Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1204/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1204/19 Bakı şəhəri 24 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Qalib Məmmədovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fond unun Bakı şəhəri Sabunçu rayon şöbəsinin vəkili XXXnin iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin müdiri X2tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2-1(103)-2964/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək kitabçasında öz əksini tapmış bütün dövrlərin iş stajına daxil e dilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 1999-cu ildən 2003-cü ilədək DƏN-in Ticarət və Xidmət müəssisəsi və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzində 1-ci dərəcəli satıcı vəzifəsində işlədiyi dövrün iş stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, onun 25 ildən artıq iş stajı mövcud olmuşdur ki, bu da onun əmək kitabçası və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İst ehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş arxiv arayışı ilə təsdiq olunmuşdur. Göstərilənlərə əsasən, iddiaçı ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə onun pensiyanın təyin edilməsi üçün tələb olunan siğorta stajının olmamasına istinad etməklə qanunsuz olaraq imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etiraz təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2-1(82)3061/2018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik 01 yanvar 2006-cı il tarixədək olan dövrə aid iş stajının dövlət arxiv arayışları ilə təsdiqlədiyi hallarda əmək pensiyas ının təyin edilməsini müəyyən etmiş, habelə həm iddiaçının siğorta stajını əhatə edən dövrdə qüvvədə olmuş, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, iş stajını müəyyən edən əsas sənəd əmək kitabçası hesab olunmuşdur. İddiaçının tələb olunan iş stajının onun əmək kitabçası ilə öz təsdiqini tapması, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2-1(103)-2964/2018 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsin in qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 05 sentyabr 1975-ci il tarixdən 27 noyabr 2003-cü il tarixədək müxtəlif vəzifələrdə işlədiyi dövrləri təsdiq edən əmək kitabçası mövcuddur ki, həmin əmək kitabçasında əks olunmuş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sübut hesab edilməlidir. İddiaçının 15 sentyabr 2017-ci il tarixdə 60 yaşı tamam olmuş və o, həmin vaxtadək qanunla tələb olunan minimum siğorta stajından staja malik olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1, 15.2, 19.1, 19.2, 24.1, 24.3, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 7, 21.1, 22.1, 31.1, 32.1, 31.2-1, 37.7-ci maddələri il ə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə siğortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilməyə çalışılmış, lakin iddiaçının işlədiyi dövrlər üzrə əmək kitabçasında göstərilmiş qeydlərlə bağlı aidiyyəti sənədlər arxivə təqdim edilməmişdir. İşəgötürən tərəfindən verilən arayışda isə iddiaçının yalnız 24 yanvar 1981-c i il tarixdə işə qəbul edildiyi, 26 iyun 1995-ci il tarixdən isə işdən azad edildiyi qeyd olunmuşdur ki, bu da 14 il 06 ay təşkil etmişdir. İddiaçının qanunla nəzərdə tutulmuş 25 il stajı müəyyən edilmədiyindən ona yaşa görə əmək pensiyasınn təyin edilməsindən imtina olunmuşdur. Kassasiya şikayətində göstərilən dəlilinin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyalarının təyin edilməsi, sosial siğorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansi yası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxxxxxx 1957-ci il tarixdə Ermənistan Sisiyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Dövlət Arxivinin Bakı filialının 27 avqust 2018-ci il tarixli, 2410 saylı məktubunda qeyd olunmuşdur ki, Nərimanov rayon Yeyinti Ticarəti, İctima i İaşə İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İddiaçının əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 05 sentyabr 1975-ci il tarixdən 20 iyun 1976-cı il tarixədək, 01 sentyabr 1976-cı il tarixdən 01 iyul 1977-ci il tarixədək, 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1978-ci il tarixədək, 01 sentyabr 1978-ci il tarixdən 20 iyul 1979-cu il tarixədək, 01 avqust 1979-cu il tarixdən 12 yanvar 1981-ci il tarixədək, 20 yanvar 1981-ci il tarixdən 26 iyun 1995-ci il tarixədək, 28 iyun 1995-ci il tarixdən 07 sentyabr 1995-ci il tarixədək, 11 sentyabr 1995-ci il tarixdən 08 dekabr 1995-ci il tarixədək, 28 dekabr 1999-cu il tarixdən 27 noyabr 2003-cü il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. ƏMDK-nin İstehsal və Xidmət Müəssis ələrinin İdarəetmə Mərkəzinin 18 may 2018-ci il tarixli, **********30 saylı arxiv arayışında qeyd edilir ki, iddiaçı Nərimanov rayon Yeyinti Ticarətinin 24 yanvar 1981-ci il tarixli, 34 saylı əmr ilə 20 yanvar 1981-ci il tarixdən mağazaya qablaşdırıcı qəbul edilmiş, 26 iyun 1995-ci il tarixdən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin iddiaçıya ünvanladığı 21 may 2018-ci il tarixli, 16/01-2869 saylı məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək rensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına im kan verdikdə siğorta stajından aılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il siğorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Şöbəyə təqdim etdiyiniz sənədlər əsasında sizə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan siğorta stajınız olmadığı üçün əmək pensiyası hüququnuz yoxdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının zəruri sosial sığorta stajı təsdiqini tapdığından, onun pensiyanın təmin edilməsi barədə tələbi əsaslı olmuşdur. Cavabdeh bu mövqeyi mübahisələndirərək bildirmişdir ki, iddiaçının qanunla nəzərdə tutulmuş 25 il stajı müəyyən edilmədiyindən ona yaşa görə əmək pensiyasınn təyin edilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İddiaçınınəmək pensiyası hüququnun yaranması tarixi apellyasiya məhkəməsi tərəfindən 15 sentyabr 2017-cu ilə aid edilmişdir. Həmin tarixə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə: - 7-ci maddəsinə əsasən, (...) 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyul un 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 31.1-ci maddəsinə əsasən,əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündənistənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Maddələrin məzmunu belə izah olunur ki, 60 yaşına çatmış qadınların yaşa görə pensiya hüququnun yaranmasının zəruri edən aşağıdakı şərtlərdən biri mövcud olmalıdır: (1) sığorta stajından asılı olmayaraq fərdi hesabın s ığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya məbləğinə imkan verməlidir və yaxud (2) azı 25 il sığorta stajı olmalıdır. Lakin yaş həddi ilə bağlı “qeyd” hissəsində nəzərə alınan şərtə görə, 01 iyul 2017-ci il tarixindən 30 iyun 2018-ci il tarixinə qədər qadınların pensiya hüququnun yaranması üçün onların 60 il 6 ay yaş həddinə çatmasıdır. Qanunvericiliyin tələblərinin işin hallarına tətbiqi ilk olaraq o nəticəni yaradır ki, iddiaçının apellyasiya məhkəməsinin müəyyən etdiyi müddətə yaş göstəricisi ilə bağlı pensiya hüququ 15 sentyabr 2017-ci ildə deyil, bundan 6 ay sonra, yəni 15 mart 2018-ci il tarixindən yaranmışdır və bu hissədə məhkəmənin qənaəti istinad edilən qanunvericiliyin tələblərinə tam uyğun olmamışdır. Habelə, apelly asiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir.Yəni apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçının pensiya hüququ ikinci şərtin yerinə yetirilməsi ilə bağlı yaranmışdır. İddiaçının sosial sığorta stajı ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin nəticəsini əsaslı hesab edir. İstinad edilən Qanununun: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra — sığorta stajı) — əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövr lərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə ) ümumi qaydada sığorta stajına daxil edil ir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Bu müddətə həmçinin 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində toplanmış əmək staji daxildir və onun nəzərə alınması zamanı məcburi dövlət sosial sığorta haqları ödənilməsinə dair şərt məcburi deyildir. Apellyasiya məhkəməsi düzgün olaraq sığorta stajına aid olan 1975-2003-cü illərin iş dövrlərini iddiaçının təqdim etdiyi “əmək kitabçasına və işləməsinə dair iş yerindən verilmiş arayışa əsasən müəyyən etmişdir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 1975 – 2003-cü illəri əhatə edən dövrə aid olm uşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta st ajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Bu normativ aktlara əsaslanmaqla məhkəmə kollegiyası bildirir ki, iddiaçının təqdim etdiyi sübut əsasında - əmək kitabçası ilə müəyyən edilir ki, onun əmək fəaliyyəti keçmiş SSRİ-nin ərazisində fəaliyyətdə olan müəssisədə başlanmış və davam etmişdir. Təqdim etdiyi arayışla isə müəyyən edilmişdir ki, bu müddət ərzində iddiaçının işlədiyi bir müəssisənin müxtəlif normativ-hü quqi aktlar əsaslnda təşkilatı hüquqi forması dəyişmiş və nəticə etibarı ilə iddiaçı həmin müəssisədən 2003-cü ildə işdən azad edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq iddiaçının 1975 – 2003-cü illərin iş dövrlərini iddiaçının sosial sığirta stajına aid edilməsi nəticəsinə gəlmişdir. Lakin aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin nəticəsi tam əsaslı deyildir. Belə ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, 15 sentyabr 2018-ci ilədək iddiaçı 25 il sığorta stajını toplamışdır. İşin hallarına görə, iddiaçının ümumi iş stajınının dövrlərini 05 sentyabr 1975-ci il tarixdən başlayaraq 27 noyabr 2003-cü il tarixədək olan müddət təşkil etmiş, bu müddət ərzində iddiaçının müxtəlif vaxtlarda müxtəlif peş ələrdə fasilələrlə işlədiyini apellyasiya məhkəməsi müəyyən etsə də, lakin hansı qaydada həmin müddətlərin bilavasitə cəm şəklində 25 il təşkil etdiyi müəyyən deyildir. Halbuki, istinad edilmiş Qanununun 22-ci maddəsi “Sığorta stajının hesablanması qaydası”nı aşağıdakı kimi tənzimləmişdir: - 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddələrin tələblərinin tətbiqi onu ehtiva edir ki, şəxsin sığorta stajı müəyyən edilərkən, onun hesablanması zamanı bilavasitə 25 il təşkil etdiyi işlədiyi dövrlər üzrə hər bir əmək fəaliyyətinin müddəti illər, aylar və günlərlə hesablanmalıdır ki, onların cəm şəklində toplanmasının istinad edilən nəticənin verdiyi aydın olsun. Kassasiya instansiyası məhkəməsi iş in hallarını və iş üzrə sübutları müəyyən etmir, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır. Qeyd edilmiş səlahiyyət çərçivəsində apellaysiya məhkəməsinin qərarı yoxlanılarkən, məhkəmə kollegiyası bildirir ki, iddiaçının pensiya hüququnun hansı qaydada yarandığı qeyri-müəyyəndir və bu halda kassasiya instansiya məhkəməsi həmin müddətlərin hesablanması məcburiyyəti qarşısında qalır. Halbuki, işin halı olmaqla,sığorta stajı apellyasiya məhkəməsi tərəfindən istinad edilmiş maddənin tələblərinə əsasən müəyyən edilməli idi. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda əks olunmuş maddi hüquq normalarının tətbiqi üçün pensya hüququnun yaranmasına əsas olmuş işin halları tam müəyyən edilməmiş və zəruri olan müddəalar tətbiq edilməmişdir. Bu halda həmçinin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi” pozulmuşdur. Həmin maddədə nəzərdə tutulmuşdur: ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, sosial sığorta stajının hesablanması qaydasına uyğun olarq iddiaçının hansı tarixdən 25 il stajın toplandığı və hansı tarixdən pensiya hüuqunun yarandığının müəyyən edilməsi üçün iş yenidən apellyaisya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin müdiri X2tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2-1(103)-2964/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1204/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1204/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver