Məhkəmə qərarları › İş №2-1(102)-1204/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1204/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1204/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial müavinətin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödəni şlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış müavinətin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 21(103)-2355/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin 754 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı yaşa görə xx.xx.2019-cu il tarixdən xx.xx.2027-ci il tarixədək 130 manat müavinət təyin edilmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sosial müavinətin dayandırılması haqqında **********1 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı barədə xx.xx.2019-xx.xx.2021-ci il dövr üzrə aktiv VÖEN olduğundan artıqvermə aşkar edilmişdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında 13427 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vətəndaşın xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN-i olmuşdur. Hüququnu itirmişdir. Qeyd olunan dövrdə yaşa görə müavinət üzrə artıqvermə müəyyən edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11 aprel 2022-ci il tarixli, **********6 saylı imtina məktubunda bildirilmişdir ki, xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2019-cu il tarixdən sizə yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşın a çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixdən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin 16 mart 2022-ci il tarixli məktubda İddiaçı xx.xx.2011-ci il tarixdə vergi orqanında vergi ödəyicisi kimi uçota alınması, xx.xx.2012-ci il tarixli ərizəyə əsasən vergi uçotunun xx.xx.2012-ci il tarixdən ləğv edilməsi, xx.xx.2012-ci il tarixdən fəaliyyətinə xit am verilmiş fiziki şəxsin bərpası, xx.xx.2018-ci il tarixli **********210000 nömrəli vergi uçotunun ləğv edilməsi ilə bağlı müraciətin olması, fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılması və hazırda fəaliyyəti dayandırılmış vəziyyətdə olması qeyd edilərək, uçot baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilmədiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin imtinasının qanunsuz hesab edilərək təyin edilmiş və xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin verilməsinin davam etdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət almışdır. Ona təyin edilən sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmışdır. Müavinətin dayandırılmasının səbəbinin müəyyənləşdirilməsi və müavinətin verilməsinin davam etdirilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən 11 aprel 2021-ci il tarixli məktubla müavinətin ödənilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır və ona müavinətin verilməsi davam etdirilməlidir. Cavabdehin məktubundan göründüyü kimi ona 2 əsasdan müavinət ödənilməsindən imtina edilmişdir. Birinci əsas kimi onun fərdi sahibkar olaraq fəaliyyət göstərməyi göstərilmişdir. Bu dəlil əsassızdır. Ona görə ki, o, xx.xx.2011-ci il tarixdə fərdi sahibkar kimi qeydiyyata alınsa da fəaliyyət göstərməmiş, xx.xx.2022-ci il tarixdən fəaliyyəti xx.xx.2032-ci ilə qədər dayandırılmış, sonradan isə vergi qeydiyyatının ləğv edilməsi barədə müraciət etmişdir. Göründüyü kimi vergi qeydiyyatı olsa da sahibkar kimi fəaliyyət göstərməmişdir. Cavabdehin göstərdiyi ikinci əsas “sosial müavinət haqqında” 29 noyabr 2019-cu il tarixli Qan una edilmiş dəyişiklik göstərilmişdir. Həmin dəyişikliyə əsasən Qanundan “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmışdır. Həmin sözlərin qanundan çıxarılması onun qanunda edilmiş dəyişiklikdən əvvəl yaranmış hüququnu poza bilməz, çünki həmin dəyişikliyin geriyə qüvvəsi yoxdur.

8. Cavabdehin təqdim etdiyi iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinin tələblərinə uyğun olaraq, xx.xx.2019-cu il tarixdən İddiaçı yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənilmişdir. Xidmət i yoxlama zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı adına aktiv VÖEN (**********) olduğu halda Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona təyin olunan yaşa görə sosial müavinətin ödənişinin xx.xx.2021-ci il tarixədək davam etdirildiyi aşkar edilmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının qərarına əsasən, İddiaçı sosial müavinəti xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin **********994300 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı aktiv vergi ödəyicisi kimi xx.xx.2011-ci il tarixdə uçota alınmış, xx.xx.2012-ci il tarixdə ləğv edilmiş, xx.xx.2012-ci il tarixdə fəaliyyəti bərpa edilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. Hazırkı işin hallarından müəyyən olunur ki, İddiaçı yaşa görə müavinət almaq üçün müraciət etdiyi tarixdə adına aktiv VÖEN (**********) olduğu üçün onun bu müavinəti almaq hüququ yaranmamışdır. Bundan əlavə, İddiaçı bu müavinəti almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə (hal-hazırda 63 yaş) çatmadığından və “Sosial müavinətlər haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümk ün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin (hakim A.M.Almazova) 27 yanvar 2023-cü il tarixli, 21(112)-1637/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyul ması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının dinlənilmə hüququ təmin edilmədən və inzibati icraat aparılmadan xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinətin ödənişi dayandırılmış, cavabdeh tərəfindən bu barədə hər hansı bir qərar qəbul edilməmişdir. Beləliklə işin materiallarından aydın olur ki, cavabdeh iddiaçıya təyin edilmiş müavinəti inzibati icraat aparmadan və bu barədə qərar qəbul etmədən faktiki hərəkətlə dayandırmışdır. Cavabdeh orqan tərəfindən iddiaçıya sosial müavinətin ödənişinin faktiki olaraq dayandırılmasından sonra xx.xx.2021-ci il tarixdə sosial müavinətin dayandırılması barədə, xx.xx.2022-ci il tarixdə artıqvermənin müəyyən edilməsi barədə, xx.xx.2022-ci il tarixdə isə yenidən sosial müavinətin təyinatı barədə qərarlar qəbul edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinə başlaması ilə bağlı araşdırılma aparılmamış, nəticədə düzgün olmayan qərara gəlinmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş müavinət dayandırılarkən iddiaçının həqiqətən əmək fəaliyyəti ilə məşğul olub-olmaması araşıdırılmalı və bu barədə sübutlar toplanmalı, inzibati icraat aparılmalı, iddiaçının özü də həmin inzibati icraata cəlb edilməli idi. Yalnız bundan sonra müavinətin dayandırılması barədə qərar qəbul edilə bilər və müvafiq qərar qəbul edildikdən sonra müavinətin ödənilməsi dayandırıla bilərdi.

11. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya inst ansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-2355/2023 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov (sədrlik edən), P.A.Hüseynov və Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1637/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayət i imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyası) Maddə 1.0.2. Əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını n övbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. 18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti. Maddə 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən ed ilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Maddə 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qay dasında baxılır. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnziba ti orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin ha llarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Hazırkı işin hallarından görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmiş, aktiv VÖEN olması səbəbindən xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinətin ödənişi dayandırılmışdır.

28. Dayandırmanın əsası kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının aktiv VÖEN olması göstərilmişdir.

29. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məktubda bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2011-ci il tarixdə uçota alınması, xx.xx.2012-ci il tarixli ərizəyə əsasən vergi uçotunun xx.xx.2012-ci il tarixdən ləğv edilməsi, xx.xx.2012-ci il tarixdən fəaliyyətinə xitam verilmiş fiziki şəxsin bərpası, xx.xx.2018-ci il tarixli **********210000 nömrəli vergi uçotunun ləğv edilməsi ilə bağlı müraciətinin olması, fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Uçot baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir.

30. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin **********582700 saylı, 08 avqust 2022-ci il tarixli məktubundan göründüyü kimi uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2011-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alındığı, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fəaliyyətinin aktiv olduğu, xx.xx.2022-ci il tarixdən fəaliyyət dayandırma ərizəsi ilə müraciət edərək fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üzrə vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir.

31. Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçının mübahisələndirilən dövrdə faktiki olaraq fəaliyyət göstərərək gəlir əldə etdiyi sübuta yetirilməmişdir.

32. Bundan başqa, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

33. Məhkəmə kollegiyası istər inzibati o rqanın imtinasının əsası kimi göstərilmiş, istərsə də kassasiya şikayətində qeyd edilmiş “Qanunun 1.0.2-ci maddəsinə edilmiş dəyişikliyə görə xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat növü Qanunda nəzərədə tutulmaması” dəlilini də əsassız hesab edir.

34. Belə ki, iddiaçıya 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş şəxs kimi cavabdehin xx.xx.2019-cu il tarixli qərarına əsasən Qanunun qeyd olunan normasının həmin vaxt qüvvədə olan redaksiyasına əsasən sosial müavinət təyin olunmuşdur. Belə olan halda, Qanunun sözügedən maddəsinə edilmiş və xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklə - “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş” sözlərinin həmin normadan çıxarılması, iddiaçının bundan əvvəl həmin əsasa görə müavinət almaq hüququ yarand ığı halda, həm də həmin normaya sonradan edilən dəyişiklik hüquqi vəziyyətini ağırlaşdırması baxımından, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Odur ki, cavabdehin qanuna edilən həmin dəyişikliyə istinad olunan dəlilləri tamamilə əsassızdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

36. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-c i maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 21(103)-2355/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar