Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1205/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hakim kimi əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərlərlə T əyinat üzrə Mərkəzi Filialına qarşı “hakim kimi əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3688/2023 nömrəli, 24 noyabr 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasına görə, o, xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hakim vəzifəsində işləmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya pensiya hesablanması üçün əmək haqqı barədə verilmiş xx.xx.2022-ci il tarixli 8/982 nömrəli arayışdan görünür ki, İddiaçı 2020-2022-ci il pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı 148.774,88 manat olmuşdu r.
3. İddiaçı cavabdehə müraciət edərək, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı, aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən ödənilmiş məzuniyyət haqqı və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən həmin müraciətin təmin edilmə sindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Təqdim edilmiş son 24 ay ərzində ödənilmiş əmək haqqına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19 oktyabr 2022-ci il tarixli 8/982 nömrəli arayışı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında" Qanunun 20.7-ci maddəsinə əsasən 15 il 2 ay 1 gün hakim kim i iş stajınıza uyğun olaraq, vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (8614,67 manat) 50,50 faizi—4350,41 manat məbləğində 30 sentyabr 2022-ci il tarixindən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, pensiyanız (4350,41 manat) cari il üzrə indeksləşdirilməklə aylıq ödənişiniz 1 yanvar 2023-cü il tarixindən 4989,92 (4350,41+14,7%) manat məbləğində müəyyən edilib. Qeyd edilənləri nəzərə alaraq, hakimlik səlahiyyətlərinə 29 sentyabr 2022-ci il tarixindən xitam verildiyindən hakim kimi əmək pensiyası hüququ 30 sentyabr 2022ci il tarixindən yaranıb. Bununla əlaqədar əmək pensiyası müraciətdə göstərilən qaydada deyil, “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən hesablanıb. Əlavə olar aq bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Siz hakim vəzifəsinə 30 dekabr 2005-ci il tarixindən sonra (28 iyul 2007-ci il tarixindən) təyin edildiyindən sözügedən Qaydada əmək pensiyanızın hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2006-cı il tarixdə qəbul edilmiş «Əmək pensiyası haqqında» Qanuna uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşının, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatının, məzuniyyət haqqının, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasına 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son iki ili ərzində əmək haqqının orta aylıq məbləğinin, yəni 8614.67 manatın 80 faizi miqdarında əlavənin və sosial sığorta fonduna ödədiyi vəsaitin hesablanaraq əmək pensiyasına əlavə edilib ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1974-cü ildən əmək fəaliyyətinə başlamış, Bakı şəhərində yerləşən müxtəlif dövlət təşkilatlarında fəhlə, hüquqşünas, böyük hüquqşünas vəzifələrində işləmişdir. 1993-cü ildən 2007-ci ilə qədər isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olaraq vəkil işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə Xaçmaz Rayonu Məhkəməsinə hakim vəzifəsinə təyin edilmiş, 28 avqust 2010-cu il tarixə kimi həmin rayonda hakim vəzifəsində işləmiş, Azərbaycan Respublikası Mili Məclisinin xx.xx.2010-cu il tarixli qərarı ilə 28 avqust 2010-cu il tarixdən Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 01 noyabr 2013-cü il tarixə kimi Şirvan Apellyasiya Məhkəməsində Mülki Kollegiyanın hakimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2013-cü il tarixli Sərəncamı ilə Qazax Rayon Məhkəməsinin sədr vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 2017-ci il oktyabr ayının 14-nə kimi Qazax Rayon Məhkəməsinin sədr vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Qazax Rayon Məhkəməsinin sədri vəzifəsində n azad edilərək Bərdə Rayon Məhkəməsinin sədr vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 29 sentyabr 2022-ci il tarixli qərarı ilə hakimlik səlahiyyətlərimin həyata keçirilməsinin son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə 29 sentyabr 2022-ci il tarixdən xitam verilmişdir. Göründüyü kimi hakimlik səlahiyyətimə xitam verilən zaman onun 15 il 2 ay 01 gün hakimlik stajı olmuşdur. 7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin ona pensiya təyin edilməsi ilə bağlı məlumat daxil olmadığından 18 avqust 2022-ci il tarixdə pensiya təyin edilməsi barədə yaşına çatmağı ilə əlaqədar xx.xx.2022-c i ildə cavabdehə müraciət etmişdir. Cavabdehin 30 avqust 2022-ci il tarixli **********2 nömrəli məktubla hakimlik səlahiyyətimə xitam verilməməsi əsas götürülərək pensiya təyin edilməsindən imtina olunmuşdur. Həmin məktubda pensiya təminatının 11 dekabr 2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyası haqqında» Qanunla hesablanacağı birbaşa vurğulanmışdır. 29 sentyabr 2022-ci il tarixdə hakimlik səlahiyyətlərinə xitam verildiyindən 20 oktyabr 2022-ci il tarixdə o, xüsusi şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir və 22 noyabr 2022-ci il tarixdə ona 4350,51 manat pensiya təyin edilmişdir. Hesab edir ki, ona təyin edilmiş pensiya düzgün hesablanmamışdır. Cavabdehin ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonrakı redaksiyasını tətbiq etməklə (yəni əmək pensiyama 50% məbləğində əlavənin hesablanmaqla) hakim kimi əmək pensiyası təyin etməkdə və eyni zamanda ona əmək pensiyasının xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarının tətbiq olunmaqla əmək pensiyasının təyin edilməsinə dair müraciətindən imtina etməkdə haqlı olmamışdır və cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ bəndi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinin tələbləri ilə qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. 8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək, yəni hakim vəzifəsinə təyin edildiyi dövr də qüvvədə olmuş 20.7-ci maddəsinə əsasən əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 5 il hakim işləmiş sabiq hakimlərin əmək pensiyasına orta aylıq əmək haqqının 45 faizi miqdarında, 10 ilə qədər hakim işləmiş sabiq hakimlərin əmək pensiyasına orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizindən çox olmamaq şərti ilə müəyyən olunmuş məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi isə onun xx.xx.2017-ci il tarixədək artıq 10 il hakim kimi iş stajı mövcud olmuşdur ki, bu halda onu təsdiq edir ki, onun hakim kimi pensiya a lmaq hüququna dair münasibətlər xx.xx.2012-ci ildə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olduğu dövrdə yaranmışdır. Digər tərəfdən o, hakim vəzifəsinə təyin olunan zaman da yuxarıda qeyd olunan Qanun qüvvədə olmuş və onunla dövlət arasında əmək pensiyalarına dair münasibətlər həmin vaxt yaranmışdır. Cavabdehin ona hakim kimi pensiya təyin olunmasından imtinasının əsası kimi istinad olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilmiş 20.7.2-ci maddəsi 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Qanunda edilmiş bu dəyişikliklər vəziyyətini ağırlaşdırmış, onunla eyni vaxtda hakim işləmiş, eyni hüquqlara malik olmuş və xx.xx.2017-ci il tarixədək hakim kimi əmək pensi yası təyin edilmiş şəxslərlə qeyri-bərabər vəziyyətə salınmışdır. Cavabdeh orqanın qanunu düzgün tətbiq etməməsi nəticəsində, pensiya çıxmış sabiq hakimlərə təyin edilmiş pensiyalar arasında kəskin fərqlər əmələ gəlmişdir. Bu isə Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş ədalətlilik və bərabərlik prinsiplərinin kobud pozulması deməkdir. Belə ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər qəbul olunan zaman onun artıq 10 illik hakimlik stajı var idi və 5 il hakimlik stajı olduğuna görə artıq onun 2012-ci ildə hakim kimi əmək pensiyası almağa dair hüququ (hakim kimi əmək pensiya münasibətləri) yaranmışdır ki, bu əsas da ona hakim vəzifəsində olmanın son yaş həddinə çatdıqda və pensiyaya çıxdıqda əmək pensiyasına sabiq hakim kimi qulluq stajına görə əlavə ödənilməsi hüququ verirdi. Həmin vaxt hakim vəzifəsində olmanın son yaş həddinə, 65 yaşa çatmamışdı və hakim vəzifəsində işləməkdə davam edirdi. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ona hakim kimi pensiya təyin olunmasına dair münasibətlər xx.xx.2012-ci ildə yarandığından, həmin münasibətlər xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları ilə deyil, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarına uyğun həll olunmalıdır.
9. Göründüyü kimi o, 28 iyul 2007-ci il tarixdə hakim təyin edildiyindən 01 yanvar 2006-cı il tarixdə qəbul edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə hakim kimi orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya almaq hüququ əldə etmişdir. 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu həmin müddətə qədər, yəni 01 iyul 2017-ci ilə kimi hakim təyin edilmiş şəxslərin vəziyyətini ağırlaşdırdığından pensiya təyinatı zamanı sonuncu qanunun tətbiqinə yol verilməməlidir. Beləliklə iddiaçıya hakim kimi pensiya təyin olunmasına dair münasibətlər 2012-ci ildə yarandığından həmin münasibətlərə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq olunmalı olduğu halda, cavabdehin onun vəziyyətini ağırlaşdıran xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq etməklə ona hakim kimi əmək pensiyası təyin olunmasından imtina etməsi Azərbaycan Respublikası Konstitusiyasının 149 -cu maddəsinin Vİİ hissəsinə və yuxarıda qeyd olunan Qanunun normalarının və normativ aktların tələblərinə zidd olmuşdur və bununla da hüquqları pozulmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11361/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilərək, İddiaçı hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatının, məzuniyyət haqqının, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasına 10 ildən yuxarı haki mlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son iki ili ərzində əmək haqqının orta aylıq məbləğinin - 8614.67 manatın 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanmalıdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3688/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, M.Rüstəmli və A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci i nstansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına hakim kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022- ci il tarixli **********3 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən hakimlik səlahiyyətlərinə xitam verilmədiyindən hakim kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Daha sonra iddiaçının xx.xx.2022- ci il tarixdə hakimlik səlahiyyətlərinin son yaş həddinə çatması ilə əlaqədar olaraq xitam verildiyindən xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş və xx.xx.2022-ci il tarixdə ona 4350,51 manat məbləğində pensiya təyin olunmuşdur.
17. İddiaçının 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş və onun həmin tarixə hakim kimi stajı 15 il 2 ay 1 gün təşkil edir.
18. Göründüyü kimi, iddiaçının 15 il 2 ay 1 gün hakim stajına uyğun olaraq, qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən ona orta aylıq əməkhaqqının 80 faizi miqdarında deyil, 52,5 faiz (15 ilə görə 50% + 2 ay 1 günə görə 2,5%) miqdarında p ensiya təyin edilməli idi.
19. Apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad edərək iddiaçının həmin dövrdə qanunvericiliklə tələb olunan hakimlik stajına malik olduğu və ona həmin dövrdə qüvvədə olmuş redaksiyaya əsasən pensiya təyin edilməli olduğu qənaətinə gəlmişdir.
20. Bununla belə məhkəmə nəzərə almamışdır ki, şəxsə hakim kimi pensiya təyin edilməsi üçün hər iki sərt eyni anda mövcud olmalıdır. Yəni Qanunun əvvəlki redaksiyasında da, iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 5 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pens iya yaşına çatmamışdır.
21. Bundan əlavə olaraq məhkəmənin “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən iddiaçıya pensiya təyin edilməli olması barədə gəldiyi nəticə yuxarı instansiya məhkəməsi tərəfindən əsaslı hesab edilsə belə, məhkəmənin iddiaçının həmin dövrədək olan stajını hesablamaq əvəzinə, onun 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixədək olan stajını hesablaması əsassız hesab edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Məhkəmələr və hakimlər haqqında” Qanun: Maddə
109. Hakimlərin sosial müdafiəsi Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pen siya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. Əməkhaqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qan una uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə o lunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1.15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əla və ödənilir.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi g östərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüq uqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onları n müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakt eri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” 34. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
36. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təmi natına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqı nda” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.
39. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hakim vəzifəsində işləmiş və hakim stajı 15 il 2 ay 1 gündür. İddiaçının xx.xx.2022-ci il tarixdə hakimlik səlahiyyətlərinin son yaş həddinə çatması ilə əlaqədar olaraq xitam verilmiş və xx.xx.2022-ci il tarixdə ona 4350,51 manat məbləğində pensiya təyin olunmuşdur. Bundan narazı qalan iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası tətbiq edilməklə, ona orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavələr nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdeh isə, qüvvədən düşmüş normaların tətbiqinin istisna edilməklə, Qanunun xx.xx.2017-ci il tarixdən sonrakı müddəalarının tətbiq edilməli olması qənaətindədir.
40. Hazırkı qərarın 24-cü bəndində istinad olunan normanın xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, pensiya yaşına çatmış sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiya sına əlavələr əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə istənilən beş ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
41. Beləliklə, iddiaçı ona hər ay ödənilən bir aylıq vəzifə maaşının, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatının, məzuniyyət haqqının, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasına 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son iki ili ərzində əmək haqqının orta aylıq məbləğinin, yəni 8614.67 manatın 80 faizi miqdarında əlavənin və sosial sığorta fonduna ödədiyi vəsaitin hesablanaraq əmək pensiyasına əlavə edilib hesablanmasını tələb etməkdə haqlıdır.
42. Həmçinin qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə artıq Ali Məhkəmənin formalaşm ış hüquqi mövqeyi mövcuddur və həmin mövqeyə uyğun izah verilmişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)1728/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1927/2023 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-1087/2024 nömrəli qərarları).
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
44. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, cavabdehin kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu baxımdan şikayət təmin edilm əməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3688/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.