Məhkəmə qərarları › İş №2-1(102)-1204/2017

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1204/2017

30.05.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1204/2017 30.05.2017 ALİ MƏHKƏMƏ Surəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-1204/2017) Bakı şəhəri 30 may 2017-ci il giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəsi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabde h Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı güzəştli şərtlə pensiya təyin olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(105)-168/2017 saylı, 07 mart 2017-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında 30 may 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək qaynaqçı işlədiyi peşənin güzəştli iş stajına daxil edilərək 52 yaşdan, 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla pensiya təyin edilməsi, yaranmış fərqin birdəfəlik ödən ilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-817/2017 saylı, 31 yanvar 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)168/2017 saylı, 07 mart 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş, lakin şikayət üzrə qanunla müəyyən edilmiş müddəti buraxmışdır. prosessual məsələlər: Cavabdehin vəkili məhkəmə iclasında bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının surətini 17 mart 2017-ci il tarixdə almış, kassasiya şikayətini 24 aprel 2014-cü il tarixdə təqdim etmişlər. İşə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Kassasiya şikayəti üzrə müddətin buraxılması ilə bağlı tərəflərin dinlənilmə hüququnu təmin etmək və kassasiya şikayəti üzrə müddətin buraxılması, yaxud bərpasına aydınlıq gətirilməsi üçün bununla bağlı kassasiya şikayətinin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması 30 may 2017-ciil tarixətəyin edilmiş, cavabdehə göndərilən bildirişdə həmin tarixədək qeyd edilən nöqsanların aradan qaldırılması, yaxud müddətin buraxılmaması barədə sübutlarını təqdim etməsi təklif edilmişdir. İnzibati Prosessual Məcəllənin 9 6.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır... Həmin Məcəllənin 94.1-ci maddəsinə görə kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İşdə olan sənədlərdən görünür ki, Su mqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 07 mart 2017-ci il tarixli qərarının surətini cavabdeh 17 mart 2017-ci ildə poçtla almışdır. Kassasiya şikayəti üzrə son müddət 17 aprel 2017-ci il tarixdir. Lakin kassasiya şikayətinə əlavə edilmiş vəkilin orderinin və kassasiya şikayətinin imzalanma tarixi 24 aprel 2017-ci ildir. Kassasiya şikayəti də 24 aprel 2017-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayəti 17 aprel 2017-ci il tarix də daxil olmaqla həmin günə qədər verilməmişdir. Cavabdehə kassasiya şikayəti üzrə müddətin ötürülmədiyini təsdiq edən sübutun təqdim edilməsi təklif edilmiş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmaması barədə xəbərdarlıq edilmiş, lakin məhkəmə kollegiyasına bu barədə hər hansı sübut təqdim ed ilməmişdir. Cavabdehin vəkili məhkəmə iclasında da qərarın surətini 17 mart 2017-ci il tarixdə aldığını, lakin kassasiya şikayətinin 24 aprel 2017-ci il tarixdə tərtib edilərək təqdim edildiyini bildirərək bu barədə mübahisə açmamışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarını tam formada 17 mart 2017-ci il tarixdə alsa da, həmin qərarda ondan şikayət vermə müddətinin qərarın təqdim olunma gündən 30 gün müddətində olması qeyd edilməsinə baxmayaraq həmin müddətdə kassasiya şikayəti verməyərək şikayət üzrə müddəti buraxmışdır. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhk əmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kassasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kassasiya mümkün sayılmayaraq kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.3-cü maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-168/2017 saylı, 07 mart 2017-c i il tarixli qərarından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir. Sədrlik edən: Hakimlər: İmza var İmza var İmza var “03” səhifə düzdür Hakim Rahib Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar