Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1203/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1941, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-183/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxx 1941 -ci il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur və hazırda ünvan 1 ünvanında yaşayır.
2. İddiaçının həyat yoldaşı X3 1996-cı il tarixdən əmək pensiyası təyin olunmuş və ödənilmişdir. 3. 2 saylı Zona TSEK-in SER TSE-01 21066 saylı arayışına əsasən X3 03 fevral 2011-ci il tarixində birinci dərəcəli əlillik təyin edilmiş, 18 iyul 2016-cı il tarixdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən X2 əlilliyinin səbəbi dəyişdirilərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1722 nömrəli, 28 sentyabr 2017-ci il tarixli qərarı ilə X3 18 iyul 2016-cı il tarixdən təyin edilmiş əlilliyə görə pensiyanın 03 fevral 2011-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunmuşdur.
5. X4 23 fevral 2018-ci il tarixdə vəfat etmişdir. 6. 02 mart 2018-ci il tarixdə DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin qərarı ilə iddiaçı ya ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin olunmuş və pensiyanın məbləği 716,48 manat hesablanmışdır.
7. İddiaçı cavabdehə 05 noyabr 2018-ci il tarixdə müraciət edərək mərhum ərinə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.
8. Cavabdeh iddiaçıya 28 dekabr 2018-ci il tarixli məktubla cavab verərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.2.5-ci maddəsində qeyd olunan əlavənin ödənilməsinə dair idarənin üzərinə hər hansı bir vəzifə qoyulmadığını bildirmiş və iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3 fevral 2011-ci il tarixdən 21 fevral 2018-ci il tarixə qədər həyat yoldaşının əmək pensiyasını “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.1-ci maddəsinə əsasən yenidən hesablayaraq qalıq hissənin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X4 1996-cı il tarixdən əmək pensiyası almışdır. 03 fevral 2011-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ərazi üzrə Tibbi Sosial Ekspertiza Komissiyasında müayinədən keçdikdən sonra ona İ qrup əlillik verilmişdir.18 iyul 2016-cı il tarixdən qeyd olunan komissiyanın qərarı ilə həyat yoldaşına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müdafiə ilə əlaqədar İ qrup əlillik təyin olunmuşdur. 2017-ci i lin yanvar ayından həyat yoldaşı əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh bildirmişdir ki, ona əmək pensiyası ödənilir və heç bir əlavə ona düşmür. Bu işlə bağlı həyat yoldaşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamışdır. Lakin, cavabdeh tərəfindən qərar icra olunmamışdır. 23 fevral 2018-ci il tarixdə onun həyat yoldaşı X4 xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 19.2.5-ci maddəsinə əsasən əmək pensiyası yenidən hesablanaraq və qalıq hissəsinin ödənilməsi barədə sərəncam verilməsi tələbi ilə 05 noyabr 2018-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.5-ci maddəsində qeyd olunan əlavənin ödənilməsinə dair İdarənin üzərinə hər hansı bir vəzifə qoyulmamışdır.
11. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı özü şəxsən “Əmək pensiyaları haqqında” Qanunun əvvəlki 19.2.5-ci və ya hazırda qüvvədə olan 19.1.7.1-ci maddəsinə əsaslanmaqla belə bir tələb irəli sürürsə, onda iddiaçının hüququnun olmadığı aşkardır. Çünki, hər iki maddə yalnız müharibə əlillərinə aiddir. İddiaçı ailə başçısını itirməyə görə pensiya alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17. 2-ci maddəsi ailə başçısını itirməyə görə pensiyanın hesablanması qaydasını müəyyən edir. Həmin maddəyə əsasən, ailə başçısını itirməyə görə pensiya ailə başçısının təminat xərcliyindən hesablanır. İddiaçının mərhum ərinin əlil kimi aldığı pensiya məbləğinin iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın miqdarının müəyyənləşdirilməsində heç bir rol oynamır. Əgər iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi əsasında mərhum Q.Məmmədova hesablanıb ödənilməli olan məbləği tələb edirsə, bu tələbə inzibati icraatda baxıla bilməz. Q.Məmmədovun tələbinin təmin olunması haqqında apellyasiya məhkəməsinin qərarı qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İddiaçı, qərarın icrası mərhələsində ərinin hüquqi varisi kimi hüquqlarının pozulduğunu iddia edirsə, onda məhz icra icraatı çər çivəsində bu məsələlərə hüquqi qiymət verilə bilər. İddiaçının bu məsələ ilə bağlı ayrıca iddia qaldırmaq hüququ yoxdur. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 nömrəli, 18 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.1-ci maddəsi yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə şamil olunur. İddiaçının mərhum əri isə əlilliyə görə əmək pensiyası almışdır. Bu səbəbdən də, iddiaçının tələb etdiyi həmin maddənin mərhum ərinin pensiyasına tətbiq edilməsi qanunvericiliyə uyğun deyil.
14. İddiaçı apellyasiya şikayəti verərək həmin qə rarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2921/2019 nömrəli, 13 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər S.S.Seyidova /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov, İ.B.Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 nömrəli, 18 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. kassasiya instansiyası məh kəməsində birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)777/2020 nömrəli, 24 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və R.S.Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2921/2019 nömrəli, 13 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında iddiaçının ərinə hər hansı növ - yaşa görə, əlilliyə görə və ya sosial pensiya təyin olunması barədə sübut yoxdur. İddiaçının əri pensiyaçı olduğundan və ona təyin olunan pensiyanın məbləği mübahisələndirildiyinə görə, məhkə mələr İPM-in 12-ci maddəsinin tələblərinə əməl olunması üçün həmin pensiya işini tələb etməklə iddiaçının dəlillərini araşdırmalı, pensiya işi əsasında ona hansı əsaslarla pensiya təyin olunduğunu müəyyən etməli idi. X1 pensiya işinin əldə olunması üçün sorğu verilməmişdir. Təkrar apellyasiya baxışı zamanı sözügedən pensiya işi tələb olunub, iddiaçıya hansı növ pensiya təyin olunduğu və pensiyanın düzgün hesablandığı araşdırılmalı və nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-124/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və M.A.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 nömrəli, 18 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1070/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-124/2021 nömrəli, 03 mart 2021-ci il tar ixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
24. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin ilkin kassasiya baxışında məhkəmənin göstərişi bundan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi pensiya işini tələb etməklə iddiaçının dəlillərini araşdırmalı, pensiya işi əsasında iddiaçının mərhum ərinə hansı əsaslarla pensiya təyin olunduğunu müəyyən etməlidir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi də buna uyğun olaraq pensiya işini tələb etsə də, iddiaçının mərhum ərinə hansı əsasla pensiya təyin olunması ilə bağlı tam, hərtərəfli araşdırma aparmamış, gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş mərhum X3 məxsus pensiya işinin təsdiq olu nmuş surətindən (iş v.221) görünür ki, 1938-ci il 26 noyabr təvəllüdlü X3 1996-cı il 1 avqust tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, iddiaçının mərhum əri əlilliyə görə əmək pensiyası almışdır. "Əmək pensiyaları haqqında” Qanununun 19.1.7.1 -ci maddəsi isə yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə şamil olunduğundan, iddiaçının tələb etdiyi həmin maddənin mərhum ərinin pensiyasına tətbiq edilməsi qanunvericiliyə uyğun deyildir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materialları ilə üst-üstə düşmür. Məhkəmə iddiaçının mərhum ərinə təyin edilmiş pensiyanın növü ilə bağlı pensiya işində göstəriləndən fərqli nəticəyə gəlsə də, hansı əsasla bu nəticəyə gəldiyini öz qərarında qeyd etməmişdir. Bundan başqa, iddiaçı bu mövqeyini - mərhum ərinə 1996-cı ildə yaşa görə əmək pensiyası təyin olunmasını - apellyasiya şikayətinin dəlillərində də qeyd etmişdir. Buna baxmayaraq, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin bu dəlilini qiymətləndirməmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-183/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, İ.Ə.Kərimli və S.İ.Bəktaşi) apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 nömrəli, 18 sentyabr 20 19-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, daha öncə iddiaçının mərhum həyat yoldaşı X5 hazırkı tələblə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli, 2-1 (103)1722/2017 nömrəli qərarı ilə iddiaçı X3 18 iyul 2016-cı il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın 03 fevral 2011-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edilmişdir. Həmin qərar qüvvəyə minmişdir. Hazırda da iddiaçı 03 fevral 2011-ci il tarixdən 21 fevral 2018-ci il tarixə qədər həyat yol daşının əmək pensiyasını yenidən hesablayaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.1-ci maddəsinə əsasən qalıq hissəsinin birdəfəlik ödənilməsini tələb edir. Qeyd edilməlidir ki, əvvəlki qərar qəbul edilən zaman, iddiaçının hazırda irəli sürdüyü tələblə bağlı hissəyə də qiymət verilmişdir. Eyni tələbin yenidən məhkəmə baxışının və araşdırmasının predmeti olması yolverilməzdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.
27. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilm əsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
28. Məhkəmə kollegiyasının istinad etdiyi qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1031-1722/2017 nömrəli, 28 sentyabr 2017-ci il tarixli qərarında tətbiq edilən maddələr və hazırki iş üzrə iddia tələbinin əsasları tamamilə fərqlidir və mahiyyətcə eyni deyil.
29. Əvvəlki qərarda pensiyanın yenidən hesablanmasına dair “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.1-ci maddəsi tətbiq edilməmiş və nəticədə, həmin qərarın icrası mümkün olmamışdır. Məhz bu səbəbdən həmin maddəni tətbiq etməklə pensiyanın yenidən hesablanması barədə iddia qaldırılmışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən həmin tələblə çıxış etmək hüququ vermir. TƏTBİQ EDİLƏN HÜQUQ
31. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya p roses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
58. Sübutların araşdırılması qay dası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasi ya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. 34.
35. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİ YASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
40. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 1 saylı Bak ı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-563/2017 saylı, 27 aprel 2017-ci il tarixli qərarı ilə iddiaçının mərhum həyat yoldaşının əmək pensiyasının 01 yanvar 2007-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilmiş, həmin qərardan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli, 2-1(103)1722/2017 nömrəli qərarı ilə qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-563/2017 saylı, 27 aprel 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X3 18 iyul 2016-cı il tarixdən təyin edilmiş əlilliyə görə əmək pensiyasının 03 fevral 2011-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə olunmuşdur. Həmin qərar qanuni qüvvəyə minmişdir.
41. Hazırda iş üzrə iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər həyat yoldaşının əmək pensiyasının yenidən hesablanmasını və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.1-ci maddəsinə əsasən pensiya üzrə qalıq hissənin birdəfəlik ödənilməsini tələb edir.
42. Bununla bağlı nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsi nin qanuni qüvvəyə minmiş məhz həmin qərarında iddiaçıya əlilliyə görə əmək pensiyanın 18 iyul 2016-cı il tarixdən təyin edildiyi və əlilliyə görə əmək pensiyanın 03 fevral 2011-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi müəyyən olunmuşdur. a) Bu zaman həm də nəzərə almaq lazımdır ki, X3 18 iyul 2016-cı il tarixdən təyin edilmiş əlilliyə görə əmək pensiyasının 03 fevral 2011-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması ilə bağlı apellyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı, yenidən hesablama zamanı həmçinin qanunla nəzərdə tutulmuş əlavələrin hesablanmasını da ehtiva edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli, 2-1(103)-1722/2017 nömrəli qərarının əsaslandırma hiss əsində də “pensiyanın və əlavənin yenidən hesablanmasından cavabdehin imtinasının əsassız olduğu qeyd olunmuşdur”. Bu baxımdan həmin qərar qəbul edilən zaman, iddiaçının hazırda irəli sürdüyü tələbə də hüquqi qiymət verildiyi diqqətə alınmalıdır. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisə üzrə iddia tələbi iddiaçının hüquqi marağının məzmunu və nail olmaq istədiyi məqsəd baxımından qeyd olunan iş üzrə iddia tələbi ilə eyni xarakter daşıyır.
43. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
44. Bununla yanaşı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı tələblə əhatə olunan məsələ icra icraatı çərçivəsində həll olunmalı məsələdir. Bu zaman həmin tələbə mərhum X3 2011-c i il tarixdən tətbiq edilməklə 18 iyul 2016-cı il tarixdən təyin edilmiş əlilliyə görə əmək pensiyası nəzərə alınmaqla qiymət verilməlidir.
45. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddianın mümkün sayılmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-183/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.