Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1202/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, BP Exploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: işlə təmin edilmə, kompensasiyanın ödənilməsi və s., iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1985-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdehlər A zərbaycan Respublikası Dövlət Neft Şirkətinə, BP Exploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işlə təmin edilmə, sertifikatların verilməsi, kompensasiyanın ödənilməsi və s.” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2128/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, BP (British Petroleum) və ARDNŞ-nin (SOCAR) Birgə layihəsində kadr hazırlığı üzrə iş təcrübəsi, X4 (neftin av tomatik emal olunması) üzrə keçdikləri sahə üzrə onu və qardaşını və ya onların qruplarının hamısını BP (British Petroleum - Britaniya Petrolu) Şirkətində, memorandum və birgə sazişlərə əsasən işlə təmin etməyi və ya SOCAR-da (ARDNŞ) işlə təmin etməyi, ona təqdim etdiyi Ədliyyə Nazirliyinin (2016-cı ildə təqdim etdiyi) və son şəxsiyyət vəsiqəsindəki kimi İddiaçı Bədəl qızı adı ilə də sertifikat verilməsi və bununla yanaşı, bütün layihə iştirakçılarına, layihəni uğurla başa vursalar da verilməyən, amma vəd olunmuş ikinci sertifikatın da verilməsi, bütün iş təcrübələrini esosial.az və ya elektron hökumət portalına vurulması barədə cavabdehlərin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə öhdəlik qoyulması, ARDNŞ-nın idarəsi üçün “Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssi s” vakansiyasının müsahibə mərhələsinin kamera çəkilişi ilə yenidən keçirilməsi, qanunların tələb və qaydalarının yaxşı tərəflərinin ona və bütün qrupa təyin olunması haqqında və bu zamana kimi 4 il məcbur işsiz buraxıldıqları üçün işsizlik, əməyin təhlükəsizliyi və sağlamlığı haqqında qanunun norma və qaydalarına uyğun kompensasiyanın işi vəd verən sifarişçi BP Şirkətindən və SOCAR-dan müştərək qaydada tutaraq ona və digər qrup iştirakçılarına ödənilməsi və iddia tələbindəki bəndlərin hər birinə dair cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildə yanvar ayının 2-də Qubada anada olmuş, doğularkən ona Aytəkin a dı, Eldarova soyadı verilmişdir. 2016-cı ildə 3 saylı ASAN xidmətdə ad və soyadını dəyişmiş, İddiaçı olmuşdur. Bu səbəbdən təhsil haqqında sənədləri, sertifıkatları, xasiyyətnamələri və s. hər iki adı ilədir. Məmmədova isə ər soyadıdır. BP Exploration Xəzər (Caspian) LTD şirkətində və ARDNŞ-də (SOCAR) 18 fevral 2016-ci ildə imtahan verərək 4 aprel 2016-cı ildən bu layihədə iştirak etməyə başlamışdır. Amma adı dəyişiləndən sonra layihədə iştirak edən zaman 2016-cı ilin iyul ayında ASAN-3, Ədliyyə Nazirliyinə aid sənədləri və daha sonra Aytən adı ilə şəxsiyyət vəsiqəsinin surətini SOCAR - X1 İdarəsinin rəisi Fuad Süleymanova, hüquqşünasına və kadr hazırlığı üzrə təcrübə keçdiyi X8 Mərkəzinin direktoruna təqdim etmiş və bildirmişdir ki, ona sertifikat təqdim edərkən digər dövlət orqanları kim i, nə iki adı ilə, nə də son adı ilə təqdim etsinlər. Sertifikatı 17 fevral 2017-ci il tarixində alsalar da, onun daxil olduğu adı ilə, yəni X6 adı ilə Sertifikat verilmişdir. Halbuki, xx.xx.2017-ci ildə artıq o, İddiaçı idi. Onları, 50-yə yaxın gənci, kadr hazırlanması üçün kadrların hazırlanması sifarişini BP Exploration Xəzər - Caspian LTD Şirkəti versə də, onlara verilən sertifikat Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR tərəfindən verilmişdir. Bu səbəbdən onlara deyilirdi ki, işə götürülmələri üçün iki şans var. Yəni, sifarişi BP şirkəti versə də, hər iki şirkətdə və ya ikisindən birində işlə təmin edilə bilərlər. Bununla yanaşı, müqavilədə onlara təqdim olunacaq Sertifikatların sayı iki olacaqdı, amma digər qruplardan heç kəsə təqdim olunmamışdır. SOCAR-QRTM-dan niyə veri lmədiyini soruşduqda, sifarişçi olan BP Şirkətindən soruşmaları bildirilmişdir. 2016-cı ildə BP şirkətinin sifarişi üçün elan olunmuş iş vakansiyalarına təcrübə keçmək üçün 18 fevral tarixində imtahan verən 483 namizəddən 47 namizəd imtahanlarda daha yüksək nəticə göstərərək layihədə iştirak etməyi qazanmışdır. Onlardan ikisi o və qardaşı olmuşdur. Bu layihə BP Exploration Xəzər - Caspian LTD Şirkətinin sifarişi ilə və ancaq Azərbaycan Respublikasında Qaradağ rayonu ərazisində yaşayanlar üzrə keçirilirdi. Sazişə uyğun məqsəd işsizliyi aradan qaldırmağa və illərlə bu ərazidə yaşayaraq onsuz da sağlamlıq və əməyin təhlükəsizliyindən əziyyət çəkdikləri üçün orada yaşayan gənclərə mənəvi dəstək verilməsi və onların işlə təmin edilməsi olmuşdur. Qruplarında təcrübə keçən gənclərin hər biri ali təhsilli gənclər olmuşdur. Kadr hazırlığı üzrə təcrübə vakansiyaları sadə, yəni ali təhsildən sonra əməliyyatçı - operator vəzifələri olmasına baxmayaraq, sonda iş vəd olunduğu üçün qəbul olan iştirakçılar işdən çıxaraq və ya ikinci təhsil alanlar və ya magistr təhsili alanlar təhsillərini donduraraq bu layihədə kadr hazırlığı üzrə iş təcrübəsi keçmişlər. O və qardaşı da bir il bu layihədə yüksək səviyyədə təhsil almışlar və kadr hazırlığı üzrə iş təcrübəsi keçib işləmişlər. 2006-cı ildə Bakı Dövlət Universitetinin Ümumi İqtisadiyyat, İqtisadi Kibernetika ixtisasını bitirmiş, ilk iş təcrübəsi elə tələbə olduğu zaman sonuncu kursda dərsdən sonra Ədliyyə Nazirliyi və BMT-nin Nəzdində Azərbaycan Respublikası əhalisinin siyahıya alınmasında informasiya operatoru - stajçı olmuşdur. Universiteti bitirdikdən sonra “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin Bakı 3 saylı “Aqrartikinti” Filialının, İqtisadiyyat və İctimaiyyətlə Əlaqələr şöbəsində 3 il “iqtisadçı analitik və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis”, daha sonra rəhbərliyin təklifi ilə elə həmin müəssisədə kadrlar şöbəsində “Kadrlar üzrə baş mütəxəssis” kimi 3 il 5 ay işləmişdir. X7 kompüter proqramist, Xəzər TVdə 10 ildən artıq efirə gedən “İncilər” verilişlərində jurnalist və Lider TV-də efirə gedən “Səhər Çağı”, “Nahardan Əvvəl”, “Sizin Səhhət” və “Shopping Time” tele-layihələrinin İcraçı Direktoru və İctimaiyyətlə Əlaqələr üzrə Direktor vəzifələrində çalışmışdır. Lider TVdə layihələrdə çalışarkən eyni anda həm də Avropadan - İsveçdən Azerspace vasitəsi ilə yayımlanan EuroAztvdə “X3 və Marketinq” Departamentində Dire ktor vəzifəsində müddətsiz müqavilə ilə çalışırmış, BP-nin sifarişi ilə olan BP və SOCAR-ın layihəsində “X4” (Neftin Avtomatik emal olunması) üzrə BP və SOCAR-da təhsil alaraq təcrübə keçdikdən sonra işlə təmin olunacağına söz verildiyi üçün, müddətsiz müqavilə ilə işlədiyi son işindən də çıxmışdır. BP-nin sifarişi ilə olan bu layihədə təhsil aldıqdan sonra sonda işlə təmin olunmaq söz verilsə də, artıq dörd ildir təcrübə keçib bitirsələr də, nə qardaşı, nə özü, nə də qrupda heç kəs BP-nin sifarişi ilə olmasına baxmayaraq, nə BP Şirkətində, nə də SOCAR-da işlə təmin edilməmişdir və hələ də işsizdirlər. İşlədikləri işdən də çıxmaq məcburiyyətində qalmışlar. Dörd dəfə SOCAR-da “kadrların hazırlanması üzrə mütəxəssis”, “mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis”, yenidən “kadrların ha zırlanması üzrə mütəxəssis” və “kadrlar üzrə aparıcı mütəxəssis” kimi elan olunan vakansiyalara müraciət edərək test imtahanlarından yüksək səviyyədə keçmiş, amma BP Şirkətinin onları sifariş verib, kadr hazırlığı üzrə iş təcrübəsi keçməsi və oxutması həmin imtahanların müsahibə mərhələsində işə götürülməmələrinin səbəbi kimi açıq deyilmişdir. BP şirkətinə də dəfələrlə müraciətlər etmiş, amma hələ də cavab ala bilməmişdir. Artıq 36 yaşı olmasına baxmayaraq, 12 illik iş stajı var. BP Exploration Xəzər (Caspian) LTD və ARDNŞ (SOCAR) şirkətində və BP-nin sifarişi ilə olan bu layihədə iştirak etmək səbəbindən artıq 4 ildir həm qardaşı, həm özü, həm də bütün qruplar işsizdirlər. Əgər sonda iş olmayacaqsa, dəfələrlə layihəni, təcrübəni tam başa vurmamış çıxmaq istəmələrini bildirmişlər, amma iş olacağını bildirərək onlara layihədən çıxmamağı məsləhət vermişlər və işin olacağı barədə BP ilə SOCAR-ın sazişi olduğunu bildirmişlər. Artıq 48 aydır bütün qrupu hələ də işlə təmin etməməklə hesab edir ki, hər birinə, yəni layihədə kadr hazırlığı üzrə təcrübə keçən hər bir gəncə 48 ay ərzində üst-üstə ümumilikdə 59232 manat ziyan vurulmuşdur. ARDNŞ-də 3-cü dərəcəli operatorlar işləyir, amma onlar 4-cü dərəcə üzrə operator (əməliyyatçı) olaraq kadr hazırlığı üzrə təcrübə keçsələr də, bu zamana kimi hələ də işlə təmin olunmamışlar. Təcrübə zamanı ən təhlükəli yerlərdən biri olan Qaz emalı zavodunda da maye qaz istehsalı üzrə kalonlarda səhər saat 8-dən axşam 18:00-dək iş təcrübəsi keçmişlər. Amma onlara nə yazılı sənəd təqdim olunmamışdır, nə əmək kitabçası, nə də elektron hökumət portalı nda iş stajı göstərilməmişdir. Bir il ərzində əməyin təhlükəsizliyi norma və qaydalarına riayət olunmamışdır. Kadr hazırlığı zamanı, işlədikləri bir il ərzində ancaq hər ay maksimum 40 (qırx) manat təqaüd almışlar, bunu da ancaq qiymətləri əla olarsa ala bilmişlər. Adından da göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) inzibati orqan olduğu üçün ikisindən birinin hüquqi ünvanı üzrə BP Exploration (Caspian Sea) LTD Şirkətinin də dəvəti ilə hər iki şirkətin memorandum sazişlərini yerinə yetirməmək öhdəliklərinə, yəni bir il 50 gənci kadr kimi hazırlayıb və təhlükəli yerlərdə təcrübə keçirib hələ də memorandumu və sazişi icra etməyiblərsə, bu işə Bakı İnzibati Məhkəməsində baxıla bilər.
3. Bakı İnzibati Məhkəməsinin 2 iyun 2021-ci il tarixli, 2-1(112)-6401/2021 nömrəli qərardadı (hakim A.Ə.Əhədova) ilə iddia mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən qurumlar inzibati məhkəmə icraatında cavabdeh qismində çıxış edə biləcək subyekt ola bilmədiklərindən onlara qarşı tələblərlə bağlı (işlə təmin edilmə, sertifikatın verilməsi, iş təcrübələrinin əmək kitabçası və ya e-sosial.az və ya elektron hökumət portalında sistemə vurulması, müsahibənin keçirilməsi, məcburən işsiz buraxıldığı üçün kompensasiyanın ödənilməsi) mübahisələr də inzibati mübahisə hesab edilə bilməz. Qeyd edilən tələblər mülki xarakterli olmaqla inzibati məhkəmə icraatının predmetinə aid deyildir. İddiaçının eyni cavabdehlər Dövlət Neft Şirkəti (SOCAR) və BP Exploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı ey ni tələblə bağlı iddiası əvvəllər də məhkəmə icraatının predmeti olmuşdur. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 21(112)-6576/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər X5 Şirkəti (Caspian Sea) LTD, Azərbaycan Dövlət Neft Şirkətinə qarşı “işlə təmin edilmə, yenidən müsahibə keçirilmə, iş təcrübələrinin iş stajı kimi əmək kitabçası, e-sosial.az və ya elektron hökumət portalında vurulması, kompensasiyanın ödənilməsi və s.” barədə tələbinə dair iddiası mümkün sayılmamışdır. Sözügedən qərardadla məhkəmə iddianın mümkün sayılmamasının əsası kimi hesab etmişdir ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliyin tələbinə zidd olaraq inzibati orqan olmayan hüquqi şəxslər cavabdehlər kimi seçilərək onlara qarşı iddia qaldırılmışdır. Həmçinin, iddia tələbi inzibati mü bahisəni (publik hüquq sahəsini) təşkil edən mübahisə deyildir. İddiaçının eyni əsaslarla qaldırdığı hazırki tələbi yenidən mümkünlük şərtlərinə cavab vermir. İddiaçının hüquqi şəxslərə yönəlmiş tələbləri ilə bağlı mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır.
5. Bundan başqa, iddiaçının cavabdeh qismində qoyduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ona qarşı yönəlmiş tələblə bağlı məhkəmə göstərmişdir ki, adıçəkilən nazirlik status olaraq inzibati orqan olsa da, ona qarşı yönəlmiş hazırki tələb üzrə qanunla cavabdehliyi müəyyən olunmamışdır. Belə ki, iddiaçı iş təcrübələrinin əmək kitabçası, e-sosial.az və ya elektron hökumət portalında qeyd olunması tələblərini bilavasitə işləmiş olduğu müəssisə və ya qurumdan tələb etməli olduğu halda, qeyd olunan məsələ ilə bağlı tələbini qanunla üzərinə hər hansı vəzifə qoyulmamış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönəltmişdir. İddiaçının məcburi işsiz buraxıldığı üçün işsizlik haqqında və əməyin təhlükəsizliyi və sağlamlığı haqqında qanunun norma və qaydalarına uyğun kompensasiyanın hesablanması ilə bağlı tələbi isə bilavasitə iddiaçının təcrübə keçdiyi hüquqi şəxslər BP Exploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və Dövlət Neft Şirkəti ilə bağlı olub onlara qarşı yönəlmiş tələb olduğundan cavabdeh qismində qoyulmuş inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tələb edilə bilməz. Hazırkı halda, cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi də mümkün hesab edilə bilməz.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2128/2021 nömrəli qərardadı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.Ə.Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 iyun 2021-ci il tarixli, 2-1(112)-6401/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təyin edilməsi ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2-1(103)-2128/2021 nömrəli qərardadı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.Ə.Hüseyn) ilə iddiaçının ərizəsi təmin edilməmişdir.
10. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2021ci il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, dövlət hesabına vəkillə təmin olunmasını və işə mahiyyəti üzrə baxılaraq qərar verilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2-1(102)-264/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2-1(103)-2128/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(103)-1357/2022 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2128/2021 nömrəli qərardadından kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına onun vəkillə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Vəkillər X2 həvalə edilmişdir.
13. Qərardadın icrasının nəticəsi olaraq iddiaçıya dövlət hesabına pulsuz hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil1 vəkil təyin edilmişdir.
14. İddiaçının vəkili məhkəməyə 11 aprel 2022-ci il tarixli ərizə ilə müraciət edərək, kassasiya şikayəti verilməsi üçün heç bir əsas olmadığından kassasiya şikayətini yazmadığını bildirmişdir.
15. Bundan sonra, iddiaçının vəkili məhkəməyə yenidən ərizə ilə müraciət edərək, 11 aprel 2022-ci il tarixli ərizəsinin geri qaytarılmasını və kassasiya şikayətinin qəbul olunmasını xahiş etmiş, ərizəsinə kassasiya şikayətini və orderin əslini əlavə etmişdir. Ərizə Bakı Apellyasiya Məhkəməsinə 10 may 2022-ci il tarixdə daxil olmuşdur.
16. İddiaçı və vəkili məhkəməyə ərizə ilə müraciət edərək şikayət üzrə kassasiyanın mümkün sayılmasını, apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi müddətinin bərpa e dilməsini və müddətin ötürülməmiş hesab olunmasını xahiş etmişlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(102)1202/2022 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2128/2021 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmış və iş yazılı icraat qaydasında baxılmağa təyin edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) iddiaçının kassasiya şikayətinin dəlilləri
18. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417.1.4 və 418-ci maddələrinə istinad edərək göstərmişdir ki, məhkəmə qərardad qə bul edərkən maddi hüquq pozuntusuna yol vermiş və qanunu səhv təfsir etmişdir. Belə ki, cavabdeh qismində qoyduğu orqanlar onun tələbi ilə bağlı cavabdehlik daşıdıqlarından və cavabdehlərin hərəkət və hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeyi pozulduğundan cavabdehlərə qarşı yönəlmiş iddia tələbi mümkün hesab edilməlidir.
19. Bundan başqa, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinə verdiyi iddia ərizəsinin və iddia ərizəsinə əlavənin kassasiya şikayəti ilə əlaqədar vəsatət kimi qəbul olunmasını xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Cavabdeh BP Exploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi kassasiya şikayətinə etiraz təqdim edərək həm apellyasiya şikayətinin, həm də kassasiya ş ikayətinin əsaslarının eynilik təşkil etməklə kassasiya şikayətinin əsassız olduğunu bildirmiş, iddiaçının təqdim etdiyi kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin əsassız olduğunu bildirmiş, iddiaçının təqdim etdiyi kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsas lılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.... 23. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı:...
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.... 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.... 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.2.... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun....
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul e dilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını ) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(102)-1202/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kass asiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliy ə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələləri lazımi qaydada araşdırmış dır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan qaydalara görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müx təlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
32. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır.
33. Hazırkı qərarın 22-ci bəndində istinad olunan Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən də görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələrin ilk növbədə yoxlamalı olduğu hallardan biri də inzibati hüquq münasibətlərində tərəflərdən ən azı birinin «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan, mübahisənin isə inzibati mübahisə olması ilə bağlıdır.
34. Məhkəmələr tərəfindən qeyd olunan hüquqi mövqeyə uyğun araşdırma aparılmış və müəyyən edilmişdir ki, cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və BP Exploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi yuxarıda istinad olunan norma anlamında inzibati orqan kimi fəaliyyət göstərmir. Belə ki, hazırkı mübahisəyə münasibətdə qeyd olunan cavabdehlər mülki dövriyyənin subyekti qismində fəaliyyət göstərirlər və onların həyata keçirdiyi fəaliyyət çərçivəsində gördükləri və görməli olduqları tədbirlər hakimiyyət tədbiri sayıla bil məz. Başqa sözlə, mübahisənin predmetinə münasibətdə onların fəaliyyəti suveren hakimiyyət daşıyıcısının hakimiyyət tədbiri kimi qəbul edilə bilməz. Bu baxımdan, tərəflər arasındakı hüquq münasibəti inzibati hüquq münasibəti, ondan yaranan mübahisə isə inzibati hüquq mübahisəsi kimi qiymətləndirilə bilməz. Mübahisənin inzibati hüquq mübahisəsi sayılması üçün mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, hüquq münasibəti tərəflərindən ən azı birinin yuxarıda istinad olunan norma anlamında inzibati orqan olması və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərinin daşıyıcısı qismində çıxış etməsi mütləq şərtdir. Mübahisənin inzibati-hüquqi xarakter daşıması isə iddianın əsas mümkünlük şərtidir.
35. Məhkəmə kollegiyası digər cavabdehə – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönəlmiş tələblə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
36. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının tələbi onun cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki və BP Exploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindəki iş təcrübələrinin əmək kitabçası, e-sosial.az və ya elektron hökumət portalında qeyd olunmasından ibarətdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati orqan olsa da, iddiaçının tələblərinə cavab verməli orqan olmadığından, habelə, hazırkı halda cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüq uq və qanunla qorunan mənafeləri pozulmadığından həmin cavabdehə qarşı qaldırılmış iddia da mümkün sayılmamalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün zəruri və ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2021-ci il tarixli, 21(103)-2128/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.