Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1206/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Ağsu rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (şəhid ailələrinə ödənilməli olan təqaüd və ya kompensasiyalara uyğun məbləğin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Ağsu rayon filialına qarşı şəhid ailələrinə ödənilməli olan təqaüd və ya kompensasiyalara uyğun məbləğin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-145/2021 nömrəli iş üzrə 29.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Ağsu rayon filialına qarşı Şəhid çavuş X1 şəhid olduğu vaxtdan, 18.11.1994-cü ildən - 01.01.2020-ci il tarixədək olan dövr ərzində şəhid ailələrinə ödənilməli olan təqaüd və ya kompensasiyalara uyğun məbləğin hesablanaraq ona ödənil məsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçının oğlu çavuş X3 “Balakən” X4 Məntəqəsindən müddətli həqiqi hərbi xidmətdə olduğu zaman 18.11.1994-cü ildə sərhəd pozucularının və quldur dəstələrinin sərhəd naryadına silahlı hücumunun qarşısını alarkən “Həyəcan” qrupunun tərkibində xidməti vəzifəsinin icrası zamanı quldurlar tərəfindən açılan atəş nəticəsində yaralanmış və aldığı güllə yarasından 28.11.1994-cü il tarixdə hərbi hospitalda vəfat etmişdir. Bu səbəblə iddiaçıya 22.01.2020-ci il tarixdən Şəhid statusu verilmiş və həmin vaxtdan etibarən cavabdeh orqan tərəfindən iddiaçıya şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. İddiaçı cavabdeh orqana əvvəlki illərin təqaüdünün ödənilməsi üçün müraciət etsə də, cavabdeh orqan sözügedən təqaüdün onu almaq hüququ yarandığı gündən təyin edildiyini və iddiaçının hüququnun da 22.01.2020-ci il tarixdən yaranmasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 10.12.2020-ci il tarixli, 2-1(116)1430/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Ağsu rayon filialının üzərinə 01.01.2007-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan dö vr ərzində şəhid ailələrinə ödənilməli olan təqaüdün hesablanaraq İddiaçı ödənilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26, 38-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1, 2, 7, 8-ci bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qismən qanuni və əsaslıdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10.12.2020-ci il tarixli, 2-1(116)-1430/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətn apelyasiya instansiyası məhkəməsi) 29.03.2021-ci il tarixli, 2-1(107)-145/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 10.12.2020-ci il tarixli, 21(116)-1430/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya ins tansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26, 38-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1, 2, 7 və 8-ci bəndlərinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cav abdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm şəhid statusunun, həm də müharibə əlli statusunun yaranmasının faktiki və hüquqi əsası fərqli anlarda yaranır və yuxarıdakı normalara əsasən bu xüsusi statuslara görə qanunvericiliklə müəyyən edilmiş hüquqlar faktiki əsasın deyil, hüquqi əsasın yarandığı andan mövcud olur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hər iki instansiya məhkəməsi inzibati icraatın əsas prinsiplərindən olan bu müddəanın tələblərini pozaraq, araşdırma aparmamış və nəti cədə, düzgün olmayan qərar qəbul etmişdir.
9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 29.03.2021-ci il tarixli, 2-1(107)-145/2021 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
11. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəs ində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 29.03.2021-ci il tarixli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
14. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbə rdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdeh vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 29.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.
19. Belə ki, iş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 22.01.2020-ci il tarixli M/162 nömrəli ara yışı verilmiş və həmin arayışda X2 18.11.1994-cü il tarixdə vəzifəsini yerinə yetirərkən yaralandığı və aldığı güllə yarasından 28.11.1994-cü il tarixdə hərbi hospitalda vəfat etdiyi qeyd edilmişdir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.
22. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1-ci bəndinə əsasən Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1-ci bəndinə əsasən bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nö mrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir.
25. Həmin qaydaların 2-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.
26. Həmin qaydaların 7-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbayca n Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir.
27. Həmin qaydaların 8-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci bəndinə əsasən bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
29. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 22.01.2020-ci il tarixli M/162 nömrəli arayışda X1 18.11.1994-cü il tarixdə vəzifəsini yerinə yetirərkən yaralandığı və aldığı güllə yarasından 28.11.1994-cü il tarixdə hərbi hospitalda vəfat etdiyi qeyd edilmişdir ki, bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, həmin arayış hazırkı iş üzrə şəhidlik statusunu təsdiq edən hüquq müəyyənedici sənəd hesab edilə bilər.
30. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının mərhum övladının şəhid statusu tanındığından “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 493 saylı, 19 dekabr 2006-cı il tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 29 yanvar tarix li 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qaydalara əsasən iddiaçının şəhid ailəsi üçün verilən təqaüdü almaq hüququ vardır.
31. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabineti 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı həmin Qaydaları təsdiq etmişdir. Sözügedən Qaydaların 8-ci bəndində müraciət anından asılı olmayaraq “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün onu almaq hüququnun yarandığı andan təyin edilməli olduğu təsbit edilmişdir.
32. Göründüyü kimi, təqaüdün hansı tarixdən ödənilməli olduğuna münasibətdə qanunverici iki meyar müəyyən etmişdir: 1) müraciət anından asılı olmayaraq və 2) onu almaq hüququnun yarand ığı andan təyin edilmə. Hazırkı halda, təqaüdü almaq hüququnun yaranma anı müəyyən edilməlidir.
33. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışında iddiaçının oğlunun 28.11.1994-cü il tarixdə vəzifəsini yerinə yetirərkən şəhid olmasının müəyyən olunduğunu bildirmişdir. Prezident təqaüdünün verilməsini müəyyən edən Fərman 19 dekabr 2006-cı il tarixdə, Nazirlər Kabinetinin qərarı isə 29 yanvar 2007-ci il tarixdə qəbul edilmiş və qərarın 01 yanvar 2007-ci il tarixdən qüvvəyə mindiyi göstərilmişdir ki, iddiaçının sonrakı tarixdə müraciət etməsinə baxmayaraq onun oğlunun 1994-cü ildə vəfat etməklə şəhid statusu əldə etdiyi müəyyən edildiyindən 01 yanvar 2007-ci il tarixdən etibarən həmin təqaüdü almaq hüququ yaranmışdır.
34. Nəticə etibarı ilə nəzərə alınsa ki, cavabdeh özü iddiaçıya şəhid statusu rəsmi olmayan dövrdə 11000 manat ödəmişdir, bu səbəbdən də apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
35. Bu baxımdanda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin üzərinə 01.01.2007-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan dövr ərzində şəhid ailələrinə ödənilməli olan təqaüdün hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi qoyulmalı olduğuna dair gəldiyi nəticə əsaslı olmuşdur.
36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 29.03.2021 ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.03.2021-ci il tarixli, 21(107)-145/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.