Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1200/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1200/19 Bakı şəhəri 24 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 rayon şöbəsinin müdiri vəzifəsini müv əqqəti icra edən X2tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 21(107)-66/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı Rövşən Mürsəlliyev (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 2005-ci il tarixdən 15 aprel 2017-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 15 aprel 2017-ci il tarixdən müharibə veter anı vəsiqəsi ilə müharibə veteranı hesab olunmuş və həmin tarixdən cavabdeh tərəfindən onun barəsində müavinət təyinatı aparılmışdır. Hesab edir ki, müavinət məbləğinin verilməsi məsələsi həll edilərkən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 11 iyul 2005-ci il tarixli, 257 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinad olunmalıdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2-1(84)-1721/2018 saylı qərarı (hakim Vidadi Qasımov) ilə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 15 aprel 2014-cü ildən 15 aprel 2017-ci ilə kimi m üharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyin qoyulması, iddianın 01 avqust 2005-ci ildən 15 aprel 2014-cü ilədək olan müddətə aid hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin məhkəmə hesab etmişdir ki,qanunvericilikdə sosial müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il müddətinə ödənilməsi müəyyən edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2-1(107)-66/2019 saylı qərarı ilə (sədrlik edən hakim Mübariz Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. A pellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.1, 3.1, 9.1, 10.1, 10.3, 10.4, 10.5, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3, 7, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci maddələriilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblər ə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, müharibə veteranı olmuş şəxsin bu faktı təsdiq edən sənədi nə vaxt almasından və müavinət üçün nə vaxt müraciət etməsindən asılı olmayaraq, həmin şəxsə ən yaxşı halda müraciət etməzdən əvvəlki üç il üçün aylıq müavinətlər “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minən gündən sonra onu almaq hüququ yaranan gündən təyin olunur. Dəlilin hüquqi əsası kimi "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunu, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununu, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbayca n Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanına ümumi şəkildə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 15 aprel 2017-ci il tarixli 00092 nömrəli müharibə veter anı vəsiqəsi verilmişdir. İddiaçıya 15 aperl 2017-ci ildən etibarən müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. İddiaçı 01 avqust 2005-ci ildən 15 aprel 2017-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 03 oktyabr 2018-ci il tarixli 22/01-2423 nömrəli məktubla iddiaçının müavinət almaq hüququnun müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən yarandığına görə müavinət 15 aprel 2017-ci ildən təyin edilməli olmasını bildirmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhəməsinin mövqeyinə görə, iddiaçı 15 aprel 2017-ci il tarixdən müharibə veteranı adı və vəsiqəsi əldə etsə də, qanunvericilik onun cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün də sosial müavinətin hesablanıb ödənilməsi hüququnu tanıyır. Bu mövqeyi mübahisələndirən cavabdeh hesab etmişdir ki, iddiaçının müharibə veteran adı və vəsiqəsi aldığı tarixdən etibarən sosial müavinət və güzəştlər əldə etmək hüququ vardır. Həmin tarixdən əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi qanunsuzdur. Məhkəmə kollegiyası aşağıdakılara əsasən dəlillə razılaşmadığını qeyd edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliy yat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; - 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim e dildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; - 7-ci maddəsinin ikinci hissəsinə əsasən, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu müddəalardan göründüyü kimi, müharibə veteranı adını almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı olması faktının müəyyən ediməsinə əsaslanır. Yəni vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. İddiaçıya müharibə veteranı vəsiqəsi 15 aprel 2017-ciildə verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvələ, yəni 1994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçılar da məhz həmin tarixədək olan döyüşlərdə iştiraklarına görə müharibə veteranı adı və vəsiqəsi almışlar. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə edilir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 rayon şöbə sinin müdiri vəzifəsini müvəqqəti icra edən X2tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2-1(107)-66/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1200/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1200/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver