Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1203/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) Giriş hissə: 30.06.2021 Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı dövlət büdcəsi hesabına ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 8000 manat vəsaitin ödənilməsi tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-150/2021 nömrəli iş üzrə 29.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayət inə əsasən işə 30 iyun 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdehnə qarşı dövlət büdcəsi hesabına ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 8000 manat vəsaitin ödənilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, anası X1 rayonu, Turan qəsəbəsində valideynləri ilə birgə yaşadığından Şəki AİK-nın 18 noyabr 1998-ci il tarixli 59 saylı Qərarı ilə digər beş nəfər ailə üzvləri ilə birlikdə onlara 14.89 ha torpaq sahəsi verilmişdir. Həmin vaxt iddiaçının adı ailə üzvlərinin siyahısında olmasına baxmayaraq ona pay torpağı verilməmişdir. İddi açı payına düşməli olan 2.48 ha torpaq sahəsi və ya həmin torpaq sahəsinin alınması üçün tələb olunan vəsaitin onun hesabına yatırılması barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan isə məktubu aidiyyəti üzrə Şəki şəhər İcra Hakimiyyətinə göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(116)536/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1100-cü maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 89.1, 89.2-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 1, 11, 20, 21, 22-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmamışdır.
5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(116)-536/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.03.2021-ci il tarixli, 2-1(107)-150/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(116)-536/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarını, eləcə də İPM-nin 34.1, 82-ci maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, doğulandan anası Pərvanə Ramazanova ilə birgə onun valideynlərinin evində yaşamışdır. Şəki rayon Aqrar İslahat Komissiyası islahat apararkən 1 noyabr 1998-ci il tarixli 59 saylı Qərarı ilə digər ailə üzvlərinə 14.89 ha torpaq sahəsi ayrılsa da, ona pay torpaq sahəsi ayrılmamışdır. Bununla bağlı Cavabdehnə mü raciət etsə də, sonuncu müraciətini Şəki rayon İcra Hakimiyyətinə ünvanlamışdır. Ancaq Şəki rayon İcra Hakimiyyəti də müraciətinə heç bir cavab verməmişdir.
9. Apelyasiya şikayətini təmin etməyən məhkəmə kollegiyası formal olaraq «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası Qanunun 1, 11.1, 20-ci maddələrinə, «İnzibati icraata haqqında» Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1100-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad edərək dispozisiya şərtlərinin mövcud olmaması əsası ilə rədd etmişdir.
10. Halbuki, o, «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin 2-ci hissəsinə istinad edərək göstərmişdir ki, qanun qüvvəyə minə n günədək həmin ərazidə qeydiyyatda olmaqla yaşadığından onun da pay almaq hüququ olmuşdur. Dövlət orqanları onun adını adlı Siyahıya salmamaqla qanunsuzluğa yol vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Dövlət orqanlarının hərəkətsizliyi nəticəsində ona torpaq payı verilməmişdir. İş materialları ilə də ona torpaq islahatı aparılarkən orada yaşamağına baxmayaraq ad ının adlı siyahıya daxil edilməməsi, hazırda da bələdiyyədə ona torpaq ayrılması üçün torpağın olmaması müəyyən olunur. Məhkəmə işin o halına qiymət verməmişdir ki, torpaq islahatı aparılarkən onun adı hansı səbəbdən adlı siyahıya daxil edilməmişdir. O, inzibati orqanın hərəkətsizliyini həmin hissədə qanunsuz olmasını hesab etdiyindən hazırkı iddianı qaldırmışdır.
11. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 29.03.2021-ci il tarixli, 2-1(107)-150/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatlar ı
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvə də olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin 29.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilm əməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
19. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsi və kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının anası X2 Şəki rayonu, Turan qəsəbəsində valideynləri ilə birgə yaşadığından Şəki AİK-nın 18 noyabr 1998-ci il tarixli 59 saylı Qərarı ilə digər beş nəfər ailə üzvləri ilə birlikdə onlara 14.89 ha torpaq sahəsi verilmişdir. Həmin vaxt iddiaçının adı ailə üzvlərinin si yahısında olmasına baxmayaraq ona pay torpağı verilməmişdir. İddiaçı payına düşməli olan 2.48 ha torpaq sahəsi və ya həmin torpaq sahəsinin alınması üçün tələb olunan vəsaitin onun hesabına yatırılması barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan isə məktubu aidiyyəti üzrə Şəki şəhər İcra Hakimiyyətinə göndərmişdir.
20. Qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində yazır ki, “ancaq mənə pay torpağı verilməmişdir. X6 Komissiyası ləğv olunmuş, onların səlahiyyətlərini həyata keçirən orqan yoxdur. X7 İslahat Komissiyası ləğv edilərkən onun hüquqi varisi müəyyənləşdirilməmişdir. Dəfələrlə Şəki rayon İcra Hakimiyyətinə, Şəki rayon Turan qəsəbə Bələdiyyəsinə pay torpağı ilə əlaqədar müraciət etmişəm, ancaq mənim payımı vermirlər və bildirilər ki, bələdiyyə balansında əkin s ahəsi yoxdur. Mən bələdiyyə torpağından pay torpağımı verməsini istəyirəm.”
21. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, hazırkı inzibati mübahisənin yaranmasının səbəbi Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 saylı qərarı ilə Pərvanə Ramazanovaya verilmiş 14,89 hektar torpaq sahəsindən iddiaçıya onun iddia etdiyi payın verilməməsidir.
22. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Həmin Qanunun 1ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və s ahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir.
23. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək olmuşdur. 24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları müəyyən edilərək 11-ci maddəsinin 1- ci bəndi ilə müəyyən edilmişdir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir.
25. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 26. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səl ahiyyətləri hüdudlarında cəvabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir.
27. Həmin Qanunun 7-ci maddəsinə görə Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini tə'yin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir. Rayon aqrar islahat komissiyasının tərkibinə rayon (şəhər) icra hakimiyyətinin, ra yon xalq deputatlar sovetinin, kənd təsərrüfatı idarəsinin, Dövlət Əmlak Komitəsinin, torpaq şö'bəsinin, statistika idarəsinin, aqrar-sənaye kompleksi işçiləri həmkarlar ittifaqının rayon komitəsinin, təsərrüfatların, rayon ictimaiyyətinin nümayəndələri daxil edilir. Komissiya: rayon aqrar islahat proqramını hazırlayır və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının (Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının) təsdiqinə təqdim edir; rayon ərazisində aqrar islahatın aparılmasını tə'min edir; islahatın maliyyə tə'minatı ilə əlaqədar təkliflərini aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və ayrılan vəsaitin tə'yinatı üzrə istifadəsini tə'min edir; bələdiyyə mülkiyyətinə veriləcək torpaq və əmlak haqqında təkliflərini (müvafiq nazirlik və baş ida rələrin rəyləri ilə) Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına təqdim edir; yerli aqrar islahat komissiyalarına səlahiyyətinə aid məsələlər üzrə zəruri normativ sənədləri və tə'limatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s.
28. Burada xüsusi olaraq qeyd edilməlidir ki, torpaq islahatı məsələləri ilə yuxarıda göstərilmiş maddi hüquq normalarından göründüyü Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları məşğul olmalıdırlar.
29. Belə olan halda iddiaçının Cavabdehnə qarşı hazırkı iddia tələbi ilə qanuna uyğun deyil, eyni zama nda bu cür tələb üzrə İqtisadiyyat Nazirliyi də məsuliyyət daşıyan orqan kimi çıxış edə bilməz.
30. Bununla yanaşı nəzərə alaraq ki, rayon və yerli aqrar islahat komissiyaları müvafiq rayon icra hakimiyyətinin tabeliyində fəaliyyət göstərirdi, belə olduğu təqdirdə iddiaçı sözügedən pul kompensasiyasının alınması üçün Şəki rayon İcra Hakimiyyətinə müraciət etmək hüququna malikdir, Maliyyə Nazirliyi isə hazırkı iddia tələbi üzrə cavabdeh ola bilməz.
31. Məlum olduğu kimi İPM-nin 35.1 maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar da mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
32. Belə olan halda iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin 29.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.03.2021-ci il tarixli, 21(107)-150/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçının iddiası mümkün sayılmasın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.