Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1207/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiasına dair iş üzrə GİRİŞ HİSSƏ 02.07.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Xəqani Səyyad oğlu Məmmədov və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və vəkili X2, cavabdeh Departamentin nümayəndəsi X3 və vəkili X4 iştirakı ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı xxxx aktının və qərarın ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 17 iyul 2018-ci il tarixli qərarından cavabdeh Departament tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Departamentin iddiaçı MMC-yə aid 24.11.2015-ci il tarixli, **********969574 saylı xxxx aktının və həmin aktla bağlı olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2015-ci il tarixli, **********987738 nömrəli qərarının qismən, yəni iddiaçı MMC-yə 14.169,29 manat mənfəət vergisinin hesablanması azaldılmış və azaldıl mış vergiyə görə 7.084,65 manat maliyyə sanksiyası tətbiq edilməsi hissələrində ləğv edilməsinə, iddiaçı MMC-yə hesablanmış 14.169,29 manat mənfəət vergisinin və 7.084,65 manat maliyyə sanksiyasının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2016-cı il tarixli qərarı ilə (hakim T.Əsədova; iş No 2-1(81)-1387/2016) iddianın təmin edilməsi; cavabdeh Departamentin iddiaçı MMC-yə aid 24.11.2015-ci il tarixli, **********969574 saylı xxxx aktının və həmin aktla bağlı olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2015-ci il tarixli, **********987738 nömrəli qərarının qismən, yəni iddiaçı MMC-yə 14.169,29 manat mənfəət vergisinin hesablanması azaldılmış və azaldılmış ve rgiyə görə 7.084,65 manat maliyyə sanksiyası tətbiq edilməsi hissələrində ləğv edilməsi, iddiaçı MMC-yə hesablanmış 14.169,29 manat mənfəət vergisinin və 7.084,65 manat maliyyə sanksiyasının ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 sentyabr 2016-cı il tarixli qərarı ilə (sədrlik edən V.Məmmədov; hakimlər M.Tağızadə və S.Hüseynov; iş № 21(103)-1805/2016) cavabdeh Departamentin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2017-ci il tarixli qərarı ilə (sədrlik edən N.Rəsulbəyova, hakimlər İ.Hüseynov və R.Nəbizadə; iş No 2-1(102)- 375/2017) cavabdeh Departament tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 23 sentyabr 2016-cı il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 sentyabr 2017-ci il tarixli qərardadı ilə (sədrlik edən Ü.Mayılov; hakimlər M.Tağızadə və K.Abiyeva; iş № 2-1(103)-913/2017) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2016-cı il tarixli qərarının cavabdehin 24.11.2015-ci il tarixli **********969574 saylı xxxx aktının qismən ləğv edilməsi tələbinə aid hissədə ləğv edilməsi; iddiaçı MMC-nin cavabdeh Departamentə qarşı cavabdehin 24.11.2015-ci il tarixli **********969574 saylı xxxx aktının qismən ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması; apellyasiya şikayətinin həmin iddia tələbinə aid hissədə qismən təmin edilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 sentyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən Ü.Mayılov; hakimlər M.Tağızadə və K.Abiyeva; iş № 2-1(103)-913/2017) cavabdeh Departament tərəfindən verilmiş apellyasiya şikayətinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 29.12.2015-ci il tarixli, **********987738 nömrəli qərarına münasibətdə hissədə təmin edilməməsi; 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 26 may 2016-cı il tarixli qərarının «Vergi ödəyicisinin vergi qanunveric iliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 29.12.2015-ci il tarixli, **********987738 nömrəli qəraranı münasibətdə hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova, hakimlər İ.Dadaşov və K.Bədəlov; iş No 2-1(102)-75/18) cavabdeh Departament tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışıdır. Hazırki işə 3-cü dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 17 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və M.Məmmədov; iş № 2-1(103)-1255/2018) cavabdeh Departamentin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh Departament kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Departamentin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxaraq qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutlar ı müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinə dair yazılı etirazın dəlilləri İddiaçı MMC kassasiya şikayətinin dəlillərinə dair yazılı etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan həmin şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 17 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin vəkili İ.Əhməd kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikay ətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 17 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin nümayəndəsi K.Bədəlova vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı MMC-nin vəkili N.Tağıyev kassasiya şikayəyinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 17 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı MMC-nin nümayəndəsi Nümayəndə vəkili n dediklərinə uyğun izahat vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, cavabdeh Departament tərəfindən iddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanu nvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə avqust 2012 - yanvar 2015 vergi dövrləri üzrə növbəti xxxxnın keçirilməsi barədə 11.03.2015-ci il tarixli, **********873350 №-li qərar qəbul edilmişdir. Sonradan Departament tərəfindən iddiaçı MMC-yə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 30.03.2015-ci il tarixli, **********879598 №-li tələbnamə göndərilmişdir. Eyni zamanda, cavabdeh Departament tərəfindən iddiaçıya “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 29.04.2015-ci il tarixli, **********894793 №-li qərar göndərilmişdir ki, bu qərara cavab olaraq iddiaçı MMC 27.07.2015-ci il tarixli məktubla qaimə fakturaları və kassa mədaxil orderlərinin təsdiq olunmuş surətlərini cavabdeh Departamentə təqdim et mişdir. Vergi orqanı tərəfindən keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib edilmiş 24.11.2015-ci il tarixli, **********969574 №-li “xxxx” Aktına görə, yoxlama zamanı iddiaçı MMC tərəfindən mənfəət vergisinin 14.169,29 manat azaldılmasına görə 50% miqdarında, yəni 7.084,65 manat, ÖMTV-nin 205,76 manat azaldılmasına görə 50% miqdarında, yəni 102,88 manat, ÖMTV hesabatını təqdim etmədiyinə görə 80 manat miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bu Akt əsasında cavabdeh Departament tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında 19.12.2015-ci il tarixli, **********987738 №-li qərarla iddiaçı MMC vergi məsuliyyətinə cəlb edilmiş və ona 14.375,05 manat əlavə vergi, 7227,53 manat maliyyə sanks iyası hesablanmışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 31iyul 2017-ci il tarixli, 13148 №li rəyinə görə, iddiaçı MMC 2012-ci ildə mənfəət vergisinin ödəyicisi olmuş, vergi orqanına bəyənnamə vermişdir. Həmin bəyənnamədə 2012-ci il üzrə gəlir – 12.944,90 manat, gəlirin əldə olunması üçün çəkilən xərclər – 57.865,77 manat, zərər – 44.920 manat göstərilmişdir. Ekspertiza zamanı MMC-nin 2012-ci il üzrə göstəriciləri aşağıdakı kimi müəyyən edilmişdir: gəlir – 12.944,90 manat, gəlirin əldə olunması üçün çəkilən xərclər – 57.865,77 manat, zərər – 44.920 manat. 2013-cü ilin bəyannamədə gəlir – 268.643,66 manat, gəlirin əldə olunması üçün çəkilən xərclər – 296.366,43 manat, zərər – 27ö772,77 manat olmuşdur. Ekspertiza zamanı MMC-nin 2013-cü il üzrə göstəriciləri aşağıdakı kimi müəyyən edilmişdir: gəlir – 268.643,66 manat, gəlirin əldə olunması üçün çəkilən xərclər – 296.366,43 manat, zərər – 27.772,77 manat. Ekspertiza tədqiqatı zamanı iddiaçı MMC tərəfindən 2012-2103-cü illər üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin az hesablanması müəyyən olunmamışdır. Hazırki işə sonuncu dəfə baxmış Ali Məhkəmənin 04 aprel 2018-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, mənfəət vergisinin hesablanmasına əsas cavabdeh Departamentin bildirdiyi kimi, iddiaçı MMC tərəfindən gəlirinə dair ilkin uçot sənədlərinin təqdim edilməməsi olmuşdursa, bu halda həmin məsələ üzrə ekspert rəyində ətraflı təhlil aparılmalı idi. Ekspert rəyində isə iş materiallarında olan sənədlər kimi - qaimə fakturalar, mədaxil orderləri, ƏDV-nin depozit hesabı üzrə çıxarışın məlumatları, vergi hesab fakturalar barədə məlumat və s. olması bildirilmişdir. Ekspert göstərmişdir ki, həmin sənədlər əsasında iddiaçı MMC-nin gəlirinin məbləğini müəyyən etmişdir. Halbuki, məhz, sonuncu məsələ, yəni iddiaçı MMC-nin fəaliyyətinə aid gəlirlə bağlı sənədlərin mövcud olub-olmaması tərəflər arasında mübahisəli halı təşkil etmişdir. İddiaçı MMC-nin təqdim etdiyi bəyannamədə gəlirlər kimi əks etdirdiyi rəqəmlərin faktiki hallar kimi öz təsdiqini hansı qaydada tapdığı ekspert tərəfindən müəyyən edilməli idi. Lakin ekspert rəyində yalnız ümumi ifadələr işlətməklə nəticə əldə etmişdir. Apellyasiya instansiya məhkəməsi isə ekspert rəyini sübut kimi qəbul etməklə hesablamaların əsasını təşkil edən məlumatların əsaslı olub-olmamasına qiymət ve rməmişdir. Əgər iddiaçı MMC tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 2012-ci il üzrə ümumi gəlirin 12.944,9 manat təşkil etdiyi göstərilmişdirsə, bu halda həmin məbləğə daxil edilən hər bir vergitutma əməliyyatı və onun dəyərinin ödənilməsi barədə məlumat ekspert rəyində əsaslandırılmalıdır. Eyni qayda 2013-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə münasibətdə də tətbiq edilməlidir. Tədqiq edilən sənədlərə münasibətdə həmin düzəlişlərin ilk olaraq sadə karandaşla aparıldığı müəyyən edilmiş və bu hal düzəlişlərin aparılmasının bu və ya digər qaydada sənədin mahiyyətinə təsir etmədiyi anlamını yaradır, çünki düzəlişlərin aradan qaldırılması istənilən vaxt mümkün olmuşdur. Qaimə-faktura ilə müəyyən edilən faktiki hal müvafiq malların müəyyən edilmiş miqdarda və m əbləğdə alıcı tərəfindən satıcıya təqdim edilməsi təşkil edirsə, həmin qaimə-fakturada əks olunmuş məbləğin ödənilməsi isə müvafiq kassa-mədaxil orderi və ya bank hesabından çıxarışla təsdiq olunur. Belə olan halda isə, həmin qaimə-fakturada əks olunmuş məbləğin təsdiqi müəyyən edildiyi halda, sonuncu sənəd vergitutma əməliyyatı nəticəsində gəlirin əldə edilməsi ilə bağlı sübut kimi qiymətləndirilə bilər. Apellyasiya instansiya məhkəməsinin iclasına dəvət olunmuş, iş üzrə məhkəməmühasibatlıq ekspertizasına dair rəy vermiş ekspert E.Həsənov verdiyi izahatında bildirmişdir ki, vergi borcu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən şərti rentabellik üzrə hesablanıb. İddiaçı MMC-nin illik dövriyyəsi ƏDV üzrə depozit hesabından çıxarış əsasında müəyyən edilib. Əlavə s ənədlərə baxış keçirilib. Sənədlər də qaimə-fakturaların təkrar surətləridir. Ekspertizaya bütün sənədlər təqdim olunub. Qaimə-fakturaların rekvizitləri olub. Qaimə-faktura, kassa mədaxil çıxarış sənədlərə əsasən hesablama aparılıb. Ləğv olunmuş qaimələr nəzərə alına bilməz. Düzəliş edilmiş qaimə-fakturalar digər sənədlərlə bir-birini tamamlayırsa, nəzərə alınmalıdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının gəlirinin müəyyən edilməsi ilə bağlı işin halı tam araşdırılmamışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, Ali Məhkəmənin yuxarıda sözügedən qərarında qeyd olunan qaimə-fakturalardan görünür ki, bu sənədlərin kənarlarında sadə karandaşla düzəlişlər deyil, malların geri qaytarılmasına dair qeydlər aparılmışdır. Həmin qeydlərin adi pozanla silinməsi mümkün olan bir haldır. Qaimədə son olaraq göstərilmiş məbləğin qeydlərdə hər-hansı bir əlaqəsinin olmamasını müəyyən edilir. İddiaçı MMC-nn gəlirinin hesablanması üçün qaimə-fakturada deyil, vergi hesabfakturasında göstərilən məbləğ götürülməlidir, vergi hesab-fakturalarına isə hər-hansı irad bildirilməmiş və eyni zamanda mübahisəli aktda ƏDV üzrə yoxlama aparılarkən kənarlaşmanın aşkar edilməsi qeyd edilməmişdir. Belə olan halda, iddiaçı MMC-nin ƏDV ilə əhatə edilən dövrünün gəlirin müəyyən edilməsi mümkün olmuşdur və qaimə-fakturalarda sadə karandaşla qeydlərin aparılması buna hər-hansı bir maneə törədə bilməzdi. 28.12.2015-ci il tarixdə nəzarət kassa aparatından çıxarılmış dövrü (Z) h esabatdan görünür ki, iddiaçı MMC-nn 01.01.2012-ci il tarixindən 28.12.2015-ci il tarixinədək olan dövriyyəsi tam şəkildə qeyd edilmişdir. Vergi qanunvericiliyinə görə, mənfəət vergisi müəssisənin mənfəətindən tutulur. Mənfəət isə müəssisənin gəliri və xərcləri arasındakı fərqlə müəyyən edilir. Cavabdeh Departament hesab etmişdir ki, iddiaçı MMC-nin xərclərini müəyyən etmək mümkün olsa da, onun gəlirini müəyyən etmək mümkün olmamışdır. Buna əsas kimi, iddiaçı MMC-nin təqdim etdiyi qaimə-fakturaların bir qismində malların satış dəyərinin müəyyən edilməsinin mümkün olmaması və pərakəndə ticarət obyektində işlədilmiş nəzarət kassa aparatının dövrü hesabatlarının təqdim edilməməsi göstərilmişdir. Qaimə-fakturaların bəzilərində karandaşla qeydlər aparılsa da, bunlar həmin sənədlərin mötəbərliyi ni şübhə altına ala bilməz. Çünki bu qeydlərlə qaimə-fakturaların məzmununda hər hansı dəyişiklik edilməmişdir. Ali Məhkəmənin sonuncu qərarında da bu hal öz əksini tapmışdır. Eyni zamanda Ali Məhkəmənin qərarındakı əsas göstərişlər ekspert rəyində bir sıra məqamların aydınlaşdırılmaması ilə bağlı olmuşdur. Həmçinin apellyasiya baxışı zamanı mübahisəli məqamların aydınlaşdırılması üçün dəvət olunmuş ekspert izahatında işin materiallarına əlavə edilmiş bütün qaiməfakturaların ekspertiza zamanı ona təqdim edildiyini, bütün əlavə sənədlərə baxış keçirildiyini, qeydiyyat aparılmış qaimə-fakturaların digər sənədlərlə uyğunluq təşkil etdiyinə görə nəzərə alındığını və bütün bunlara uyğun olaraq iddiaçının 2012-2013-cü illər üzrə mənfəət vergisinin hesablandığını bildirmişdir. Göründüyü kimi, idd iaçı MMC-nin 2012-2013-cü illər üzrə mənfəət vergisinin az hesablanmasının ekspert rəyi ilə müəyyən edilməməsi, ekspert rəyində qaranlıq qalan məqamların (işə əlavə edilmiş bütün qaimə-fakturaların ekspert tərəfindən tədqiq edilib-edilməməsi) ekspert tərəfindən aydınlaşdırılması və Ali Məhkəmənin qərarındakı göstərişlər nəzərə alınaraq apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Bu əsaslarla cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı qismən əsassız və qanunsuz olduğundan, iddia tələbi isə əəsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəllənin 105.5.1-ci maddəsinə müvafiq olaraq əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibatı aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı mübahisədə cavabdeh mübahisələndirilən qərarının qəbul edilməsini zəruri edən faktiki halları sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilmədi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı MMC-nin kassasiya şikayətində göstərdiyi dəlillər əsass ız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş halla ra maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmışdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyası 17 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 17 iyul 2018-ci il
Məhkəmə qərarları › İş №2-1(102)-1207/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1207/2019
02.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver