Məhkəmə qərarları › İş №2-1(102)-120/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-120/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-120/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, təhsil illərinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cav abdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1457/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur.

2. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (2 il 9 ay 15 gün) Sumqayıt şəhər texniki peşə məktəbində təhsil almış, xx.xx.1986-cı il tarixdə “xxxx” İstehsalat Birliyinin keçmiş Sumqayıt “Sintezkauçuk” zavodunun sintetik butilkauçuk istehsalı sexində təmir çi çilingər vəzifəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1988-ci il tarixdə həmin müəssisənin texnoloji qurğuların təmiri sexinə nasos, kompressor və turbinlərin təmiri üzrə çilngər vəzifəsinə, “Sintezkauçuk” İB-nin ləğvi ilə əlaqədar olaraq xx.xx.1994-cü ildən “xxxx” Dövlət Şirkətinin əmrinə əsasən yaradılmış “Etilen-propilen zavoduna keçirilmiş, TAT icarə sexində texnoloji avadanlıqların təmiri üzrə 3-cü dərəcəli təmirçi çilingər işləmiş, xx.xx.1996-cı ildən texnoloji avadanlıqların təmiri sexinin maşın və mexanizmlərin təmiri sahəsinə 4-cü dərəcəli təmirçi-çilingər keçirilmiş, xx.xx.2006-cı il tarixədək (19 il 11 ay 2 gün) həmin müəssisədə əmək fəaliyyətini davam etdirmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh iddiaçının ərizəsinin icra edilməsindən imtina edərək göstərmişdir ki, onun xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin iddiaçı barəsində qəbul eldiyi inzibati aktın (bu halda ona verdiyi imtina məktubu) dəyişdirilərək onun əmək stajına 1982-ci ildən hal-hazıra kimi, eyni zamanda sağlamlığa zərər yetirən işdə işlədiyi iki ilə aid əlavə stajının hesablanması öhləliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahi ş etmişdir.

5. Sonradan iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona 19821985-ci illərdə təhsil aldığı illərin sosial sığorta stajına əlavə edilərək 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Çünki xx.xx.1982-ci ildən Sumqayıt şəhərində yerləşən 41 saylı orla texniki peşə məktəbində 3 il əyani oxumaqla İİİ dərəcəli tornaçı ixtisasına yiyələnmişdir. Məktəbi bitirdikdən sonra xx.xx.1986-cı ildə Sumqayıt şəhərində yerləşən Sintez Kauçuk zavoduna işə daxil olmuşdur (hal-hazırda həmin zavod Etilen- Propilen zavodudur). Hal-hazıra qədər həmin zavodda işləyir. “Əmək pensiyaları haqqında” Qanun da edilən dəyişikliklərə görə iddiaçı 52 yaşında pensiyaya çıxa bilmirsə də, əmək fəaliyyətində xx xxxxxx 1986-cı ildən başlayaraq sağlamlığa zərər yetirən əmək şəraitində işləmişdir. 7 Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırkı iş üzrə 2-ci şərtə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin “a” bəndinə görə, istehsalatların, peşələrin, vəzifələ rin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, iddiaçının əmək kitabçasına görə onun ümumi iş stajı 19 il 11 ay 22 gün təşkil edir. Beləliklə, xx.xx.2006-cı il tarixədək iddiaçının topladığı ümumi iş stajı 20 ildən azdır.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-234/2020 saylı qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilərək, İddiaçı 1982-1985-ci illərdə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öh dəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi qərarını “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsi, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarının Vİİİ bölməsinin müvafiq bəndləri ilə əsaslandırmışdır.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1457/2020 nömrəli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov ) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-234/2020 saylı qərarı dəyişdirilmədən saxlanmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 13.1. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Çün ki “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. 13.2. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsindən göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993 cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. 13.2. Lakin iddiaçının əmək kitabçasına görə onun ümumi iş stajı 19 il 11 ay 22 gün təşkil edir. b. Kassasiya şikayətinə qarşı etiraz

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı məhkəmə iclasında vəkillə iştirak etmədiyinə görə onun izahatı dinlənilmədi.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümk ünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə

22. Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ va rdır.

19. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaş ına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «V ətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... (xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

21. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qa ydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, a pelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinin əlaqəli təhlilindən göründüyü kimi bu bəndə əsasən o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 52 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 20 il sığorta stajına malik olsun; istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Na zirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısında göstərilən işlərdə işləmiş olsun.

27. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən iddianın təmin edilməsi mümkün olmayacaqdır.

28. İddiaçının xx.xx.2019-cu il tarixdə 52 yaşa çatması işin mübahisəsiz halıdır.

29. Yuxarıda qeyd olunduğu kimi, “Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

30. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Baxılan iş üzrə bu cür arayışlar təqdim olunmuşdur. Həmin arayışlar da iddiaçının 1988-ci ilin mart ayından 2005-ci ilin sonunadək işlədiyi piroliz sexi, piroqazın və suyun hazırlanması sexi, piroqazın və suyun hazırlanması sexi, piroqazın sıxılması və təmizlənməsi sexi, qazayırma sexində gördüyü işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №‐li Siyahısı”nda Vİİİ bölmədə nəzərdə tutulmuş “Kimya istehsalatı”na aid 1080A010 neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması işlərində çalışanlara uyğundur.

31. İddiaçının bu peşə lərdə iş stajı 10 ildən çoxdur. Yəni iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün zəruri olan xüsusi stajı da vardır və bu fakt cavabdeh tərəfindən mübahisələndirilmir.

32. Ümumiyyətlə cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtina barədə məktubunda, həm iddia tələbinə qarşı etirazda, həm də apelyasiya və kassasiya şikayətlərində iddiaçıya pensiya təyin edilməsinin mümkün olmadığı barədə yeganə dəlil, iddiaçının zəruri olan ümumi iş stajının olmamasından ibarətdir. Cavabdeh iddiaçının texniki-peşə məktəbində təhsil aldığı müddəti nəzərə almır və əmək kitabşasında əksini tapmış 19 il 11 ay 22 gün stajı qəbul edir.

33. İş materiallarına əlavə olunmuş Azərbaycan SSR X1 Təhsili Komitəsi tərəfindən verilmiş 594121 nömrəli diplom ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1982-ci il ta rixdə Sumqayıt şəhəri 41 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1985-ci il tarixdə təhsilini bitirmişdir.

34. Məhkəmələr iddiaçının bu təhsil dövrünü də haqlı olaraq sosial sığorta stajına daxil etmişdir.

35. Belə ki, iddiaçının texniki peşə təhsili aldığı dövrdə qüvvədə olan, yəni 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.

36. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir.

37. Həmçinin 1992-ci il 23 sentyabr tarixli «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində də ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

38. Göründüyü kimi iddiaçının texniki peşə təhsili aldığı müddətin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır.

39. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

40. Bundan başqa, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiyanın nəzərə alınması müəyyən edilmişdir.

41. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdı r.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1457/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar