Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-12/2023 13.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1963, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şər tlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1300/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 52 yaşının tamam olduğu 06 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiya ödənişi cavabdeh orqan tərəfindən dayandırılmışdır.
2. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı, 29 aprel 2021-ci il tarixli “Pensiya ödənişinin dayandırılması haqqında” məktubda qeyd olunmuşdur ki, İddiaçı pensiya təyin olunarkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasə n xx.xx.2002-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" QSC-nin 1 saylı Yol hissəsində yol nəzarətçisi vəzifəsində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi vəzifə müvafiq Qərarla təsdiq edilmiş Siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq, iddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2015xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15192,36 manat pul vəsaitinin artıq ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artı q ödənilmiş vəsaitin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq, ondan artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.2002-c i il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" Yol Xidməti 1 saylı Yol hissəsində yalnız gecə işində, xüsusi zərərli iş şəraitində yol fəhləsi peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixdən hal-hazıra kimi "xxxx" QSC-nin Yol Xidmətində yol nəzarətçisi peşəsində işləyir (tuneldə, yalnız gecə, xüsusi zərərli iş şəraitində). İddiaçının peşəsinin əmək kitabçasında yol nəzarətçisi yazılması heç də o demək deyil ki, əvvəlki illərdə işlədiyi (tuneldə, yalnız gecə, xüsusi zərərli iş şəraitində) işlərdən fərqli (peşədə) işlərdə çalışır. Bu "xxxx" QSC-nin verdiyi A/133 saylı, 25 may 2021-ci il tarixli arayışda da bu bir daha təsdiq edilmişdir. Yol nəzarətçisi - yol fəhləsi hesab edilir. Yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24%, gecə saatl arına görə 40% əlavə ödənilir. İddiaçı xx.xx.2015-ci il tarixdə 52 yaşdan güzəştli pensiya almaq üçün sənədlərini Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə təqdim etmiş, güzəştli şərtlərlə yaşa görə pensiya almaq üçün tam qanuni hüququ olduğundan DSMF-nin Nizami rayon şöbəsi xx.xx.2015-ci il tarixdən ona yaşa görə güzəştli pensiya təyin etmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi tam haqlı olaraq 15192,36 manat məbləğində pensiya almışdır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunmuşdur ki, iddiaçıya pensiya təyini zamanı təqdim olunan sənədlərdə qeyd edilən məlumatlara əsasən xx.xx.2002-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" QSC-nin 1 saylı Yol hissəsində yol nəzarətçisi vəzifəs ində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi vəzifə müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq iddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15192,36 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. 29 aprel 2021-ci il tarixli, * *********1 nömrəli məktubla həmin artıq ödənilmiş 15192,36 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə ona yazılı razılığının mümkün qədər qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8852/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim H.A.Ağalarov) iddia təmin edilərək iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının xx.xx.2002-xx.xx.2014cü il tarixləri arasındakı dövr ərzində çalışdığı Az ərbaycan Respublikası "xxxx" QSC-nin 1 saylı Yol hissəsində yol nəzarətçisi peşəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda zərərli peşə kimi göstərilməməsi ilə bağlıdır.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. İddiaçının işlədiyi peşələr müvafiq siyahının “Metropolitenlər” adlanan 21.5-ci bəndində nəzərdə tutulmuşdur: yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr.
9. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.2002-xx.xx.2003-cü illərdə yol fə hləsi, xx.xx.2003-cü il tarixdən isə yol nəzarətçisi peşəsində işləməsi mübahisəsiz hal olmaqla bərabər həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 21.5-ci bəndinin 1-ci bölməsində nəzərdə tutulmuş “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” kateqoriyalı işçilərə aid edilməsi Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş 14 oktyabr 2021-ci il tarixli arayışda öz təsdiqini tapmışdır.
10. İş materiallarından göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması barədə "xxxx" QSC tərəfindən verilmiş 14 oktyabr 2021-ci il tarixli arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Ka binetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulduğu koda istinad edilməklə göstərilmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1300/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8852/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli q ərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti işin faktiki halları, cavabdeh tərəfindən təqdim olunmuş imtina məktubu və iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi ( çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır:... 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsi; Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüv vədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə t ərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərd ə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qəti dir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
23. Şika yətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əmək pensiyasının bərpa olunması və ödənilməmiş əmək pensiyasının ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razı laşır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən ona qərarla (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə dayandırılmış ödənişin bərpasına nail olmaqdan ibarətdir.
28. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm pensiya təminatı haqqında qanunvericiliyin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğ u təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan, həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (bununla bağlı ətraflı bax: Ali Məhkəmənin 2-1(102)-1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı).
29. Həmçinin nəzərə almaq lazımdır ki, şəxsə təyin olunmuş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı məsələ yalnız bu qərarın 28-ci bəndində qeyd olunmuş qaydada aparılan müvafiq inzibati icraat çərçivəsində həll olunmalıdır. Yəni qeyd olunan icraat zamanı əmək pensiyasının dayandırılması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin, xüsusilə də bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan halların müəyyən olunduğu təqdirdə, inzibati icraat üzrə yekun qərar qəbul edilənə kimi inzibati orqan tərəfindən şəxsə pensiyanın ödənişinin dayandırılma sı barədə aralıq qərar qəbul edilə bilər. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq aralıq qərar (aralıq inzibati akt) qəbul edildikdən sonra pensiyanın ödənişi faktiki olaraq dayandırıla bilər. Əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişinin dayandırılması ilə bağlı bu qərarın 17-ci bəndində istinad olunan norma məhz bu anlamda təfsir olunmalıdır. Belə ki, pensiyanın ödənişinin faktik olaraq dayandırılması pensiyanın təyin olunması barədə cavabdehin müvafiq qərarının hüquqi qüvvəsini istisna etmir və həmin qərarın etibarlılığı ilə bağlı məsələ yalnız bu qərarın 28-ci bəndində qeyd olunmuş qaydada aparılan müvafiq inzibati icraat nəticəsində həll edilə bilər.
30. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində dayandırma barədə aralıq qərar qəbul olunmadan pensiya ödənişinin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. İstinad olunan Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
31. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilm iş hallarından isə görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair inzibati akt (iddiaçıya 06 yanvar 2015-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qərar) inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Cavabdeh tərəfindən də bu barədə məhkəməyə hər hansı dəlil və sübut təqdim edilməmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1300/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.