Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1200/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X3 Konsaltinq” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə (Açar sözlər:növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarın ləğv edilməsi, iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), X1 və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “X3 Konsaltinq” MMC (xx.xx.2017-ci il tarixdə qeydiyyata alınıb; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazir liyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)866/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 4 oktyabr 2021-ci il tarixli **********150301 nömrəli qərarına əsasən iddiaçıda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitl ərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə iyul 2020 – avqust 2021-ci il yoxlama ilə əhatə olunan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 5 oktyabr 2021-ci il tarixli çıxarışa əsasən yoxlamanın müddəti 5 oktyabr 2021 – 17 noyabr 1021, yoxlanılan dövr 1 iyul 2020 – 1 sentyabr 2021-ci il olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və 4 oktyabr 2021-ci il tarixli **********150301 nömrəli qərarının ləğv edilməsini xah iş etmişdir.
4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmıdır ki, mübahisələndirilən qərarın 1-ci bəndində göstərilmişdir ki, “X3 Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilsin. Yoxlama ilə əhatə olunan vergi dövrü iyul 2020 - avqust 2021. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən həmin maddədə göstərilən hallarda keçirilə bilər. Həmi n hallardan biri də (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir. Göründüyü kimi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edildiyindən vergi orqanına müraciət edərək, Vergi Məcəlləsinin 15-ci bəndinin tələblərinə əsasən, vergi ödəyicisinin hüquqlarına istinad edərək, vergi orqanında olan və müəssisə nin vergitutma obyektinin gizlədilməsi əlamətləri hesab edilən, mənbəyi bəlli olan məlumatların vergi ödəyicisi olaraq, müəssisəyə təqdim edilməsi xahiş edilmiş, lakin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən həmin məlumatları almaq mümkün olmamışdır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsinin 36, 38-ci maddələri ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaradır. Həmçinin səyyar vergi yoxlamasının keçirilməs i haqqında qərar vergi orqanının qanunvericiliklə müəyyən edilmiş səlahiyyəti olub, vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmir. İddianın mahiyyətinə gəldikdə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. İddiaçının növbədənkənar vergi yoxlamasının hansı mənbəyi bəlli olan məlumata əsasən keçirilməsinin məlum olmaması və yoxlamanın keçirilməsi ilə bağlı dəlillərinə gəldikdə cavabdeh orqana X2 Vergi monitorinqi Baş İdarəsinin xidməti məktubuna əlavə edilmiş vergi ödəyicilərində növbədənkənar səyyar vergi yoxlamasının zəruriliyi, həmçinin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi səbəbindən və “Ci nayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.6-cı və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 4 oktyabr 2021-ci il tarixli **********150301 nömrəli Qərar çıxarılmışdır və yoxlama hal-hazırda davam edir.
6. Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli, 2-1(112)-11302/2021 saylı qərarı ilə (hakim S.Salahova) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı vergi orqanının 4 oktyabr 2021-ci il tarixli **********150301 nömrəli qərarını mübahisələndirərkən cavabdehin qərarda istinad etdiyi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin v ə ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinin Vergi Məcəlləsində nəzərdə tutulmamasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan Dövlət Vergi Xidmətinin Aparatının Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin cavabdehə ünvanlanmış 30 sentyabr 2021-ci il tarixli **********697300 nömrəli növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə xidməti məktubundan görünür ki, idarə tərəfindən seçilmiş və məktuba əlavə edilmiş vergi ödəyicilərində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azə rbaycan Respublikası Qanununun, habelə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılmasına zərurət yarandığından xidməti məktuba əlavə edilmiş vergi ödəyicilərində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına göstəriş verilməsi xahiş olunmuşdur.
8. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-866/2022 nömrəli 18 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti təmin e dilmiş, Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 4 oktyabr 2021-ci il tarixli **********150301 nömrəli qərarı ləğv edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisələndirilən 4 oktyabr 2021-ci il tarixli **********50301 nömrəli qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yol u ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi göstərilmişdir. Lakin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi halda növbədənkənar vergi yoxlamasının keçirilə bilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qərarda növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilməklə göstərilən əsas (vergilər və digər icbari ödənişlərə dair qanu nvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi) qeyd olunan normada nəzərdə tutulmamışdır. Qeyd olunan normada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün belə bir əsasın müəyyən edilmədiyi halda həmin normaya istinad edilməklə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi isə qanunsuz və əsassızdır. Bundan başqa, mübahisələndirilən qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilsə də, həmin maddəyə uyğun olaraq cavabdeh vergi orqanı əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizl ədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi hallarına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.
11. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində göstərilir ki, qərarla təyin edilən yoxlama ilə Reyestrdən çıxarışda göstərilən yoxlamanın uyğun olmaması ilə bağlı dəlilə münasibətdə bildirilir ki, məhkəmənin hansı əsasa söykəndiyini anlamaq olmur. Başqa sözlə desək məhkəmənin bu dəlili əsaslandırılmamışdır. Göründüyü apellyasiya instansiyası məhkəməsi sübutu olmayan fakta söykənərək aşağı instansiya məhkəməsinin qərarını ləğv etmişdir. Çox güman ki, məhkəmə bu məsələdə yuxanda şərh etdiyimiz səbəb (əsas) və məqsəd məfhumlarını fərqləndirməmiş, işin icraatına səhv tətbiq etmişdir. Bundan əlavə olaraq məhkəmənin inzibati orqanın diskresion səlahiyyətlətinə münasibətdə qeyd edir ki, həmin səlahiyyətlərdən düzgün istifadə etdiyi və diskresion səlahiyyət əsasında qəbul edilmiş qərarın əsaslandırılması məhkəməyə təqdim edilmədiyindən yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyasnm qoruma sferası olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə etmişdir. Həmin dəlilə münasibətdə qeyd etmək lazımdır ki, diskresion səlahiyyətlərdən düzgün istifadə edilməmişdir hissədə vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı qərardan tutmuş məsuliyyət qərarına kimi İnzibati icraat haqqında q anunun və Vergi Məcəlləsinin müddəlarına tam əməl edilməsi iş materialları ilə öz əksini tapır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsi verərək qeyd etmişdir ki, iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instanisyası məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati icraat haqqında” Qanun: Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüqu qi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
15. İnzibati Prosessual Məcəllə: Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia)... Maddə
12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkli fləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
58. Sübutların araşdırılması qaydası... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan la zımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət qərarın ləğv edilməsi hissəsində təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. İPM-in 2.1-ci maddəsinin tələbindən göründüyü kimi inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən yalnız o mübahisələrə baxılır ki, bu, inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun.
20. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində növbədənkənar səyyar v ergi yoxlamasının həyata keçirilməsi qərarına gəlmiş və bu barədə 4 oktyabr 2021-ci il tarixli **********150301 saylı qərar qəbul etmişdir.
21. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab olunmurlar.
22. Belə ki, İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı h üquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşma sı, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.
23. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nə ticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.
24. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər.
25. Odur ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalı, kassasiya şikayəti təmin olunmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 21(103)-866/2022 nömrəli qərarı ləğv edilsin. “X3 Konsaltinq” MMC-nin iddiası mümkün sayılmasın. Qərar qətidir.