Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1206/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağın icarəyə verilməsi; notarial qaydada təsdiqlənməmiş müqavilə əsasında yaranmış icarə hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Z aqatala Ərazi İdarəsinə (üçüncü şəxs Zaqatala Rayonu Car Bələdiyyəsi) qarşı “Zaqatala Rayonu Car Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 14 iyun 2014-cü il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən sonuncunun 45 (qırx beş) il müddətə icarəsinə verilmiş Zaqatala rayonu Car kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-63/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasınd a baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli iclas protokolunun 01 nömrəli qərarından çıxarışdan görünür ki, həmin bələdiyyənin icarə predmeti olan 2000 kv.m. (0,20 ha) torpaq sahəsinin abadlıq məqsədilə icarəyə verilməsi ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. Bununla əlaqədar icarə hüququ ilə verilməsi nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin icarə haqqının aşağı həddi barədə sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsi Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа rаyоn Şöbəsindən, bələdiyyənin icarəyə verilməsi məqsədilə hərraca çıxarmaq is tədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair çıxarışın verilməsinin Azərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Zаqаtаlа Ərаzi İdаrəsindən xahiş edilməsi qərara alınmışdır.
2. Car Bələdiyyəsindən abadlıq məqsədilə icarəyə verilmiş torpaq sahəsinə dair Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа rаyоn Şöbəsinin baş məsləhətçısı F.Qaziyevin mütəxəssis rəyindən görünür ki, Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 01 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən abadlıq məqsədilə ayrı lmış torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaqayırma sənədlərinə baxılmışdır. Tərtib edilmiş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması məqsədəuyğun hesab edilmişdir. 3. Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа rаyоn Şöbəsindən verilmiş arayışdan görünür ki, Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə abadlıq məqsədilə icarəyə verilməsi nəzərdə tutulmuş 0,20 ha torpaq sahəsi Şəki-Zaqatala kadastr qiymət rayonuna aid olmaqla, kolluq ərazidir. Həmin torpaq 2000 kv.m. və ya 0,20 ha sahədən ibarətdir. 4. Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа rаyоn X5 mülkiyyətindən abadlıq məqsədilə 0,20 ha torp aq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə təqdim edilmiş sənədlərə dair xx.xx.2013-cü il tarixli, 16 nömrəli rəyindən görünür ki, Car Bələdiyyəsi tərəfindən müsabiqə yolu ilə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi 0.20 ha olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа rаyоn Şöbəsi həmin torpaq sahəsinin icarəyə verilməsini qanuna müvafiq hesab edir.
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)489/2021 nömrəli qətnaməsindən görünür ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(033)-302/2014 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Zaqatala rayonu Car Bələdiyyəsinə qarşı “cavabdehin mülkiyyətindəki yararsız vəziyyətdə olan torpaq sahəsinin abadlıq m əqsədi ilə uzun müddətə ona icarəyə verilməsinin rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilmiş, Zaqatala rayonu Car Bələdiyyəsinin mülkiyyətindəki Şəki-Zaqatala kadastr qiymət rayonuna aid kolluq ərazi olan 2000 kv.m. və ya 0,20 ha torpaq sahəsinin bağ salınması məqsədilə uzun müddətə icarəyə verilməsinə dair cavabdeh Zaqatala rayonu Car Bələdiyyəsi ilə İddiaçı arasında icarə müqaviləsinin bağlanması qət edilmişdir. Həmin qətnamədən DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmişdir.
6. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli, 01 nömrəli müqavilədən görünür ki, iddiaçı ilə Car Bələdiyyəsi arasında xx.xx.2014-cü il tarixli 06 saylı qərar əsasında 2000 kv.m torpaq sahəsinə dair bağçılıq mə qsədi ilə icarə müqaviləsi bağlanmışdır.
7. Cavabdeh orqan tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin cavabdehə ünvanladığı məktubundan görünür ki, sözügedən 0,20 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Car Bələdiyyəsinin hüdudları daxilində yerləşir.
8. Üçüncü şəxs tərəfindən təqdim edilmiş, "xxxx" MMC-nin üçüncü şəxsə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən 0,20 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Car Bələdiyyəsinin mülkiyyətinə aiddir.
9. Üçüncü şəxsin xx.xx.2021-ci il tarixli, 07 saylı iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı, 73-cü maddəsinin 6-cı bəndi rəhbər tutularaq 2014-cü ilin iyun ayında sabiq bələdiyyə sədri X4 ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin hüq uqi qüvvəsinin itirdiyi nəzərə alınaraq həmin müqavilənin ləğv edilməsi qərara alınmışdır.
10. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizənin icrası ilə bağlı sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, məhkəmə qətnaməsi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə vəzifə, öhdəlik qoyulmamış və ərazi idarəsinə qarşı hər-hansı tələb yönəlməmişdir. Belə ki, Zaqatala rayon Məhkəməsinin 11 aprel 2014-cü il tarixli, 2(033)-302/2014 nömrəli qətnaməsi ilə cavabdeh Zaqatala rayonu Car bələdiyyəsinə qarşı iddia tələbiniz təmin olunaraq, “Zaqatal a rayonu Car bələdiyyəsinin mülkiyyətindəki Şəki-Zaqatala kadastr qiymət rayonuna aid kolluq ərazi olan 2000 kv.m və ya 0,20 ha torpaq sahəsinin bağ salınması məqsədilə uzun müddətə icarəyə verilməsinə dair cavabdeh Zaqatala rayonu Car bələdiyyəsi ilə iddiaçı X3 arasında icarə müqaviləsi bağlanması” qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1 -ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınm az əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Odur ki, müraciətinizdə qeyd olunan torpaq sahəsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilə əlavə edilərək yenidən müraciət etdiyiniz təqdirdə məsələyə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala Rayonu Car Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 14 iyun 2014-cü il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən sonuncunun 45 (qırx beş) il müddətə icarəsinə verilmiş Zaqatala rayonu Car kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir.
13. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-405/2022 nömrəli qərardadı ilə Zaqatala rayonu Car Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayon Məhkəməsinin x x.xx.2014-cü il tarixli, 2(033)-302/2014 nömrəli qətnaməsi əsasında Zaqatala rayonu Car Bələdiyyəsinin mülkiyyətindəki 2000 kv.m torpaq sahəsinə dair Zaqatala rayonu Car Bələdiyyəsi ilə aralarında bağlanılmış icarə müqaviləsinə əsasən, icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsini cavabdeh orqandan xahiş etmişdir. Cavabdeh orqan sözügedən torpaq sahəsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilə olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir.
15. Cavabdeh orqan iddia tələbinə etirazını imtinanın dəlillərinə uyğun əsaslandırmışdır.
16. Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-405/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarı il ə (hakim V.Ə.Musayev) iddia tələbi təmin edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə “Zaqatala rayonu, Car bələdiyyəsi ilə iddiaçı X3 arasında bağlanmış 14 iyun 2014-cü il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən sonuncunun 45 (qırx beş) il müddətə icarəsinə verilmiş Zaqatala rayonu, Car kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçı X1 icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyi qoyulmuşdur.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı torpaq icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə razı olmamışdır. Belə olan halda müqavilə yalnız məhkəmə qaydasında ləğv oluna bilər di. Lakin üçüncü şəxs müqavilənin ləğvi barədə məhkəməyə müraciət etməmiş, özü qərar qəbul etmişdir. Yuxarıda sadalanan qanunvericiliyə görə üçüncü şəxsin özünün birtərəfli qaydada icarə müqaviləsinə xitam vermək səlahiyyəti olmamışdır. Üçüncü şəxs həmin müqavilənin ləğvi ilə bağlı qərarını Torpaq Məcəlləsinin 73-cü maddəsinin 6-cı bəndi ilə əsaslandırmışdır. İstinad olunan maddədə 6-cı bənd olmasa da, məhkəmə hesab edir ki, üçüncü şəxs Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasını (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə) nəzərdə tutmuşdur. Bununla belə, yuxarıda qeyd edildiyi kimi üçüncü şəxs, Torpaq Məcəlləsinin 73cü maddəsinin 1-ci bəndinin 6-cı abzasına istinad etməklə icarə müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyətinə malik olmadığın dan, qəbul edilmiş qərar müqavilənin ləğvinə səbəb olmamışdır.
18. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-63/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüqu qi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və inzibati işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala rayonunun Car Bələdiyyəsi qanunvericiliyinin tələblərini pozaraq, hərrac və müsabiqə olmadan 0,20 ha torpaq sahəsini birbaşa iddiaçı X2 45 il müddətinə 14 iyun 2014-cü il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən icarəyə vermişdir.
25. Zaqatala rayonu Car Bələdiyyəsi il ə iddiaçı X3 arasında bağlanmış 14 iyun 2014cü il tarixli, 01 nömrəli icarə müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir. Məhkəmə kollegiyası bu pozuntunu hüquq nəzəriyyəsinə istinad etməklə əsaslandırmağa çalışmışdır, halbuki buna heç bir ehtiyac olmamış, müqavilənin notariat qaydasında təsdiq edilməsi tələbi mülki qanunvericiliyinin göstərilən normalarının birbaşa göstərişidir.
26. İddiaçının arzuladığı torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün qanunda əsas hesab edilən hüquqmüəyyənedici sənədlərdən biri (notariat qaydasında təsdiq edilmiş icarə müqaviləsi) olmalıdır. Deməli, iddiaçıya verilmiş imtina qanuni və əsaslı olmuşdur.
27. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməs i Hərrac Protokolu və bununla bağlı tərtib edilmiş notariat qaydada təsdiq edilmiş icarə müqaviləsi olmadan, müvafiq torpaq sahəsinin hüquqi statusunu və hüquqi rejimini müəyyən etmədən və mütəxəssis rəyini əldə etmədən əsassız qərar qəbul etmişlər.
28. Zaqatala rayon Car bələdiyyəsinin 4 may 2021-ci il tarixli, 7 saylı bələdiyyə üzvlərinin iclasının protokoluna əsasən, Bələdiyyə üzvləri Azərbaycan Respublikası Torpaq məcəlləsinin 56-cı və 73-cü maddəsinin 6 bəndini rəhbər tutaraq X7 Bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Eyni zamanda Kəmaləddin Məhərrəmov 2014-2021-ci illər ərzində məhkəmə qərarını və bu qərara əsasən bağlanmış icarə müqaviləsini gizli saxlamış, əraziyə gəlməmiş və 9 il ərzində torpağın icarə vergisini ödəməmişdir. Eyni zamanda cavabdehin iddia e tdiyi torpaq sahəsi uzun illərdir ki, sovet dövründən bəri hal-hazıradək Zaqatala rayon Car kənd sakini Gülbəniz Zərqanayevanın və bacısı oğlu şəhid atası Arif Serovun istifadəsindədir. Gülbəniz Zərqanayeva 2006-2010cu illərdən mübahisələndirilən torpaq sahəsinin icarəyə verilməsinə dair Car bələdiyyəsinə və Zaqatala rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Car bələdiyyəsi tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair 2013-cü ilin mart ayında Gülbəniz Zərqanayevaya icarəyə verilməsi üçün sənədlər hazırlanmışdır (məktub əlavə olunur). Hal-hazırda həmin torpaq sahəsi Car kənd sakini Gülbəniz Zərqanayevanın istifadəsindədir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Mülki Məcəllə: 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qa nununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə m üəyyən edilmiş qaydada icarəyə verilə bilər. Maddə 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndi. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
33. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şik ayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə a pellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Bu səbəbdən şikayətlər təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fu ndamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişd ir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin reyestrdə onun adına rəsmiləşdirilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tə tbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2014-cü il tarixli müqavilə əsasında həmin torpaq sahəsi üzərində onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yönəlmişdir. Bu zaman iddiaçı Zaqatala rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(033)-302/2014 nömrəli qətnaməsinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli müqaviləyə istinad edir.
43. Mübahisəyə dair işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçı ilə Zaqatala rayonu, Car Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli müqavilənin Zaqatala rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(033)-302/2014 nömrəli qətnaməsinə əsasən bağlanıldığı görünür. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-489/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır.
44. Bununla bağlı nəzərə almaq lazımdır ki, qanuni qüvvəyə minmiş Zaqatala rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(033)-302/2014 nömrəli qətnaməsi nəinki həmin prosesin tərəfləri, həm də hazırkı iş üzrə cavabdeh üçün məcburi hüquqi qüvvəyə malikdir və onlar həmin qərarın məzmununa uyğun davranmağa borcludurlar. Həmçinin nə zərə alınmalıdır ki, qeyd olunan qərarla tərəflər arasında icarə müqaviləsi bağlanılmış hesab edilmişdir. Başqa sözlə, bələdiyyə ilə iddiaçı arasında müqavilənin bağlanılması məhkəmə qətnaməsinin məcburi hüquqi qüvvəsinə bağlıdır və həmin məhkəmə qərarının qüvvədə olduğu müddətdə müqavilə etibarlı sayılır və hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilməlidir. Cavabdeh və üçüncü şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını təftiş etmək və ya onun icrasından yayınmaq haqqına malik deyildirlər. Həmin qərar yalnız prosessual qanunvericiliklə müəyyən olunmuş şərtlərin mövcud olduğu təqdirdə, xüsusi hüquqi müdafiə vasitələrindən istifadə yolu ilə mübahisələndirilə bilər.
45. Qeyd olunmalıdır ki, Zaqatala rayonu Car Bələdiyyəsi məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında və həmin məh kəmə qətnaməsinin icrası qaydasında iddiaçı ilə torpaq icarə müqaviləsi bağlamışdır və iddiaçı həmin müqavilə əsasında icarə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlıdır.
46. Eyni zamanda nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən bağlanılması qət olunmuş, eləcə də suveren hakimiyyət daşıyıcısı olan inzibati orqan tərəfindən bağlanılan müqavilələrin notarial qaydada təsdiq olunmasını tələb etmək yolverilməzdir və belə tələb həmin orqanların statusunun mahiyyətinə ziddir. Belə ki, notarial qayda şəxsin azad iradə ifadəsinin və onun imzasının təsdiqi ilə bağlıdır. Lakin suveren hakimiyyət daşıyıcısı olan inzibati orqanlar hakimiyyət səlahiyyətinə əsasən həmin iradəni həyata keçirirlər və bu baxımdan onların iradəsinin notarial qaydada təsdiqinə zərurət yaranmır.
47. Belə liklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, cavabdehin və üçüncü şəxsin kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-63/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.