isə, Reyestr Xidməti tərəfindən məhkəmə qərarı icra edilərək X14 göstərdiyi iddiaçıya məxsus torpaq sahəsinə plan və ölçüsü verilərkən, iddiaçıya məxsus torpaq sahəsinin ilkin hüquq müəyyənedici sənədləri Xidmətin baza məlumatlarında mövcud olmuş, bunun təsdiqi olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubu iş materiallarına əlavə edilmişdir. Həmin məktubda “Azərbaycan” Nəşriyyatının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin bazada mövcud olduğu və həmin torpaq sahəsinə koordinat alınması üçün Ərazi İdarələrinə müraciət etməyin zəruriliyi göstərilmiş, Ərazi İdarəsinə edilən müraciətə cavab olaraq isə həmin torpaq sahəsinə başqa şəxslərə plan və ölçülərin ver ildiyi göstərilmişdir.
25. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi həmin məktubla üçüncü şəxslərə iddiaçıya məxsus torpaq sahəsinə plan və ölçü verildiyini etiraf etmişdir. Belə olan halda məsələyə üçüncü şəxsin subyektiv hüququnun mövcud olub-olmaması mövqeyindən yanaşmalı olan apellyasiya məhkəməsi, qanunsuz olaraq iddiaçının subyektiv hüququ mövqeyindən məsələyə hüquqi qiymət verməyə cəhd etmişdir. Halbuki üçüncü şəxsə məhkəmə qərarı əsasında verilmiş torpaq sahəsində həmin sahənin koordinatları göstərilməmişdir. Belə olan halda üçüncü şəxsin iddiaçıya məxsus torpaq sahəsinə subyektiv hüququ hansı əsasla yaranması araşdırılmamışdır.
26. İşə təkrar baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinin məcburiliyinə qərardadda istinad etsə də, həmin məcbu ri göstərişlərə birmənalı olaraq əməl etməmişdir.
27. Ali Məhkəmənin müvafiq qərarında iddianın mümkünlüyünə qiymət verilməsi tələbi qoyulmamışdır. Apellyasiya Məhkəməsinin hazırki qərardadında istinad etdiyi işə yenidən baxılarkən iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə müvafiq sorğular verilməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, müvafiq məhkəmə ekspertizası təyin edilməklə, torpaq sahələrinin yerləşdiyi yerlərin və onların kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, buna qədər isə iddianın mümkünlük məsələsinə hüquqi qiymət verilməli olması göstərişi, başqa bir iş üzrə, yəni 13 mart 2020-ci il tarixində Bakı Apelyasiya Məhkəməsinin hakimi Vüqar Həsənov tərəfindən q əbul edilən X6 işi üzrə Ali Məhkəmənin 18 dekabr 2019-cu il tarixli, 2-1(102)-2328/2019 saylı qərarında qoyulmuşdur. Ali Məhkəmənin qərarında göstərdiyi mümkünlük məsələsinə baxılması isə işin inzibati yoxsa mülki məhkəmə icraatı çərçivəsində baxılmalı olması yönündə olmuş, buna isə hüquqi qiymət verilərək, hazırki işə məhz inzibati icraat çərçivəsində baxılmalı olduğu qənaətinə gəlinmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kasasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 29. “İnzibati icraat haqqında” Qanun: Maddə
65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız oldu ğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
30. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində ba xış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməs i vasitəsi ilə verilir. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Q ərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
32. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsas lar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
34. İddiaçı M.X.Cəfərlinin adına 21 avqust 2014-cü ildə tərtib edilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün və həmin plan və ölçünün verilməsinə əsas olmuş əvvəllər Ə.P.Abbasovun adına 6 avqust 2014-cü ildə tərtib edilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsini xahiş etmişdir.
35. İddiaçının mübahisə açdığı torpaq sahəsinin birinci planı və ölçüsü Ə.P.Abbasovun adına 6 avqust 2014-cü ildə tərtib edilmişdir.
36. İşdə olan sənədlərə əsasən 6 avqust 2014-cü ildə tərtib edilmiş plan və ölçü Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qərarının icrası əsasında verilmişdir.
37. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qərarından görünür ki, iddia təmin olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsi üzərində P.Ə.Abbasovun mülkiyyət hüququnun mövcud vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.
38. M.X.Cəfərlinin adına 21 avqust 2014-cü ildə tərtib edilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən g örünür ki, P.Ə.Abbasovla M.X.Cəfərli arasında olan 13 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında M.X.Cəfərlinin adına 21 avqust 2014-cü il tarixli plan və ölçü tərtib edilmişdir.
39. İşin mübahisəsiz halıdır ki, torpaq sahəsinin planı və ölçüsü P.Ə.Abbasovun adına qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında, M.X.Cəfərlinin adına isə notariat orqanı tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında tərtib edilmişdir.
40. Qeyd edilməlidir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ malik olan şəxs tərəfindən qanunla müəyyən edilən müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozulması sübutlar da əlavə olunmaqla əsas landırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxılması mümkün olsun. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır.
41. Cavabdeh tərəfindən torpaq sahəsinin birinci plan və ölçü sənədi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2014-cü il tarixli qərarı, digəri isə alqı-satqı müqaviləsi əsasında aparılaraq daşınmaz əmlakın ilkin qeydiyyatı həyata keçirilmiş, planölçü sənədləri və reyestrdən çıxarış verilmişdir.
42. Belə olan halda, məhkəmə qərarı və alqı-satqı müqaviləsi qüvvədə ola-ola, həmin qərar və alqı-satqı müqaviləsi əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi barədə iddiaçının iddiasının məhkəmə icraatı mümkün sayıla bilməz. İddiaçı uğurlu nəticəyə nail olmaq istədiyi və müvafiq subyektiv hüquqa malik olduğu halda məhz həmin məhkəmə aktının özünü mübahisələndirmək imkanına malik olmuşdur. Lakin hazırkı işin halları baxımından belə mübahisələndirmə ilə bağlı hərəkətlərin edilməsi müəyyən olunmur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisə lərin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.
44. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
45. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
46. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
47. Bəhs olunanlara əsasən iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddianı mümkün saymamaqla apelyasiya məhkəməsi haqlı olmuşdur.
48. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
49. M əhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-711/2020 saylı, 18 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.