Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1207/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayətin vəkilsiz tərtib edilməsi Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul etməsi və döyüş əməliyyatlarında iştirak etməsi barəsində aktdan irəli gəl ən ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-129/2021 saylı, 7 aprel 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia tələbi ilə bağlı dəqiqləşdirilmiş ərizə verərək, 1) 25.06.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu 15.04.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən təl əb olunan əmrlər əsasında araşdırılmanın nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulması; 2) qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 25.06.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu 15.04.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(118)1112/2020 saylı qərardadı ilə təl əbin yönəldiyi cavabdeh və tələb dəqiqləşdirilmədiyindən iddianı mümkün saymamışdır.
3. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilərək, işin yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
4. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 7 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı apelyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti vermiş, şikayət vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə olunmamışdır. Tətbiq edilən hüquq
6. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edi lmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...
7. Mülki Prosessual Məcəllə (bun dan sonra MPM): Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Maddə 407.4. Şikayətə vəkilin orderi...əlavə olunur. Maddə. 408.1.3. Kasasiya şikayətinə vəkilin orderi...əlavə edilməmişsə, kasasiya şikayəti qaytarılır. Kasasiya şikayətinin mümkünlüyü
8. İddiaçı apelyasiya məhkəməsinin 7 aprel 2021-ci il tarixli qərardadından kasasiya şikayəti tərtib etmiş, kasasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. Kasasiya məhkəməsinin mövqeyi
9. İddiaçının kasasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən, bununla bağlı şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüquq unun təmin olunması məqsədilə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması 14 iyul 2021-ci il tarixə təyin edilmişdir. Bu barədə kasasiya şikayətini tərtib etmiş iddiaçıya 4 iyun 2021-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, ona şikayətin vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı qeyd edilərək göstərilən nöqsanın 14 iyul 2021-ci il tarixədək aradan qaldırılması təklif edilmiş, əks halda kasasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.
10. Qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsinin 24 may 2021-ci il tarixli məktubunda da iddiaçının tərtib etdiyi kasasiya şikayətinin vəkil tərəfindən imza olunmadığı və vəkilin orderinin şikayətə əlavə edilmədiyi onun diqqətinə çatdırılmışdır.
11. Ali Məhkəmə tərəfindən iddiaçıya məlumat verilərək kasasiya şikay əti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Buna baxmayaraq iddiaçı 14 iyul 2021-ci il tarixə qədər vəkillə tərtib edilmiş kasasiya şikayətini təqdim etməmişdir.
12. Kasasiya şikayətini vəkil imza etmədiyindən və şikayətə vəkilin orderi əlavə olunmadığından, həmçinin verilən müddətdə nöqsanlar aradan qaldırılmadığından kasasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
13. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-129/2021 saylı, 7 aprel 2021-ci il tarixli qərardadından verilən şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.