Məhkəmə qərarları › İş №2-1(102)-1204/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1204/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1204/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması, müddətin bərpasına dair ərizə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Mingəçevir şəhər filialının vək ili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “23.08.1975-13.03.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə 25.03.2019-cu il tarixdən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-421/2020 saylı, 9 oktyabr 2020-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçının vəkili 11.03.2020-ci il tarixdə iddiaçını n iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçının 23.08.1975-13.03.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə 25.03.2019-cu il tarixindən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2-1(116)-59/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 01.09.197503.03.1978-ci illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməklə 25.03.2019-cu il tarixindən, yəni pensiya hüququ yaranan vaxtdan ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

3. Həmin qərardan cavabdeh apelyasiya şikayəti vermişdir.

4. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 9 oktyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti mümkün sayılmamış, şikayətin icraata qəbulundan imtina edilmişdir.

5. Cavabdeh həmin qərardadı 20 oktyabr 2020-ci il tarixdə almışdır.

6. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli qərardadından kasasiya şikayəti, eyni zamanda şikayət üzrə müddətin bərpa olunması barədə ərizə vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında ərizənin və şikayətin təmin olunmasını xahiş etmişdir.

8. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayar aq iddiaçı məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

9. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə b iləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (-). Maddə

94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Kasasiya şikayətinin mümkünlüyü, kasasiya məhkəməsinin mövqeyi

10. Cavabdeh tərəfindən mübahisə olunan məhkəmə sənədi 21 oktyabr 2020-ci il tarixdə ona təqdim edilmişdir. Kasasiya şikayəti isə 28 iyul 2021-ci il tarixdə Ali Məhkəməyə təqdim edilmişdir.

11. Cavabdeh kasasiya şikayəti üzrə müddətin buraxılması barədə ərizəsində bildirmişdir ki, kasasiya şikayəti üzrə müddət onların təqsirindən buraxılmadığından bərpa olunmalıdır.

12. Ərizə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

13. Şəki İ nzibati Məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərarından cavabdeh apelyasiya şikayəti vermiş və iş apelyasiya məhkəməsinə daxil olmuşdur.

14. Apelyasiya instansiyası məhkəməsi cavabdehə göndərdiyi 22 sentyabr 2020ci il tarixli məhkəmə bildirişində cavabdehin apelyasiya şikayəti üzrə qanunda nəzərdə tutulan müddətin buraxıldığını və apelyasiya şikayətinin mümkünlük məsələsinə 9 oktyabr 2020-ci il tarixdə baxılacağını bildirmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli məhkəmə iclasının protokolundan və qərardadından görünür ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdehin birinci instansiya məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir.

16. Bundan sonra apelyas iya instansiyası məhkəməsi tərəflərə göndərdiyi 15 oktyabr 2020-ci il tarixli bildirişində apelyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və şikayətin icraata qəbul edilməsi barədə cavabdehin ərizəsinin 9 oktyabr 2020-ci il tarixdə daxil olmasını və ərizəyə 26 oktyabr 2020-ci il tarixdə baxılacağını bildirmişdir. 17. 26 oktyabr 2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən, məhkəmə iclası 27 oktyabr 2020-ci il tarixə təxirə salınmış, 27 oktyabr 2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, apelyasiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlük məsələsinə baxmış, müşavirə otağına gedib qayıdaraq qərar qəbul etmişdir.

18. Lakin işdə ərizəyə baxılmasının nəticəsinə dair qərar (qərardad) mövcud olmamış, daha sonra apelyasiya məhkəməsi cavabdehin apelyasiya şikayətinə baxaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul etmişdir.

19. Apelyasiya instansiyası məhkəməsi mübahisəyə baxdığına görə cavabdehin apelyasiya şikayətinin mümkün sayılmaması barədə apelyasiya məhkəməsinin qərardadından şikayət verməsinə dair hüquqi marağı mövcud olmamışdır.

20. Lakin apelyasiya məhkəməsinin qərarı kasasiya məhkəməsi tərəfindən 14 iyul 2021-ci il tarixdə ləğv edildiyindən və qərarın ləğv edilməsinin səbəbi kimi 9 oktyabr 2020-ci il tarixli qərardad göstərildiyindən, kasasiya məhkəməsinin qərarından sonra cavabdeh 28 iyul 2021-ci il tarixdə ərizə vermişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli qərardadınd an kasasiya şikayəti üzrə müddət üzrlü səbəbdən buraxıldığından bərpa edilməli, kasasiya şikayəti icraata qəbul edilməlidir.

22. Kasasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

23. Yuxarıda qeyd edildiyi kimi, apelyasiya instansiyası məhkəməsi cavabdehə göndərdiyi 22 sentyabr 2020-ci il tarixli məhkəmə bildirişində cavabdehin apelyasiya şikayəti üzrə qanunda nəzərdə tutulan müddətin buraxıldığını və apelyasiya şikayətinin mümkünlük məsələsinə 9 oktyabr 2020-ci il tarixdə baxılacağını bildirmişdir.

24. Apelyasiya instansiyası məhkəməsi 9 oktyabr 2020-ci il tarixli qərardadında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarından şikayət vermə müddəti ötürülmüş, inzibati orqan tərəfindən müddətin ötürülməsinin üzrlü hesab edə biləcək sübutları məhkəm əyə təqdim etməmiş, müddətin bərpası barədə ərizə verməmişdir.

25. Lakin apelyasiya məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi müddətin bərpa edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə vəsatətə münasibət bildirməmişdir.

26. Həmçinin işin 104-cü səhifəsində olan cavabdehin nümayəndəsinin 5 oktyabr 2020-ci il tarixli ərizəsində də apelyasiya şikayəti üzrə müddətin bərpa olunması xahiş edilmiş, apelyasiya məhkəməsi ərizəyə münasibət bildirməmişdir.

27. Bəhs olunanlara əsasən cavabdehin kasasiya şikayəti əsaslı olduğundan təmin edilərək apelyasiya məhkəməsinin 9 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, iş apelyasiya şikayətinin mümkünlük və cavabdehin apelyasiya şikay əti üzrə müddətin bərpa olunmasına dair ərizəsinə baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.

28. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialının ərizəsi və kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-421/2020 saylı, 9 oktyabr 2020-ci il tarixli qərardadından verdiyi şikayət üzrə kasasiya müddəti bərpa edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-421/2020 saylı, 9 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş apelyasiya şikayətinin mümkünlük və cavabd ehin apelyasiya şikayəti üzrə müddətin bərpa olunmasına dair ərizəsinə baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar