Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1201/2017 13.06.2017 ALİ MƏHKƏMƏ Surəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1201/2017) Bakı şəhəri 13 iyun 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “mənzillə təmin olunma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-530/17 saylı, 29 mart 2017-ci il tarixli qər arından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13 iyun 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı ailəsi ilə birlikdə 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşdükdən sonra Bakı şəhəri Binəqədi rayonunda müvəqqəti məskunlaşmış, məcburi köçkün kimi ünvan 1 ünvanında qeydiyyatdadır. Hal-hazırda iddiaçı faktiki olaraq Bakı şəhərində başqa bir vətəndaşın mənzilində (ünvan 3 ünvanında) yaşayır və hal-hazıradək məcburi köçkün kimi mənzillə təmin olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı mənzillə təmin edilməsi ilə bağlı bir çox d övlət orqanına və cavabdehə çoxsaylı müraciətlər etmişdir. Həmin müraciətlərdən sonra cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, məcburi köçkünlərin mənzillə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq qəbul edilmiş “Dövlət Proqramı”na əsasən mərhələli qaydada həyata keçirilir. İddiaçı ilə eyni vəziyyətdə yaşayan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni qəsəbələr salınanda müraciətinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. İddiaçı 16 iyun 2016-cı il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,xəstəliyi ilə əlaqədar ailə vəziyyətinin ağır olmasını nəzərə alıb onun və ailəsinin Bakı şəhəri və Bakı ətrafı mümkün olacaq ərazidə mənzillə təmin edilməsinə köməklik gös tərilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək iddia tələbinin cavabdehin üzərinə iddiaçının Azərbaycan Respublikasının istənilən rayonlarının birində məcburi köçkünlər üçün salınmış qəsəbələrdə mənzillə təmin olunması öhdəliyinin qoyulması şəklində icraata qəbul edilməsini xahiş etmiş, iddia dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən Laçın rayonunun Bozlu kəndindən məcburi köçkün kimi başqa bir vətəndaşın mənzilində qeydiyyatdadır. O, 24.07.2004-cü il tarixdən 28.04.2014-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit kimi həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini X3 28.03.2014-cü il tarixli şəxsi heyət üzrə əmri ilə xəstəliyi ilə əlaqədar olaraq təqaüdə buraxılmışdır. Əmək qabiliyyəti yoxdur. Azərbaycan Respublikası qaçqınlar və məcburi köçkünlər haqqında qanunvericiliyə, Azərbaycan Respublikası Prezidentinin 298 saylı, 01 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamına əsasən məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə də istinad edilmişdir. Cavabdeh iddiaya dair etiraz verərək bildirmişdir ki, hazırda komitənin balansında boş mənzil fondu olmadığınd an, dövlət proqramına uyğun olaraq məcburi köçkünlərin yerləşdirilməsi həyata keçirildiyindən və komitənin imkanı xaricində olduğundan iddia rədd edilməlidir. İşin məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinin izahatından məlum olmuşdur ki, iddiaçının çoxsaylı müraciətləri nəzərə alınaraq cavabdehin Bakı şəhərində və şəhər ətrafında balansında boş mənzil fondu olmadığından ona və ailəsinə Saatlı rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə ailə tərkibinə uyğun olaraq yaşayış sahəsi ilə təmin edilməsi üçün şərait yarandığından mənzil təklif edilmiş, lakin iddiaçı Bakı şəhərində mənzillə təmin olunmağı tələb etmiş və digər səbəblər göstərərək həmin təklifdən imtina etmişdir. Təklif olunan mənzil isə digər bir mənzilə ehtiyacı olan məcburi köçkün ailəsinə verilmişdir. İdd iaçı işin qeyd edilən bu halını təsdiq edərək məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, ona Saatlı rayonunda mənzil ayrılmış, lakin o, mənzildən imtina etmişdir. Belə ki, ona bildirilmişdir ki, Qobuda yeni evlər inşa ediləcək, o da aldanmış, Saatlıdakı evdən imtina etmişdir. Sonradan səhv etdiyini başa düşüb, cavabdeh inzibati orqana müraciət etmiş, respublikanın istənilən ərazisində mənzillə təmin olunacağı təqdirdə etiraz etməyəcəyini bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(81)-3126/2016 saylı iş) 24 noyabr 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddianın əsassız olması barədə iş materiallarında hər hansı sübut olmamışdır. Bakı Apelya siya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7-məruzəçi, X4 və X8, 2-1(103)-530/17 saylı iş) 29 mart 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin mənzil fondunda boş yaşayış sahəsinin olduğu halda onu mənzillə təmin etməməsi və nəticədə mənzil hüququnu pozması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, hazırkı vəziyyətdə iddiaçının mənzillə bağlı müraciətinin təmin olunmaması qanunvericiliyin tələblərinə zidd deyildir və bu əsasdan iddia tələbi təmin edilə bilməz. İddiaçı 10 aprel 2017-ci il tarixdə qərarın surəti ni almış, 19 aprel 2017-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsinin qərarında Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və X1 həlli üzrə Dövlət Proqramı”na; 21 fevral 2011-ci il tarixli 1346 nömrəli sərəncamı ilə təsdiq olunmuş Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramı”na; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 nömrəli qəra rı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşması Qaydaları”na istinad edilmiş və göstərilmişdir ki, proqramlarda nəzərdə tutulmuş yerlərdə məcburi köçkünlər üçün qəsəbə salınarkən, ilkin olaraq yeni salınacaq qəsəbələrə köçürülməsi nəzərdə tutulan obyektlərdə məskunlaşmış məcburi köçkün ailələrinin siyahıları rayon şəhər icra hakimiyyətləri tərəfindən, Cavabdehnə (bundan sonra komitə) təqdim edilir, sonuncunun, yerli rayon icra hakimiyyətinin, məskunlaşma obyektinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş komissiya tərəfindən dəqiqləşdirildikdən sonra yekun siyahı təsdiq edilərək, ailələrinin sayına, tərkibinə uyğun olaraq, mənzillərin tikintisi sifariş edilir və yekunda onlar müvafiq qaydada mənzillə təmin edilirlər. İddiaçı ailə üzvləri ilə birlikdə 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşdükdən sonra Bakı şəhərində məskunlaşmış, 24.07.2004cü il tarixdən 18.04.2014-cü il tarixədək, 10 ilə yaxın müddətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit kimi həqiqi hərbi xidmətdə olmuş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini X2 28.03.2014-cü il tarixli 16 ş/h saylı əmri ilə Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli, 187 nömrəli Fermanı ilə təsdiq olunmuş “Azərbaycan RespublikasınınQaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında” Əsasnamədə qaçqınl ar və məcburi köçkünlər üçün mənzil tikilməsi onların dövlət tərəfindən maliyyə təminatı ilə bağlı təkliflər verilməsi, şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsi Komitənin funksiyasına aid edilmişdir. Saatlı rayonunda təklif olunmuş mənzildən imtina etməsinə səbəb cavabdehin Abşeron rayonunun Qobu yaşayış məntəqəsində məcburi köçkünlər üçün yeni yaşayış evləri tikiləcəyi və onun da orada mənzillə təmin olunacağı barədə verdiyi vəd olmuşdur ki, bu hal məhkəmə qərarında da əks olunmuşdur. Sonradan ona Abşeron rayonu ərazisində mənzil verilməmiş və açıq-aşkar məlum olmuşdur ki, komitə onu aldatmış, Saatlıdakı mənzili başqasına vermək məqsədilə dövlət komitəsinə yaraşmayan hərəkətlər etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİ hissəsinə əsasən hamı qanun və mə hkəmə qarşısında bərabərdir. Həmin maddənin Vİ hissəsində göstərilir ki, sağlamlıq imkanları məhdud olanlar, bu konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edirlər. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İşin hallarından görünür ki, iddiaçı Laçın rayonundan məcburi köçkündür, hərbi xidmət vəzifələrinin yerinə yetirərkən ikinci dərəcəli əlil olmuş, 2014-cü ilin mart ayından Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır. Məcburi köçkün olaraq mənzillə təmin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən məcburi köçkün ailələri üçün yeni tikilən qəsəbələr və ya hündürmərtəbəli yaşayış kompleksləri köçürülməsinə zərurət yaranan obyektlərdə məskunlaşmış məcburi köçkün ailələri üçün nəzərdə tutulmuşdur və həmin ailələrin sayına uyğun tikinti işləri layihələndirilərək aparılır. Tikinti zamanı əlavə mənzil nəzərdə tutulmadığından həmin evlərə dövlət proqramında nəzərdə tutulmayan digər məcburi köçkün ailələrinin yerləşdirilməsi hələlik imkan xaricindədir. Məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması Dövlət Proqramına uyğun olaraq aparılır və mərhələli şəkildə həyata keçirilir. İddiaçı ilə eyni vəziyyətdə yaşayan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni qəsəbələr salınanda müraciətinizə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxili ndə köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 17-ci maddəsinin birinci hissəsində qeyd edilir ki, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci maddəsinin dördüncü bəndində qeyd edilmişdir ki, müəyyən edilsin ki, həmin Qanunun 17-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Cavabdeh və yerli icra hakimiyy əti orqanları həyata keçirirlər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Qanunun 5-ci maddəsinin ikinci hissəsinə əsasən məcburi köçkünl ərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999cu il tarixli 149 nömrəli Fərmanının 2-ci maddəsinin birinci bəndində qeyd edilmişdir ki, Qanunun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Cavabdeh haqqında Əsasnamənin 1.1-ci bəndinə görə Cavabdeh (bundan sonra Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriyasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 2.3-cü bəndinə görə qaçqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin aparılmasını və tikinti obyektlərinin müvafiq layihəsmeta sənədləri ilə təminatını təşkil etmək Komitənin əsas vəzifələrinin biri kimi müəyyən edilmişdir. Bəhs olunan hüquq normalarına görə iddiaçının məcburi köçkün kimi yerləşdirilməsi dövlət orqanlarının, o cümlədən cavabdehin vəzifəsidir. İddiaçı isə onun yerləşdirilməsi və məskunlaşdırılmasını deyil, onun ailə üzvləri ilə birlikdə yeni mənzillə təmin edilməsini arzu edir. İddiaçı kirayədə yaşadığı mənzil, yaxud kirayə haqqının ödənilməsi barədə mübahisə açmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması” Qaydasına əsasən bu Qayda “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən sənəddir. Qaydanın 2 və 3-cü bəndlərinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Məcburi köçkünlər müvəqqəti yaşayış sahəsi ilə təmin olunarkən ailənin sayı, sosial tərkibi (şəhid ailələri, başçısını itirmiş ailələr, Qarabağ əlilləri, xəstəsi daimi qulluq tələb edən ailələr, Milli Qəhrəman ailələri, ailənin cinsi tərkibi, yaş fərqləri və s.) nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1998-ci il tarixli 895 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na (“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 fevral tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir) Əlavələr təsdiq edilmişdir. Məcburi köçkünlərin yaşayış yeri üzrə qeydiyyatları rayon icra hakimiyyəti orqanları tərəfindən aparılmaqla Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş yerlərdə məcburi köçkünlər üçün qəsəbə salınarkən ilkin olaraq yeni salınacaq qəsəbələrə köçürülməsi nəzərdə tutulan obyektlərdə məskunlaşmış məcburi köçkün ailələrinin siyahıları rayon-şəhər icra hakimiyyətləri tə rəfindən Cavabdehnə təqdim edilir. Qeyd edilən siyahılar Cavabdeh, yerli icra hakimiyyətlərinin və məskunlaşma obyektinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş komissiya tərəfindən dəqiqləşdirildikdən sonra yekun siyahı təsdiq edilərək göstərilən ailələrin sayına və ailə tərkibinə uyğun olaraq mənzillərin tikintisi sifariş edilir və yekunda qeyd edilən şəxslər müvafiq qaydada mənzillə təmin edilirlər. Cavabdeh qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi və məskunlaşdırılması sahəsində qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən ictimai binalarda və digər obyektlərdə işğaldan sonra müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçü rülməsi prosesini həyata keçirir. Yuxarıda bəhs olunan normativ aktlarla cavabdehin üzərinə istənilən məcburi köçkün ailəsinin fərdi qaydada istənilən rayonların birində məcburi köçkünlər üçün salınmış qəsəbələrdə mənzillə təmin olunma öhdəliyi qoyulmamışdır. Bu müəyyən Dövlət Proqramının icrası halında mümkündür və hazırda belə Dövlət Proqramı mövcud deyildir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad i kollegiyasının 2-1(103)-530/17 saylı, 29 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: İmza var Hakimlər: İmza var İmza var “06” səhifə düzdür Hakim Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-1201/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1201/2017
13.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver