Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-120/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2-nin cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sökülmüş daşınmaz əmlaka görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı2-nin cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, X7 Komitəsi) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 avqust tarixli 2-1(103)-1832/2019 nömrəli qərarından iddiaçıvə üçüncü şəxsAzərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 2018ci il 21 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı2-nə bazar qiymətinə uyğun olaraq hesablanmış 10.976.000 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 10.976.000 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə ha qqın, 2013-cü il 1 sentyabr tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 10.976.000 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 1.097.600 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 10.976.000 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin cavabdehlər Azərbaycan Respublikası X7 Komitəsi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçılara ödənilməsini xahiş etmişlər. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsi dənizkənarı bulvarın sahəsinin Zığ istiqamətində genişləndirilməsinin icrası ilə əlaqədar sökülmüşdür. Söküntü işləri iddiaçıya heç bir rəsmi xəbərdarlıq edilmədən, 2013cü ilin iyul-sentyabr aylarında aparılmışdır. Həmin vaxt özünü X7 Komitəsinin rəsmisi kimi təqdim edən şəxs iddiaçıya yaxınlaşaraq, ərazinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasından gələn göstərişə əsasən sökülməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin və avadanlıqların siyahısı və hüquqmüəyyənedici sənədlər həmin şəxsə təqdim edilmişdir. İddiaçı tərəfindən həmin vəzifəli şəxsə dəfələrlə müraciət edilərək bildirilmişdir ki, bir halda ki, bu rəsmi göstərişdir, onda heç olmasa rəsmi, yəni yazılı məlumat verilsin ki, o, kompensasiyasını ala bilsin. Həmin şəxs isə hər dəfə ona bildirmişdir ki, cə nab Prezident əraziyə baxış keçirdikdən sonra kompensasiya dərhal ödəniləcəkdir. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini boşaltmağa razılıq vermişdir. Söküntü işləri başa çatdırıldıqdan sonra hər gün həmin şəxslərlə əlaqə saxlanılmış, lakin onlar hər dəfə müxtəlif bəhanələr gətirərək, vədlər verərək iddiaçını aldatmış, nəticədə 2 ildən artıqdır ki, ona ödənilməli olan kompensasiyanın ödənilməsi qanunsuz olaraq təmin edilməmişdir. Həmin ərazidə 23-dən artıq sahibkarlıq subyekti ilə yanaşı, 30-a yaxın mənzil mülkiyyətçiləri də olmuşdur. Mənzil mülkiyyətçilərinə həmin vaxt hər kv.m-ə 1.500 manatdan olmaqla kompensasiya ödənilmişdir. İddiaçıya isə hər kv.m-ə 1.000 manat+20% olmaqla kompensasiya ödəniləcəyi bildirilmişdir. X7 Komitəsinin sədrinin imzası ilə 2014-cü il 28 aprel tarixli məktub ilə Azərbaycan Respublikası Baş Nazirinin müavini xa müraciət edilərək bildirilmişdir ki, “Sizin 2014-cü il 14 aprel tarixli x saylı dərkənarınızla daxil olmuş, x şəhəri, x rayonu, x prospekti ünvanında sökülmüş obyektlərin əvəzində kompensasiyanın və dəymiş ziyanın ödənilməsi ilə bağlı qarşılaşdıqları problemlərin həllinə köməklik göstərilməsi barədə vətəndaşların müraciətləri ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli, 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı səhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Məmmədov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi işi müvafiq tapşırıq əsasında həyata keçirilmişdir; Söküntüyə məruz qalmış obyektlərin mülkiyyətçilərinə kompensasiyanın ödənilməsi ilə bağlı obyektlərin siyahısı tərtib edilmiş, ərazinin kadastr xəritəsi işlənilmiş, ödəniləcək kompensasiya ilə bağlı ilkin hesablamalar aparılmış və müvafiq müraciət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir. Bundan sonra da heç bir tədbir görülməmiş və iddiaçı tərəfindən cənab Prezident başda olmaqla yenidən aidiyyətı orqanlara müraciət edilmişdir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149 və 150ci maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4, 5, 47 və 54-cü maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 17 noyabr tarixli 2-1(81)4660/2015 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 13 oktyabr tarixli2-1(82)597/2016 nömrəliqərarı ilə iddia qismən təmin olunmuş, iddiaçıya məxsus x şəhəri, x rayonu, x prospekti, 10 ünvanında sökülmüş, ümumi sahəsi 10976.60 kv.m qeyri-yaşayış binasının bazar qiyməti hər bir kvadrat metri 850 manatdan hesablanmaqla və daşınmaz əmlakların bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əl avə haqqı təşkil edən, cəmi 11.195.520 manat kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, x şəhəri, x rayonu, x prospekti 10 ünvanında yerləşən 10976.60 kv.m qeyri-yaşayış sahəsinin söküldüyü tarixə bazar qiymətinin hər kv.m görə 850 manatdan hesablanmaqla və daşınmaz əmlakların bazar qiymətinin 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq təşkil edən cəmi 11.195.520 manatın ödənilməsi iddiaçının mülkiyyət maraqlarını qanunla təmin etmiş olar. Məhkəmə iddia tələbinin rədd olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona dəymiş zərərin, iddia tələbində qeyd etmiş olduğu əldən çıxmış faydanın mənbələrini və mənəvi zərərin hansı şəraitdə və ne cə yarandığını, həmin zərərlərin hansı hallar nəzərə alınmaqla hesablandığını əsaslandıra bilməmişdir. İddiaçı həmin qərarı mübahisələndirməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2017-ci il11 may tarixli 2-1(103)-575/2017 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus qeyriyaşayış binasının bazar qiyməti hər bir kvadrat metri 700 manatdan hes ablanmaqla 7.683.620 manat və daşınmaz əmlakların bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqı təşkil edən 1.536.724 manat olmaqla, cəmi 9.220.344 manat kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi 1.975.176 manat kompensasiyanın ödənilməsi hissəsində təmin edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən – iddianın qismən rədd olunması hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunması xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 15 may tarixli 2-1(102)-7/2018 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il 11 may tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qiymətləndirmə sənədlərinə münasibət bildirməmiş, tikilinin bir kvadrat metrinin dəyərinin məhz 700 manat olmasına aydınlıq gətirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 oktyabr tarixli 2-1(103)-1752/201 8 nömrəli qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmiş, iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC-yə məxsus x şəhəri, x rayonu, x prospekti 10 ünvanında sökülmüş, ümumi sahəsi 10272.6 kv.m qeyri-yaşayış binasının bazar qiyməti hər bir kvadrat metri 450 manatdan hesablanmaqla 4.622.640 manat və daşınmaz əmlakların bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqı təşkil edən 924.534 manat olmaqla, cəmi 5.547.204 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi 5.648.316 manat kompensasiyanın ödənilməsi hissəsində təmin edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti v erərək qərarın qismən – iddianın rədd olunması hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunması xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 aprel tarixli 2-1(102)-527/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 oktyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan əmlakın sahəsi və iddiaçıya məxsusluğu ilə bağlı hallar məhkəmə tərəfindən tam araşdırılmamış və bununla bağlı ziddiyyətli məqamlar aradan qaldırılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 avqust tarixli 2-1(103)-1832/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı yoxlanılan hissədə qismən ləğv edilmiş, iddia tələbi qismən təmin olunmuş iddiaçıya məxsus x şəhəri, x rayonu, x prospekti, 10 ünvanında sökülmüş, ümumi sahəsi 10272.3 kv.m qeyri-yaşayış binasının bazar qiyməti hər bir kvadrat metri 300 manatdan hesablanmaql a, cəmi 3.081.690 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi kompensasiyanın digər hissəsinin və dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 10.976.000 manat bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi hissəsində təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətində kompensasiya məbləğinə dair dəlillərini ümumilikdə nəzərə almaqla iddiaçıya hər kv.m sahəyə görə 300 manat məbləğində kompensasiyanın ödənilməsini əsaslı və ağlabatan hesab etmişdir. Məhkəmənin qərarı iddiaçıya və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə 201 9-cu il 19 sentyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 25 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın qismən – iddianın rədd olunması hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin olunmasını tələb edir. Cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti həmin qərarı mübahisələndirməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin qərardan 2019-cu il 15 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın “qeyri-yaşayış sahəsinin bazar qiyməti hər bir kvadrat metrinin 300 manatdan hesablanması” hissəsində nəticəsi əsassızdır, yəni həmin məbləğ reallığa və işin həqiqi hallarına uyğun deyildir. Belə ki, işdə olan mötəbər sübutlardan göründüyü kimi, x şəhəri, x rayonu, x prospekti 10 ünvanı ilə Xəzər dənizi arasında yerləşən ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş hüquqi şəxslərin mülkiyyətində (istifadəsində) olmuş qeyriyaşayış sahələrinin (qeyri-yaşayış təyinatlı tikilinin – daşınmaz əmlakın) 2013-cü il üçün 1 kv.m-nin minimum orta bazar dəyəri 1.000 manat müəyyən edilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış kompensasiyanı üçqat aşağı həddə, yəni 300 manat məbləğində müəyyən etməsi əsassız olduğu kimi, iddianın dövlə t ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməməsinin səbəbini hüquqi baxımdan əsaslandırmaması, 2013-cü il 1 sentyabr tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər kompensasiya ödənilməli məbləğin hər ay 10 faiz hesablanmaqla adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlər (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində kompensasiya ödənilməli məbləğin 100 faizi məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, həmçinin vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə heç bir münasibət bildirməməsi tamamilə qərəzlidir. Halbuki, iddia tələbinin həmin hissələrinin hüquqi əsasları ilə bağlı iddia ərizəsi ndə və uzun müddət davam edən məhkəmə proseslərində iddiaçı tərəfindən ətraflı məlumat verilmiş, lakin məhkəmə həmin hallara əhəmiyyət verməmişdir. MM-in 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər q onşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir (54.1). Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir (54.2). Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgü n tətbiq edilməmiş, o cümlədən məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən qanunvericiliyin tələbləri nəzərə alınmamış və nəticədə kompensasiya məbləği şişirdilmələrə yol verilməklə müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində Xətai rayonu, Nobel prospekti, 10 ünvanında yerləşən ümumi sahəsi 10272.3 kv.m olan qeyri-yaşayış binasının həmin cəmiyyətin mülkiyyətində olduğunu qeyd etsə də, bu faktı tutarlı sübutlarla əsaslandıra bilməmiş, mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim etməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı MM-ə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. MM-in 14.3-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin udluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş materiallarına əlavə edilmiş 1998-ci il 8 iyun tarixli Texniki Pasportdan sözügedən ünvan üzrə ümumi sahəsi 9184.5 kv.m qeyri-yaşayış sahəsinin “Azərkontrakt” SC X5 İddiaçı2 Birliyinin anbar Təsərrüfatına məxsus olduğu məlum olur və özəlləşmə prosesindən sonra bu əmlakın hansı hissəsinin hazırkı iddiaçıya keçdiyi tam aydın deyildir. Göründüyü kimi, qeyd olunan əmlakların sa həsi və iddiaçıya məxsusluğu ilə bağlı hallar məhkəmə tərəfindən tam araşdırılmamış və lazımi sübutlarla əsaslandırılmamışdır, habelə əvvəllər qeyri-müəyyən şəkildə bu əmlaklar üzrə istifadəçi olmuş iddiaçı mülkiyyətçi kimi qiymətləndirilmiş və ona yüksək məbləğdə kompensasiya hesablanmışdır. Məhkəmə hazırkı qeyri-yaşayış sahəsi üzrə mülkiyyət sənədlərinin olmadığını, onun köhnə tikili olmasını, habelə digər texniki xarakterlərini nəzərə almadan bu obyektin 1 kv.m üçün 300 manat məbləğində kompensasiya hesablaması aydın deyildir. Eyni zamanda, kompensasiya məbləği müəyyən edilərkən qeyd olunan tikililərin anbar sahəsi olması, habelə iddiaçının nizamnamə kapitalının cəmi 264.778 manat (Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumata əsasən) təşkil etməsi nəzərə alınm alı idi. Məhkəmə qərarında nəzərdə tutulan kompensasiya iddiaçının nizamnamə kapitalından (başqa sözlə nominal dəyəri 2 manat olan 132.389 ədəd səhmlərinin dəyərindən) 12 dəfə artıqdır ki, bu da kompensasiyanın aşkar şəkildə şişirdilmiş məbləğdə müəyyən olunduğunu göstərir. Göründüyü kimi, məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, bəzi hallarda tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, bəzi hallarda isə tətbiq edilən normanı səhv təfsir etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətinə qarşı yazılı mülahizə təqdim etmişdir. Mülahizədə göstərilmişdir ki, Maliyyə Nazirliyi birinci instansiya məhkəməsinin 1 ildən artıq davam edən məhkəmə iclaslar ında əvvəlcə cavabdeh, daha sonra isə üçüncü şəxs qismində iştirak etmiş, əgər hər hansı vəsatəti var idisə, bu barədə əsaslandırılmış vəsatətini birinci instansiya məhkəməsinə təqdim etməli idi. Üçüncü şəxs Maliyyə Nazirliyi kassasiya şikayətini tərtib edərkən, yəqin unutmuşdur ki, hazırkı iş inzibati işdir və inzibati işdə sübutetmə yükü inzibati orqanın üzərinə düşür və yalnız həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Belə ki, İPM-in 14-cü maddəsinə əsasən, mübahisələndirilən in zibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin möv cudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). İddiaçının nümayəndəsi və vəkili Vəkil1 2019-cu il 18 dekabr tarixli məhkəmə iclasında kassasiya şikayətinin və mülahizənin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X6 və vəkili Vəkil2 2019-cu il 18 dekabr tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və d igər üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayətlər aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İddiaçının sifarişi əsasında “MBA” Consulting Group 2016-cı il 23 sentyabr tarixli rəyində x ş əhəri, x rayonu, x prospekti 10 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinin 2013-cü ilin avqust ayına hesablanmış bazar dəyəri 11.048.900 (on bir milyon qırx səkkiz min doqquz yüz) manat təşkil edir. Bundan başqa Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 2016-cı il 3 oktyabr tarixli rəyində İddiaçı2-nə məxsus olan x şəhəri, x rayonu, x prospekti 10 ünvanda yerləşən qeyri-yaşayış təyinatlı tikilinin-daşınmaz əmlakın 2013-cü il üçün 1 kv.m.-nin orta bazar qiyməti 1050,0 (bir min əlli) manata bərabər olması müəyyən edilmişdir. “Caspian Expert” Group CEG-778 saylı, 2016-cı il 25 avqust tarixli rəyində İddiaçı2nə məxsus olmuş və x şəhəri, x rayonu, x prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış obyektnin 1 kv.m.-nin 2013-cü il tarixinə olan b azar dəyəri 920 manat təşkil etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, təqdim edilmiş rəylərdə fərqli yanaşmalar, buradan da fərqli nəticələr olduğundan apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini işin digər faktiki halları ilə birlikdə nəzərdən keçirmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği müəyyən edilərkən Maliyyə Nazirliyinin rəyi nəzərə alınmamışdır. Həmin rəyə görə, hazırkı iş üzrə obyektdə yaxın ərazidə yerləşən mülkiyyətçilərə (mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında) məxsus qeyriyaşayış sahələri üçün 1 kv.m. sahə 200-400 manat arasında qiymətləndirilmişdir. Bundan əlavə, iddiaçıya məxsus sökülmüş qeyri-yaşayış sahəsinin 10976.60 kv.m.dən ibarət olması göstərilsə də, iş materiallarında Dövlət Əmlak Komitəsinin X1 İdarəsi tərəfindən verilmiş “Azəryüngülyeyintisənayə” X3 1998-ci il 8 iyun tarixdə tərtib edilmiş Texniki pasportda əsas tikililərin sahəsi 9718.4 kv.m., digər tikililər və qurğuların sahəsi 553.9 kv.m., cəmi sahəsi 10272,3 kv.m. müəyyən edilmişdir. Eyni nəticə X7 Komitəsinin Maliyyə Nazirliyinə ünvanlandığı məktublarda da öz əksini tapmışdır. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən kompensasiya məbləğinin həmin sahəyə uyğun olaraq hesablanması düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinadla (“James v. the UK” işi) haqlı olaraq qeyd etmişdir ki, kompensasiya məbləğı mütləq əşyanın tam dəyərində olmamalıdır; bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Məhkəmə ko llegiyası sökülmüş əmlak kompleksinin faktiki göstəricilərini, köhnə tikili olmaqla uzun müddət aşınmaya məruz qaldığını, eyni zamanda Maliyyə Nazirliyinin kompensasiya məbləğinə dair dəlillərini ümumilikdə nəzərə almaqla 1 kv.m sahəyə görə ödənilməli olan kompensasiya məbləğinin 300 manat həddində müəyyən edilməsinin ədalətli və ağlabatanlığına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəalarına iddiaçının istinadına gəldikdə, nəzərə alınmalıdır ki, iddiaçının inzibati orqana qarşı hazırkı məzmunda tələbinin qismən də olsa təmini məhz həmin Qanunun tələbləri baxımından mümkün olmuşdur. Məhkəmə kollegiyası qeyri-yaşayış binasının iddiaçının mülkiyyətində olduğunun təsdiq edilmədiyinə dair üçün cü şəxsin şikayətinin dəlilini də əsaslı hesab etmir. Belə ki, həmin əmlakın iddiaçının mülkiyyətinə verildiyini dövlətin həmin əmlaka dair sərəncam hüquqlarını həyata keçirən orqan - X7 Komitəsi tərəfindən təsdiq olunmuşdur. Əmlakın dövlət reyestrində qeydə alınmaması isə iddiaçının həmin əmlak üzərində sahiblik və istifadə hüquqlarının mövcudluğuna təsir etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kompensasiya müəyyən edilərkən kompensasiya məbləğinin şişirdilməsinə yol verildiyinə dair üçüncü şəxsin dəlili də əsaslı deyil. Belə ki, yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi kompensasiyanın məbləğini müəyyən edərkən, işin digər halları ilə yanaşı, üçüncü şəxsin özünün əsaslandığı halları - hazırkı iş üzrə obyektdə yaxın ərazidə yerləşən mülkiyyətçilərə məxsu s qeyri-yaşayış sahələri üçün 1 kv.m. sahənin 200-400 manat arasında qiymətləndirildiyinə dair rəyini də nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 avqust tarixli 2-1(103)-1832/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-120/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-120/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver