Məhkəmə qərarları › İş №2-1(102)-1207/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1207/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1207/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin məhkəmə aiddiyatı üzrə göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə müraci ət edilən ünvana göndərilməsi” tələbinə dair iş üzrə mübahisənin ərazi aidiyyəti barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(103)-882/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ehtiyatda olan zabitdir, 2014-cü ildən 2-ci qrup müharibə əlilidir.

2. Müraciətinə əsasən iddiaçı xx.xx.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə əyani müayinəyə göndərilmiş, müayinə olunmuş, onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilmiş və ona ikinci dərəcə əlillik təyin olunmuşdur.

3. İddiaçının bildirdiyinə görə, bu barədə onun şəxsi kabinetinə cavabdeh tərəfindən göndərilmiş məktubda “0280003AAF MA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” kimi qeydlər aparılmışdır.

4. İddiaçının iddiasına görə, xx.xx.2021-ci il tarixdə şəxsi kabinetinə baxış keçirən zaman görmüşdür ki, əlilliyin axırıncı qiymətləndirilməsi sistemdən silinmiş, əlillik müddəti və diaqnozu dəyişdirilmişdir. Bu səbəbdən də cavabdehə dəfələrlə müraciət etmişdir. Cavabdeh onun bununla bağlı müraciətinə hazırda da yazılı cavab verməmiş və poçt vasitəsi ilə müraciət olunan ünvana göndərməmiş, bununla da qanunun tələblərini növbəti dəfə pozmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə iki müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli, 2-1(112)-11199/2021 nömrəli qəradadı ilə (hakim A.Oruczadə) iddia mümkün sayılmamışdır.

7. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(103)-882/2022 nömr əli qərardadı ilə hazırkı işin ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının qeydiyyatda olduğu Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi sayılır. Bu baxımdan hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı tələbləri nəzərə alınmamış, səlahiyyətinə aid olmadığı halda iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir.

9. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadı ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. K ASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, onun iddiasına aidiyyəti üzrə onun olduğu yerin məhkəməsi, yəni Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz ərizəsi verməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə Maddə

8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında i ddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da ş amil olunur. Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutul muş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyi şdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

16. İddiaçıya məxsus AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinə və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən 05.1979-cu il tarixdə Laçın rayonu, Pircahan kəndində doğulmuş İddiaçı Laçın rayonu Qayğı qəsəbəsində qeydiyyatdadır.

17. Lakin işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddia ərizəsində iddiaçının qeydiyyatda olduğu rəsmi ünvan kimi Laçın rayonunun Pircahan kəndinin qeyd olunmasına baxmayaraq, iddiaçı məlum səbəblərdən hələ Laçında, yəni qeydiyyatda olduğu ərazi vahidində deyil, Suraxanı rayon MənzilKommunal Təsərrüfatı Birliyi 105 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışa əsasən faktiki olaraq ünva n 3 ünvanında yaşayır və iddia ərizəsində də faktiki yaşadığı ünvanı, yəni olduğu yer üzrə ünvanı göstərmişdir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi köçkünlərin iddiaları üzrə ərazi aidiyyəti müəyyən edilərkən, onların köçkün kimi rəsmi qeydiyyatda olduqları ərazi vahidi deyil, köçkün kimi faktiki yaşadıqları ərazi vahidi nəzərə alınmalı və belə hallarda ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, həmin Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli Qanunun 1.1-ci və 8.1.2-ci maddələrin edilmiş dəyişikli yə əsasən, bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunmuşdur. Dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş, Qanunun 1.1-ci maddəsinin Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə 6 oktyabr 2021-ci il tarixdə, yəni İPM-in 8.1.2-ci maddəsinə edilmiş dəyişiklik qüvvəyə mindikdən sonra müraciət etmişdir. Bundan başqa həm də nəzərə almaq lazımdır ki, məhkəmələr tərəfindən mübahisələrə həmin vaxt qüvvədə olan prosessual normalar əsasında baxılır.

19. Bundan əlavə, Ali Məhkəmənin son dövrlər formalaşmış hüquqi mövqeyinə görə də hazırkı mübahisəyə analoji müb ahisələrə dair məcburi köçkünlərin iddiaları üzrə ərazi aidiyyəti müəyyən olunarkən məhz qeyd edilən qaydanın tətbiqi nəzərdə tutulmuşdur (Ali Məhkəmənin 22 aprel 2022-ci il 2-1(102)-684/2022 nömrəli Qərarı).

20. Nəzərə almaq lazımdır ki, mübahisənin predmet və ya ərazi aidiyyəti işə baxan məhkəmə tərəfindən xidməti vəzifəsinə görə müəyyən edilməlidir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və iddiaçının olduğu yer Bakı şəhəri olduğuna görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.

21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən m əhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-882/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilir. İş baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar