Məhkəmə qərarları › İş №2-1(102)-1200/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1200/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1200/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: minik avtomobilinin növbədənkənar verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelyində Dövlət Tibbi-Sosial Eksperti za və Reabilitasiya Agentliyinə qarşı “əlillər üçün nəzərdə tutulan minik avtomobilinin növbədənkənar təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1698/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli 17978 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı diaqnozu və xəsarətinin, xəstəliyinin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: “Partlayış travması (xx.xx.2020): hər iki aşağı ətrafın çoxsaylı kor qəlpə yaralanmasına, sağ qamış sümüyünün dia fizinin orta, 1/3-nin açıq, çoxqəlpəli sümük defektli sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, eksternal fiksatorla fiksasiyası, fiksatorun xaric edilməsi, sol incik sümüyü vasitəsi ilə, sağ qamış sümüyü defektinin autoosteoplastikası, metal lövhə və vintlərlə osteosintezi cərrahi əməliyyatdan (xx.xx.2021) sonrakı kafi bitişmiş sınığı, çıxarılmamış metal konstruksiyametal lövhə, hər iki aşağı ətrafın yumşaq toxumalarının çoxsaylı yad cisimləri (metal qəlpələr).” “Barotravma (xx.xx.2020): sağ təbil pərdəsinin quru perforiyası, sağtərəfli konduktiv ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 (üç) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə.”. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Hərbi Həkim Komissiyasının Qərarı: “Hərbi Tr avmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.

2. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona əlillər üçün nəzərdə tutulan minik avtomobilinin növbədənkənar verilməsini xahiş etmişdir.

3. Cavabdehi iddiaçıya xx.xx.2021-ci il tarixli məktubla cavab vermişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar” səbəbdən beş il müddətinə üçüncü dərəcə əlillik statusuna malikdir. O, minik avtomobilinə tibbi göstərişin verilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə əyani komissiyada olmuşdur və göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarına əsasən minik avtomobilinə tibbi göst ərişin təyininə əsas vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar gedən döyüşlər zamanı xəsarət alaraq üçüncü qrup əlil olmağını və halhazırkı vəziyyətini nəzərə alaraq əlillər üçün nəzərdə tutulan minik avtomobilinin növbədənkənar təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Silahlı Qüvvələri və Ermənistan silahlı qüvvələri arasında 27 sent yabr 2020-ci il tarixində X10 Qarabağ müharibəsi, Vətən müharibəsində iştirak edərək Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müstəqilliyinin və X1 ilə əlaqədar gedən döyüşlər zamanı xx.xx.2020-ci il tarixində xəsarət almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasının müayinəyə dair xx.xx.2021-ci il tarixli (Forma 88) məlumatında əlil və ya sağlamlıq imkanlarının məhdudluğu üzrə üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Həmin müayinə məlumatının diaqnozuna əsasən: "Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması, hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1/3 qəlpəli yerdəyişmiş a çıq sınığı, eksternol fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1/3-də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi, dəri plastikasından s.v. alın, çənə nahiyyələrinin qəlpə yaralanması, digər daimi ağrı, aşağı ətrafın açıq yaralanmasının nəticələri, başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ qamış sinirinin pastavmatik neytopatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması. Qamış sümüyü cisminin (diatızinin) sınığı, sağ qamış sümüyünün orta 1/3 qəlpəli yerdəyişmiş açıq sınığı, eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1/3-də böyük həcmli sümük defekti" təyin edilmişdir. Bununla əlaqədar o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə minik avtomobilinə tibbi göstərişin verilməsinə dair müraciət etsə də, Agentlik onun əlillik dərəcəsini təsdiqləsə də, əsassız olaraq bildirmişdir ki, vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. Göründüyü kimi barəsində qeyd edilən əsas diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas verir.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11517/2022 nömrəli, 23 noyabr 2022-ci il ta rixli qərarı ilə (hakim X5) iddia tələbi təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar gedən döyüşlər zamanı xəsarət alaraq üçüncü qrup əlil olmağını və hal-hazırkı vəziyyətini nəzərə alaraq ona əlillər üçün nəzərdə tutulan minik avtomobilinin növbədənkənar təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

8. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının minik avtomobil ilə növbədənkənar təmin olunmasından imtinasını qanunvericiliyin normalarına zidd hesab e tmiş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirmişdir. Belə ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. İddiaçıya TSEK-in qərarı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar üçüncü dərəcə əlillik verilməsinə əsas olmuş diaqnoz həmin Qaydaya Əlavədə 57-ci bəndinin 13cü yarımbəndinə uyğun gəlir.

9. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2-1(103)-1698/2023 nömrəli iş üzrə 01 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X7 (məruzəçi), X6 və X8) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(112)-111517/2022 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya əlilliyin təyini üçün göndərilmiş tibbi müəssisəsinin göndərişində qeyd edilən əsas diaqnoz minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. İddiaçının diaqnozu minik avtomobilinin təyin edilməsi üçün tibbi göstərişlər sırasında nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə cavabdehin imtinası qanuni və əsaslıdır.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tə ləbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88-ci maddələrinə əsaslanaraq apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunur.

14. İddiaçı bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə bağlı məsələni müzakirə edərkən işdə olan faktları və sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış və onlara tətbiq edilməli olan normalara uyğun hüquqi qiymət verməmiş, öz şəxsi və işin konkret hallarına uyğun olmayan m ülahizəsinə əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli № 213 Fərmanı

2. Müəyyən edilsin ki, 2.4. həmin Qanunun 10.2-ci, 10.6-cı (ikinci halda), 11.3-cü maddələrində, 13.3-cü, 22.3-cü, 22.5-ci, 23.1-ci, 30.3-cü, 32.3-cü, 32-1-ci və 38.2-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentli k) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X4 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X2 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tar ixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (hə cmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasi bətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərindən aydın olur ki, iddiaçının hüquqi marağı ona əlillər üçün nə zərdə tutulan minik avtomobilinin növbədənkənar verilməsinə nail olmaqdan ibarətdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi qanuni və əsaslı sayıla bilməz. Belə ki, iddiaçının adına tərtib edilmiş Səhiyyə müəssisəsinin 2750003AAFDY göndərişində əsas diaqnozda qeyd edilmiş xəstəliklər “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində göstərilən siyahılarda nəzərdə tutulmamışdır. Həmin Qaydaların 57-ci bəndinə əsasən minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2. ağciyər çatışmazlığı, İİ dərəcəli; 3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5. nəzərəçarpan ataksiya, hiperkinetik amio statik sindrom; 6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; 8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10. hər iki bud-çanaq oyna-ğının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 13. aşa ğı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2 -dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda.

25. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2021-ci ildə ilkin olaraq 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir, diaqnoz - Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədə lənmələr, partlayış travması. hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1/3 qəlpəli yerdəyişmiş açıq sınığı,eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyüorta 1/3də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi.dəri plastikasından s.v.alın çənə nahiyələrinin qəlpə yaralanması. Digər daimi ağrı, Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ qamış sinirinin posravmatik neyropatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması. Qamış sümüyü cisminin [diafizinin] sınığı, sağ qamış sümüyünün orta 1/3 qəlpəli yerdəyişmiş açıq sınığı. eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1/3də böyü k həcmli sümük defekti. İddiaçı minik avtomobilinə tibbi göstərişin verilməsi üçün cavabdehə müraciət etmiş, diaqnozu minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi üçün müraciətin təmin edilməsindən imtina edilmişdir.

26. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən xüsusatlara əsaslanaraq bildirir ki, iddiaçının əlilliyinin müəyyən olunmasına əsas olan diaqnoz ona minik avtomobilinin verilməsi üçün əsas yaratmadığından apelyasiya instansiyası məhkəməsinin iddianı rədd edilməsi ilə əlaqədar mövqeyi qanuni və əsaslıdır.

27. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1698/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar