Məhkəmə qərarları › İş №2-1(102)-120/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-120/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-120/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa, polis işçisi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2-1(103)-644/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 07.08.2009-cu il tarixdən 19.11.2019-cu il tarixədək X2 xidmət etmişdir.

2. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 07.08.2009-cu il tarixdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin sanatoriya tipli “Azərbaycan” İstirahət evinin Komendant manqasına polis nəfəri təyin edilmiş, 19.11.2019cu il tarixdə “Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamə”nin 135ci maddəsinin 9-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyi nə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa edilməsi barədə qərar verilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildə Ağdam rayon Novruzlu kəndində anadan olmuşdur. Hərbi öhdəliyini başa vurduqdan sonra Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 07.08.2009-cu il tarixli 64 ş/h saylı əmri ilə İdarənin sanatoriya tipli “Azərbaycan” istirahət evinin komendant manqasının polis nəfəri vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə heç vaxt heç bir problemi olmayıb. Əksinə, xidmətə görə məharət dərəcəsi 2-ci, 1-ci dərəcə və pul mükafatları almışdır. Növbəti xidməti təhqiqat zamanı Daxili Təhqiqatlar İdarəsinin işçisi olan Ceyhun Tağıyev onu yanına çağırıb bildirmişdir ki, “o, yetkinlik yaşına çatmadığı vaxtda, yəni 16 yaşında cinayətdə iştirakçı olmuşdur”. Ondan bu barədə izahat alınmışdır. Sonra isə Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyev onu qəbul etmiş və bildirmişdir ki, 16 yaşı olanda cinayətdə iştirakçı olmuşdur, ona görə də, daha polis kimi işləyə bilməz”. Nəhayət 19.11.2019-cu il tarixdə o, işdən çıxarılmışdır. Sözügedən cinayət hadisəsi izahatında göstərdiyi kimi olmuşdur. O, 16 yaşında olanda qohumlarının evinə, yəni Bülbülə qəsəbəsinə qonaq getmişdir. Həmin gün qohumlarının uşaqları ilə onların qonşuluğunda olan uşaqların mübahisəsi olmuş və nəticədə cinayət hadisəsi baş vermişdir. O, həmin vaxt heç bir cinayət törətməmiş, sadəcə qohumlarının yanında olduğu üçün onu da, iştirakçı kimi işə cəlb etmişlər. Məhkəmə vaxtı isə yetkinlik yaşına ç atmadığı üçün onu şərti cəza, yəni - 1 il sınaq müddəti ilə azadlığa buraxmışlar. 1 il başa çatan kimi məhkumluğu da ödənilib. Həmin vaxt o, bunları bilməmişdir. Bütün bu olanları, bu yaxınlarda hökmlə tanış olanda bilmişdir. İndiyə qədər bildiyi bu idi ki, “o, qohumlarının yanında olduğu üçün saxlanılmış və nəhayət günahı olmadığından buraxılmışdır”. Yadında qalan yalnız bunlar olmuşdur. Hətta bərəsində olan hökmdən onun heç vaxt xəbəri olmamışdır. Valideynlərindən də, soruşub, deyiblər ki, “həmin vaxt günahı olmadığı üçün onu buraxıblar”. Barəsində olan bu hökmdən nə onun, nə də valideynlərinin məlumatları olmayıb. Hesab edir ki, sözügedən işlə əlaqədar onun işdən çıxarılması qanuna uyğun deyil. Bu səbəbdən də, cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən işə bərpa olunmasını xahiş edir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı X2 xidmətə qəbul olunması ilə bağlı müraciət edən zamanı anket məlumatlarında məhkumluğunu gizlətdiyindən X2 xidmətdən xaric edilmişdir. Odur ki, iddia əsassızdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2390/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim: A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının xidmətdən azad olunması barədə əmrin əsassız olması sübuta yetirilmədiyindən iddia təmin edilə bilməz.

8. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Apelyasiya instansiyasında icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin cavabdehlər sırasından çıxarılmasını və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən işdən çıxarılması ilə əlaqədar verilmiş əmrin ləğv edilməsini və işə bərpa edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. 10 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 21(103)-644/2021 nömrəli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.S.Hüseynov və A.B.Nuriyeva) Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi iş üzrə cavabdehlər sırasından çıxarılmış, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 21(103)-644/2021 nömrəli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.S.Hüseynov və A.B.Nuriyeva) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2390/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən işdən çıxarılmağı ilə əlaqədar verilmiş əmrin ləğv olunması və işə bərpa” tələbinə dair iddiası təmin edilməmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 noyabr 2019-cu il tarixli, Ə944- 001-19 nömrəli “Bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əm rinin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. İddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, bununla da iddia tələbi, əsassız olduğundan təmin edilməməlidir.

13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı qeyd edir ki, onun işdən çıxarılması tam qanunsuz və əsassızdır. Belə ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 noyabr 2019-cu il tarixli “Bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrinə əsasən intizam məsuliyyətinə cəlb edilərək tutduğu vəzifədən azad edilmişdir. Lakin, onun intizam məsuliyyətinə cəlb edilməsi üçün “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsində qeyd olunan əsaslardan heç biri mövcud olmamışdır. Bundan başqa, əvvəlki məhkumluğu daxili işlər orqanına məlum olsa da, 2009-cu il tarixdə işə qəbul olunarkən məqbul sayılmışdır. İşlədiyi müddət ərzində hər hansı əmək intizamı pozuntusuna yol verməmiş, əksinə, xidmətə görə məharət dərəcəsi 2-ci, 1-ci dərəcə və pul mükafatları almışdır. Hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi formal olaraq, maddi hüquq normalarını sadalamaqla qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh tə rəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etirazda iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

28. Polis əməkdaşının xidmətə qəbul edilməsi İ. Polisdə xidmətə könüllülük əsasında, şəxsi və iş keyfiyyətlərinə, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə polisin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan, hərbi xidmət keçmiş və ya polis təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən aşağı olmayan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.... İV. İkili vətəndaşlığı, digər dövlətlər qarşı sında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. Maddə

34. İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:... 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda;... İİ. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. İİİ. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut et məlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilmə məsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icr aat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. İşin hallarından görünür ki, DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin Komendant manqasının polis nəfəri İddiaçı ümumvətəndaş pasportu almaq məqsədilə 04.10.2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “Asan xidmət” Mərkəzinə müraciət etməsi, barəsində BƏSİİ-nin uçotları vasitəsilə keçirilmiş yoxlamalarda sonuncunun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.08.2003-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il aza dlıqdan məhrum edilərək 1 il şərti sınaq müddəti təyin edilməsi ilə bağlı DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisinin 24.10.2019-cu il tarixli raportu əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, xx.xx.1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş İddiaçı Suraxanı Rayon Məhkəməsinin 22.08.2003-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 1 il şərti sınaq müddəti təyin edilmişdir. 12.03.2009-cu il tarixdə İddiaçı DİN-in Tibb İdarəsinə ərizə ilə müraciət edərək, X2 xidmətə qəbul olunmasını xahiş etmiş, yoxlama zamanı anket məlumatlarında məhkumluğunu gizlətmişdir. DİN BƏSİİ-də namizədin yoxlanılmış tələbnaməsində 06.12.1986-cı il təvəllüdlü Ağdam rayon sakini İddiaçı 22.08.2003-cü il tarixdə Suraxanı RPİ tərəfindən CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması göstərilsə də, Tibb İdarəsinin Kadrlar qrupunun sabiq baş inspektoru Zakir Həsənov həmin xüsusatı araşdırmamış, nəticədə İddiaçı DİN-in Tibb idarəsinin 07.08.2009-cu il tarixli, 64 ş/h nömrəli əmrilə İdarənin sanatoriya tipli “Azərbaycan” İstirahət evinin komendant manqasının polis nəfəri vəzifəsinə təyin olunmuşdur. DİN-in Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin qeydiyyat sektorunun XMTÜ baş inspektoru Pərvanə Hacıyeva 2012-ci ildə DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin Kadrlar qrupunun kadr üzrə inspektoru vəzifəsində xidmət edərkən növbəti yoxlama zamanı tərtib etdiyi 29.06.2012-ci il tarixli tələbnamə vasitəsilə məhkumluq barədə məlumatları müəyyən etsə də, bu barədə, Mərkəzin rəisi Rişad Qasımova şifahi məlumat verməklə kifayətlənmiş, 16.07.2012-ci il tarixli təkrar tələbnaməsində isə İddiaçı təvəllüdünü 01.01.1986-cı il tarix kimi göstərərək DİN BƏSİİ-dən onun barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmaması haqda cavab almışdır. DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin rəisi Rişad Qasımov tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətmiş, mövcud nöqsanların vaxtında aşkar edilərək qarşısının alınmasını təmin etməmişdir. 23. “Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. “Polis haqqında” Qanunun 28-ci maddəsinin İV hissəsinə əsasən, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. Həmin Qanunun 34cü maddəsinə əsasən, cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda polis əməkdaşı xidmətdən xaric edilə bilər. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir (maddənin İ, İİ, İİİ hiss ələri). DİN-in 23.06.2011-ci il tarixli 400 nömrəli əmrilə təsdiq edilmiş “X2 xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında” Təlimatın 1.16.4-cü bəndinə əsasən, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər X2 xidmətə qəbul edilə bilməzlər.

24. Məhkəmə araşdırmaları zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 noyabr 2019-cu il tarixli, Ə944- 001-19 nömrəli “Bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrinin qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərə findən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

25. Məhkəmə tərkibi hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

26. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-644/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar