Məhkəmə qərarları › İş №2-1(102)-1206/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1206/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1206/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı 10.06.2014-cü ildən əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2984/18 saylı 27 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-ci il təvəllüdlü iddiаçı Iddiaçı 02.07.1975-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 10.08.1979-cu ildən 27.07.1984-cü ilədək istismar sahəsində maşinist köməkçisi peşəsində, 11.12.1990-cı ildən 02.01.1992-ci ilədək istismar sahəsində maşinist köməkçisi peşəsində, 02.01.1992-ci ildən 01.02.2007-ci ilədək istismar sahəsində qatar maşinisti olaraq çalışmış, 18.07.2014-cü ildən hal-h azıradək “X ” QSC-nin Depolar üzrə iş Departamentinin 1 saylı texniki baxış sahəsində baxıcı-çilingər peşəsində çalışır. İddiaçı Iddiaçı 08.06.2017-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinin 13 iyun 2018-ci il tarixli, 16/01-5138 nömrəli məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmiş və imtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nda nəzərdə t utulmaması və nəticədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan azı 12 il 06 ay güzəştli iş stajı yaranmamışdır. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı Inzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 10.06.2014-cü ildən və əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-3639/2018 saylı 13.09.2018-ci il tarixli qərarı ilə iddia təmin edilərə k iddiaçı Iddiaçı na 10.06.2014-cü ildən və əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-3639/2018 saylı 13.09.2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2984/18 saylı 27 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3639/2018 saylı 13.09.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının güzəştli işlərdə ə mək fəaliyyəti ilə məşğul olması işdə olan əmək kitabçası və “X” QSC-nin arayışı ilə təsdiq olunduğundan, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2984/18 saylı 27 dekabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi əsassızdır. Belə ki, onun qanunla tələb olunan 12 il 06 ay güzəştli iş stajı yoxdur. Kassator İnzibati Prosessual Məcəllənin 90,91-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2984/18 saylı 27 dekabr 2018ci il tarixl i qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2984/18 saylı 27 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2984/18 saylı 27 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi 10.06.2014-cü ildən və əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsidir. Məhkəmə kollegiyası iddiaçıya 10.06.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına dair iddia tələbi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01.07.2017-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, **.**.****-ci il təvəllüdlü iddiаçı Iddiaçı 02.07.1975-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 10.08.1979-cu ildən 27.07.1984-cü ilədək istismar sahəsində maşinist köməkçisi peşəsində, 11.12.1990-cı ildən 02.01.1992-ci ilədək istismar sahəsində maşinist köməkçisi peşəsində, 02.01.1992-ci ildən 01.02.2007-ci ilədək istismar sahəsində qatar maşinisti olaraq çalışmış, 18.07.2014-cü ildən hal-hazıradək “X” QSC-nin Depolar üzrə iş Departamentinin 1 saylı texniki baxış sahəsində baxıcı-çilingər peşəsində çalışır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinə əsasən teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, lokomativ briqadalarının təlimatçıları (maşinistləri), elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri, teplovozlarda maşinist köməkçiləri, vaqonların baxıcıları, vaqonların baxıcı-təmirçiləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. Göründüyü kimi, iddiaçının 14.06.2014-cü il tarixədək qanunla tələb olunan ümumi və xüsusi iş stajı olduğundan cavabdeh inzibati orqan iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən əsassız olaraq imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı ona güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının “əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması” tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçının 57 yaşı 14.06.2014-cü il il tarixdə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2006-cı il tarixdə qüvvəyə minməklə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədən düşmüşdür və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əmək pensiyalarının hesablanmasının yeni qaydaları müəyyən edilmiş, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əl avələr edilməsi barədə 27.10.2009-cu il tarixli 904-IIIQD saylı Qanunu (01.01.2010-cu il tarixdə qüvvəyə minmişdir) ilə əmək haqqına istinad olunmaqla pensiyanın hesablanmasına dair norma ləğv edilmiş, əmək pensiyasının sosial sığorta haqları əsasında hesablanması qaydası müəyyən edilmişdir. Başqa sözlə, pensiya hüququ 01.01.2010-cu il tarixdən sonra yaranan şəxslərin pensiyası orta aylıq əmək haqqı arayışına istinad edilməklə hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan Qanunun müddəalarını nəzərə almadan hesab etmişdir ki, iddiaçıya əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə ape llyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı qismən, “əmək haqqı nəzərə alınmaqla” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2984/18 saylı 27 dekabr 2018-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2984/18 saylı 27 dekabr 2018-ci il tarixli qərarı qismən, “əmək haqqı nəzərə alınmaqla” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2984/18 saylı 27 dekabr 2018-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar