Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-12/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı firması cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xx.xx.2022-ci ilədək dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə əsasında istifadə edən şəxslərə torpaq vergisinin hesablanmasının qanunsuzluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilmə si və 2016, 2017, 2018 və 2019-cu illər üzrə hesablanmış 28000 manat torpaq vergisinin silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2-1(103)6/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 nömrəli 24 dekabr 2004-cü il tarixli sərəncamı, xx.xx.2005-ci il tarixli 11838 nömrəli inşaat pasportu əsasında Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında 23 noyabr 2005-ci il tarixli 0641 nömrəli torpaq icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında sahəsi 110000 kv.m olan torpaq sahəsi 49 il müddətinə iddiaçının istifadəsinə verilmişdir.
2. Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 753 saylı razılıq məktubu, "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli 17707 nömrəli müraciəti və iddiaçının xx.xx.2007-ci il tarixli, 05 nömrəli razılıq məktubu nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 305 nömrəli sərəncamının 40-cı bəndində iddiaçıya ayrılmış 11.0 ha ərazidən 7.0 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 287 nömrəli, 21 iyun 2007-ci il tarixli sərəncamı ilə həmin məqsədlə "xxxx" MMC-yə aid edilmişdir.
3. Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahətçimərlik zonalarının cənub hissəsində yerləşən mehmanxana və istirahət kompleksi (ümumi sahəsi – 3048 kv.m) üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmaqla, adına Azərbaycan Respublikasının Dö vlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 000239 qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli şəhadətnamə, 0.6566 ha torpaq sahəsində yerləşən 3048 kv.m ümumi, 1714.3 kv.m əsas, 1333.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (mehmanxana və istirahət kompleksi) tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına xx.xx.2007-ci il tarixli MH Seriya ******* nömrəli çıxarış verilmişdir.
4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 287 nömrəli sərəncamına əsasən 0641 nömrəli, xx.xx.2005-ci il tarixli torpaq icarə müqaviləsinə xx.xx.2010-cu il tarixdə dəyişiklik edilərək, 110000 kv.m torpaq sahəsi azalaraq 40000 kv.m müəyyən edilmiş və Bakı şəhər Vergilər Departamentinə bu barədə, xx. xx.2010-cu il tarixli məktubla məlumat göndərilmişdir. 5. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-1961/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən, "xxxx" MMC 1.921.121,31 manat borcun əvəzinə MH seriyalı, ******* nömrəli çıxarış əsasında ona məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasında yerləşən, ümumi sahəsi 3048 kvm olan əmlak kompleksinin bir hissəsini “Kapitol” firmasına vermişdir.
6. Barışıq razılaşması haqqında müqaviləyə 19 may 2011-ci il tarixli əlavə ilə tərəflər razılığa gəlmişlər ki, “Kapitol” firmasının mülkiyyətinə keçən tikililərin altında və ətrafında olan 2.5 ha torpaq sahəsi “Kapitol” firmasının istifadəsinə keçmiş, İddiaçı MMC bu torpaq sahəsindən “Kapitol” firmasının xeyrinə i mtina etmişdir. 7. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-2302/2010 nömrəli xx.xx.2010-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən, "xxxx" MMC 1.581.770 manat borcun əvəzinə MH seriyalı, ******* nömrəli çıxarış əsasında ona məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasında yerləşən, ümumi sahəsi 4410 kv.m olan 18 ədəd kotteci və həmin kotteclərin altında yerləşən torpaq sahələrini “Kapitol” firmasına vermişdir.
8. Barışıq razılaşması haqqında müqaviləyə 19 may 2011-ci il tarixli əlavə ilə tərəflər razılığa gəlmişlər ki, “Kapitol” firmasının mülkiyyətinə keçən 18 ədəd kottecin altında və həmin kotteclərin ətrafında olan 1.5 ha torpaq sahəsi “Kapitol” firmasının istifadəsinə keçmiş, İddiaçı MMC bu torpaq sahəsindən “Kapitol ” firmasının xeyrinə imtina etmişdir.
9. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 avqust 2019-cu il tarixli **********596000 nömrəli qərarı ilə 2016cı il üzrə 7000 manat, 28 avqust 2019-cu il tarixli **********598400 nömrəli qərarı ilə 2017ci il üzrə 7000 manat, 28 avqust 2019-cu il tarixli **********597700 nömrəli qərarı ilə 2018ci il üzrə 7000 manat və 21 avqust 2019-cu il tarixli **********977200 nömrəli qərarı ilə 2019-cu il üzrə 7000 manat məbləğində torpaq vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********596000 nömrəli, xx.xx.2019-cu il tarixli **********598400 nömrəli, xx.xx.2019-cu il tarixli **********597700 nömrəli və xx.xx.2019-cu il tarixli **********977200 nömrəli vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsi və 2016, 2017, 2018 və 2019-cu illər üzrə hesablanmış 28000 manat torpaq vergisinin silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, 2011-ci il tarixdən etibarən iddiaçının obyektlər və onların yerləşdiyi torpaq sahəsi üzərində nə istifadə, nə də mülkiyyət hüquqları qalmamışdır. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən mübahisə predmeti olan qərarlar əsasında 2016, 2017, 2018 və 2019-cu illər üzrə həmin torpaq sahəsindən istifadəyə görə 28000 manat vergi borcu hesablamışdır. İddiaçının həmin torpaq sahəsində hər hansı bir hüququ olmadığından və həmin torpaq sahəsi başqa şəxslərin mülkiyyətində, həmçinin istifadəsində olduğundan, cavabdehin ona torpaq vergisi hesablanması qanunsuz hesab edilməlidir.
12. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı iddiaçının mülkiyyətində və ya istifadəsində torpaq sahəsinin olmasına baxmayaraq, iddiaçı tərəfindən 2016-2017-ci illər üçün torpaq vergisi bəyannamələrinin göstəricisiz olaraq təqdim edildiyi, 2018-ci və 2019-cu illər üçün isə torpaq vergisi bəyannaməsinin təqdim olunmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmiş, sonuncu tərəfindən əsaslandırılmış izahat, müvaf iq təsdiqedici sənədlər və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2016-2019-cu illər üzrə torpaq vergisi hesablanmışdır. Keçirilmiş yoxlama zamanı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 305 nömrəli sərəncamına əsasən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində mehmanxana istirahət kompleksinin layihələndirilməsi və tikilməsi üçün 11.0 ha torpaq sahəsinin icarə əsasında iddiaçının istifadəsinə verildiyi, daha sonra isə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 287 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısını n xx.xx.2004-cü il tarixli 305 nömrəli Sərəncamına dəyişiklik edilərək, iddiaşıya ayrılmış 11.0 ha ərazidən 7.0 ha torpaq sahəsinin eyni məqsədlə "xxxx" MMC-yə aid edildiyi müəyyən edilmişdir. Həmçinin, Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində yerləşən 11.0 ha torpaq sahəsinin icarəsi üzrə bağlanmış xx.xx.2005-ci il tarixli 0641 nömrəli müqaviləyə xitam verilib-verilməməsi ilə bağlı məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi üçün xx.xx.2019-cu il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmiş, sonuncu xx.xx.2019-cu il tarixli 7-2583/4 nömrəli cavab məktubunda bildirmişdir ki, 11.0 ha torpaq sahəsinin icarəsi üzrə bağlanmış xx.xx.2005-ci il tarixli 0641 nömrəli müqavil əyə və torpaq sahəsinin 7.0 ha azaldılması barədə ona edilmiş dəyişikliyə xitam verilməmişdir. Eyni zamanda, aparılmış araşdırma zamanı Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 0641 nömrəli müqaviləyə xitam verilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində 2-2(103)-438/2019 nömrəli iş üzrə məhkəmə çəkişməsinin olduğu müəyyən edilmiş, qeyd olunan müqaviləyə xitam verilməsinə dair hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdeh vergi orqanına təqdim edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 0641 nömrəli müqaviləyə və ona edilmiş dəyişikliyə xitam verilmədiyindən, 2016-2019-cu illərin torpaq vergisi üzrə vergi məbləğlərinin hesablanması qa nuni və əsaslıdır. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: E.Q.Məmmədov) 14 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3783/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2019-cu il tarixli **********596000 nömrəli, **********598400 nömrəli və **********597700 nömrəli, xx.xx.2019-cu il tarixli **********977200 nömrəli qərarları ləğv edilmiş və həmin qərarlar üzrə iddiaçıya 2016, 2017, 2018 və 2019-cu illər üzrə hesablanmış 28000 manat torpaq vergisi silinmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış 11.0 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının icarəsinə verilərək, bununla bağlı t ərəflər arasında 23 noyabr 2005-ci il tarixdə 0641 saylı icarə müqaviləsi bağlansa da, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 21 iyun 2007-ci il tarixli 287 saylı sərəncam əsasında İddiaçı MMC-yə ayrılmış 11.0 ha ərazidən 7.0 ha torpaq sahəsi həmin məqsədlə "xxxx" MMC-yə aid edilmişdir. Göründüyü kimi, 2007-ci ildən faktiki olaraq İddiaçı MMC-nin istifadəsində 4.0 ha torpaq sahəsi saxlanılmış və həmin sahənin üzərində müxtəlif tikililər, əmlak kompleksi inşa edilmişdir. Lakin işdə olan qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-1961/2010 nömrəli xx.xx.2010-cu il tarixli və 2-(81)-2302/2010 nömrəli xx.xx.2010-cu il tarixli qərardadlarının və barışıq sazişlərinə əlavələrin surətindən görünür ki, iddiaçı ilə “Kapitol” firması arasında olan 2010-c u ildə məhkəmə mübahisələri nəticəsində həmin sözügedən sahənin üzərində inşa edilmiş əmlak kompleksi - istirahət binaları, müxtəlif tikililər və həmin tikililərin altında və ətrafında olan ümumilikdə 4.0 ha torpaq sahəsi məhkəmə qərardadları ilə təsdiq edilmiş barışıq sazişlərinə və həmin barışıq sazişlərinə əlavələrə əsasən “Kapitol” firmasının mülkiyyətinə keçmiş və daha sonra müxtəlif şəxslərin mülkiyyətinə verilərək, həmin şəxslərin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydə alınaraq buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin çıxarışlardan görünür ki, sonuncu qeydiyyat xx.xx.2013-cü il tarixdə aparılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 0641 nömrəl i müqaviləyə xitam verilməsi barədə hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmasa da, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin müqaviləyə xitam verilməsi qərara alınmışdır və hazırda iş apellyasiya instansiyası məhkəməsinin baxışındadır. Digər tərəfdən, hal-hazırda 11.0 ha torpaq sahəsi barədə Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında icarə müqaviləsi mövcud olsa da, işdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin 7.0 ha hissəsi 2010-cu il tarixdən, 4.0 ha hissəsi isə xx.xx.2013-cü il tarixdən faktiki olaraq iddiaçının istifadəsində olmamışdır. Beləliklə, cavabdeh tərəfindən vergilərin hesablanmasına əsas olaraq göstərilmiş hal öz təsdiqini tapmamış, xx.xx.2013-cü il tarixdən iddiaçının mülkiyyətində və ya istifadəsində tor paq sahəsinin olması müəyyən edilməmişdir. Belə olan halda, iddiaçı həmin tarixdən sonra torpaq vergisinin ödəyicisi ola bilməzdi.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)3120/2021 saylı qətnaməsi ilə iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0641 nömrəli 23 noyabr 2005-ci il tarixli müqaviləyə 29 dekabr 2016cı il tarixdən xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22(103)1259/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-22(113)3120/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 12 aprel 2023-cü il tarixli, 21(103)-6/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3783/2019 nömrəli 14 oktyabr 2019-cu il tarixli qərarı qismən, cavabdehin iddiaçıya 2016-cı il üzrə 7000 manat məbləğində torpaq vergisinin hesablanması ilə bağlı qəbul etdiyi **********596000 nömrəli 28 avqust 2019-cu il tarixli qərarın ləğv edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən, iddiaçı ilə Bakı şəhər İcra Hakimiy yəti arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 0641 nömrəli 23 noyabr 2005-ci il tarixli müqaviləyə 29 dekabr 2016-cı il tarixdən xitam verilmişdir. Belə olan halda, adı çəkilən müqaviləyə 29 dekabr 2016-cı il tarixdən xitam verildiyi üçün vergi orqanının 2016cı il istisna olmaqla, 2017, 2018 və 2019-cu illər üzrə torpaq vergisi ilə bağlı apardığı hesablamalar qanunsuz və əsassız sayılır.
19. İddiaçı həmin qərarın iddianın təmin edilməmiş hissəsindən kassasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
20. Kassasiya şikayətində qeyd edilmişdir ki, 11.0 ha torp aq sahəsi barədə Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında icarə müqaviləsi mövcud olsa da, işdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin 7.0 ha hissəsi 2010-cu il tarixdən, 4.0 ha hissəsi isə xx.xx.2013-cü il tarixdən faktiki olaraq iddiaçının istifadəsində olmamış, davam edən məhkəmə çəkişmələri nəticəsində isə ümumiyyətlə iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 0641 nömrəli 23 noyabr 2005-ci il tarixli müqaviləyə 29 dekabr 2016-cı il tarixdən xitam verilmişdir. Yəni, icarə müqaviləsinə 29 dekabr 2016-cı il tarixdə xitam verilsə də, bu hal cavabdeh tərəfindən 2016-cı ilə görə torpaq vergisi hesablanmasının əsaslı olduğuna dəlalət etmir. Çünki, faktiki olaraq icarə münasibətləri mövcud olsa d a, torpaq vergisinin hesablandığı torpaq sahəsi 2013-cü il tarixdən etibarən tamamilə iddiaçının istifadəsindən alınmış, iddiaçı tərəfindən torpaq sahəsinin istifadəsindən gəlir əldə olunmamış, ən əsası, həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Vergilər və başqa dövlət ödənişləri Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstəri lmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.
23. Vergi Məcəlləsi (mübahisələndirilən qərarların qəbul edildiyi vaxtda qüvvədə olan redaksiya): Maddə
203. Torpaq vergisi Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır.... Maddə
204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə
207. Vergi güzəştləri 207.1. Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:... 207.1.2. Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respubli kası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olara q, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiy ası məhkəməsinin qərarı iddianın rədd edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, kassasiya baxışının predmetini cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 avqust 2019-cu il tarixli **********596000 nömrəli qərarı ilə iddiaçıya 2016-cı il üzrə 7000 manat torpaq vergisi hesablanmasının qanuniliyi təşkil edir.
29. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini 2016-cı ilin torpaq vergisi ü zrə hesablanmış 7000 manat məbləğə münasibətdə rədd edərkən, eyni zamanda cavabdehin sözügedən hesablamasını qanuni hesab edərkən, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə torpaq icarə müqaviləsinə xx.xx.2016-cı il tarixdən xitam verilməsinə istinad etmişdir.
30. Qeyd edilməlidir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 nömrəli 24 dekabr 2004-cü il tarixli sərəncamı, xx.xx.2005-ci il tarixli 11838 nömrəli inşaat pasportu əsasında Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında 23 noyabr 2005-ci il tarixli 0641 nömrəli torpaq icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında sahəsi 110000 kv.m olan torpaq sahəsi 49 il müddətinə iddiaçının istifadəsinə verilmiş, daha sonra iddiaçıya ayrı lmış 11.0 ha ərazidən 7.0 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 287 nömrəli, 21 iyun 2007-ci il tarixli sərəncamı ilə həmin məqsədlə "xxxx" MMC-yə aid edilmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən isə Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış 23 noyabr 2005-ci il tarixli 0641 nömrəli torpaq icarə müqaviləsinə xx.xx.2016-cı il tarixdən xitam verilmişdir.
31. Torpaq icarə müqaviləsinə xx.xx.2016-cı il tarixdən xitam verilməsi, başqa sözlə, həmin tarixədək iddiaçının müqavilə əsasında icarəsində de-yure 4.0 ha dövlət torpağı olması işin mübahisəsiz halı olsa da, işə baxan apellyasiya instansiyası məhkəməsi vergi hesablamasının qanuniliyini Vergi Məcəlləsinin 203 və 204-cü maddələri baxımından qiymətləndirməmişdir.
32. Belə ki, vergilərin hesabla nması zamanı qüvvədə olan Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləri idilər.
33. Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır.
34. Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən isə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
35. Torpaq Məcəlləsinin 99-cu maddəsinə əsasən, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçi nin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir, icarəyəverən torpaq vergisi tədiyyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir və həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə, tələb və təklif nəzərə alınmalıdır.
36. Göründüyü kimi, Torpaq Məcəlləsi torpağın istifadəyə verilməsi və icarəyə verilməsini, həmçinin istifadə və icarə zamanı torpaq vergisinin alınması qaydasını birbirindən fərqləndirmiş, icarəyəverən torpaq vergisi tədiyyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisinin nəzərə alınmadığını təsbit etmişdir. Qeyd edilməlidir ki, iddiaçı torpağı Bakı şəhər İcra Hakimiyyətindən icarəyə götürmüşdür və sonuncu, Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinə əsasən torpaq vergisinin ödəyicisi hesab edilmir.
37. Digər tərəfdən, Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
38. Yuxarıda qeyd edilən maddi hüquq normalarının birgə təhlili onu deməyə əsas verir ki, 3 dekabr 2021-ci il tarixli dəyişikliyə qədər dövlət mülkiyyətində olan torpaq sahələrini icarə əsasında istifadə edən müəssisələr torpaq vergisinin ödəyiciləri hesab edilmirdilər.
39. Hazırda mübahisələndirilən qərarla isə iddiaçıya dövlət torpağının icarəçisi olduğu üçün 2016-cı il üzrə torpaq vergisi hesablandığından, hesablanmış vergi Vergi Məcəlləsinin 204-cü maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasının tələblərinə uyğun deyildir.
40. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilmiş hissəsi üzrə mövqeyi hazırkı qərarın 22-ci bəndində sadalanan qanunvericiliyin tələblərinə zidd olduğundan, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın rədd edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qərar qəbu l edilərək iddia həmin hissədə də təmin edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 21(103)-6/2023 nömrəli qərarı “iddianın rədd edilmiş hissəsində” ləğv edilsin. Həmin hissə üzrə yeni qərar qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********596000 nömrəli qərarı ləğv edilsin. Qərar qətidir.