Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-120/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi, qüsursuz xidmət, şərhedici norma. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçularının siyahısına daxil edilm əsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2024-cü il tarixli, 2-1(103)2184/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Bakı ABKM-də müdavim kimi, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə zabit heyətində həqiqi hərbi xidmət keçmiş, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 0213 nömrəli əmri ilə HXH Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu ilə) əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyatda olan iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə səfərbərliklə həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 01445 nömrəli əmri ilə “HXH” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis edilmişdir.
2. İddiaçı ləğv edilmiş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 19 noyabr 2008-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 341.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, ona edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq olunmuş və barəsində 2 (iki) il sınaq müddəti təyin edilmişdir. Hökmlə təyin olunmuş sınaq müddəti başa çatdığı üçün Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinin tələbinə müvafiq olaraq o, məhkumluğu ödənilmiş şəxs hesab edilir.
3. Müxtəlif medal vəsiqələrinə əsasən, iddiaçı “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına g örə”, “Şücaətə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif edilmişdir.
4. İddiaçı dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklərin edilməsi haqqında” 15 noyabr 2021ci il tarixli 1476 nömrəli Fərmanın icrası ilə əlaq ədar olaraq hərbi qulluqçunun ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda 20 təqvim ili olarsa mənzil təminatına baxılmaq üçün adlı siyahıya daxil edilir. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddəti (xx.xx.1993-xx.xx.2015, xx.xx.2020-xx.xx.2020) 21 (iyirmi bir) il, 10 (on) ay, ACDİÜ Hərbi Məhkəmənin xx.xx.2008- ci il tarixli 2 il sınaq müddətinə məhkum edilməsi barədə qərarına əsasən məhkumluq müddəti 2 il təşkil edir. Yuxarıda qeyd olunan hərbi qulluqçunun ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim ili olmadığına görə onun dövlət vəsaiti hesabına mənzillə təmin olunması bu Fərmanın təsiri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məh kəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçularının siyahısına daxil edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini əsaslandırarkən bu qərarın 1-4-cü bəndində qeyd edilən işin hallarına istinad etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 01 fevral 2024-cü il tarixli 21(112)-1425/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 saylı 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifə si cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sosial ədalət prinsipi özlüyündə ayrı-ayrı insanların, sosial qrupların maraqlarının qarşılıqlı güzəştidir, çünki məhz qarşılıqlı güzəşt və hüquq münasibətlərində subyektlərin imkanlarının nisbətən bərabərləşməsi müasir şəraitdə cəmiyyətin idarə edilməsinin mahiyyətini təşkil edir. Məhz buna görə cəmiyyətdə hüququn sosial ədalət funksiyası bütövlükdə ədalət prinsipinin təbiətinə uyğun gəlir. Odur ki, hüquq sisteminin ayrılmaz tərkib hissəsi olan sosial ədalətlilik prinsipi baxımından hazırkı işin hallarına görə iddianın təmin edilməsi mövcud normalarla ziddiyyət təşkil etməyəcək. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi, iddiaçının Azərbaycan Ordusu sıralarında ümumi təqvim xid mət müddəti xx.xx.1993 xx.xx.2015, xx.xx.2020 - xx.xx.2020 illər üzrə hesablanmaqla 21 il, 10 ay, 15 gün təşkil edir. Bu müddətdən ACDİÜ Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən 2 il şərti məhkumluq müddətinin çıxılması və iddiaçının qüsursuz xidmət müddətinin 20 ildən az olması barədə cavabdehin mövqeyi əsaslı olmamışdır. Digər tərəfdən də, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə”, “Şücaətə görə” medallarla təltif olunmasının nəzərə almaması, eyni vəziyyətdə olan şəxslərlə bağlı fərqli qərarlar qəbul etməklə ilk növbədə iddiaçıya münasibətdə ədalətlilik, habelə hüquqi müəyyənlik, bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.R.Səlimova) 02 avqust 2024-cü il tarixli, 21(103)-2184/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir)
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursu z xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.... 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz....
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya l əğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİ NİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
20. İşin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə istinadən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan iddiaçının ACDİÜ Hərbi Məhkəmənin xx.xx.2008-ci il tarixli hökmü ilə 2 il sınaq müddəti cəzasına məhkum edildiyini, həmin müddət nəzərə alındıqda, Azərbaycan Ordusunda qüsursuz xidmət müddətinin 20 ildən az olduğunu əsas gətirərək onun müraciətini təmin etməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməli olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, yəni 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1- ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir.
22. Məhkəmə kollegiyası apellya siya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab edərək qeyd edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın ilkin redaksiyasında nəzərdə tutulmuşdur. 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavələr olunanadək məzmun baxımından həmin anlayış qeyridəqiq və qeyri-müəyyən olmuş, öz növbəsində inzibati orqan da “qüsursuz xidmət” müddəti anlayışını tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışı təfsir etməli və həmin anlayışın təfsiri əsasında qərar qəbul etməli olmuşdur.
23. Kollegiya hesab edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında əvvəlcədən mövcud olduğu ndan 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddət anlayışı ilə bağlı edilən əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur.
24. Şərhedici norma mövcud hüquq normasının məzmununu dəqiqləşdirir və həmişə əslində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla, izah edilən normanın əvvəldən hansı məna daşıdığını bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğ unu aydınlaşdırır və buna görə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən, sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur.
25. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş 3-1-ci, 3-2ci və 3-3-cü hissələr “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi 28 dekabr 2011ci il tarixdə nəzərdə tutduğu mənanı bəyan etmişdir.
26. Nəticədə, şərhedici normanın zamana görə tətbiq edilməsi və yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir. Başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normaları isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilmir, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər.
27. Buna görə də, yeni hüquq norması ilə bağlı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməməsi və ya şəxsin hüquqi vəziyyətini yüngülləşdirən normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməsi ilə bağlı Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş müddəa 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddəti anlayışının təfsiri ilə bağlı əlavə edilmiş 3-1-ci, 3-2ci və 3-3-cü hissələrə tətbiq edilə bilməz.
28. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, icraedici və ya qanunverici orqan tərəfindən normativ hüq uqi aktın və ya onun müəyyən müddəalarının şərhedici xarakterli normalar kimi qanunvericiliyə daxil edilməsi, həmin normaların məhkəmə tərəfindən müstəqil şəkildə şərhedici norma, yaxud yeni norma kimi qiymətləndərilməsinə mane olmur.
29. Məhkəmə həmçinin nəzərə alır ki, şərhedici normaların izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiqi hüququn aliliyi və hüquqi müəyyənlik prinsipinə zidd olmamalı, şəxsin hüquq və azadlıqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır.
30. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş “qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəqiqləşdirən 3-1- ci, 32-ci və 3-3-cü hissələrin hazırkı işə tətbiqini istis na edən hər hansı bir əsas yoxdur.
31. İş materiallarından görünür ki, iddiaçının inzibati orqana və məhkəməyə müraciət etdiyi tarix “qüsursuz xidmət” müddəti anlayışını dəqiqləşdirən 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra olmuşdur.
32. Məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul olunan tarixədək “qüsursuz xidmət” müddəti anlayışının məzmununu müəyyən etməklə bağlı inzibati orqanların qiymətləndirmə azadlığı olmuşdur. Məhkəmələr də müvafiq olaraq belə mübahisələrə baxarkən hər bir konkret halda inzibati orqan tərəfindən sözügedən qiymətləndirmə azadlığından obyektiv meyarlara əsaslanmaqla istifadə olunub-olunmadığına qiymət vermişlər. Lakin 15 noya br 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilən dəyişikliklərdən sonra Fərmanda “qüsursuz xidmət” müddəti anlayışı üçün müəyyən edilmiş meyarlara uyğun yoxlama aparılmalıdır.
33. Hazırkı işlə bağlı aşağı instansiya məhkəmələri tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Bakı ABKM-də müdavim kimi, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək N nömrəli hərbi hi ssədə, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə zabit heyətində həqiqi hərbi xidmət keçmiş, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 0213 nömrəli əmri ilə “HXH” Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu ilə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə səfərbərliklə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 01445 nömrəli əmri ilə “HXH” Əsasnamənin 197- ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis edilmişdir.
34. Həmçinin, iddiaçı ləğv edilmiş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 19 noyabr 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 341.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq olunmuş və barəsində 2 (iki) il sınaq müddəti təyin edilmişdir.
35. Göründüyü kimi, iddiaçı 21 il 10 ay müddətində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 15 noyabr 2021-ci il tarixli Fərmanının müddəalarına əsasən, iddiaçının Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hə rbi Məhkəməsinin 19 noyabr 2008-ci il tarixli hökmü ilə 2 il sınaq müddəti cəzasına məhkum edildiyi nəzərə alındıqda, onun Azərbaycan Ordusunda qüsursuz xidməti 20 ildən az müddət təşkil edir.
36. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanında təsbit olunmuş şərt (Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmə) iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdeh imtinasında haqlı olmuşdur və onun üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2024-cü il tarixli, 2-1(103)-2184/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərar qətidir.