Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-120/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: intizam tənbehinin tətbiq edilməsi barədə sərəncamın ləğv edilməsi; məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödə nilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-168/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2008-ci il tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısının aparatında böyük inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə ona kiçik referent ixtisas dərəcəsi verilmiş, xx.xx.2016-cı il tarixdən baş mütəxəssis vəzifəsindən azad edilmiş, həmin tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə ona üçüncü dərəcəli dövlət qulluqçusu, xx.xx.2020-ci il tarixdə ikinci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.
2. Laçın Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 107 nömrəli sərəncamına əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci ilin 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərində bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “Dövlət qulluğu haqqında” Qanunun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün 33.1.6-cı maddəsinə əsasən 2022-ci il 20 aprel tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi və həmin tarixdə n onun İcra Hakimiyyəti başçısı aparatında dövlət qulluğuna eyni əsasla xitam verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, işdən çıxarılması ilə bağlı Laçın rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 107 №-li “İddiaçı Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi haqqında” sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı iddiasını onunla əsaslan dırmışdır ki, Laçın rayon icra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 107 №-li sərəncamı ilə vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. Sərəncamda qeyd edilmişdir kı, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci il 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərində bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün “Dövlət qulluğu haqqında" Qanunun 33.1.6-cı maddəsinə əsasən, 2022-cı il 20 aprel tarixdən Laçın rayon icra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların mü raciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilsin və həmin tarixdən onun Laçın rayon icra Hakimiyyəti başçısı aparatında dövlət qulluğuna eyni əsasla xitam verilsin.
5. İddiaçının işdən çıxarılması tam qanunsuz və əsasızdır. Belə ki iddiaçı xx.xx.2008-ci il tarixindən 14 il müddətində Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında dövlət qulluqçusu kimi işləmişdir. Dövlət qulluqçularının əmək haqlarının artırılması barədə məlum sərəncamdan dərhal sonra rəhbərlik tərəfindən iddiaçıya qarşı psixoloji təzyiqlər başlamışdır. Belə kı, 14 ildir Bakıda işlədiyi halda Laçın Rayon İcra Hakimiyyətinin başçısı onun Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinə daimi olaraq işə çıxmağı ilə bağlı gös təriş vermişdir. Ailə vəziyyəti ilə bağlı, yəni daimi yaşayış yerinin, həyat yoldaşının iş yerinin, himayəsində olan iki azyaşlı övladının təhsil müəssisələrinin Bakıda yerləşməsi, himayəsində yoldaşının iki yaşlı valideyninin olması (biri şəkər xəstəsidir və qeydiyyatdadır) ilə bağlı iddiaçının Ağcabədidə yaşayıb işləməyinin mümkün olmayacağını başçıya bildirsə də heç bir xahişi nəzərə alınmamışdır.
6. Bundan başqa, qərarın yazılı formada ona təqdim edilməsi məqsədilə başçıya ünvanladığı xx.xx.2022-ci il tarixli ərizə və pozulmuş hüquqlarının bərpası üçün yazdığı xx.xx.2022-cı ıl tarixli şikayət məktubu cavablandırılmamışdır (qoşma olaraq əlavə edildi). xx.xx.2022-ci il tarixdə yenidən iddiaçı, yoldaşı və himayəsində böyüdüyü 1-ci Qarabağ müharibəsi veteranı olan dayısı ilə (iddiaçı azyaş lı vaxtından ailənin tək övladı olaraq valideynlərinin himayəsindən məhrum olmuşdur) birlikdə başçının qəbuluna düşmək niyyəti ilə Ağcabədi rayonuna getmişdir. Başçının qəbulunda olarkən əgər zərurət varsa müvəqqəti olaraq müəyyən müddət ərzində Ağcabədidə işləyə biləcəyini qeyd etmişdir. Lakın başçı Ağcabədidə işinin müvəqqəti deyil, daimi olacağını, artıq Bakıda yerləşən Rayon Qərargahında vətəndaşların qəbulu şöbəsinə ehtiyac olmadığını bildirmişdir.
7. Bir sözlə iddiaçının ailə vəziyyəti, 14 illik iş təcrübəsində heç bir nöqsana yol verməməyi, kollektiv arasındakı xoş rəftarı və hörməti, aldığı fəxri fərman icra başçısı tərəfindən nəzərə alınmamışdır. Son bir ay ərzində rəhbərlik tərəfindən müxtəlif psixoloji təzyiqlərə məruz qalmağına baxmayaraq işdən azad olunduğu son günə qədər (xx. xx.2022 - xx.xx.2022) həmişəki qaydada Bakı şəhərində yerləşən Rayon Qərargahına işə çıxmışdır. Bu müddət ərzində ona heç bir yazılı göstəriş, bildiriş, xəbərdarlıq təqdim edilməmiş, izahatı alınmamış və könüllü ərizə yazmadığı üçün xx.xx.2022-cı il tarixdə onun iştirakı və xəbəri olmadan “Dövlət qulluğu haqqında” AR Qanunun 25.2.6-ci maddəsi (intizam tənbehi) ilə dövlət qulluğundan azad edilmişdir.
8. İşdən azad edilərkən belə, Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq əmrin surəti, əmək kitabçası xx.xx.2022-cı il tarixdə poçtla göndərilmiş və son haqq-hesab məbləği 2 gün gec xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına yüklənmişdir (poçt zərfinin surəti və əmək haqqı kartıma mədaxil qəbzi əlavədədir). Eyni zamanda son haqq-hesab olaraq əmək haqqı kartına mədaxil edilən 132.49 manat məbləğinin də düzgün hesablanmasına şübhəsi var. cavabdehin etirazı:
9. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, Laçın rayonu xx.xx.1992-ci il tarixdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra Laçın şəhərində fəaliyyətdə olmuş Laçın RİH öz fəaliyyətini müvəqqəti olaraq, Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində davam etdirməyə məcbur olmuş, Laçın rayonundan olan məcburi köçkün əhalinin ölkəmizin 58 şəhər və rayonunda, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda müvəqqəti məskunlaşması nəzərə alınaraq, Laçın RİH başçısı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Laçın RİH-nin qərargahı təşkil olunaraq, fəaliyyəti təmin edilmişdir. Məlumat üçün bildirir ki, “Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 X4 tərəfindən yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Laçın RİH-nə müvafiq tapşırıq verilərək, xx.xx.2022-ci il tarixdən Laçın RİH-nin də həmin portala qoşulması, ona görə də Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının tam tərkibdə həmin portalın idarə edildiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyət göstərməsi vəzifəsi qarşıya qoyulmuşdur.
10. Laçın RİH-nin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş strukturuna əsasən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin dörd əməkdaşından iki nəfəri, X3 və İddiaçı Bakı şəh ərində müvəqqəti məskunlaşdıqlarından tələblərə əsasən onların Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində fəaliyyətlərinə davam etmələri zərurəti yaranmışdır.
11. Bu barədə Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakı şəhərində müvəqqəti məskunlaşmış əməkdaşları X1 və Ülkər Şahin qızına Eyvazovaya tərəfimdən şəxsən ətraflı məlumat verilmiş, onların rih.gov.az portalının tətbiqi ilə bağlı yaranmış işlərin çoxluğu ilə əlaqədar xx.xx.2022-ci il tarixdən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyətlərinə davam etmələri bildirilmişdir.
12. Bu tapşırıqdan sonra Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakı şəhərində müvəqqəti məskunlaşmış əməkdaşı X3 xx.xx.2022-ci il tarixdən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsinə gələrək, həmin ünvanda yerləşən Laçın RİH-nin inzibati binasında fəaliyyətinə davam etmiş, hazırda da həmin tarixdən bu günədək öz vəzifəsini adıçəkilən ünvanda yerinə yetirir.
13. Lakin, Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakı şəhərində müvəqqəti məskunlaşmış digər əməkdaşı İddiaçı ona ətraflı şəkildə məlumat verilməsinə baxmayaraq, o, Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci il 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərdə bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “Dövlət qulluğu haqqında” A zərbaycan Respublikasının 2000-ci il 21 iyul tarixli 926-İQ nömrəli Qanununun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin Qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün Laçın RİH başçısının xx.xx.2022-ci il tarixli 107 nömrəli müvafiq sərəncamı ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən, 2022-ci il 20 aprel tarixdən Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilmiş, həmin tarixdən onun Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatındakı dövlət qulluğuna eyni əsasla xitam verilərək, əməkhaqqı üzrə son-haqq hesabı bank kartına ödənilmiş, əmək kitabçası poçt vasitəsilə ev ünvanına göndərilmişdir. Vakansiya yaranmış həmin vəzifəyə yeni kadr təyin olunmuş, həmin şəxs Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otağında Laçın Rayonu icra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsini yerinə yetirir. Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşları hazırda tam tərkibdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xidməti vəzifələrini yerinə yetirirlər. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1883/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
15. Məhkəmə qeyd etmi şdir ki, cavabdeh iddiaçının işdən azad olunmasının səbəbi olaraq onun 1-20 aprel 2022-ci il tarixlərində üzrlü səbəb olmadan işdə olmamasını göstərir. Belə ki, iddiaçının 1-20 aprel 2022-ci il tarixlərində vəzifə səlahiyyətlərini icra etməməsi iddianın rədd edilməsi üçün əsas təşkil edir. İddiaçının dövlət qulluğuna qəbul edildiyi inzibati orqan Bakı şəhərində yox, Ağcabədi rayonunda yerləşir. İnzibati orqan iddiaçı ilə əmək müqaviləsi bağlayarkən onun iş yerinin Bakı şəhərində yerləşəcəyi ilə bağlı öhdəlik götürməmişdir.
16. İddiaçı özü iddia ərizəsində və inzibati orqana müraciətlərində vəzifə səlahiyyətlərini icra etməməsini etiraf edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, “İcra Hakimiyyətinin başçısı onun Ağcabədi rayonu Taxta-Körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyəti nə daimi olaraq işə çıxmağı ilə bağlı göstəriş vermişdir. Ailə vəziyyəti ilə bağlı, yəni daimi yaşayış yerinin, həyat yoldaşının iş yerinin, himayəsində olan iki azyaşlı övladının təhsil müəssisələrinin Bakıda yerləşməsi, himayəsində yoldaşının iki yaşlı valideyninin olması (biri şəkər xəstəsidir və qeydiyyatdadır) ilə bağlı iddiaçının Ağcabədidə yaşayıb işləməyinin mümkün olmayacağını başçıya bildirsə də heç bir xahişi nəzərə alınmamışdır.
17. Eyni zamanda, iddiaçının Laçın rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsində qeyd edilir ki, “bu gündən etibarən iddiaçının adı işə davamiyyət tabelinə yazılmır və onun vəzifə səlahiyyətləri məhdudlaşdırılmışdır.”
18. Bu qeyd edilənlər iddiaçının faktiki olaraq 20 gün müddətində vəzifə səlahiyyətlərini icra etməm əsinin sübutu kimi qiymətləndirilməli, buna görə də iddiaçı barəsində qəbul edilmiş inzibati akt qanuni hesab edilməlidir.
19. İddiaçı 20 gün müddətində rəhbərliyin göstərişlərini yerinə yetirmədiyinə görə “Dövlət qulluğu haqqında” qanunun 18.0.5, 18.0.6 və 18.0.10-cu maddələrinin tələblərini pozmuşdur.
20. İddiaçının ailə vəziyyəti ilə bağlı ona güzəşt tətbiq edilməsini istəməsi başa düşülən olsa da, bu istəyin 20 gün müddətində göstərişləri yerinə yetirmədən, faktiki olaraq vəzifə səlahiyyətlərinin icra edilmədən tələb edilməsi əsaslı hesab edilə bilməz.
21. Qanunvericiliyin bu qeyd edilən normasının tətbiqi baxımında iddiaçıya inzibati orqan tərəfindən yazılı məlumat verilməli olması inzibati orqanın vəzifəsi olsa da, iddiaçıya yazılı cavab verilməməsi 20 gün müddətində əmək funksiyalar ını icra etməməyə əsas verə bilməz.
22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-168/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 107 nömrəli sərəncamının ləğv edilməsi və iddiaçıya məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən Laçın Rayon İcra Hakimiyyəti başçısı adından əmək funksiyalarını İH-nin Nərimanov rayonu ərazisində yerləşən Qərargahında deyil, Ağcabədi rayonuna yerləşən inzibati binasında davam etdirməyi barədə göstəriş verilmişdir. İddiaçı həmin tarixdən başlayaraq həmin göstərişin və onun qulluq vəzifələrinin ona yazılı şəkildə təqdim edilməsi ilə bağlı bir neçə dəfə cavabdehə müraciətlər etsə də, işdən görünür ki, iddiaçının müraciətlərinə cavab verilməmişdir.
25. Halbuki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 19.0 və 19.0.11-ci maddəsinə əsasən dövlət qulluqçusu qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstə rişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək hüququna malikdir.
26. Cavabdehin nümayəndəsi bununla bağlı məhkəmə kollegiyasına bir neçə sənəd təqdim etmişdir. Təqdim edilmiş sənədlərə əsasən Laçın rayon İcra Hakimiyyəti başçısının 29 mart 2022-ci il tarixli, 93 nömrəli sərəncamında qeyd edilir ki, yaranmış xidməti zərurətlə və xidməti fəaliyyətin genişlənməsi ilə əlaqədar İHB aparatının işçilərinin 2022-ci il 1 aprel vəziyyətinə olan dislokasiyasının bu sərəncamın 1 və 2 nömrəli əlavələrinə uyğun təsdiq edilməsi qərara alınmışdır. Həmin sərəncamla təsdiq edilmiş 1 nömrəli əlavə İHB aparatının Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsində yerləşən əsas inzibati binası üzrə işçilərinin 2022-ci il 1 aprel vəziyyətinə müəyyən edilmiş dislokasiyası cədvəlinin 22-ci bəndində “Sənə dlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi”ndən İddiaçı adı qeyd edilmişdir.
27. Lakin işdən görünür ki, cavabdeh dəlillərinin əsası olaraq qeyd edilən sənədləri nə iddiaçının müraciətlərinə cavab olaraq iddiaçıya, nə də birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışına təqdim etməmişdir.
28. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh inzibati orqanın məhz Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında dövlət qulluqçusu kimi işləmişdir.
29. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə olan “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” nın 1-ci “Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar” hissəsinin 1.2-ci bəndinin tələbləri baxımından hazırkı iş üzrə iddiaçının iş yeri, yəni faktiki fəaliyyət göstərdiyi ünvan 2008-ci ildən faktiki olaraq əmək fəaliyyətinə başladığı Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Qərargahı sayılmalıdır.
30. İddiaçı 1-20 aprel 2022-ci il tarixədək Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında işə getsə də, həmin vaxt onun adı İH-nin Ağcabədi rayonunda yerləşən inzibati binasındakı davamiyyət tabelində qeyd edilmişdir.
31. Göründüyü kimi işin mühüm əhəmiyyət kəsb edən və cavabdeh tərəfindən də mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı 2022-ci ilin aprel ayının 1-dən 20dək iş günləri ərzində Laçın rayon İcra Hakimiyyətinin Nərimanov rayonunda yerləşən Qərargahında işdə olmuş və əm ək funksiyalarını icra etmişdir.
32. Cavabdeh isə iddiaçının həmin dövrdə İH-nin Ağcabədi rayonunda yerləşən inzibati binasında işdə olmasını, başqa sözlə, iddiaçının iş yerinin sonuncu ünvan olmasına baxmayaraq onun işə gəlməməsini sərəncamın qəbul edilməsinə əsas gətirmişdir.
33. Bununla da, müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı ilə onun arasında bağlanmış əmək müqaviləsinin “işçinin iş yeri” ilə bağlı şərtləri birtərəfli qaydada iddiaçının razılığı olmadan dəyişdirilmişdir. Cavabdeh birtərəfli qaydada əmək şəraitinin şərtlərini dəyişdirməklə, Əmək Məcəlləsi və əmək müqaviləsinin şərtlərini pozmuşdur.
34. Məhkəmə araşdırması zamanı iddiaçı barəsində “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehi tətbiq edilərkən həm ümumi, həm də sahəvi qanunver iciliklə müəyyən edilən qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır.
35. Hazırkı işdən cavabdeh tərəfindən qeyd edilən inzibati prosedur qaydaya riayət edildiyi müəyyən edilmir.
36. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında yaranmış münasibət ilk əmək və xidməti münasibət deyil. Belə ki, iddi açı hazırki vəzifəsinə 01 sentyabr 2016-cı il tarixdə təyin olunmuşdur. Lakin iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər 2008-ci ildən yaranmışdır.
37. Kollegiyanın mövqeyinə görə, tərəflər arasındakı xidməti münasibətlərin başlanğıcı daha əvvəlki tarixlərə dayanır. İddiaçı əvvəlcə Laçın RİHB aparatında böyük inspektor, daha sonra məsləhətçi vəzifəsinə təyin olunmuş, paralel olaraq ona dövlət qulluğunun ixtisas dərəcələri verilmişdir. Bütün təyinatlar da cavabdehin özü tərəfindən aparılmışdır. Başqa sözlə, cavabdeh iddiaçının peşəkarlığına, səriştəsinə, işgüzar qabiliyyətinə, əmək və icra intizamına bələd və bundan məmnun olduğu üçün onu hər dəfə vəzifədə yüksəltmiş və sonda hazırkı vəzifəyə təyin etmişdir. Mübahisələndirilən sərəncam cavab deh tərəfindən qanunvericiliyin və əmək müqaviləsinin tələbləri pozularaq əmək şəraitinin şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi yolu ilə qəbul edildiyindən, həmçinin, sərəncam qəbul edilərkən iddiaçının şəxsində dövlət qulluqçularına münasibətdə müəyyən edilən xüsusi, eləcə də ümumi inzibati icraat qayda və tələblərinə riayət edilmədiyindən həmin sərəncam qanunsuz və əsassız sayılmalıdır.
38. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
39. Şikayətin dəlillərinə görə, Dövlət qulluğu haqqında Qanunun 25-ci və 33.1.6-cı maddələrinin tələbi pozulmuşdur. Həmin normaların tələblərinə əs asən məhkəmə iddianın əsaslı olması barədə qənaətə gələrkən iddiaçının 20 gün müddətində hansı səbəbdən işdə (Ağcabədi rayonunda) olmamasına diqqət yetirməli, iddiaçı tərəfindən bildirilən səbəblərin üzrlü olub-olmamasını araşdırmalı idi.
40. Vətəndaş müraciətləri ilə bağlı qeyd olunan yeni elektron portalın yaradılması işin mübahisə olunmayan halı olmasına baxmayaraq məhkəmə bununla bağlı heç bir araşdırma aparmadan, əksinə dair heç bir nəticə, sübut əldə etmədən əsassız olaraq bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. 41. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsini düzgün tətbiq etməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı bildirmişdir ki, ona inzibati binada fəaliyyət göstərməli olduğu barədə məlumat verilmiş, izah olunmuş, icr a hakiminin qəbulunda olaraq dinlənilmiş, lakin, o hesab etmişdir ki, ailə vəziyyəti nəzərə alınaraq, eyni zamanda başqa şəxslər də həmin qərargahda işlədikləri üçün o da Bakı şəhərində çalışmalıdır. Məhkəmə isə sonuncu hala qiymət verib araşdırmaqdansa bütün bunlar olmamış kimi hesab etmişdir ki, hazırkı normanın tələbləri pozulmuşdur. Qeyd edək ki, şəxsən icra başçısı tərəfindən dinlənildiyi barədə iddiaçı tərəfindən yazılı və şifahi olaraq məhkəməyə məlumat verilsə də, nədənsə məhkəmə dinlənilmə hüququnun Roma hüququndan bu günədək həm təməl insan hüquqlarından, həm də ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi qəbul edildiyini xüsusi vurğulayaraq hesab etmişdir ki, iddiaçı inzibati orqan tərəfindən dinlənilməmişdir.
42. Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbi pozulmuşdur. Hazırkı işdə iddiaçının 20 gün müddətində işdə olmaması, əmək funksiyalarını yerinə yetirməməsi mübahisəsiz olduğu halda, məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmə tərəflər arasında bağlanmış əmək müqaviləsində cavabdehin iş yerinin Laçın Rayon İcra Hakimiyyətində sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi kimi qeyd olunmasına, Laçın Rayon İcra Hakimiyyətinin Ağcabədi rayon ərazisində yerləşməsinə, Nərimanov Qərargahının məcburi köçkünlərə müvəqqəti xidmət üçün nəzərdə tutulduğuna əhəmiyyət vermədən mübahisəli qərarında yanlış olaraq belə qənaətə gəlmişdir ki, “hazırkı iş üzrə iddiaçının iş yeri, yəni faktiki fəaliyyət göstərdiyi ünvan 2008-ci ildən faktiki olaraq əmək fəaliyyətinə başladığı Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nəriman ov rayonu ərazisində yerləşən Qərargahı sayılmalıdır.”
43. İşdən göründüyü kimi, 2022-ci ilin aprel ayının 1-dən 20-dək iş günləri ərzində iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi iddiaçının bildirdiklərinə əsasən mübahisəsizdir. Belə olan halda, məhkəmənin həmin tarixlərdə iddiaçının əmək funksiyalarını icra etməsi barədə qənaəti tam şəkildə əsassızdır. Eyni zamanda məhkəmənin iddiaçının iş yerinin sonuncu ünvan, yəni Nərimanov qərargahı olması barədə qənaətinin də heç bir əsası yoxdur. Çünki, tərəflər arasında bağlanmış əmək müqaviləsində iş yeri kimi Laçın Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi göstərilmişdir və həmin iş yerinin də Ağcabədi rayonunda yerləşməsi mübahisə olunmayan haldır. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
44. Cavabdeh Laçın rayon İcra Hakimiyyə ti kassasiya şikayətinin müxtəlif hissələrində dəfələrlə qeyd etmişdir ki, “Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 X4 tərəfindən yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Laçın RİH-nə müvafiq tapşırıq verilərək, xx.xx.2022-ci il tarixdən Laçın RİH-nin də həmin portala qoşulması, ona görə də Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının tam tərkibdə həmin portalın idarə edildiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyət göstərməsi vəzifəsi qarşıya qoyulmuşdur. Lakin, bu hal ilə bağlı cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə baxışları zamanı, nə apelyasiya instansiya məhkəməsində keçirilmiş məhkəmə baxışları zamanı məhkəmə araşdırmasına heç bir sübut təqdim edilməmişdir. Hər iki instansiya məhkəməsində hakimlər dəfələrlə cavabdehdən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 X4 tərəfindən Laçın RİH-nə müvafiq tapşırığın verildiyi təsdiq edən sənədlərin məhkəmə baxışına təqdim edilməsi tələb etsələr də cavabdeh tərəfindən bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdehin kassasiya şikayətində dəfələrlə istinad etdiyi “Rəqəmsal İcra Hakimiyyəti” portalı və ya Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən tapşırığın verilməsi ilə bağlı fikirlər heç bir sübutla öz təsdiqini tapmamışdır. 45. “Dövlət qulluğu haqqında” Qanun un 25.3-cü maddəsinə göstərilir ki, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Analoji norma Əmək Məcəlləsinin 187-ci maddəsində də qeyd edilmişdir. Belə ki, həmin maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi qanunvericilik dövlət qulluğundan azad edilmə növü ndə ən ağır intizam tənbeh tədbiri də daxil olmaqla, bütün tənbeh tədbirlərinin tətbiqindən əvvəl müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılması, dövlət qulluqçusunun dinlənilmə hüququnun təmin edilməsini, ondan yazılı izahat alınması, zərurət olarsa, müvafiq dövlət orqanının rəhbərinin xidməti yoxlama təyin etməsi qaydasını müəyyən etmişdir. Hazırkı iş üzrə nə bir xidməti araşdırmanın aparılmasına şahid oluruq, nə də iddiaçının yazılı izahatının alınmasına. Beləliklə də İddiaçı barəsində 20 aprel 2022-ci il tarixli, 107 №-li sərəncam verilərkən Qanunun 25-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, heç bir xidməti araşdırma aparılmamış, iddiaçının izahatı alınmamış və qeyri-qanuni olaraq heç bir xəbərdarlıq edilmədən o işdən kənarlaşdırılmışdır.
46. Kassasiya şikayətin də cavabdeh tərəf qeyd edir ki, Laçın RİH başçısı tərəfindən İddiaçı şifahi olaraq Ağcabədiyə işə çıxmalı olduğunu bildirilmişdir. Lakin, İddiaçı həmin göstərişin qeyri-qanuni olduğunu bilərək və ona heç bir rəsmi sənəd təqdim edilmədiyini nəzərə alaraq əvvəlki iş yerində, yəni Nərimanov rayonunda yerləşən qərargahda öz əmək funksiyalarının icrasını davam etdirmişdir. Bu zaman İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 19.0.11-ci maddəsinin dövlət qulluqçularına verdiyi hüquqdan istifadə edərək Laçın RİH başçısından qərarın ona yazılı formada təqdim edilməsini tələb etmişdir. Hətta bununla bağlı 1 və 15 aprel tarixlərində iki dəfə ərizə ilə işəgötürənə yazılı qaydada müraciət edərək həmin qərarın surətinin ona verilməsini xahiş etmişdir. Əlbəttə ki, belə bir sərəncam (qərar) mövcud olduğu h alda İddiaçı təqdim edilsəydi o, öz ərizəsi ilə (öz xahişi ilə) işdən çıxması barədə müraciət edərdi. Nəticə etibarlı ilə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə mənfi motivlə deyil, işçinin öz xahişi ilə xitam verilmiş olardı.
47. İşəgötürən xx.xx.2022-ci il tarixli, 107 №-li sərəncamda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 2000-ci il 21 iyul tarixli Qanunun 18.0.3-cü maddəsinin tələbinin pozulmasına istinad edir. Həmin Qanunun 18.0.3-cü maddəsinə əsasən, dövlət qulluqçunun əsas vəzifələrindən biri kimi “dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli olduğu” qeyd edilmişdir. Cavabdeh Laçın Rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli, 107 №-li sərəncamda Qanunun 18.0.3-cü maddəsinin tələblərinin pozulmasına istinad etsə də, nə həmin sərəncamda, n ə də məhkəmə baxışı zamanı “dövlət orqanında müəyyən edilmiş qulluq reqlamenti”nin nədən ibarət olmasına aydınlıq gətirməmiş və iddiaçının həmin reqlamentin hansı müddəasının tələblərini pozduğunu göstərməmişdir. Hər iki məhkəmə baxışı zamanı hər hansı bir reqlament məhkəmə araşdırmasına təqdim edilməmişdir ki, bütün bunlar da öz növbəsində cavabdehin qərəzli və qanunsuz mövqeyini sübuta yetirir. TƏTBİQ EDİLƏN HÜQUQ
48. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü il ə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyi şdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
49. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
50. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
51. Şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının iş yeri, yəni faktiki fəaliyyət göstərdiyi ünvan 2008-ci ildən faktiki olaraq əmək fəaliyyətinə başladığı Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Qərargahı sayılmalıdır. İddiaçı tələbinin əsası kimi iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində 01-20 aprel 2022-ci il tarixində Nərimanov rayonunda yerləşən Qərargahda işə çıxdığını, lakin onun adının həmin Qərargahda işə davamiyyət tabelindən çıxarıldığını, bu səbəbdən, tabeli imzalaya bilmədiyini, məhkəmə iclasında izahatında əlavə olaraq 1 aprel 2022-ci il tarixədək Nərimanov Qərargahında işə gedərək əmək funksiya larını adi qaydada həyata keçirdiyini, həmin tarixdən sonra ona kompüterini işə salmağa, ümumiyyətlə, əmək funksiyalarını icra etməyə icazə verilmədiyini, buna baxmayaraq aprel ayının 1-dən 20-nə qədər Nərimanov rayonunda yerləşən Qərargahda digər işçilər kimi saat 09:00-dan 18:00-dək işdə olaraq əmək funksiyalarını icra etdiyini bildirmişdir....işin mühüm əhəmiyyət kəsb edən və cavabdeh tərəfindən də mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı 2022-ci ilin aprel ayının 1-dən 20dək iş günləri ərzində Laçın rayon İcra Hakimiyyətinin Nərimanov rayonunda yerləşən Qərargahında işdə olmuş və əmək funksiyalarını icra etmişdir. Cavabdeh isə iddiaçının həmin dövrdə İH-nin Ağcabədi rayonunda yerləşən inzibati binasında işdə olmasını, başqa sözlə, iddiaçının iş yerinin sonuncu ünvan olma sına baxmayaraq, onun işə gəlməməsini sərəncamın qəbul edilməsinə əsas gətirmişdir. Bununla da, müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı ilə onun arasında bağlanmış əmək müqaviləsinin “işçinin iş yeri” ilə bağlı şərtləri birtərəfli qaydada iddiaçının razılığı olmadan dəyişdirilmişdir.
53. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinin və xx.xx.2022-ci il tarixli şikayətinin məzmunundan da göründüyü kimi, iddiaçının xx.xx.2022ci il tarixdən öz vəzifələrini Ağcabədi rayonu, Taxta körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinin inzibati binasında icra etməli olduğu ona bildirilmiş, iddiaçı da öz növbəsində ailə vəziyyəti ilə bağlı bunun mümkünsüz olduğunu bildirmişdir.
54. İ ddiaçı tələbinin əsası kimi iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində 0120 aprel 2022-ci il tarixində Nərimanov rayonunda yerləşən Qərargahda işə çıxdığını, lakin onun adının həmin Qərargahda işə davamiyyət tabelindən çıxarıldığını, bu səbəbdən, tabeli imzalaya bilmədiyini, məhkəmə iclasında izahatında əlavə olaraq 1 aprel 2022-ci il tarixədək Nərimanov Qərargahında işə gedərək əmək funksiyalarını adi qaydada həyata keçirdiyini, həmin tarixdən sonra ona kompüterini işə salmağa, ümumiyyətlə, əmək funksiyalarını icra etməyə icazə verilmədiyini, buna baxmayaraq aprel ayının 1-dən 20-nə qədər Nərimanov rayonunda yerləşən Qərargahda digər işçilər kimi saat 09:00-dan 18:00dək işdə olaraq əmək funksiyalarını icra etdiyini bildirmişdir.
55. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orq anın məsul şəxsi tərəfindən məlumatlandırılmaqla yanaşı, həm də bilavasitə vəzifələrinin icrasını təmin edən şəraitin artıq əvvəlki vəziyyətdə mövcud olmadığını, yaxud tam və ya qismən məhdudlaşdırıldığını, buradan, vəzifələrin əvvəlki qaydada icrasının artıq mümkünsüz olduğunu bildiyi, habelə, özünün də qeyd etdiyi kimi, ailə vəziyyəti ilə bağlı öz vəzifələrinin Ağcabədi rayonu, Taxta körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinin inzibati binasında icra etməsinin mümkünsüz olduğunu, deməli, yeni əmək şəraiti ilə işi davam etdirməyə razı olmadığını cavabdehə bildirdiyi halda, cavabdehlə əmək münasibətlərinin yeni şəraitə uyğun tənzimlənməsi və ya bu münasibətlərə öz təşəbbüsü ilə xitam verilməsi imkanından istifadə etməmişdir. Belə bir imkanın nəzərdən keçirilməsinin mümkünl üyünü iddiaçı cavabdehin kassasiya şikayətinə qarşı verdiyi etirazında da qeyd etmişdir (bax: bu qərarın 46-cı bəndi).
56. Bu qeyd olunanlar mübahisənin həlli üçün ona görə əhəmiyyət kəsb edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gələrkən iddiaçının ailə vəziyyəti ilə bağlı öz vəzifələrinin Ağcabədi rayonu, Taxta körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinin inzibati binasında icra etməsinin mümkünsüz olduğunu, deməli, yeni əmək şəraiti ilə işi davam etdirməyə razı olmadığını nəzərə alaraq, bununla bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməli (İPM-in 64.1-ci maddəsi), onlara yardım göstərməli (İPM-in 13-cü maddəsi), qarşılıqlı razılıq əldə olunduğu halda, mübahisələndirilən əmrin dəyişdirilməsi və ba şqa işə keçirmə, bu mümkün olmadıqda, əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (yaxud tərəflərin razılaşdığı digər əsasla) xitam verilməsi barədə yeni inzibati aktın qəbulu üçün cavabdehə vaxt təyin edilməsi imkanını nəzərdən keçirməli idi.
57. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12.1, 58.7, 64.1, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
58. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxış ına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
59. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-168/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.