Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1202/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Məmmədov Vüqar Zirəddin oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 dekabr tarixli 2-1(103)2998/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 2014-cü il 19 mart tarixədək dövlət qulluğunda olmuş, cavabdehin məlumatına əsasən, 2014-cü il 19 mart tarixdən iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək tutduğu vəzifənin hazırda fəaliyyətdə olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatında yardımçı şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmaqla pensiyasına əlavələrin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 5 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, baş idarənin şöbə müdiri vəzifəsində işlədiyi dövrdə iddiaçıya hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə haqq ödənilmədiyindən və həmin dövrə aid mükafatlarla bağlı heç bir rəsmi sənəd təqdim etmədiyindən, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 11 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 1999-cu ilin yanvar ayının 1-dən başlayaraq ardıcıl gələn 60 ay ərzində Kənd Təsərrüfatı Nazirliyində tutduğu baş idarə daxilində şöbə rəisi vəzifəsinin hazırda fəaliyyətdə olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatında yardımçı şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmaqla həmin vəzifə üzrə vəzifə maaşını (780 manat), dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə görə aylıq əlavəni (100 manat), dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə aylıq əlavəni (234 manat), hakimiyyət səlahiyyətinin icrasına görə a ylıq əlavəni (117 manat), məzuniyyətə çıxmağa görə illik müavinəti (780 manat) və vəzifə maaşının 3 misli miqdarında illik mükafatı (2.340 manat) nəzərə alınmaqla onun əmək pensiyası məbləğinin pensiya hüququnun yarandığı 2014-cü il 19 mart tarixdən yenidən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1999-cu ilin yanvar ayının 1-dən başlayaraq ardıcıl gələn 60 ay ərzində Kənd Təsərrüfatı Nazirliyində tutduğu baş idarə daxilində şöbə rəisi vəzifəsinin hazırda fəaliyyətdə olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatında yardımçı şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmaqla, dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə görə verilən əlavə, dövlət qullu ğunda 15 ildən yuxarı qulluq stajına görə vəzifə maaşının 30 (otuz) faizi məbləğində ödənilən əlavə haqq, hakimiyyət səlahiyyətinin icrasına görə 15 % əlavə, dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla onun əmək pensiyası məbləğinin pensiya hüququnun yarandığı 2014-cü il 19 mart tarixdən yenidən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, Kənd Təsərrüfatı Nazirliyində idarə daxilində şöbə rəisi vəzifəsində işləmiş, 2014-cü il 19 mart tarixdən dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Ona pensiya təyin olunan zaman xahiş etmişdir ki, şöbə rəisi işlədiyi dövrdə ardı cıl gələn 60 ay ərzində aldığı dövlət məvacibini qanunvericilikdə nəzərdə tutulmuş qaydada uyğunlaşdırmaqla pensiya təyin olunsun. Həmin vaxt ona bildirmişlər ki, bu halda, mükafatlar nəzərə alınmadığı üçün pensiyanın məbləği az olacaqdır. Lakin sonradan ona məlum olmuşdur ki, bu fikir yanlışdır. Belə ki, “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 6-cı bəndinə əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2005-cı il 1 sentyabr tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dö vlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahıs»nın 2.9-cu bəndinə əsasən, iddiaçının Kənd Təsərrüfatı Nazirliyində baş idarə daxilində şöbə rəisi vəzifəsi hazırda fəaliyyətdə olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatında yardımçı şöbənin müdiri vəzifəsinə uyğundur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2018-ci il 4 oktyabr tarixli 2-1(81)3452/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1999-cu ilin yanvar ayının 1dən başlayaraq ardıcıl gələn 60 ay ərzində Kənd Təsərrüfatı Nazirliyində tutduğu baş idarə daxilində şöbə rəisi vəzifəsinin hazırda fəaliyyətdə olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatında yardımçı şöbənin müdiri vəz ifəsinə uyğunlaşdırılmaqla, dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə görə verilən əlavə dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə vəzifə maaşının 30 (otuz) faizi məbləğində ödənilən əlavə haqq, hakimiyyət səlahiyyətinin icrasına görə 15 % əlavə, dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla onun əmək pensiyası məbləğinin pensiya hüququnun yarandığı 2014-cü il 19 mart tarixdən yenidən hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-cı il 1 sentyabr tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pe nsiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahıs»nın 2.9-cu bəndinə əsasən, iddiaçının Kənd Təsərrüfatı Nazirliyində baş idarə daxilində şöbə rəisi vəzifəsi hazırda fəaliyyətdə olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatında yardımçı şöbənin müdiri vəzifəsinə uyğundur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 dekabr tarixli 2-1(103)-2998/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 14 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 7 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən iddiaçıya mükafat və müavinətləri almasını təsdiq edən arayışın təqdim olunması tələb olunsa da, iddiaçı həmin arayışı nə inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, Ali Məhkəmə tərəfindən pensiya mübahisələri üzrə məhkəmə işlərinin ümumiləşdirilməsi aparılan zaman belə bir nəticə əldə olunmuşdur ki, əgər şəxs dövlət qulluğunda işlədiyi zaman qanunvericiliklə nəzərdə tutulmuş mükafat və müavinətləri almamış, o cümlədən müvafiq ixtisas dərəcəsinə malik olmamışsa, o zaman həmin normalar pensiya təyin olunan zaman iddiaçıya münasibətdə tətbiq oluna bilməz. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul e tməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2- ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və t əklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, “...Azərbaycan Respublikası Prezidentinin 01 sentyab r 2005-cı il tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısı”nın 2.9-cu bəndinə əsasən iddiaçının Kənd Təsərrüfatı Nazirliyində baş idarə daxilində şöbə rəisi vəzifəsi hazırda fəaliyyətdə olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatında yardımçı şöbənin müdiri vəzifəsinə uyğun olduğu üçün ona müvafiq müavinət və əlavələr nəzərə alınmaqla pe nsiya təyin edilməli idi.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etmir. Belə ki, istinad edilən Siyahının (2. 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası /Naxçıvan Muxtar Respublikası/ dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin adları) 2.9-cu bəndinin 4-cü qrafasının 2-ci sütununda “yardımçı şöbənin müdiri” vəzifəsinə baş idarə daxilində deyil, həmin qrafanın 1-ci sütununda “müvafiq icra hakimiyyəti orqanının fəaliyyət göstərməsi ilə bağlı təminatı həyata keçirən idarənin, müstəqil şöbənin (ümumi şöbə istisna olmaqla) rəisi, işlər idarəsinin rəisi, işlər müdiri” uyğunlaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “baş idarə daxilində şöbə rəisi vəzifəsi” (“baş idarənin, idarənin, departamentin şöbə rəisi”)“sektor müdiri” vəzifəsinə uyğunlaşdırılmışdır (Siyahının 2.9-cu bəndinin 5-ci qrafası). Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında» Əsasnamənin 12-ci bəndinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fonduna (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.”. Apellyasiya instansiyası məhkəməsi həmin Fərmana istinad etsə də, iddiaçıya münasibətdə tətbiqi ni əsaslandırmamışdır. “Dövlət qulluğu haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Beləliklə, qanunvericilik təsbit edir ki, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan əlavələr nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki qanunverici əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial tə minatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Bununla yanaşı, dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanmasını tələb edərkən sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan bütün əlavələrin istisnasız nəzərə alınmasını tələb etməkdə haqlı deyildir. Belə ki, qanunvericiliyin təhlilindən müəyyən olunur ki, müəyyən qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olaraq verildiyi halda, digər bir qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənilir. Ona görə də, dövlət qulluqçusunun elə əlavələri nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanundan birbaşa irəli gəl məklə imperativ qaydada dövlət məvacibinin tərkibinə daxil edilməklə verilməlidirlər. Dövlət qulluqçusuna ödənilən mükafatlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbinə münasibətdə aşağıdakılar nəzərə alınmalıdır. “Dövlət qulluğu haqqında” Qanunun 24.1-ci maddəsinə görə, dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə görə, mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şər tləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 8-ci bəndində təsbit edilmişdir ki, dövlət qulluqçusuna işin nəticəsinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Beləliklə, istinad edilən normaların məzmunundan da göründüyü kimi, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunverici dövlət qulluqçusunun hər bir halda, birmənalı olaraq pul mükafatı ilə təltif ediləcəyini təsbit etməmişdir. Bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılı dır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün iddiaçı həmin əlavəni (dövlət qulluğunda olarkən ona ödənilməyən mükafatı) nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilməz. İxtisas dərəcəsinə görə əlavələrə münasibətdə də məhkəmə kollegiya eyni qənaətdədir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 16.1-ci maddəsinə görə, dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinə görə, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə u yğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun 17.5 və 17.6-cı maddələrinə görə, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 12-ci bəndinə əsasən, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay ixtisas dərəcəsinə görə əlavə ödənilir. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, ona “Dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. O, pensiya təyin edilərkən həmin ixtisas dərəcəsinə görə qanunla nəzərdə tutulmuş əlavənin nəzərə alınmasını tələb edə bilər. Bununla yanaşı, iddiaçıya pensiya təyin edildiyinə dair iddia ərizəsində və cavabdehin imtina məktubunda qeyd edilsə də, həmin pensiyanın tərkibinin hesablanmasının hansı qaydada aparıldığına, o cümlədən, iddiaçının iddia tələbində qeyd etdiyi ixtisas dərəcəsinə görə verilən əl avənin, dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə vəzifə maaşının 30 faizi məbləğində ödənilən əlavənin, hakimiyyət səlahiyyətinin icrasına görə 15 faiz əlavənin və 1 aylıq vəzifə maaşı məbləğində müavinətin nəzərə alınıb-alınmadığını təsdiq edən sənəd işdə yoxdur. Mübahisənin düzgün həlli üçün iddiaçının pensiya işinin materialları məhkəmə araşdırmasının predmeti olmayıb. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğ undan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 dekabr tarixli 2-1(103)-2998/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1202/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1202/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver