Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1200/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması; işin hallarının ətraflı araşdırılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2 Vəliyyədin oğlunun, üçüncü şəxs X11 və onun vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (X12, X2, X9, X3, X4, X5, X15 və X1maqla) "JN-391 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-4/2021 nömrəli, 05 aprel 2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qəbələ rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi ilə iddiaçının mərhum atası X6 20.08.2015-ci ildə ölümü ilə ondan m iras qalmış xxxxndə 0.15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat - tövlə və təndirxanadan ibarət mirasın qəbul edilməsi faktı müəyyən edilmişdir.
2. İddiaçı həmin torpaq sahəsinə və evə çıxarış almaq üçün cavabdeh orqana müraciət etmişdir.
3. Cavabdeh 01 noyabr 2019-cu il tarixli, **********22 saylı məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, faktiki torpaq sahəsi JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması mümkün deyildir.
4. Bundan sonra, iddiaçı JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh 07 noyabr 2019-cu il tarixli, **********71 saylı məktubla bildirmişdir ki, şəhadətnamənin ləğv edilməsi onların səlahiyyətinə daxil olmadığından müraciətin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nın ləğv olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin mövcud olması ona həyətə və evə dair çıxarış və texniki pasportun alınmasına mane olur. Bu səb əbdən də həmin şəhadətnamə ləğv edilməlidir.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, xxxxndə yerləşən 0.42 ha torpaq sahəsinə texniki səhv olaraq hazırlanmış JN-391 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Texniki səhv olaraq hazırlanmış JN-391 saylı 0.42 ha torpaq sahəsinə dair Torpağın mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ər azi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Üçüncü şəxslər iddia tələbinə etiraz edərək bildirmişlər ki, onlar yəni, X13, X7, X9, X3, X8, X5, X16 və X11 iddia ərizəsində üçüncü şəxslər kimi göstərilmişik. İddiaçı iddia ərizəsinin təsviri hissəsinin birinci cümləsində göstərmişdir ki, Qəbələ rayon məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi ilə mərhum atası X6 20.08.2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonunun Nic qəsəbəsində 0.15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat - tövlə və təndirxanadan ibarət mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələrində mübahisələndirilməmişdir. Çünki, bu barədə məlumatları olmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində göstərir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra o, torpaq sahəsinə və evə mülkiyyət hüququ əldə etmək üçün DƏDRX-nə müraciət etmiş, lakin ona bildirmişdir ki, miras evin yerləşdiyi torpaq sahəsinə başqalarının adına, yəni onların adlarına mülkiyyət hüququnu təsdiq edən JN-391A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Qeyd edir ki, iddiaçın ın atası mərhum X14 aqrar islahatı aparılan zaman Azərbaycan Respublikasında yaşamamış və bu səbəbdən onun adı islahata gedən subyektlərin siyahisinə daxil edilməmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2-1(116)-339/2020 saylı qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia qismən təmin edilmiş, JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən - Mənzil Kommunal-Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, JN-391 A nömrəli "Torpağın mülkiyy ətə verilməsinə dair şəhadətnamə" verilərkən evin və onun yerləşdiyi 1500 kv.m torpaq sahəsinin X6 mülkiyyətində olması nəzərə alınmadığından iddia qismən əsaslıdır. Belə ki, Şəhadətnamə 0.42 ha torpaq sahəsi ilə bağlı verildiyinə və iddiaçının evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan torpaq sahəsinə iddiaçının aidiyyəti olmadığına görə, iddia şəhadətnamənin qalan hissəsinə münasibətdə təmin edilə bilməz.
11. Üçüncü şəxs X17 apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-4/2021 nömrəli iş üzrə 05 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və M.A.Əsəd li) üçüncü şəxsin apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2-1(116)-339/2020 saylı qərarı ləğv edilərək, yeni qərar çıxarılmaqla iddia təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia tələbində göstərdiyi xüsusatların, yəni xxxxndə X6 adına olan 0.15 ha torpaq sahəsinə aid məkan göstəriciləri qeyd olunmuş texniki və hüquqi sənəd tərtib olunmadığından həmin torpaq sahəsinin JN seriyalı 391 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.42 ha torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək mümkün olmadığından iddia təmin edilə bilməz.
14. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün hə min məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar tam tədqiq edilməmiş, mütəxəssislərlə və ekspertlərlə birlikdə iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka baxış keçirilməmiş, həmin şəxslərin izahatları məhkəmədə alınmamış, müvafiq olaraq təkrar ekspertiza keçirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 22 sentyabr 2020-ci il tarixli **********34 saylı formal mütəxəssis rəyinə əsasən daşınmaz əmlakın yerləşdiyi yerə getməyən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən formal olaraq tərtib olunmuş 10/2904 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanaraq iş üzrə əsassız və ədalətsiz qərar qəbul etməklə iddiaçının qanunla müdafiə olunan mülkiyyət hüququnu pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
18. Üçüncü şəxs X10 və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin ol unamasını xahiş etdilər.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və digər üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə və üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşlar. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini tə sdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs h əmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtər əfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğ u hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti v axtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir.
26. Belə ki, iddiaçı onun atasına məxsus olduğunu və atasının ölümü ilə ondan miras qaldığını iddia etdiyi xxxxndə 0.15 ha torpaq sahəsinə dair başqa şəxsin adına verilmiş JN391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nın ləğv edilməsini xahiş edir.
27. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Az.SSR Mənzil Kommunal-Təsərrüfat Nazirliyinin Qutqaşen rayon şöbəsi tərəfindən 1990-cı ilin fevral ayında tərtib edilmiş 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»na istinad edir. 28.Cavabdeh isə JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən koordinatlarla iddiaçının istifadəsində olduğunu iddia etdiyi faktiki torpaq sahəsinin koordinatlarının (ərazidə texniki inventarlaşdırma işləri aparılmaqla əldə edilmiş məlumatlar əsasında) üst-üstə düşməsi əsası ilə sözügedən torpaq sahəsinə dair çıxarış verməkdən imtina etmiş, həmçinin JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğvinin onun səlahiyyətində olmadığını bildirmişdir.
29. İşə baxan apellyasiya məhkəməsinin əsas dəlili iddiaçının istinad etd iyi Az.SSR Mənzil Kommunal-Təsərrüfat Nazirliyinin Qutqaşen rayon şöbəsi tərəfindən 1990-cı ilin fevral ayında tərtib edilmiş 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda torpaq sahəsinin koordinatlarının göstərilməməsi, həmçinin həmin torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməməsi ilə bağlıdır.
30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə öz xidməti vəzifəsinə görə işin hallarını tam və hərtərəfli araşdırmağa borclu olduğu halda, bunu etmədən iş üzrə qərar qəbul etmişdir.
31. Nəzərə alınmalıdır ki, «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda evin yerləşdiyi torpaq sahəsinin koordinatlarının göstərilməməsi iddiaçının faktiki olaraq atasının yaşadığını iddia etdiyi evin ona məxsus olmasını birmə nalı istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati orqan tərəfindən də aparılan icraat zamanı iddiaçının faktiki istifadəsində olduğunu qeyd etdiyi yaşayış evinin üçüncü şəxslərə ayrılan torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Burada araşdırılmalı olan məsələ həqiqətən də JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə ayrılan torpaq sahəsində yerləşən evin kimə məxsus olması ilə bağlıdır. Bundan əlavə, «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu» özü hüquqmüəyyənedici sənəddir. Evin yerləşdiyi torpaq sahəsinin isə qanunvericiliyə uyğun ayrılmasının (bu və ya digər səbəbdən torpaqayırma prosedurunun başa çatdırılmaması, torpaq islahatının predmetini təşkil etməməsi və s.) həyata keçirilməməsi evə dair mülkiyyət hüququnun mövcudluğunu istisna etmir.
32. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması aşağıdakı istiqamətdə aparılmalıdır.
33. İlk növbədə iddiaçının atasına məxsus olduğu iddia edilən fərdi yaşayış evinə dair 1990-cı ilin fevral ayında tərtib edilmiş 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»ndan görünür ki, fərdi yaşayış evi 1965-ci ildə tikilmişdir. Belə olan halda, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı Qəbələ rayon İHB-nın Nic qəsəbə Ərazi üzrə Nümayəndəliyinə sorğu ilə müraciət edilməli, həmin qurumdan tikilinin nə vaxt və kim tərəfindən tikilməsi, tikiliyə dair sənədlərin mövcudluğu, həmçinin həmin evdə müxtəlif illərdə kimlərin yaşaması və s. barədə məlumatlar alınmalıdır.
34. Bundan əlavə, torpağın mülkiyyətə ver ilməsi barədə şəhadətnamədə həmin torpaq sahəsində tikilinin olması görünür. Belə olan halda, DƏDRX-dən aqrar islahat komissiyasının müvafiq qərarı ilə torpaq ayrılan zaman və sözügedən şəhadətnamə ilə torpaqayırma proseduru həyata keçirilən zaman torpaq sahəsində mövcud olan yaşayış evinin kimə məxsusluğu barədə araşdırmanın aparılıb-aparılmaması, tikilinin kim tərəfindən tikilməsi və s. halların araşdırılıb-araşdırılmaması ilə bağlı məlumat alınmalıdır.
35. Belə ki, hazırkı iş üzrə araşdırılmalı olan əsas məsələ yaşayış evinin kimə məxsus olması ilə bağlıdır. «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu» 1990cı il tarixli olduğundan, şəhadətnamə isə 1999-cu ildə verildiyindən, bu məsələlərin araşdırılması iş üzrə əhəmiyyət kəsb edir. Yaşayış evi üzərində kimin mülk iyyət (və ya gözlənilən mülkiyyət) hüququnun olmasının müəyyən edilməsi hazırkı iş üzrə ona görə vacibdir ki, texniki pasportdan evin yerləşdiyi torpaq sahəsinin koordinatları bəlli deyildir. Belə olan halda isə, üçüncü şəxslərə verilmiş torpaq sahəsi ilə iddiaçının atasının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşməsi məsələsinə qiymət vermək üçün, həmin evin məhz JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə ayrılan torpaq sahəsində yerləşməsi halı müəyyən olunmalıdır. Yaşayış evinin iddiaçının atasına məxsusluğu müəyyən olunarsa, həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair digər şəxslərə sonradan şəhadətnamə verilməsinin qanuniliyinin qiymətləndirilməsi məsələsində qeyd olunan hallara qiymət verilməlidir.
36. Bunun la yanaşı, təkrar apellyasiya baxışında iddiaçının atasına aid ölüm haqqında şəhadətnamə, iddiaçının atasının vətəndaşlığı ilə bağlı məlumat, atasının ölümündən sonra vərəsəlik işinin açılıb-açılmaması, iddiaçının qanun üzrə vərəsə olub-olmaması (subyektiv hüququn mövcudluğu baxımından), həmçinin iddiaçının doğum haqqında şəhadətnaməsi, üçüncü şəxslərin və torpaq haqqında şəhadətnamədə qeyd edilən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin də müvafiq qaydada tələb olunub tədqiq edilməsi məqsədəmüvafiqdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, geniş həcmdə sübutların araşdırılması tələb olunduğ undan iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
38. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-4/2021 nömrəli, 05 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.