Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1205/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: magistr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1978 təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Təhsildə X1rşı “Ukrayna Respublikasının M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində təhsil aldığı ixtisasın tanınması, həmin universitet tərəfindən adına verilmiş 3 mart 2015- ci il tarixli Dİ 033778 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-31/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 03 mart 2015-ci il tarixli Dİ № 033778 saylı (qeydiyyat nömrəsi 053/15) magistr diplomunun təsdiq edilmiş surətinə əsasən, iddiaçı 03 mart 2015-ci ildə M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin təhsil və təhsilin təşkili sahəsində “müəssisə, idarə və təşkilatların meneceri” ixtisası üzrə magistr dərəcəsi almışdır. 2. 03 mart 2015-ci il tar ixli Dİ № 033778 saylı magistr diplomuna əlavəyə əsasən, iddiaçı M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində təhsil və təhsilin təşkili sahəsində “müəssisə, idarə və təşkilatların meneceri” ixtisası üzrə 2013-2015-ci illərdə təhsil aldığı müddətdə test və imtahanlardan keçmiş, 26 fənn üzrə məqbul, yaxşı və əla qiymətlər almış, diplom müdafiəsi 60 kafi qiymətlə qiymətləndirilmişdir.
3. M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən iddiaçıya verilmiş 19 sentyabr 2013-cü il tarixdə 976 nömrəli arayışın təsdiq olunmuş surətinə əsasən, iddiaçı həqiqətən də M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində təhsil və təhsilin təşkili sahəsində “müəssisə, idarə və təşkilatların meneceri” ixtisasının qiyabi formasına qəbul olunmuş və 20 sentyabr 2013-cü il tarixli qərarla si yahıya daxil edilmişdir.
4. İddiaçı 5 may 2016-cı il tarixdə ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edərək, yuxarıda qeyd edilən ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı 8 noyabr 2016-cı il tarixli 1225/ANİ nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə elektron müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkəd ə qısa müddət ərzində olmuşdur. Təhsil alan tələbə üçün dərsə davamiyyətə əməl etməyərək diploma əlavədə göstərilən tədris proqramının yerinə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən, M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən verilmiş 03 mart 2015-ci il tarixli Dİ № 033778 nömrəli diplomun ölkə ər azisində tanınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 25 iyun 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı Ukrayna Respublikasının M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən ona verilmiş xx.xx.2015-ci il tarixli Dİ 033778 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, qanuni şəkildə ali təhsil müəssisəsinə daxil olmasına və təhsil müddətində dərslərdə iştirak etməsinə, o cümlədən imtahaları uğurla verməsinə baxmayaraq, cavabdeh əsass ız olaraq diplomun tanınmasından imtina etmişdir.
8. Cavabdeh tərəfindən iddiaya qarşı təqdim olunmuş etirazda qeyd edilmişdir ki, iddiaçı 1998-ci ildə Azərbaycan Dillər Universitetinin filologiya fakultəsini fransız dili istiqaməti üzrə bitirərək bakalavr dərəcəsi almış, 09.20xx-xx.2015-ci illərdə M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində “təhsil müəssisələrinin idarəedilməsi” ixtisası üzrə qiyabi təhsil formasında ali təhsilin ikinci səviyyəsi – magistr təhsili (cəmi 1 il) almışdır. “Filologiya” və “idarəetmə” ixtisasları ayrı-ayrı ixtisas qruplarına aid edildiyindən və normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət olması (cəmi 12 gün) səbəbindən iddia tələbi əsassızdır. 9. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1 (82)3175/2018 nömrəli, 19 okyabr 2018-ci il tarixli qərarı ilə (hakim X.X.İmanov) iddia təmin edilmiş, Ukrayna Təhsil və Elm Nazirliyinin M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2015-ci il tarixli Dİ 033778 nömrəli magistr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə hesab etmişdir ki, diplomun tanınmasından imtina üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003- cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində göstərilən əsaslardan heç biri olmamışdır.
11. Cavabdeh həmin qərardan apellyasiy a şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)847/2019 nömrəli, 28 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ü.A.Mayılov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və F.Ş.Talışınski) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2-1(82)-3175/2018 nömrəli 19 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cava bdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə uyğun olduğundan, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının ixtisası üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standardlarına cavab vermədiyi müəyyən edilmişdir.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2256/2019 nömrəli, 10 iyul 2019-cu il tarixli qə rarı ilə (hakimlər Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov, R.S.Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2019-cu il tarixli 2-1(103)-847/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytında “Bakalavriat səviyyəsində ixtisasın şifri və adı”, həmçinin “Magistratura səviyyəsində uyğun ixtisasların (ixtisaslaşmaların) şifri və adı” bölmələrində birmənalı şəkildə göstərilmişdir ki, “0102 Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı)” üzrə bakalavriat səviyyəsində ixtisasın davam etdirilməsi “060407 Menecment - Menecment (təhsilin təşkili və idarə olunması) ixtisası” üzrə nəzərdə tutulmuş, lakin apellyasiya instansiyası məhkəməsi həmin məsələni diqqətə almamış və bunun tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını işə üçüncü şəxs qismində cəlb etməli olduğu halda, iş üzrə icraata cəlb edilməmiş, bunun nəticəsində də sözügedən mühüm məsələ araşdırılmadan qalmışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2244/2019 nömrəli, 16 avqust 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)2244/2019 nömrəli 22 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının xx.xx.1998-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın xx.xx.2015-ci il tarixli Dİ № 033778 saylı (qeydiyyat nömrəsi 53/15) magistr diplomu üzrə istiqamətə (ixtisasa) uyğun olub-olmaması (dərs aldığı fənlərlə, alması zəruri olan fənlər arasında nə kimi fərqlərin olması) barədə əsaslandırılmış cavabın verilməsi cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilmiş, bunun üçün 1 (bir) ay müddət təyin edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-31/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.
20. Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2-1(103)-31/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh inzibati orqanın imtinasının əsasını yalnız iddiaçının həmin ölkədə qısa müddət ərzində olması və təhsil alan tələbə üçün dərsə davamiyyətə əməl etməyərək diploma əlavədə göstərilən tədris proqramının yerinə yetirilməsinin qeyri-mümkünlüyü təşkil edir. İş materiallarında olan sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 2013-2015-ci illərdə qısa müddətdə təhsil aldığı ölkədə olmuşdur. İddiaçının xarici ölkədə olduğu qısa müddət ərzində magistr pilləsi üzrə proqramın mənimsənilməsi qeyri-mümkün olduğundan, başqa sözlə, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əsasən diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan halların mövcudluğu öz təsdiqini tapdığından cavabdeh inzibati orqanın iddiaçının magistr diplomunun tanınmasından imtinası qanuna uyğun olmaqla onun hüquqlarının pozulmasına səbəb olmamışdır.
22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətinin dəlillərini ilə iddia ərizəsində qeyd edilənlər təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının təhsil aldığı ölkəyə üm umilikdə 35 günlük girişçıxış müddəti olmuşdur. Məhkəmə iddiaçının təhsil aldığı ölkədə normativ üzrə nəzərdə tutulmuş müddətdən az olduğunu əsas göstərsə də, normativ üzrə müddətin neçə gün olduğunu göstərməmişdir. Ən əsası isə iddiaçının qiyabi əsaslarla magistr pilləsində təhsil aldığı məhkəmə tərəfindən nəzərə alınmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə etiraz edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. instansiya TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: 3.2. Ali təh sil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi ve rən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamət lər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğ v edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Şikayətdə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti ma hiyyətcə əsaslı olduğundan təmin edilməlidr. Bu, aşağıdakı səbəblərdən irəli gəlir
30. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
31. Hazırkı iş üzrə iddiaçının tələbi M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin təhsil və təhsilin təşkili sahəsində “müəssisə, idarə və təşkilatların meneceri” ixtisası üzrə ona verilən 03 mart 2015-ci il tarixli Dİ № 033778 saylı (qeydiyyat nömrəsi 053/15) magistr diplomunun tanınmasıdır.
32. Cavabdehin imtina dəlili iddiaçının təhsil dövründə tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olmasıdır. İddia tələbinə etirazın dəlili isə, normativ müddətlə yanaşı, iddiaçının bakalavr və magistr ixtisas dərəcələrinin bir-birinə uyğun olmamasıdır.
33. Apelyasiya instansiyası məhkəməsinin, o cümlədən cavabdehin mövqeyinə görə, iddiaçının qiyabi təhsil dövründə ali təhsil müəssisəsinin yerləşdiyi Ukrayna Respublikasında bütövlükdə təhsil dövründə olması sübuta yetirilməmişdir. Belə ki, işdə olan sərhədkeçmə ilə bağlı giriş-çıxış qeydiyyatlarından, habelə sərhədkeçmə barədə sənədlərdən iddiaçının bütövlükdə təhsil dövrü müddətində təhsil aldığı ali məktəbdə olması tam təsdiqini tapmır. Nəticədə, iddiaçı tərəfindən tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, o, tələb olunan müddətin qarşılığında Ukrayna Respublikasında az olmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Ukrayna Respublikasında olma müddətlərini diplomun əlavəsində göstərilən həc mdə tədris yükünün mənimsənilməsi üçün kifayət hesab etməsə də, iddiaçının diplomun əlavəsində göstərilən həcmdə tədris yükünün mənimsənilməsi üçün hansı müddət ərzində həmin ölkədə olmalı olmasını qeyd etməmiş, sadəcə, cavabdehin dəlillərinə istinad etməklə iddia tələbinin əsassız olması nəticəsinə gəlmişdir.
35. Halbuki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi halları və məlumatları açıqlamağa və lazımi qaydada əsaslandırmağa borcludur. Xüsusilə, əgər cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində birbaşa nəzərdə tutulmayan başqa bir ə sasa (tədris dövründə həmin ölkənin ərazisində olma müddətinin az olması) istinad edirsə, həmin əsasla diplomun tanınmasından imtinanın legitim məqsədlərə və mütənasiblik prinsipinin tələblərinə uyğun olmasını daha ətraflı şəkildə açıqlamalı və daha ciddi şəkildə əsaslandırmalıdır.
36. Lakin hazırkı halda, cavabdeh yalnız öz mülahizəsi əsasında normativ müddətin qarşılığında iddiaçının həmin ölkədə az olması qənaətinə gəlmiş, iddiaçının təhsil aldığı ölkənin tədris normativlərini, o cümlədən təhsil müəssisəsinin tədrislə bağlı qaydalarını və tələblərini nəzərə almamış, tədrisin qiymətləndirilməsi ilə bağlı təhsil müəssisəsinin diskresion səlahiyyətlərinə müdaxilə edərək, yəni iddiaçının qısa müddət ərzində həmin ölkədə olmasının onun dərsləri mənimsəməsi üçün kifayət etməməsinə istinad edə rək diplomun tanınmasından imtina etmişdir.
37. Beləliklə, cavabdeh mülahizə əsasında iddiaçının konstitusion hüququ olan təhsil hüququnu pozmuş, təhsil hüququna müdaxilənin qanuni əsaslarının mövcudluğunu əsaslandırmamış, işə baxan apellyasiya instansiya məhkəməsi də bu halları nəzərə almamış və cavabdehin dəlillərinə istinad etməklə kifayətlənmişdir.
38. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, normativ müddətin tələblərinə əməl edilməməsi ilə bağlı cavabdehin imtina dəlili əsassız və qanunsuzdur.
39. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin “bakalavr və magistr ixtisas dərəcələrinin bir-birinə uyğun olmaması” ilə bağlı imtina dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya icraatı zamanı Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı xx.xx.1998-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın xx.xx.2015-ci il tarixli Dİ № 033778 saylı (qeydiyyat nömrəsi 53/15) magistr diplomu üzrə istiqamətə (ixtisasa) uyğun olubolmaması (dərs aldığı fənlərlə, alması zəruri olan fənlər arasında nə kimi fərqlərin olması) barədə əsaslandırılmış cavabının verilməsi cavabdehə həvalə edilmiş, cavabdehin 00-0545/TKTA saylı, xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi çərçivəsində yalnız tibb, təbiət, texniki və texnoloji ixtisaslar qrupuna daxil olan ixtisaslar üzrə t əhsil səviyyələri arasında ixtisas uyğunluğunun olması tələbi əsas götürülərək iddiaçının bakalavr səviyyəsi üzrə əldə etdiyi ixtisas (Filologiya) ilə magistr səviyyəsi üzrə əldə etdiyi ixtisas (Təhsilin təşkili və idarə olunması ) arasında uyğunsuzluq aşkarlanmamışdır.
40. Göründüyü kimi, cavabdehin iddia tələbinə etirazında iddiaçının magistratura səviyyəsində təhsil aldığı ixtisas ilə bakalavr ixtisası arasında uyğunsuzluqların olması qeyd edilsə də, cavabdeh məhkəməyə ünvanladığı müvafiq məktubla həmin dəlilin əsassız olmasını etiraf etmişdir. Eyni zamanda, üçüncü şəxs X2 apellyasiya instansiya məhkəməsinə ünvanlanmış mülahizədə də iddiaçının bakalavr və magistr dərəcələrinin bir-birinə uyğunluğu təsdiqlənmişdir.
41. Beləliklə, diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutul an halların mövcudluğu öz təsdiqini tapmadığından cavabdeh inzibati orqanın iddiaçının magistr diplomunun tanınmasından imtinası qanuna uyğun olmamaqla, onun hüquqlarının pozulmasına səbəb olmuşdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zəruriyyət olmadığından, mübahisə edilən qərar ləğv edilməklə, iddia təmin olunmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-31/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsi n. İddia tələbi təmin edilsin. Ukrayna Təhsil və Elm Nazirliyinin M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2015-ci il tarixli Dİ 033778 nömrəli magistr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.