Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1203/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1203/19 Bakı şəhəri 24 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Y asamal rayon şöbəsinin müdiri X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2019cu il tarixli, 2-1(103)-58/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı Qərarına əsasən 1 saylı siyahısı üzrə güzəştli şərtlərlə onun pensiya hüququnun təmin edilməsini, 25 noyabr 2009-cu il tarixdən 19 noyabr 2013-cü il tarixə qədər təyin olunmuş pensiyanın məbləğin in, həmçinin 19 noyabr 2013-cü il tarixdən təyin olunmuş əmək pensiyasının yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 27-ci maddələrinin 01 iyun 2008-ci il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxx 1952-ci il tarixdə doğulmuş, 01 iyul 1978-ci il tarixdən 05 iyul 2004-cü il tarixədək “xxxx” ASC-də (keçmiş Bakı Təcrübə Sınaq Zavodunda) malyar peşəsində güzəştli şərtlərlə işləmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən 1 saylı siyahısı üzrə güzəştli şərtlərlə pensiya hüququna m alikdir. Lakin cavabdehə əmək pensiyasının təyin edilməsi ilə bağlı etdiyi müraciətlərə sonuncu rəsmi cavab verməmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2-1(81)5269/2017 saylı qərarı ilə (hakim Müseyib Bayramov) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2018-ci il tarixli, 2-1(103)-376/2018 saylı qərardadı ilə (sədrlik edən hakim Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edilm iş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 51 yaş 6 ayının 25 may 2004-cü il tarixdə tamam olduğunu, 01 avqust 2000-ci il tarixədək 20 ildən çox ümumi iş stajının olmasını, həmin stajın 10 ildən çoxunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı” üzrə güzəştli iş stajına aid olduğunu nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinin 01 yanvar 2006-cı il tarixdə qüvvədə olmuş tələbləri əsasında ona 01 yanvar 2006-cı il tarixdən o rta aylıq əmək haqqı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 01 yanvar 2008-ci il tarixdən sonrakı dövr üçün əmək pensiyasının məbləğinin həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin tələbləri əsasında hesablanması, 01 yanvar 2006-cı il tarixdən 25 noyabr 2009-cu il tarixədək ödənilməmiş pensiya məbləğinin, habelə 25 noyabr 2009-cu il tarixdən sonrakı dövr üçün pensiya məbləğində yaranacaq fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2-1(81)3444/2018 saylı qərarı (hakim Elçin Məmmədov) ilə iddia təmin edil mişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının 01 avqust 2000-ci il tarixinə qədər 10 ildən çox zərərli əmək şəraitində əmək stajı və 20 ildən çox ümumi əmək stajı toplandığı nəzərə alınaraq, 25 may 2004-cü il tarixdə 51 yaş 6 ayı tamam olduğuna görə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8, 32.2-ci maddələrinə əsasən 01 yanvar 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, 01 yanvar 2008-ci il tarixdən isə orta aylıq əmək haqqının hesablanmasında məhdudiyyətin tətbiq edilməsi aradan qaldırıldığından, həmin tarixdən orta aylıq əmək haqında məhdudiyyət tətbiq edilmədən hesablama aparılmalıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş e tmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2019-cu il tarixli, 2-1(103)-58/2019 saylı qərarı ilə (sədrlik edən hakim Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında təkrar göstərmiş və əlavə olaraq bildirmişdir ki,iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 25 may 2004-cü il tarixdə yaranmışdır və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanunu 01 yanvar 2010-cu il tarixindən sonra yaranmış münasibətlərə tətbiq olunmalıdı r. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 1.0.10, 9.8, 21.1, 26.2, 31.1, 31.2, 37.7, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li əlavə ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayəti ndə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 27-ci maddələrinin tələblərini sadalanmış, lakin onların hansı qaydada tətbiq edilib edilməməsi barədə əsaslandırma aparmamışdır. Digər əsas kimi bildirilmişdir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən hazırda qüvvədə olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”na istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə həmin siyahı ləğv edilmiş və yeni siyahı təsdiq olunmuşdur. Apellyasiya məhkəməsinin qərarında qeyd olunan siyahının tamamilə iddiaçının vəz ifəsinə aid olmayan peşə koduna istinad olunmuşdur. Dəlilin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9, 27.1, 27.2, 27.3-cü maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçıvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş,lakin sonuncu ona pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı 01 iyul 1978-ci il tarixdən 05 iyul 2004-cü il tarixədək “xxxx” X1 Bakı Elektrik Termik Avadanlığı Zavodunda (indiki “xxxx” ASC) müxtəlif peşələrdə, o cümlədən 07 avqust 1989-cu il tarixdən 05 iyul 2004-cü il tarixədək güzəştli şərtlərlə qapalı kamera şəraitində rəng vuran tapançayla rəngsaz peşəsində işləyərək, 01 avqust 2000-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı” üzrə 10 ildən çox güzəştli iş stajı və 20 ildən çox ümumi iş stajı toplamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 1 №-li əlavədə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında “Xİ. Metal emalı bölməsinin, metal emalı üzrə sair peşələr yarımbölməsində kod 1110400a - 13450 rezervuarlarda, gəmilərin bölmələrində, qapalı kameraları nda məşğul olan rəngsazlar” vəzifələri qeyd edilmişdir. İddiaçının 01 avqust 2000-ci il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, eləcə də, 25 may 2004-cü il tarixdə 51 yaş 6 ayı tamam olduğuna görə 01 yanvar 2006-cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş e dildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianınq anuni əsaslarını düzgün müəyyən etmişdir. Apellaysiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 may 2004-cü il tarixində 51 yaş 6 ayı tamam olduğu vaxt onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından, tələbi əsaslı olmuşdur. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 57 yaşı olan zaman, yəni 25 noyabr 2009-cu il tarixindən düzgün olaraq təyin edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Cavabdehin istinadına görə, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 25 noyabr 2009-cu il tarixinə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu m üddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları ha qqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. İddiaçının pensiya hüququnun iddia edilən müddətdə, yən i 01 yanvar 2006-cı il tarixinə istinad edilən Qanunun müddəaları eyni mətnli olmaqla, yalnız yuxarıda göstərilmiş 9.8-ci maddənin eyni mətni 9.5-ci maddə kimi müəyyən edilmişdir. Yəni, 01 yanvar 2006-cı il il tarixindən 25 noyabr 2009-cu il tarixinə qədər Qanunun 9-cu maddəsinə müxtəlif müddəalar əlavə edilmişdir ki, nəticədə 9.5-ci maddə 9.8-ci maddəsi kimi hesab edilmişdir. Lakin iddiaçının tələblərinə bu dəyişikliklər hər hansı bir qaydada təsir etməmiş və maddələrin tələbləri eyni mahiyyətli olmaqla, eyni şərtlərlə şəxsə peniya hüququnun yaranamasının əsaslarını müəyyən etmişdir. Belə ki, istinad edilmiş 9.8-ci (müvafiq olaraq zamana görə qüvvədə olmuş 9.5-ci maddəyə) maddəyə görə əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunm uşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı” təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir ist ehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Bü müddəaya əsaslanmaqla apellyasiya məhkəməsi müəyyən etmişdir ki, 01 avqust 2000-ci il tarixinə iddiaçı 20 il ümumi iş stajını toplamışdır. Habelə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələ rin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nda 1110400a - 13450 kodla qeydə alınmış “qapalı kameralarında məşğul olan rəngsazlar”peşəsində nəzərdə tutulmuş işlərdə azı 10 işləmişdir. Həmin peşələr iddiaçının işlədiyi “xxxx” X1 Bakı Elektrik Termik Avadanlığı Zavodunda (indiki “xxxx” ASC) siyahının “Xİ.Metal emalı”bölməsində göstərilmiş istehsal sahəsinə aid olmuşdur. Qeyd edilmiş əsaslara görə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin nəticəsi ilə razılaşaraq hesab edir ki, iddiaçının 51,6 yaşı tamam olan vaxtdan, yəni 25 may 2004-cı il tarixindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdehun müəyyən edilmiş siyahı üzrə peşə və istehsalata dair bildirdiyi dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin müəssisənin “Xİ.Metal emalı”böl məsinə aid olması həmin bölmənin yarımbölməsi kimi qeyd edilmiş “3.Termiki emal” istehsalat sahəsinin göstərilməsi, iddiaçının peşəsinin isə “5.Metal emalı üzrə sair peşələr” yarımbölməsində müəyyən edilməsi sübuta yetirir. İddiaçının orta aylıq əmək haqqı əsas götürülməklə pensiyanın hesablanmasına münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apardığı qiymətləndirməni əsasən, düzgün hesab edir və bu hissədə cavabdeh tərəfindən yalnız maddələrin mətni göstərməklə hər hansı bir dəlillər bildirilmədiyindən, əlavə qiymətləndirmənin apaılmasını mümkün hesab etmir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tə ləblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin müdiri... tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2019-cu il tarixli, 2-1(103)-58/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1203/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1203/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver