Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1205/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, kolxozda iş stajının hesablanması, arxiv arayışı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil3, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı 1973, 1977 və 1997-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Kommunizm yolu” kolxozunda və “Yeni yol” kooperativində işlədiyi illərin sığorta stajı kimi nəzərə almaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-106/2021 saylı, 30 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur.
2. Zaqatala r ayon Dövlət Arxivi tərəfindən verilmiş 12.052020-ci il tarixli 148 nömrəli arxiv arayışına əsasən, iddiaçı 1973, 1977, 1997, 1998 və 1999-cu illərdə Zaqatala rayon “Kommunizm” adına kolxozda işləmişdir.
3. İddiaçı 03.05.1974-cü ildən 10.05.1976-cı ilədək hərbi xidmətdə olmuşdur.
4. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 09 iyul 2020-ci il tarixli, **********2 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun təqdim etdiyi əmək kitabçasında 1973, 1977, 1997-1999-cu illərdə keçmiş Kommunizm yolu kolxozunda və “Yeni yol” kooperativində işləməsi barədə qeydlər olmadığından həmin illər sığorta stajı kimi nəzərə alına bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki ic raat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1973, 1977 və 1997-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Kommunizm yolu” kolxozunda və “Yeni yol” kooperativində işlədiyi illərin sığorta stajı kimi nəzərə almaqla ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. İş stajı nəzərə alınmaqla yaşa görə pensiya təyin edilməsi üçün əmək kitabçası və arxiv arayışı ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh əsassız olaraq müraciətin təmin olumasından imtina etmişdir.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(116)-1211/2020 saylı qərarı il ə (hakim: İ.H.Cabbarov) iddia rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan 25 il sosial sığorta stajı olmadığından iddia əsaslı sayıla bilməz.
10. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-106/2021 saylı, 30 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və M.A.Əsədli) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(116)-1211/2020 saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilərək cavabdehin üzərinə iddiaçının 1973, 1977 və 1997- 1999-cu illərdə Zaqatala rayonu keçmiş “Kommunizm yolu” kolxozunda və “Yeni yol” kooperativində işlədiyi illərin sığorta stajı kimi nəzərə almaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
12. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1973, 1977 və 1997-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Kommunizm yolu” kolxozunda və “Yeni yol” kooperativində işləməsi arxiv arayışı ilə təsdiq edildiyindən iddia əsaslıdır.
13. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı e tirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarında olan arxiv arayışlarından müəyyən olunur ki, 1973-cü ildə vətəndaşın adına qaralama var. Bundan başqa, arayışın verilməsinə əsas olan şəxsi hesab kitabları 1973, 1977-ci ilə kolxozun, “Yeni yol” kooperativi isə 1997/1997-ci illərin şəxsi hesab kitablarıdır ki, göründüyü kimi arayışın verilməsinə əsas olan 1997-ci ilin kitabında 1998 və 1999-cu illərin hesablaşmalarının qeyd olunması mümkün deyil. Həmçinin, arxiv arayışında mübahisəli 1998 və 1999-cu illərdə iddiaçının “Yeni yol” kooperativində kolxozçu kimi q eyd olunması da inandırıcı deyil. Belə ki, artıq 1996-cı il tarixindən Azərbaycan Respublikasında aqrar islahat həyata keçirilmiş və kolxozlar ləğv edilməyə başlamışdır. Göründüyü kimi, iddiaçının işlədiyi “Kommunizm yolu” adlı kolxoz da ləğv edilmişdir. 1973, 1998 və 1999-cu illər iddiaçının stajına daxil edilməyəcəyi təqdirdə tələb olunan 25 il sığorta stajı tamamlanmadığı üçün də onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə e dərək onun təmin olunmasını xahiş etdi.
17. İddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta his səsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssi sə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 21. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinet inin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda ə mək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
23. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” Maddə
117. Bənd q. Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 24. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” SSRİ Qanunu Maddə 67.1 Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerin ə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının 25 il sosial sığorta stajı tamam olmadığından ona pensiya təyin edilə bilməz.
30. Məhkəmə kollegiyası iş materiall arındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.
31. İddiaçının pensiya yaşına çatması ( 64 yaş 06 ay) işin mübahisəsiz halıdır. Cavabdeh imtinasında iddiaçının 1973, 1977, 1997-1998-ci illərdə işləməsi barədə əmək kitabçasında qeydlərin olmadığını əsas gətirərək bu müddətin onun sığorta stajına dax il edilməsini əsassız hesab edir və ona görə də tələb edilən 25 il sığorta stajı tamamlanmadığı üçün pensiya təyin edilməsinin mümkünsüz olduğunu bildirir.
32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının əmək kitabçasının olmaması və ya əmək kitabçasında müvafiq qeydlərin olmaması ona pensiya təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.
33. Həmin Qaydalarda “Əmək pensiyaları haqqınd a” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı, iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir.
34. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirl ər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir.
35. Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 632 nömrəli arxiv arayışında Zaqatala rayon “Kommunizm yolu” adına kolxozun və Yeni Yol adına Kooperativin şəxsi hesab kitabları yoxlanıldıqda İddiaçı 1973-1977-ci illərdə Zaqatala rayon “Kommunizm yolu” adına kolxozda, 1997/1999-cu illərdə “Yeni Yol” Kooperativində kolxozçu işləməsi ona əmək haqqı və sairə hesablanması qeyd olunmuşdur. Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 632a nömr əli arxiv arayışında isə göstərilmişdir ki, Zaqatala rayon Dövlət Arxivindən 12 may 2020-ci il tarixdə İddiaçı verilmiş Zaqatala rayon “Kommunizm yolu” adına kolxozun şəxsi hesab kitablarının yoxlanılması, illər üzrə işləməsi və ona əmək haqqı və sairə hesablanmasına dair 148 saylı arxiv arayışında, arayışın verilməsinə əsas olmuş hissədə yazılmış 1997/1997 rəqəmləri texniki səhv olaraq yazılmışdır, həmin rəqəmlər 1997/1999 kimi oxunmalıdır. Belə ki, “Yeni Yol” Kooperativinin 1997-1999-cu illər üzrə olan şəxsi hesab kitabları arxivdə saxlanılır və həmin kitablar üzrə arayış tərtib edilmişdir.
36. Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 148 nömrəli arxiv arayışından (protokol N-1) görünür ki, 01 iyun 1996-cı il tarixdə Zaqatala rayonunun, Çobankol kəndində yaradılmış “Yeni Yol” koo perativinin yığıncağında Çobankol kəndində kənd təsərrüfatı məhsulları istehsalat kooperativi yaradılması qərara alınmışdır. Kooperativə “Yeni Yol” adı verilmişdir. Həmin arxiv arayışının qeyd hissəsində göstərilmişdir ki, Çobankol kənd “Yeni Yol” kooperativinin üzvlərinin işə girmə və işdən çıxması barədə əmrlər kitabları rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Həmin kooperativin protokollar kitablarında maddi - məsul şəxslər istisna olmaqla kooperativin digər üzvlərinin işə girmə və işdən çıxma əmrlərinin qeydiyyatı aparılmamışdır.
37. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı Regional Ərazi Filialı tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı 1973,1977 və 1997-1999- cu illər üzrə işləməsi faktı yerində araşdırılmış və İddiaçı 1973 və 1977-ci illərdə Zaqatala rayon “Kommunizm yolu” adına kolxozda və 1997-1999-cu illərdə Zaqatala rayon “Yeni Yol” Kooperativində kolxozçu işləməsi ona əmək haqqı və sairə hesablanması təsdiq olunmuşdur.
38. Beləliklə, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər.
39. Cavabdeh kassasiya şikayətində bildirir ki, 1973-cü ilə aid arxiv arayışında iddiaçının adına qaralama var.
40. İş materiallarından g örünür ki, bu xüsusat apelyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırılmışdır. Belə ki, Zaqatala rayon Dövlət Arxivi 2237 nömrəli, 25.02.2021-ci il tarixli məktubla bildirmişdir ki, vətəndaş İddiaçı(Mövlüd) Sadıx oğluna Zaqatala rayon Dövlət Arxivi tərəfindən 04.05.2020-ci ildə verilmiş 148 N-li arxiv arayışında mexaniki səhv olaraq vətəndaşın adında qaralamanın olduğu qeyd edilmişdir. Lakin qaralama vətəndaşın adında yox, kitabın debet hissəsindədir, vətəndaşa aid həmin ilin təsdiq olunmuş surəti təqdim olunmuşdur. Həmin kitabın debet hissəsində İddiaçı 1973-cü illərdə “Kommunizm Yolu” kolxozunda işləməsi və 30.09.1973, 31.10.1973, 30.11.1973 və 31.12.1973-cü illərdə ona əmək haqqı və sairə əlavələrin verilməsinin təsdiq olunmuş surəti göstərilmişdir.
41. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki, arxiv arayışına əsasən, iddiaçının faktiki adam günü 1973-cü ildə 159 gün, 1977-ci ildə 151 gün, 1997-ci ildə 232 gün, 1998ci ildə 221 gün, 1999-cu ildə 132 gün olmuşdur.
42. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” Qanunun müvafiq normalarından irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət ü zrə) yerinə yetirildiyi nəzərə alınmalıdır.
43. Arxiv arayışından görünür ki, iddiaçı tərəfindən 1973, 1977 və 1999-cu illərdə minimum əmək iştirakı norması ödənilməmişdir. Bütün digər illərdə o, minimum əmək iştirakı normasından artıq işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır. 1973, 1977 və 1999-cu illər isə iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır.
44. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 159+151+132=442x12=5304/170=31 ay (2 il 7 ay). İddiaçının 199 7 və 1998-ci illərdə iş stajı 2 il hesablanmalıdır. Beləliklə, iddiaçının 1973, 1977, 1997, 1998 və 1999-cu illərdə iş stajı 4 il 7 ay təşkil edir. Cavabdehin 03. 08.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilən 19 il 7 ay 18 gün və 2 il hərbi xidmət dövrü ilə birlikdə 21 il 7 ay 18 gün sığorta stajını qəbul edir və mübahisələndirmir. Belə olan halda, iddiaçının kolxozda iş stajı işlədiyi dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla, ümumi iş stajı 25 ildən artıqdır.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiya təyin edilməsi üçün zəruri olan hər iki şərtin (64 yaş 6 ay və 25 il sığorta stajı) ödənilməsi tam sübuta yetirildiyindən iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
46. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-106/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.