Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1201/2021 30.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X10, X9, X1) qarşı “yeni torpağın mülkiyyət sənədlərinin hazırlanması və çıxarışın rəsmiləşdirilməsi” tələbinə dair iş üzrə Şəki Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli, 2-1(107)184/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Zaqatala rayonu Bəhmətli kənd ərazisində iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,71 ha əkinə yararlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə” hazırlanaraq verilmişdir. Həmin şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28.04.1995-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilmişdir. Şəhadətnamənin qeyd hissəsində yazılmışdır ki, torpaqdan istifadə hüququna dair şəhadətnamə torpaq mülkiyyətçisinə şəhadətnamə verilən müddətə qədər etibarlıdır.
2. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonunda aparılmış torpaq islahatında yol verilmiş nöqsanların aradan qaldırılması və aparılmış torpaq islahatında qismən dəyişiklik edilməsi məqsədi ilə yenidən torpaq islahatı aparılmış və mülkiyyətlərində olan torpaq sahələrinə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır.
3. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə qərara alınmışdır ki, Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Torpaq İslahatı gedişində buraxılan nöqsanlarla əlaqədar apardıqları yoxlama materialları nəzərə alınaraq torpaq islahatında zəruri müvafiq düzəlişlər aparılsın, zəruri düzəlişlərlə əlaqədar vətəndaşlara verilmiş mülkiyyət hüququna dair Dövlət Aktlarının ləğv edilməsi üçün məhkəmə orqanları qarşısında məsələ qaldırılsın, torpaq islahatı vaxtı qanuni torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilən torpaqlar verildiyi yerdə saxlanılsın, artıq olarsa kəsilsin, əlavə olarsa digər boş qalan yararlı sahədən verilməsi nəzərdə tutulsun.
4. Həmin qərar əsasında Ünvan1 yerləşən 15000 kv.m. kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi A seriyalı 434511 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı Vəliyyədin oğlunun adına qeydiyyata alınmışdır.
5. Ünvan1 yerləşən 0,96 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və ailə üzvləri X10, X1 və X4 adına 16.08.2019-cu il tarixli, ******** **66 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında qeydiyyata alınmışdır.
6. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək torpaq sahəsinə dair digər şəxsin adına verilmiş sənədlərin və iddiaçının adına verilmiş AN434511 nömrəli plan-ölçü sənədində qeyd olunan 15000 kv.m. torpaq sahəsinin 0,96 ha. hissəsinin ləğv edilməsi və mövcud vəziyyətə uyğun yeni mülkiyyət sənədlərinin verilməsinə köməklik göstərilməsini xahiş etmiş, cavabdeh 10.09.2020-ci il **********61 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
7. Cavabdeh imtinanı belə əsaslandırmışdır ki, Aqrar İslahat Komissiyasının qərarında dəyişikliklərin edilməsi, həmin qərar əsasında ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi, həmin sənəd əsasında dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışın iddiaçının ərizəsi əsasında ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına Ünvan1 yerləşən X8 Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən 12.04.2013-cü il tarixində hazırlanmış 582 nömrə ilə uçota alınmış A 434511 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş 15000 kv.m. torpaq sahəsinin 0,96 ha. hissəsinin ləğv edilməsi ni, X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmış və çıxarış verilmiş qeydiyyatın, həmin qeydiyyatın aparılmasına əsas olmuş X8 Komitəsinin Zaqatala rayon Şöbəsinin verdiyi 12.04.2013-cü il tarixli 577 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini, hazırda mövcud vəziyyətə yeni torpağın mülkiyyət sənədlərinin hazırlanmasını və həmin 0,96 ha. torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbini belə əsaslandırmışdır ki, aparılmış torpaq islahatı zamanı, yəni, 1996-cı ildə qəbul olunmuş Torpaq İsla hatı haqqında Qanuna əsasən Ünvan1 ərazisində iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,71 ha əkinə yararlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə” hazırlanaraq verilmişdir. Həmin şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28.04.1995-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilmişdir. Verilmiş şəhadətnamə Dövlət qeydiyyat kitabında 14 noyabr 1996-cı ildə 2002 saylı nömrə ilə qeydiyyata alınmışdır. Həmin şəhadətnamənin qeyd hissəsində yazılmışdır ki, torpaqdan istifadə hüququna aid şəhadətnamə torpaq mülkiyyətçisinə şəhadətnamə verilən müddətə qədər etibarlıdır. Eyni zamanda həmin şəhadətnamədə qeyd olunmuşdur ki, torpaq başqa torpaq istifadəçisinə ancaq qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qayda üzrə verilə bilər. Həmin torpaq sahəsi həmin vaxtdan indiyədək onun və ailə üzvlərinin qanuni istifadəsindədir və hal-hazırda da torpaq sahəsindən onlar istifadə edirlər. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonunda aparılmış torpaq islahatında yol verilmiş nöqsanların aradan qaldırılması və aparılmış torpaq islahatında qismən dəyişiklik edilməsi məqsədi ilə yenidən torpaq islahatı aparılmış və mülkiyyətlərində olan torpaq sahələrinə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Həmin sənədlər 2013-cü ildə hazırlanmış, lakin vətəndaşlara 2018-ci ildə paylanmışdır. Mülkiyyətlərində olan tor paq sahələrinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədlərini əldə etdikdən sonra məlum olmuşdur ki, 1996-cı ildən istifadədə olan 1,7 ha torpaq sahəsinin 0,96 ha hissəsi Bəhmətli kənd sakini X2 və onun ailə üzvülərinin adına işlənmiş və onun adına hüquqi sənədlər hazırlanmışdır. Onun və ailə üzvlərimin adına isə istifadə etmədiyi yerdə sənədlər hazırlanmışdır. X2 adına işlənmiş 0,96 ha torpaq sahəsində 1996-cı ildə o və ailə üzvləri fındıq ağacları əkərək torpaq münbitləşdirərək bağ halına gətirmiş və oradan məhsul yığaraq, hazırda da ondan istifadə edirlər. O, hazırda X8 Komitəsi ləğv edildiyindən və Prezidentin fərmanına əsasən ləğv edilmiş X8 Komitəsinin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti olduğundan o, sonuncu adı çəkil ən təşkilatın 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş. Lakin cavabdeh təşkilat onun müraciətinə imtina cavabı vermişdir.
10. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iş üzrə 3-cü şəxslərə (4 nəfərə) Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmiş və həmin qərara əsasən Ləğv edilmiş DTXK tərəfindən AN 434506 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsi iş üzrə 3-cü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən 16.08.201 9-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
11. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 04 fevral 2021-ci il tarixli 21(116)-243/2021 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Zaqatala rayon Bəhmətli kəndində yerləşən 0,96 ha torpaq sahəsinə dair işin materiallarına hər hansı sənəd əlavə etməmiş, həmçinin birinci instabnsiya məhkəməsinin araşdırması zamanı da aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinin araşdırması nəticəsində torpaq sahəsinin 3-cü şəxslərə aid olduğu məlum olmuşdur. Həmin torpaq sahəsindən iddiaçının istifadə etməsi onun qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə əsas vermir. İddiaçıya “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə” hazı rlanaraq verilmişdir. Həmin şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28.04.1995-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilmişdir. Verilmiş şəhadətnamə Dövlət qeydiyyat kitabında 14 noyabr 1996-cı ildə 2002 saylı nömrə ilə qeydiyyata alınmışdır və həmin şəhadətnamənin qeyd hissəsində yazılmışdır ki, torpaqdan istifadə hüququna aid şəhadətnamə torpaq mülkiyyətçisinə şəhadətnamə verilən müddətə qədər etibarlıdır. Göründüyü kimi iddiaçının adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə A seriyalı 434511 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış, onun verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə” qüvvədən düşmüşdür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin üst-üstə düşməməsi 3-cü şəxslərin adına tərtib olunmuş sənədlərin ləğvinə səbəb ola bilməz. Həmçinin yuxarıda qeyd olunduğu kimi 0.96 ha torpaq sahəsinə dair iddiaçının adına heç bir hüquqmüəyyənedici sənəd tərtib olunmamışdır.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2-1(107)-184/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vəzirxan Məlikov, hakimlər – Rövşən Rəfiyev və İmanverdi Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2-1(116)-243/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. Apellyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Məhkəmə qərarı iddiaçıya 27.04.2021-ci il tarixində təqdim edilmişdir.
17. İddiaçı 18.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2-1(107)-184/2021 nömrəli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarını düzgün əsaslandırmamışdır. Məhkəmə qərarının əsaslandırma hi ssəsində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna istinad etmişdir. Lakin mübahisə həmin Qanuna əsasən deyil, “Torpaq islahatı haqqında” Qanuna, Torpaq Məcəlləsinə və həmin Qanun və Məcəllənin icrasını həyata keçirən inzibati orqanların qəbul etdiyi normativ hüquqi aktlara əsaslanaraq həll edilməli idi.
19. Bundan başqa, işə əlavə edilmiş sənədlər nəzərə alınmamış və həmin sənədlər əsas və mötəbər sübutlar olsa da, onlara qiymət verilməmiş, məhkəmə qərarında həmin sənədlərin adları belə çəkilməmişdir. Belə ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı əsasında yeni torpaq yeni torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır, lakin torpaqlar verilən yerdə deyil, yerləri dəyişdirilmişdir. Belə ki, həmin qərarın 7-ci bəndində qeyd olunur ki, torpaq islahatı vaxtı qanuni torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilən torpaqlar verildiyi yerdə saxlanılsın, artıq olarsa kəsilsin, əlavə olarsa digər boş qalan yararlı sahədən verilməsi nəzərdə tutulsun.
20. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələblərini pozaraq iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçı və üçüncü şəxs X7 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən izahatları dinlənilməmişdir.
23. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Torpaq islahatı haqqında” Qanun: Maddə
22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil ola n şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Döv lət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.
26. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
27. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti v ə ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
28. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir k i, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında v erilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
33. Kassasiya şikayətinin hazırkı qərarın 19-cu bəndində göstərilən dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçının məh kəməyə təqdim etdiyi və iş materiallarına əlavə edilmiş sənədlərə qiymət vermiş, bununla bağlı öz mövqeyini məhkəmə qərarında da əks etdirmişdir.
34. Kassasiya şikayətinin hazırkı qərarın 18-ci bəndində göstərilən dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə məhz “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun normalarına istinad edilməklə həll edilə bilər. Belə ki, iddiaçının mübahisələndirdiyi hal daşınmaz əmlak üzərində üçüncü şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasınının qanuniliyidir. Bununla bağlı cavabdehin hərəkətlərinin qanuni olub-olmamasını isə məhz adıçəkilən qanuna istinad etməklə müəyyən etmək mümkündür.
35. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün əsaslar həmin Qanunun 8-ci maddəsində öz əksini tapmışdır.
36. Hazırkı qərarın 25-ci bəndində göstərilən normanın məzmunundan görünür ki, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün əsaslardan biri də icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır.
37. İşin mübahisəsiz hallarından isə məlumdur ki, mübahisəli torpaq sahəsinin üçüncü şəxsin adına dövlət reyestrində qeydiyyata alınması üçün əsas Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı olmuşdur. Həmin qərar ləğv olunmamışdır, hal-hazırda qüvvədədir. Belə olan halda, Ünvan1 yerləşən 0,96 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üçüncü şəxs X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı cavabdehin hərəkətləri qanunauyğundur.
38. Qeyd edilməlidir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı qüvvədə olduğu müddətdə onun əsasında verilmiş 16.08.2019-cu il tarixli, **********66 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisələndirilə bilməz. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun ona məxsus olduğunu iddia etdiyindən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarını hazırkı qərarın 24-cü bəndində göstərilən normalarda əks olunmuş qaydada mübahisələndirməli idi.
39. İddiaçının isə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət verməsi iş materialları ilə müəyyən edilmir. Nə qədər ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı qüvvədədir, onun əsasında cavabdehin verdiyi çıxarış da mübahisələndirilə bilməz.
40. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almadan iddia tələbini mümkün hesab etmişdir. Halbuki, hazırkı qərarın 29-cu bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalı idi. 41.Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini yoxlayarkən yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddia tələbini mümkün sayaraq ona mahiyyəti üzrə baxaraq qiymət vermişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
42. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 21(107)-184/2021 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qəra