Məhkəmə qərarları › İş №2-1(102)-1208/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1208/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1208/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2925/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhər XDS İK-nin 15.09.1988-ci il tarixli, 9/512 saylı qərarına əsasən Ləhiş ərazisindəki 3826a nömrəli bağın Xistifadəsinə verilməsi haqqında Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin 14 saylı Bağ Tikinti Kooperativi tərəfindən 16 fevral 1989-cu il tarixli 11 saylı order verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 19.02.2018-ci il tarixli, A-41 saylı arxiv çıxarışına əsasən Bakı şəhər XDS İK-nin 15.09.1988-ci il tarixli, 9/512 saylı qərarına əlavə edilmiş siyahıda Xаdı 16-cı sırada qeyd olunmuşdur. X 23.11.1998-ci ildə vəfat etmişdir. 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat kontorunun 19.03.2018-ci il tarixli, 387 saylı məktubunda qeyd edilmişdir ki, X müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 23.11.1998-ci ildə ölmüş atası X adına vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin Ləhiş ərazisindəki 3826a nömrəli bağın istifadəyə verilməsi haqqında 31.10.2005-ci il tarixli, 24355 saylı müqavilə ilə Bakı şəhər i, Sabunçu rayonu, Ləhiş ərazisindəki 0.12 ha torpaq sahəsi olan 3826a nömrəli bağ X istifadəsinə verilmişdir. 14.02.2013-cü il tarixli, Xx-x seriyalı, ***** saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Ünvan, 3826a saylı bağ sahəsi ünvanda yerləşən 0.1128 ha torpaq sahəsi X tərəfindən X satılmışdır. Azərbaycan respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Xx-x seriyalı, ***** çıxarış ilə Bakı şəhəri, Ünvan, 0.1128 ha torpaq sahəsindən ibarət olan 3826a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları X adına 02.03.2013-cü il tarixdə qeydiyyata alınmışdır. «Daşınmaz əmlakın bağışlanmаsı» barədə 02.06.2015-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Ünvan, 3826A saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0. 1128 ha olan torpaq sahəsinin 0.05 ha hissəsi X tərəfindən X bağışlanmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Xx seriyalı, ****** saylı çıxarış ilə Bakı şəhəri, Ünvan, 0.0628 ha torpaq sahəsindən ibarət 3826A saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları X adına qeydiyyata alınmışdır. İddiaçı Iddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə mərhum atası X məxsus Ünvan massiv ünvanında yerləşən 0.12 ha 3826a bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə onun adına dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 16.04.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasə n eyni nömrəli bağ sahəsi icarə müqaviləsi əsasında digər şəxsin adına dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bundan əlavə, bağ sahəsinin yerini iddiaçı tanımadığından yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamış və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun mərhum atası X məxsus Ünvan massiv ünvanında yerləşən 0.12 ha 3826a bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə onun adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifələrinin c avabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2575/2018 saylı, 30.08.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2575/2018 saylı, 30.08.2018-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2925/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2575/2018 saylı, 30.08.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, Ünvan massivi ünavnında yerləşən iddiaçı Iddiaçı hazırda iddia etdiyi bağ sahəsi digər fiziki şəxslərin adına mülkiy yət hüquqları qeydiyyata alındığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində eyni ünvanda yerləşən daşınmaz əmlakın eyni ölçüləri üzərində ayrı-ayrı şəxslərin hüquqlarının dövlət qeydiyyatına alınması Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir və icrası mümkün deyil. Bununla yanaşı, hazırkı mübahisə predmeti olan bağ sahəsi başqa şəxsin mülkiyyətində olduğundan bununla bağlı olaraq iddiaçı ilk öncə həmin şəxslərə aid plan-ölçünün və çıxarışın ləğv edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmalı və tələb təmin edildiyi təqdirdə, iddiaçı yenidən bağ sahəsinə dair plan-ölçünün verilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi b ağlı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edə bilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2925/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Ünvan massivi ünvanında yerləşən 3826a bağ sahəsi Bakı şəhər XDS İK-nin 15.09.1988-ci il tarixli 9/512 saylı qərarı ilə iddiaçının mərhum atası X ayrılmış və ona 16 fevral 1989-cu il tarixdə order verilmişdir. Lakin işə baxan məhkəmə sözügedən qərarların ləğv edilməməsini nəzərə almadan torpaq sahəsi üzərində X mülkiyyət hüquqlarını qeydiyyata alınmasını qanuni hesab etmiş və iddia tələbini təmin etməmişdir. Kassator İnzibati Prosessaul Məcəllənin 14.3, 33.1, 33.2, 73.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2925/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Bağırov Ziya Bayram oğlu vəkilsiz təmsil olunduqlarından işə onların izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİq tisadi Kollegiyasının 2-1(103)-2925/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhər XDS İK-nin 15.09.1988-ci il tarixli, 9/512 saylı qərarına əsasən Ləhiş ərazisindəki 3826a nömrəli bağın X istifadəsinə verilməsi haqqında Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin 14 saylı Bağ Tikinti Kooperativi tərəfindən 16 fevral 1989-cu il tarixli 11 saylı order verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 19.02.2018-ci il tarixli, A-41 saylı arxiv çıxarışına əsasən Bakı şəhər XDS İK-nin 15.09.1988-ci il tarixli, 9/512 saylı qərarına əlavə edilmiş siyahıda Xаdı 16-cı sırada qeyd olunmuşd ur. X 23.11.1998-ci ildə vəfat etmişdir. 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat kontorunun 19.03.2018-ci il tarixli, 387 saylı məktubunda qeyd edilmişdir ki, X müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 23.11.1998-ci ildə ölmüş atası X adına vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin Ləhiş ərazisindəki 3826a nömrəli bağın istifadəyə verilməsi haqqında 31.10.2005-ci il tarixli, 24355 saylı müqavilə ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisindəki 0.12 ha torpaq sahəsi olan 3826a nömrəli bağ X istifadəsinə verilmişdir. 1 4.02.2013-cü il tarixli, Xxx seriyalı, *****saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Ünvan, 3826a saylı bağ sahəsi ünvanda yerləşən 0.1128 ha torpaq sahəsi X tərəfindən X satılmışdır. Azərbaycan respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Xx-x seriyalı, *****çıxarış ilə Bakı şəhəri, Ünvan, 0.1128 ha torpaq sahəsindən ibarət olan 3826a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları X adına 02.03.2013cü il tarixdə qeydiyyata alınmışdır. «Daşınmaz əmlakın bağışlanmаsı» barədə 02.06.2015-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Ünvan, 3826A saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.1128 ha olan torpaq sahəsinin 0.05 ha hissəsi X tərəfindən X bağışlanmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏ DRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Xx seriyalı, ****** saylı çıxarış ilə Bakı şəhəri, Ünvan, 0.0628 ha torpaq sahəsindən ibarət 3826A saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları X adına qeydiyyata alınmışdır. İddiaçı Iddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə mərhum atası X məxsus Ünvanmassiv ünvanında yerləşən 0.12 ha 3826a bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə onun adına dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 16.04.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən eyni nömrəli bağ sahəsi icarə müqaviləsi əsasında digər şəxsin adına dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bun dan əlavə, bağ sahəsinin yerini iddiaçı tanımadığından yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamış və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Hazırkı iş üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması tələb olunan X məxsus Ünvanmassiv ünvanında yerləşən 0.12 ha 3826a bağ sahəsinin digər şəxslərin mülkiyyətində olması (dövlət reyestrində qeydiyyatına alınmaqla) işin mübahisəsiz hallarına aiddir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edil diyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Belə olan halda aşağı instansiya məhkəmələri haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisə predmeti olan bağ sahəsi başqa şəxsin mülkiyyətində olduğundan bununla bağlı olaraq iddiaçı ilk öncə həmin şəxslərə aid plan-ölçünün və çıxarışın ləğv edilməsi tələbi ilə məhkəmədə mülki icraat qaydasında iddia qaldırmalı və tələb təmin edildiyi təqdirdə, iddiaçı yenidən bağ sahəsinə dair plan-ölçünün verilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi bağlı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edə bilər. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələ binə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı mərhum atası X məxsus Ünvan massiv ünvanında yerləşən 0.12 ha 3826a bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2925/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2925/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar