Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1201/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “məcburi köçkün” statusunun verilməsində bərabərlik hüququnun təmin edilməsi) Hakimlər: Zakir Quliyev - məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.xxxx il təvəllüdlü, FİN ***) və İddiaçı2 (xx.xx.xxxx il təvəllüdlü, FİN ***) qanuni nümayəndəsi Nümayəndə (xx.xx.xxxx il təvəllüdlü, FİN ***) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə “məcburi köçk ün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli 2-1(103)-629/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nümayəndə 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. O, məcburi köçkün düşdükdən sonra X3 ilə nikah bağlamış, birgə nikahlarından 2 övladları – 14 oktyabr 2003-cü il təvəllüdlü İddiaçı1, 9 avqust 2005-ci il təvəllüdlü İddiaçı2 doğulmuşdur.
2. Nikahın pozulması haqqında *** nömrəli 19 dekabr 2016-cı il tarixli şəhadətnamənin surətinə əsasən X3 və X1 nikahı ləğv edilmiş, bu barədə 14 mart 2014cü il tarixdə 12 № ilə qeyd edilmişdir.
3. Nümayəndə cavabd ehə müraciət edərək övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmiş, cavabdeh 22 aprel 2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları 14 oktyabr 2003-cü il təvəllüdlü İddiaçı1 və 9 avqust 2005-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, məcburi köçkün statusuna malikdir. Məcburi köçkün düşdükdən sonra ailə həyatı qurmuş, 2 övladı dünyaya gəlmişdir. Lakin nikah pozulmuş, övladları məhkəmə qətnaməsi əsasında onun himayəsinə verilmişdir. Özü məcburi köçkün statusuna malik olsa da, övladları bu statusa malik deyil. Halbuki, hər iki övladı da Cəbrayıl rayonu İsaqlı kəndində qeydiyyatdadır. Hesab edir ki, övladlarına məcburi köçkün statusunun verilməsindən imtina qanunsuz və əsassızdır. İmtinaya əsasən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə görə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Qaydalarda “atası” dedikdə ailə başçısını nəzərdə tutur ki, nikahı pozulmuş, övladları himayəsinə verilmiş qadın kimi o, ailə başçısıdır. İddiaçı hesab edir ki, ailə başçısı kimi yalnız atanın məcburi köçkün statusuna malik olduqda uşaqlara məcburi köçkün statusu verilə bilməsi imtiyazı Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərə tutulmuş kişi və qadının eyni hüquq və azadlıqlara malik olması ilə bağlı prinsipin pozuntusudur. Burada kolliziya yaranmışdır ki, bu zaman konstitusion normalar imperativ qəbul edilməlidir.
6. Sonradan iddiaçı dəqiqləşmə verərək iddiaçı Nümayəndə əsl iddiaçılar övladları 14 oktyabr 2003-cü il təvəllüdlü İddiaçı1 və 9 avqust 2005-ci il təvəllüdlü İddiaçı2 ilə əvəz edilməsi, övladlarının qanuni nümayəndəsi qismində məhkəmə icraatında tanınmağı barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2- 1(112)-7279/2021 nömrəli qərardadı ilə əsl olmayan iddiaçı Nümayəndə əsl İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmi ş, Nümayəndə İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi qismində tanınmışdır.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli, 2-1(112)-7279/2021 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların atası X3 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur ki, qeyd olunan hal iddiaçılara məcburi köçkün statusunun verilməsini istina edir. Belə ki, Qaydaların 4.1.6-cı bəndinin tələbindən də göründüyü kimi hər yalnız iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması, Azərbaycan Respublikasının şəxsiyyət vəsiq əsini olmuş olması zəruri şərt kimi müəyyən edilmişdir ki, iddiaçıların valideyni olan atası Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan və şəxsiyyət vəsiqəsinə malik olan şəxsdir. Bu zaman övladlarının iddiaçıların qanuni nümayəndəsi qismində tanınan Nümayəndə himayəsində olması, nikahın pozulmuş olması vəziyyəti iddiaçıların xeyrinə dəyişməyən haldır. Belə ki, övladların Nümayəndə himayəsində və yanında saxlanılması K.Əlizadənin valideynlik hüquqlarından məhrum edilməsi anlamına gəlmir. Məhkəmə iclasında da müəyyən edildiyi kimi K.Əlizadə məhkəmə qaydasında valideynlik hüquqlarından məhrum edilmiş şəxs olmadığından yuxarıda çəkilən yarımbəndin tələbinin hazırkı işin faktiki halına istinad edilməsini istisna edən hal mövcud deyil.
10. İddiaçılar apellyasiya şikayəti verərək həmin qə rarın ləğv olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-629/2022 nömrəli qərarına əsasən (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov v. C.A.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli, 2-1(112)-7279/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən 14 oktyabr 2003-cü il təvəllüdlü İddiaçı1 və 9 avqust 2005-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilməsi qərara alınmışdır.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıların anası Nümayəndə məcburi köçkün olduğundan, 14 oktyabr 2003-cü il tarixdə İdd iaçı1, 9 avqust 2005-ci il tarixdə İddiaçı2 doğulduğundan, Nümayəndə malik olduğu “məcburi köçkün” statusunun onun uşaqlarına da şamil olunmaması iddiaçıların konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da iddiaçıların məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir.
13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-629/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri imtina məktubu və iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq q eyd edilmişdir ki, məhkəmə qərarı prosessual normaların pozulması ilə qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsində aparılan inzibati məhkəmə icraatı zamanı İddiaçı1 yetkinlik yaşına çatmadığından, anası Nümayəndə onun qanuni nümayəndəsi qismində tanınmışdır. 14 oktyabr 2003-cü il təvəllüdlü İddiaçı1 14 oktyabr 2021-ci il tarixində isə 18 yaşına – yetkinlik yaşına çatmışdır. Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş 5 noyabr 2021-ci il tarixli apellyasiya şikayəti isə Nümayəndə tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, sözügedən tarixdə İddiaçı1 artıq yetkinlik yaşına çatdığından iddia tələbinin “İddiaçı1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” hissəsinə dair Bakı İnzibati Məhkəməsinin müvafiq qərarından apellyasiya şikayəti məhz İddiaçı1 tərəfindən ve rilməli, apellyasiya şikayətinin onun adından imzalanması, habelə apellyasiya instansiyası məhkəməsində müvafiq qaydada təmsil olunması məqsədilə isə Nümayəndə etibarnamə təqdim olunmalı idi. Lakin iddia tələbinin həmin hissəsi ilə bağlı apellyasiya şikayəti Nümayəndə tərəfindən verilmiş. Habelə müvafiq səlahiyyətlər heç bir etibarnamə ilə rəsmiləşdirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən halları nəzərə almayaraq iddia tələbini yuxarıda qeyd edilən hissədə də mümkün sayaraq təmin etmiş, bununla da İPM-in 86.1, 87.2, 87.3-cü, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 15.1, 15.2-ci bəndlərinin tələblərini pozmuşdur. 15. “Azərbaycan Respublikasında məcburi köçkünl ərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində qeyd olunmuş “valideynlərindən atası məcburi köçkün statusuna malik olan” ifadəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil etməsinin bildirilməsi tamamilə yanlışdır. Belə ki, uşaqlara münasibətdə Qaydaların müvafiq bəndi istər qadın cinsinə, istərsə də kişi cinsinə mənsub olan uşaqların atalarının “məcburi köçkün statusuna malik olması”nı şərtləndirir. Valideynlərə münasibətdə də müvafiq bənddə heç bir ayrı-seçkilik halı mövcud deyildir. Belə ki, Qaydaların digər bəndlərinə də uyğunluğu yoxlanılmaqla, həm atası, həm də anası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusu verilir. Lakin valideynlərindən ana məcburi köçkün statusuna malik olmadığı halda, Qaydalar atanın məcburi köçkün statusuna malik olmasına istinad edərək uşağa məcburi köçkün statusunun verilməsinin mümkünlüyünü bildirir. Müvafiq bəndin tətbiqinin əsas məqsədi, ölkə əhalisinin tərkibində məcburi köçkünlərin sayının kəskin artmasının qarşısını almaqdır. Nəzərə almaq lazımdır ki, müvafiq yanaşmanın əsasında hüquqi faktorlarla yanaşı, həm də sosial, siyasi və iqtisadi faktorlar da dayanır.
16. Bundan başqa, hüququn bir çox sahələrinin müvafiq normalarında diferensiasiyaya rast gəlinir. Nümunə qismində əməyin hüquqi tənzimlənməsindəki diferensiasiyaya təsir göstərən subyektiv hallara işçinin yaşı, cinsi və sağlamlığının vəziyyəti aiddir. Belə ki, işə qəbul, əməyin ödənilməsi, iş vaxtı və istirahət vaxtı, habelə əməyin mühafizəsi bir sıra xüsusi şərtlərlə müəyyən olunmuşdur. Diqqətinizə çatdırırıq ki, hüquqda diferensiasiyanı hüquq münasibətlərində ayrı-seçkilikdən də fərqləndirmək lazımdır. Belə ki, diferensiasiya ayrı-seçkilik hesab olunmur. Qaydaların 4.1.6-cı bəndində qeyd olunmuş “valideynlərindən atası məcburi köçkün statusuna malik olan” diferensiasiyası da ayrı-seçkilik kimi qiymətləndirilməməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziy yətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 19. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxi lində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: (-) məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
20. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal o lunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təh sil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Bənd 4.2. “Məcburi k öçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən h imayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
21. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhk əməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandır ılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsu sən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə imtina məktubu və iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunu r.
27. İşin mübahisəsiz hallarından məlumdur ki, iddiaçı məcburi köçkündür. Cavabdeh isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 4.1.6-cı bəndinə istinad edərək iddiaçının uşaqlarına “məcburi köçkün” statusunun verilməsindən imtina etmişdir.
28. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibətdə qeyd edir ki, adıçəkilən Qaydaların 4.1.6-cı bəndinə əsasən ataları məcburi köçkün olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, anaları məcburi köçkün olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilmə si belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi və Konstitusiya Məhkəməsinin qərarları kontekstində eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin tələbinə uyğun olmamışdır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddia tələbini təmin etmişdir.
30. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli 2-1(103)-629/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli 21(103)-629/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.