Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1208/2020 19.05.2020 ALİ MƏHKƏMƏ 2-1(102)-1208/20 Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Bakı şəhəri 19 may 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Sumqayıt Bələdiyyəsi, X5 və X2 iştirakı ilə) Sumqayıt şəhəri Corat bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsinə dair X4 adına, X.Hacıyevin ölümünd ən sonra arvadı X1 və X3 adına tərtib edilmiş torpağın plan və ölçüsündə, reyestr qeydində düzəliş edilərək Sumqayıt şəhəri, Saray bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsi kimi qeyd olunması və həmin ünvana dair koordinatlar müəyyən olunmaqla texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin il tarixli, 2-1(085)-579/2019 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının il tarixli, 2-1(105)583/19 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin il tarixli, 2-1(085)579/2019 saylı qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin m əhkəməyə göndərilməsi, şikayətin təmin edilməsiqərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının il tarixli qərardadından narazı qalan cavabdeh həmin qərardaddan kasasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsində təsbit olunmuşdur ki, şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlard an verilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsində əsasən isə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kasasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kasasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun. Hazırkı işin hallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan şikayət verilə bilər. Apelyasiya instansiyası məhkəməsi isə sözügedən qərardadı ləğv edərəkişin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərmişdir. Apelyasiya instansiyası məhkəməsinin h əmin qərardadından müəyyən olunur ki, məhkəmə birinci instansiya məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticəsini əsassız hesab etməklə iddianın mahiyyəti üzrə baxılmalı olduğu qənaətinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi öz qərardadında qeyd etmişdir ki, iddia tələbinin mahiyyətində duran məsələ hüquqi aspektdən inzibati icraat qaydasında baxılmalı olan işlər kateqoriyasına aid olmaqla, yuxarıda qeyd olunan mülki işlər üzrə tələblərdən fərqlidir, üçüncü şəxsin ehtimal olunan mülkiyyət hüquqlarının pozulmasına yönəlmişdir və onun hüquqmüəyyənedici sənədlərində təsbit olunmuş hüquqlarının reyestrdə qeydə alınması ilə bağlıdır. Daha sonra apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı ona verilmiş torpaq sahəsinin koord inatlarının müəyyən edilərək texniki sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, cavabdehin bununla bağlı imtinasını mübahisələndərmişdir, yəni bu mübahisə sırf iznibati xarakterlidir və iddiaçı ilə üçüncü şəxs arasında əvvəllər mülki qaydada işə baxılması, iddiaçının cavabdeh inzibati orqanın imtinası cavabını inzibati icraat qaydasında mübahisələndirə bilməsi üçün əngəl ola bilməz. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi iddianın mümkün iddia olduğu ilə bağlı olmuşdur və birinci instansiya məhkəməsinin yerinə yetirməli olduğu sonrakı prosessual hərəkətlər iddia tələbinə mahiyyəti üzrə baxılması ilə əlaqədar olmalıdır. Belə olan halda isə həmin qərardaddan şikayət verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxar ıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 83, 90 və 96-cı maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının il tarixli, 2-1(105)-583/19 nömrəli qərardadından verdiyi kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Sumqayıt Apelyasiya Məhkəməsinə geri qaytarılsın. Ali Məhkəmənin hakimi Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-1208/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1208/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver