Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1207/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə dair dövlət reyestrindən verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsinə əsasən 0.25 ha torpaq sahəsi üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iş üzrə mütəxəssis xərci olaraq ödədiyi 406 manat pul məbləğinin cavabdehdən tutularaq özünə ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-18/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qax Rayon Mə hkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə, ərizəçi "xxxx" Kiçik Müəssisəsinin ərizəsi təmin edilmiş, Qax rayon “Nizami” adına kolxozun 24 sentyabr 1993-cü il tarixli 05 saylı ümumi iclas qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə sahibkarlıq məqsədi ilə inzibati və digər binalar tikmək üçün verilmiş 0.25 ha torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin mülkiyyətində olması faktı tanınmışdır.
2. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-301/2012 nömrəli məktubuna əsasən, Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.
3. Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(024)-301/2012 nömrəli məktubunda qeyd edilmişdir ki, qətnamə üzrə icra vərəqəsi aşkar edi lməmişdir. 4. 0.25 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Şəhərin Perspektiv İnkişaf fond torpaqlarına aid Qax Şəhər Bələdiyyəsinin mülkiyyətindədir.
5. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişdir.
6. Cavabdeh ərizənin icrasından imtina edərək ona istinad etmişdir ki, "xxxx" X1 rayon Məhkəməsinə müraciəti zamanı Xidmətin 12 saylı Şəki Ərazi İdarəsi cavabdeh və maraqlı tərəf kimi prosesə cəlb edilməmiş və Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi icra edilməsi üçün ərazi idarəsinə göndərilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə mə hkəməyə müraciət edərək “Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 saylı qətnaməsinə əsasən 0.25 ha torpaq sahəsi üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iş üzrə mütəxəssis xərci olaraq ödədiyi 406 manat pul məbləğinin cavabdehdən tutularaq özünə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin 2-1(116)-145/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin, Qax Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qax rayon Nizami adına kolxozun xx.xx.1993-cü il tarixli ümumi iclas protokolundan çıxarışa əsasən 0.25 ha torpaq sahəsinin binalar tikilməsi üçün "xxxx" Kiçik Müəssisəsinə ayrılmasına və bunun əsasında Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə 0.25 ha torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin mülkiyyətində olması faktı tanınmasına istinad edərək, A415339 №-li və A424261 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd edilmiş, cəmi 0.25 ha torpaq sahəsi üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" X2 rayon Məhkəməsinə müraciəti zamanı Xidmətin 12 saylı Şəki Ərazi İdarəsi cavabdeh və maraqlı tərəf kimi prosesə cəlb edilməmiş və Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi icra edilməsi üçün ərazi idarəsinə göndərilməmişdir.
11. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.
12. Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) 3 avqust 2022-ci il tarixli 21(116)-145/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə “Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 saylı qətnaməsinə əsasən 0.25 ha torpaq sahəsi üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. İddia tələbinin “406 manat mütəxəssis xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi”nin təmin edilməməsi qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddia olunan 0.25 ha torpaq sahəsinin, "xxxx" X3 rayon Nizami adına kolxozun xx.xx.1993-cü il tarixli ümumi iclas protokolundan çıxarışa əsasən ayrılması Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə müəyyən edildiyindən, iddiaçı, torpaq islahatının subyekti olaraq, ayrılmış həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orq andan tələb etməkdə haqlı olmuşdur. - məhkəmə 406 manat mütəxəssis xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qeyd etmişdir ki, “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasinin tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 2№-li Qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri təsdiq edilmişdir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın tam təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-18/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.R. Rəfiyev-sədrlik edən, V.İ.Məlikov və G.İ. Cavadova) Şəki İnzibati Məhkəməsinin 2-1(116)-145/2022 nömrəli, 3 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisə predme ti olan 0.25 ha torpaq sahəsinə dair iddiaçının adına Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 saylı qətnaməsi mövcud olduğu halda, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar mövcuddur.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, məhkəmə kollegiyasının əsas götürdüyü Qax rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 saylı qətnaməsində 0.25 ha torpaq sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnu tanınması barədə deyil, mülkiyyətində olması faktının tanınması barədə olmuşdur. Bununla yanaşı həmin qətnamədə Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. İş üzrə hüquqların dövlət qeydiyyatı üçün göstərilən Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri mövcud olmamış, iddiaçı tərəfindən bununla bağlı heç bir əsas əlavə edilməmişdir. Kollegiyanın istinad etdiyi Qax rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 saylı qərarında cavabdehin mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qərarında da iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hansı əsasın (əsasların) olmasını göstərmə miş, ancaq Qanunun 8.0.4-cümaddəsinə istinad edilmişdir, yuxarıda qeyd edildiyi kimi həmin əsas düzgün tətbiq edilməmişdir. Halbuki həmin əsaslardan birinin olması və Ərazi İdarəsinə təqdim edilməsi qanunun imperativ normasıdır, yəni qanunun birbaşa tələbidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 19.1 İnzib ati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə h üququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquqəldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgi si; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmaya n şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuniməqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunm ası qadağandır. Maddə
24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə a id olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılm alıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən ed ilməmişdir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yet ərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
31. Hazırki qərarın 22-ci bəndinin tələblərindən göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmaması üçün olan və alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir.
32. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır.
33. İşin məhkəmələr tərəfindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının hüquql arının dövlət qeydiyyatına alınmasını istisna edən hər-hansı hal müəyyən edilməmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinin elektron məlumat bazasında sahibkarlıq məqsədilə Qax şəhərinin inzibati ərazi hüdudları daxilində Qax şəhərinin baş planına əsasən yaşayış ehtiyat ərazilərə aiddir. Torpaq sahələrinin istifadəçisi İddiaçıdur və onun istifadə etdiyi torpaq sahələrinin ölçüləri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A415339 №-li və A424261 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş torpaq sahələrinin (1000 kv.m və 1500 kv.m) koordinatları iddiaçının faktiki olaraq iddia etdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tari xli 2(024)-301 nömrəli qətnaməsi ilə ərizəçi "xxxx" Kiçik Müəssisəsinin ərizəsi təmin edilmiş, Qax rayon “Nizami” adına kolxozun 24 sentyabr 1993-cü il tarixli 05 saylı ümumi iclas qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə sahibkarlıq məqsədi ilə inzibati və digər binalar tikmək üçün verilmiş 0.25 ha torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin mülkiyyətində olması faktı tanınmışdır. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-301/2012 nömrəli məktubuna əsasən, Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir.
35. Qaldırılmış digər bir məsələ isə daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatını aparan orqanın cəlb olunmadığı işlər üzrə qəbul edilmiş və məhkəmələr tərəfindən d eyil, vətəndaşların təqdim etdiyi məhkəmə qərarları əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən məhdudiyyət qoyulmasının mümkünlüyü ilə bağlıdır.
36. Bununla bağlı olaraq qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır.
37. Nəzərə alınmalıdır ki, istinad edilən norma qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olması nı şərt kimi təsbit etmir. Burada diqqət edilməli olan əsas məqam həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğunun təsdiq edilib-edilmədiyidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3-cü maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Qeydiyyat orqanının bu hüququ qeyd almaq öhdəliyi isə bilavasitə qanundan irəli gəlir. Yəni, bu öhdəlik onun üzərinə qanunla qoyulub və o, bu öhdəliyi həmin qanunun tələbinə uyğun icra etməlidir.
38. Göstərilənlərə əsasən sırf icra at iştirakçısı olmadığı və ya məhkəmə qərarının bilavasitə məhkəmə tərəfindən qeydiyyat orqanına təqdim olunmadığı, yaxud da məhkəmə qərarında qeydiyyat orqanının üzərinə konkret əmlak üzərində şəxsin hüququnun reyestrdə qeydə alınması barədə öhdəliyin birbaşa göstərilmədiyinə dair hallardan çıxış etməklə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14-cü maddəsinə istinadla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının dayandırılması yolverilməzdir. Məhkəmə qərarının özünün mövcudluğu və ya onun qanuni qüvvədə olub-olmaması barədə şübhələr olduqda qeydiyyat orqanı bu məsələni müvafiq sorğular verməklə dəqiqləşdirməlidir. Belə dəqiqiləşdirmə aparma öhdəliyi inzibati orqanın xidməti vəzifəsinə görə borcudur.
39. Bununla yanaşı, qeydiyyat orqanı “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Qanunun 14-cü maddəsində göstərilən hallar mövcud olduqda qeydiyyatın dayandırılmasını həyata keçirə bilər.
40. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-18/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.