Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1201/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və “Bakı Metropoliteni” QSC-ə qarşı (üçüncü şəxs AR Maliyyə Nazirliyi) iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı vəkili Vəkil, cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil, “Bakı Metropoliteni” QSC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı Iddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və “Bakı Metropoliteni” QSC-ə qarşı (üçüncü şəxs AR Maliyyə Nazirliyi) kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiy a Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2-1(103)-1961/2018 nömrəli qərarından iddiaçı Iddiaçı və cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 22.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı Ünvan küçəsində yerləşən qeyri-yaşayış sahəsini almış, həmin sahəyə onun mülkiyyət hüququ qanuna müvafiq olaraq dövlət reyestrində qeydə alınmış və ona Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 04 aprel 2003-cü ildə ***** nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş və həmin vaxtdan o, bu qeyri-yaşayış sahəsini avtomobillərin təmir sexi kimi istifadə etmişdir. Onun mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi 2008-ci ilin mart ayında Ünvan küçəsində metronun “Nəsimi” stansiyasının tikintisi zamanı sökülmüşdür. İddiaçı Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinin və “Bakı Metropoliteni” QSC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə 1878900 manat kompensasiyanın və vurulmuş zərər olan 500000 manat pulun, cəmi 2378900 manat məbləğində pulun cavabdeh olan inzibati orqandan alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyana görə 2.585.300 manat kompensasiyanın və vurulmuş zərərə olan 500.000 manat pulun, cə mi – 3.085.300 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsinə görə 2.585.300 manat, həmin obyektin yerləşdiyi torpaq sahəsində istifadə hüququndan qanunsuz məhrum etməyə görə 1.000.000 manat, sərbəst mülki dövriyyədə həmin obyektdən istifadə nəticəsində əldə edəcəyi mənfəətə (əldən çıxmış fayda) görə 500.000 manat, cəmi 4.085.300 manat məbləğində vurulmuş ziyanın cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-20/2018 saylı 24 aprel 2018-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Ü nvan küçəsində yerləşmiş iddiaçı Iddiaçı mülkiyyətində olmuş 358,3 kv.m. qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 360000 manat məbləğində pulun Iddiaçı na ödənilməsi Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmiş, digər hissədə iddia təmin edilməmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-20/2018 saylı 24 aprel 2018-ci il tarixli qərarından iddiaçı Iddiaçı və cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1961/2018 nömrəli 31 oktyabr 2018-ci il tarixli qərarı ilə iddiaçı və cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 24 aprel 201 8-ci il tarixli, 2-1(81)-20/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Iddiaçı na məxsus olmuş Bakı şəhəri, Ünvan küçəsində yerləşmiş qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair rəyə müvafiq olaraq iddia tələbi qeyri-yaşayış sahəsinə görə kompensasiya ödənilməsi hissəsində mahiyyətinə və xarakterinə görə əsaslı olsa da, tələb olunan pul məbləğinin həqiqi həcminə görə tam əsaslı deyildir. Bundan əlavə, Bakı şəhəri, Ünvan küçəsində yerləşən 500 kv.m. torpaq sahəsi Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 154 nömrəli, 06 iyun 2003-cü il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti üç ün Iddiaçı istifadəsinə ayrılmışdır, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları yoxdur. Buna görə həmin hissədə iddia tələbi təmin edilməməlidir. Eləcə də, iddiaçı sərbəst mülki dövriyyədə həmin obyektlərdən istifadə nəticəsində əldə edəcəyi mənfəətə (əldən çıxmış fayda) görə 500000 manat məbləğində vurulmuş ziyanın ödənilməsini tələb etsə də, buna dair heç bir mötəbər sübut məhkəməyə təqdim etmədiyindən, iddia həmin hissədə də əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2-1(103)1961/2018 nömrəli qərarından iddiaçı Iddiaçı və cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əs asən, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri pozularaq iddiaçının mülkiyyətində olan və fəaliyyət göstərib qazanc gətirən qeyri-yaşayış sahəsi, mükiyyətçiyə heç bir kompensasiya verilmədən, heç bir hüquqi əsas olmadan Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən qüvvədə olan qanunların tələbləri pozulmaqla mülkiyyətçinin etirazlarına baxmayaraq polis gücünə iki gün ərzində tamam sökülmüşdür. Onların bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətində olan daşınmaz əmlakından və torpaq sahəsindən məhrum olmuşdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 2.585.300 manat real zərər, 2008-ci ildən bu vaxta q ədər əldə edə biləcəyi ən azı 500.000 manat zərər vurulmuş, ümumilikdə cavabdehlərin təqsiri üzündən iddiaçıya 3.085.300 manat məbləğində zərər vurulmuşdur. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Iddiaçı na məxsus olmuş Ünvan küçəsində yerləşmiş qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair rəy ilə razılaşaraq iddia tələbini qismən təmin etmişdir. Kassator İnzibati Prosessual Məcəllənin 2.2.7-ci, 34.1-ci, 54.1-ci, 71.3-cü, 92-ci və 94.1-ci maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2-1(103)1961/2018 nömrəli qərarının ləğv edilməsi və iddia tələbi təmin edilərək, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsinə görə 2.585.300 manat, həmin obyektin yerləşdiyi torpaq sahəsinə istifadə hüququndan qanunsuz məhrumetməyə görə 1.000.000 manat, sərbəst mülki dövriyyədə həmin obyektdən istifadə nəticəsində əldə edəcəyi mənfəətə görə 500.000 manat, cəmi 4.085,300 manat məbləğində vurulmuş ziyanın cavabdeh Binəqədi rayon İcra Hakimiyyətindən tutulub iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin kassasiya şikayətinin dəlillərinə görə cavabdeh qismində seçilmiş Binəqədi rayon İcra Hakimiyyəti hər-hansı bir söküntü işləri aparmamış, əksinə olaraq vətəndaşlara əməli köməklik göstərərək hüquqlarının bərpa olunmasında, sökülmüş obyektlərin yenidən bərpa olunmasında qanunvericiliyin tələb lərinə uyğun köməklik göstərmişdir. Bundan əlavə Binəqədi RİH dəfələrlə Bakı Metropoliteninə vətəndaşın müraciətlərini yönəltmiş, metropoliten isə işin onlara aid olmaması ilə bağlı heç bir fikir bildirməmişdir. Həmçinin, iddiaçı iddianın mahiyyətilə bağlı pretenziya qaydasında Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etməmişdir. Kassator Mülki Məcəllənin 1097-ci, İnzibati Prosessual Məcəllənin 1.1-ci, 35.1-ci, 35.3-cü, 58.7-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci, 76.1-ci maddələrinə istinad edərək şikayətin təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1961/2018 nömrəli 31 oktyabr 2018-ci il tarixli qərarın ləğv edilməsi və işə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə icl asının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2-1(103)-1961/2018 nömrəli qərarının ləğv edilməsi və iddia tələbi təmin edilərək, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsinə görə 2.585.300 manat, həmin obyektin yerləşdiyi torpaq sahəsinə istifadə hüququndan qanunsuz məhrumetməyə görə 1.000.000 manat, sərbəst mülki dövriyyədə həmin obyektdən istifadə nəticəsində əldə edəcəyi mənfəətə görə 500.000 manat, cəmi 4.085,300 manat məbləğində vurulmuş ziyanın cavabdeh Binəqəd i rayon İcra Hakimiyyətindən tutulub iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1961/2018 nömrəli 31 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Bakı Metropoliteni” QSC-nin nümayəndəsi və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1961/2018 nömrəli 31 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)1961/201 8 nömrəli 31 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1961/2018 nömrəli 31 oktyabr 2018-ci il tarixli qərarından hər iki tərəf kassasiya şikayəti verdiyinə görə ayrı-ayrılıqda hər iki kassasiya şikayətinin dəlillərinə Məhkəmə Kollegiyası öz münasibətini bildirməlidir. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, mülkiyyətində, sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsini qiymətləndirmək üçün “X” birgə müəssisəsi ilə müqavilə bağlamış, mütəxəssislərin verdiyi rəyə əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın - tikilinin hər kvadrat metrinin qiyməti 3600 - 4000 manat olmaqla, 20 dekabr 2007-ci il tari finə bazar qiyməti 1.878.900 manat müəyyən edilmiş, qeyri yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin dəyəri də nəzərə alınmaqla əmlakın ümumi dəyəri 2.585.300 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 14.12.2015-ci il tarixli 2-1(81)-3781/2015 saylı qərardadla Bakı şəhəri, Ünvan küçəsində yerləşən qeyri-yaşayış sahələrinin 1 kv.metrinin bazar dəyərinin nəqədər təşkil edilməsi ilə bağlı ekspertiza aparılması qərar alınmış, ekspertizanın aparılması “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə həvalə olunmuş, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin təqdim etdiyi ekpert rəyində Bakı şəhəri, Ünvan küçəsində yerləşən qeyri-yaşayış sahələrinin 1 kv.metrinin bazar dəyəri 24 fevral 2016-cı il tarixinə 36004000 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi t ərəfindən 21.04.2016-cı il tarixli 2-1(81)-321/2016 saylı qərardadla “Bakı Metropoliteni” QSC-nin nümayəndəsinin vəsatətinə əsasən yenidən ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 21.07.2016cı il tarixli 064-01 saylı qiymətləndirmə hesabatına görə sözügedən qeyri-yaşayış sahəsinin 22 iyul 2016-cı il tarixinə bazar dəyəri 362.000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iş materiallarında bir neçə ekspert rəyi mövcuddur və qeyri-yaşayış sahəsinin ekspert rəyləri ilə müəyyən edilm iş bazar qiymətləri arasında kəskin fərqlər mövcuddur. İşə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Iddiaçı na məxsus olmuş Ünvan küçəsində yerləşmiş qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair rəy ilə razılaşaraq öz qərarında qeyd etmişdir ki, 22.07.2016-cı il tarixli rəy məhkəmə tərəfindən qoyulmuş suala əsaslandırılmış cavab verilməklə, qiymətləndirilən daşınmaz əmlakın xüsusiyyəti, yerləşmə xəritəsi, bazar qiymətləri xərcləri smetası və qiymətləndirmə aparılan zaman daşınmaz əmlak bazarında analoji qeyri-yaşayış sahələrinin bazar dəyərləri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınaraq verildiyindən, mə hkəmə həmin ekspert rəyi ilə razılaşır. Göründüyü kimi əmlakın dəyəri ilə bağlı dəqiq məbləğ müəyyənləşdirilməmiş, apellyasiya instansiya məhkəməsi də öz qərarında qeyri-yaşayış sahəsini ən aşağı məbləğlə qiymətləndirərək Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ekspert rəyini əsas götürmüş, digər ekpert rəylərinə heç bir münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəylərinin mötəbərliyi ilə bağlı heç bir araşdırma aparmadan və heç bir əsas və ya açıqlama vermədən onlardan birini üstün hesab etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, müb ahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə işə baxan apellyasiya i nstansiya məhkəməsi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana (Binəqədi rayon İcra Hakimiyyətinə) müraciət etməsi məsələsini yoxlamadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk öncə iddianın mümkünlük şərtlərini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında göstərilənlərə müvafiq olaraq yoxlamalı, iddianın mümkünlük şərtləri ödənildiyi halda iddiaçının mülkiyyətində olan sahənin dəyərinin düzgün hesablanması ilə bağlı əlavə araşdırma aparmalı, iddiaçını ədalətli kompensasiyanın ödənilməsi ilə təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin II bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin II bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən heç kəs məhkəmənin qər arı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2-1(103)-1961/2018 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1201/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1201/2019
22.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver